İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə36/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   32   33   34   35   36   37   38   39   ...   87

Orqanlardan  nümunələr  sterilliyə  və  təmizliyə  əməl  etmək­
lə götürülməlidir.
Nümunələr  yeni  məcburi  kəsilmiş  quşlardan  götürülməli, 
yaxud  daha  yaxşı  olar  ki,  laboratoriyaya  xəstə  quş  diri  halda 
göndərilsin.  Hansı  xəstəliyə  şübhə  yaranırsa  onun  törədicisinin 
daha  çox  toplandığı  orqanlardan  istifadə  edilməlidir.  Histoloji 
müayinə zamanı  orqanlardan kəsiklər qayçı  ilə yox skalpel  vasi­
təsilə  hazırlanmalıdır.  Çünki  belə  halda  hüceyrələrin  strukturu 
pozulmur.  Orqan kəsikləri  kiçik olmalıdır ki,  fıksator toxumanın 
daxilinə  keçə  bilsin.  Fiksator  kimi  10%-li  fonnalindən  və  ya 
Boyns  məhlulundan  istifadə  edilir.  Boyns  məhlulundan  istifadə 
edən  zaman  nümunələr 4 gündən  sonra  800-Ii  etil  spirtinə  keçi­
rilməlidir.
Toxuma və orqanlardan virusun ayrılması  üçün  nümunələrin 
kəsikləri  1-2x0,5  sm  ölçüdə  olmalıdır.  Belə  nümunələri  tərki­
bində  antibiotik  olan  qoruyucu  mühitə  keçirib  sonra  dondurur, 
yaxud  pH  7,4-dan  bufer məhlulunda  50%-li  qliserinə  keçirirlər. 
Belə  nümunələri  sonradan  virusun  ayrılması  üçün  hüceyrə  kul- 
turasına  və  ya toyuq  embrionlarına daxil  etmək  lazımdır.
Maye  mühitlərdən  bakteriya,  göbələk  və  virusları  ayırmaq 
üçün  tamponlardan  istifadə edilir.  Bunlardan yaxma  hazırlamaq, 
maye  və  bərk  qida  mühitlərinə  əkmək  üçün  istifadə  edilir.
Xəstəliklər zamanı  götürülmüş nümunələr qablaşdırılıb nəql 
etdirilməsi  zamanı  onların  xarab olmadan  laboratoriyalara çatdı­
rılmasına  və  xarici  mühit  obyektlərinin  yoluxmasına  imkan  ve­
rilməlidir. Nümunələr xüsusi  müşayatedici sənədlə göndərilmə­
li  və bu  sənəddə  lazımi  olan  məlumatlar göstərilməlidir.
Standart  poçt qanunları  ölmüş quşların  və yolla  göndərilmə­
sinə  icazə  vermir.  Bu  məqsədlə  xüsusi  şəxslər və  nəqliyyat  va­
sitələri  bu  işi  həyata  keçirir.
Xəstə  quşların  göndərilməsi  zamanı  onlar xüsusi  qəfəsə  sa­
lınmalı  və  bunun  üzərində  «Diri  quşlar»  etiketi  yazılmalıdır.
142
Patoloji  materialın  göndərilməsi  zamanı  bunlar  perqament 
kağıza  bükülür,  sonra  metal  və  ya  plastik  qaba  qablaşdırılır  və 
etiketi  üzərində  «Material  bakterioloji  və  ya  virusoloji  müayinə 
üçün  göndərilir,  təhlükəlidir,  təcili  müayinə  edilməlidir»  yazıl­
malıdır.  Bundan əlavə, etiketdə:  «İstiliyə həssasdır» və «Soyuq­
da  saxlanmalıdır»  qeyd  edilməlidir.
Laboratoriyaya  daxil  olmuş  material  bakterioloji  üsulla 
müayinə  edildikdə  mikroskopiyadan  qida  mühitlərində  təmiz 
kulturanın  alınmasından  və  alınmış  ştamların  patogenliyini 
müəyyən  etmək  üçün  laboratoriya  təcrübə  heyvanları  üzərində 
bioloji  sınağın  qoyulmasından  istifadə edilir.
Bakterioloji  müayinə  əsasında  alınmış  ştam  bütün  xüsusiy­
yətinə  görə  yoxlanıb  növü  və  cinsi  təyin  edilməlidir.  Xüsusilə 
onun  morfoloji,  tinktorial,  kultural  və  biokimyəvi  xüsusiyyətlə­
rinə  görə  yoxlanmalıdır.  Bundan  əlavə  onun  sərbəst  hərəkətə 
malik  olub-olmaması,  oksigenə  münasibəti,  qida  mühitlərində 
müxtəlif qazlar  əm ələ  gətirməsi  və  s.  xüsusiyyətləri  də  müəy­
yən  edilməlidir.
Xəstəliklər zamanı  hüceyrə  səviyyəsində gedən  dəyişdiklə­
ri  müəyyən  etmək  üçün  histoloji  müayinə  aparılmalıdır.
Quşçuluqda  immunoloji  diaqnostika  üsullarından  əsasən  se- 
roloji reaksiyalar daha çox  istifadə edilir.  Seroloji  reaksiyalardan 
aqqlyutinasiya  reaksiyası  və  onun  müxtəlif  şəkildəyişmələri, 
presipitasiya  reaksiyası,  diffuz  presipitasiya  reaksiyası,  he- 
maqqlütinasiya  reaksiyası,  hemaqqlyütinasiyanın  ləngimə  reak­
siyası,  bərkfazah  immunferment  analizdən  (ELİSA)  neytrallaş­
ma reaksiyalarından  və  s.  istifadə edilir.
Seroloji  reaksiyalar mühüm diaqnostik əhəmiyyətə malik ol­
maqla  bərabər  həm  də  vaksinasiyaların  monitorinqində  də 
mühüm  əhəm iyyətə  malikdir.
143


NYUKASL  XƏSTƏLİYİ
Nyukasl  xəstəliyi  (Morbus  nevcastli,  yalançı  taun)  -   toyuq­
lar  dəstəsinə  mənsub  olan  quşların  yüksək  kontagioz  xəstəliyi 
olub, tənəffüs, həzm orqanları və mərkəzi  sinir sisteminin zədə- 
lənmələri  ilə  səciyyələnir.
T arixi  m əlum at. 
Xəstəlik  ilk dəfə  1926-cı  ildə İndoneziya­
nın  Yava  adasında  Kranevald  tərəfindən  qeyd  edilmişdir.  1927- 
ci  ildən  nyukasl  xəstəliyi  dünyanın  bir çox  ölkələrində  müşahi­
də olunmuş və İngiltərə tədqiqatçısı Doyl  Nyukasl şəhəri yaxın­
lığında aşkar edərək həmin şəhərin adına müvafiq olaraq -  Nyu­
kasl  xəstəliyi  adlandırmışdır.
İkinci  dünya  müharibəsi  zamanı  xəstəlik  Avropa  ölkələrini 
tamamilə  işğal  edərək ayrı-ayrı  ölkələrdə  bu quşların taunu,  ya­
lançı  taun, asiya taunu, nyukasl xəstəliyi  və s. adlarla qeyd olun­
muşdur.  ABŞ-da xəstəlik  1935-ci  ildən  quşların  pnevmoensefa- 
liti  kimi  göstərilmişdir.
Keçmiş  SSRİ  ərazisinə  xəstəlik  1941-1945-ci  illərdə gətiril­
miş  və  əksər müttəfiq  respublikaların  ərazisində yayılmışdır.
İqtisadi  zərər. 
Kütləvi  şəkildə  xəstələnmə  və  ölüm,  təsər­
rüfatın normal  fəaliyyətini pozan ciddi  karantin tədbirləri, təsər­
rüfatların sağlamlaşdırılmasına çəkilən xərclər və s.  böyük m əb­
ləğdə  iqtisadi  ziyana səbəb  olur.
X əstəliy in   törədicisi. 
Bu  RNT-Ii  virus olub paramiksoviride 
ailəsinin  paramiksovirus  cinsinə  məxsusdur.  Virus  120-180  nm 
ölçüdədir,  göyərçinlərin,  toyuqların,  hind  quşlarının,  ada  dov­
şanlarının  eritrositləri  ilə  hemaqqlötininləşdirici  xüsusiyyətə 
malikdir.  Virusun  müxtəlif ştamları  immunoloji  cəhətdən  eyni- 
cinsli,  virulentlik cəhətdən kəskin şəkildə müxtəlifliyi  ilə özünü 
göstərir.  Virus  9-12  günlük  toyuq  embrionlarında  reproduksiya 
etməklə  onların  ölümünə  səbəb  olur.  O,  ilkin  və  keçirilən 
hüceyrə  kulturasında  çoxalmaqla  onlarda  sitopatik  təsirə  səbəb
144
olur.  Hal-hazırda  viruslu  materialın  kənar mikrofloradan  təmiz­
lənməsi  üçün  antibiotiklərdən və tiomersandan  istifadə  edilir.
Davam lılığı. 
Virusun  müxtəlif fiziki  və  kimyəvi  faktorların 
təsirinə  davamlılığı  mühitin  pH-ı  və  zülalın  miqdarından  asılı­
dır.  Ümumiyyətlə, pH 2,0-10,0 diapozonunda o davamlılığığı ilə 
səciyyələnir.  Günəşin  düz  şüaları  virusu  2  günə,  səpələnmiş 
şüaları  15  günə inaktivləşdirir, qurudulmuş orqanlarda otaq tem- 
peraturası  şəraitində amil öz aktivliyini 2 ilə, quş binalarında qış 
dövrlərində  140  günə,  yay  dövründə  7  günə  qədər  sağ  qalır. 
Çürüyən  quş  cəsədlərində  virus  3  həftəyə,  donmuşlarında  isə 
800  günə qədər öz  həyatını  davam  etdirir.  M üxətlif taxıl  növlə­
rində  amil  16-360S  temperatura  şəraitində  virus 45  gün  sağ  qa­
lır.  Viruslu materialın  55-750S-yə qədər isidilməsi onu 30 dəqi­
qəyə, qaynatma və ultrabənövşəyi şüaların təsiri  isə bir neçə sa­
niyəyə  məhv  edir.
Formalinin  1-2%-li,  xlorlu  əhəngin  3%-li,  natrium  qələvisi­
nin 2%-li, ksilonaft -  5-in 4-5%-li məhlulları  virusu bir neçə də­
qiqəyə  inaktivləşdirir.
Epizootoloji  m əlum atlar. 
Təbii halda nyukasl xəstəliyi toyuq­
lar dəstəsinə (toyuqlar, hind quşları,  fırəng quşları, turaclar, tovuz 
quşları) mənsub quşlarda müşahidə edilir.  Bəzi  vəhşi yaşayış tər­
zinə  malik olan quş növlərində də bu  xəstəliyə təsadüf edilir.
Müxtəlif cins və yaş qrupuna aid olan quşlarda həssaslıq  eyni 
deyil.  Körpələr yaşlı  quşlara nisbətən xəstəliyə daha çox  həsas- 
lıq  göstərir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  hesab  edilir.  Onlar  əksər  sekret  və  ekspertləri  vasitəsilə, 
həmçinin yumurta və tənəffüs zamanı verdiyi  hava ilə  amili  xa­
rici  mühitə  ifraz  edir.  Virus orqanizmdən  xəstəliyin  inkubasiya, 
kliniki  əlam ətlər dövrünə  və rekonvalisensiya  dövründə  ayrılır. 
Kliniki  sağalmadan 2-4 ay  keçmiş quşların orqanizmində  virusu 
müəyyən  etmək  olur.
145


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə