İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə37/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   33   34   35   36   37   38   39   40   ...   87

Virusun  yayılmasında  xəstə quşlardan  alınmış  yumurta,  tük, 
lələk,  məcburən  kəsilmiş  quş  cəsədləri,  onlara  qulluq  vasitələ­
ri,  yem,  döşənək  materialı  böyük  rola  malikdir.  Virusla  yolux­
muş  quşların  inkubasiyası  zamanı  virus  toyuq  embrionlarında 
septisemiya  və  ölümə  səbəb  olur.  Ölmüş  embrion  hiperemiyalı 
və  şişmiş  şəkildə  olmaqla  onların  ətraflarında  və  baş  nahiyyə- 
sində  çoxlu  miqdarda  nöqtə  şəklində  qan  sızmaları  müşahidə 
edilir.
Təbii  olaraq  quşların  yoluxması  alimentar  və  aerogen  yolla 
baş verir.  Xəstəliyə görə  salamat təsərrüfatlara  virus  əsasən  xəs­
tə quşlardan alınmış yumurtaların  inkubasiyası  zamanı  baş verir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  vəhşi  quş  növləri 
həmçinin ördək  və qazlar hesab edilir.  Nyukasl  xəstəliyi  adətən 
epizootiya halında gedir.  Xəstəlikdə dövrülük,  mövsümülük n ə ­
zərə  çarpır.  Xüsusilə  infeksiya  yay-payız  fəslində  daha  çox 
müşahidə  edilir  ki,  buda  həmin  dövrdə  təsərrüfatlarda  quşların 
baş sayının artımı və təsərrüfat fəaliyyətinin güclənməsi  ilə izah 
edilir.
Sənaye  təmayüllü  iri  quşçuluq  təsərrüfatlarında  bir  qayda 
olaraq  xəstəliyin  stasionarlığı  nəzəri  cəlb  edir ki,  bu  da virusun 
xarici  mühit  obyektlərində  uzun  müddət  sağ  qalması  ilə  izah 
olunur.
Müəyyən  edilmişdir  ki,  nyukasl  xəstəliyi  virusu  quş  binala­
rında  yaşayan  gənə  orqanizmində  (Arqus  persinus)  200  gündən 
çox  aktiv  vəziyyətdə  saxlanır.  Xəstələnmə  100%,  letallıq  isə 
80-90%-dir.
P atogenez. 
Həssas  quş  orqanizminə  düşmüş  virus  20  saat­
dan  sonra qanda görünür və qan  vasitəsilə  bütün  orqan  və toxu­
malara yayılır,  mərkəzi  sinir sistemini,  tənəfffiz və  həzm orqan­
larını  zədələyir,  seroz  və  selikli  qişalarda  çoxlu  miqdarda  qan 
sızmaları  baş verir.  Virusun  təsirindən  quşlarda  hematoensefali- 
tik baryerin  keçiricilik  qabiliyyəti pozulur və viremiya baş verir.
146
Qan  damarlarının  endoteli  hissəsinin  zədələnməsi  nəticəsində 
onun elastikliyi  pozulur,  qan damarı  damardaxili  təzyiqə  davam 
gətirə  bilmir  və  nəticədə  damar ətrafı  sahəyə  qan  sızmalar baş 
verir.  Ürək  əzələsində  distrofık,  degenerativ  dəyişdiklər  yara­
nır,  nəticədə  qan  dövranı  pozulur.  Buda  gövdənin  ayrı-ayrı  na- 
hiyyələrində  hipermiyalara, durğunluğa,  şişlərə və qan  sızmala­
ra  səbəb  olur.
N.İ.Leonov və V.M.Krasov göstərirlər ki, virusun təsirindən 
quşların  qanında  biokimyəvi  dəyişdiklər  baş  verir,  bəzən  isə 
onun  proteolitik  aktivliyi  tam  şəkildə  itir,  qalıq  azot  isə  çoxalır. 
Dipoidlərin  qan  serumunda  miqdarı  kəskin  şəkildə  aşağı  düşür. 
Bir çox  müəlliflər bunu  qaraciyərdə  yağ turşuları  sintezinin  po­
zulması  ilə  izah edirlər.  Daxili orqanların zədələnm ə dərəcəsin­
dən  asılı  olaraq  müxtəlif kliniki  əlamətlər meydana çıxır.
G edişi  v ə  kliniki  əla m ətləri. 
Virusun daxil olma yolu və vi- 
rulentlik  dərəcəsindən,  quşun yaşından  və  onların  saxlanma  şə­
raitindən  asılı  olaraq  xəstəliyin  inkubasiya  dövrü  2-15  gün  da­
vam  edir.  Xəstəliyin  iti,  yarımiti  və  xroniki  gedişi,  tipik  və  ati- 
pik  formaları  mövcuddur.  Xəstəliyin  iti  gedişi  adətən  1-4  gün, 
yarım  iti  gedişi  7-10  gün,  xroniki  gedişi  isə  2-3  həftəyə  qədər 
davam  edir.
Xəstəliyin  tipik  formasında  quşların  ümumi  temperaturası- 
nın  yüksəlməsi,  ümumi  xəiflik,  hərəkət  müvazinətinin  pozul­
ması,  yuxululuq,  iştahın  itməsi,  xəstə  quşların  40-70%-də  çinə­
danın  böyüməsi  nəzərə  çarpır.  Quşların  ağzından  kəskin  pis  iy­
li  mayenin ayrılması,  kal  kütləsinin duru və  içərisində selik, qan 
və  ödün  olması  qeyd  olunur.  Xəstəliyin  inkişaf dərəcəsindən 
asılı  olaraq  quşlarda tənəffüsün  çətinləşməsi,tənəffüs yollarının 
qatı, selikli eskudatla tutulması nəticəsində onların ağzı açıq hal­
da  nəfəs alması,  tənəffüs zamanı  müxtəlif səslərin  edilməsi,  as­
qırma,  başını  tez-tez  silkələmə  hərəkətləri  görünür.  Pipik  və 
saqqalın  çox  vaxt sianozluğu müşahidə edilir.  Mərkəzi  sinir sis-
147


Ş a k i l   8 .  N y u k a s l   x ə s t ə l i y i n ə   t u t u l m u ş   q u ş l a r
teminin  funksiya  pozğunluqları  əlamətləri,  yəni  gövdənin  ayrı- 
ayrı  nahiyyətlərində  parez  və  iflic  nəticəsində  boyunün  burul­
ması,  qanadların  sallanması,  başın  titrəməsi,  manej  hərəkətlər 
ətrafların zədələnməsi  qeyd olunur.  Yumurta məhsuldarlığı  kəs­
kin şəkildə aşağı düşür, yoluxmadan 3-5  gün  keçmiş sarılıqlı pe- 
ritonit  və keratokonyuktivit baş  verir.
Xəstəliyin atipik formasında xarakterik kliniki əlam ətlər çox 
vaxt görünmür və  adətən  bu  forma görpə  quşlarda qeyd  olunur. 
Bu forma bir çox ölkələrdə  «cücələrin taunu»,  «cücələrin  pnev- 
moensefaliti»  kimi  adlandırılır.  Atipik  forma  zamanı  bir  qayda 
olaraq  mərkəzi  sinir  sisteminin  funksiya  pozğunluqlarına  aid 
əlam ətlər  üstünlük  təşkil  edir.  Xəstələrdə  boyunun  burulması, 
ayaqların  və  qanadların  iflici,  başın  geriyə  və  qarınaltı  nahiy- 
yəyə  qatlanması,  qıcolma  və  s.  əlam ətlər  meydana  çıxır.  Hind 
quşlarının  görpələrində  sinir  sisteminin  pozğunluğu  əlamətləri 
daha  aydın  şəkildə  nəzərə  çarpır.  Onu  da  qeyd  etmək  lazımdır 
ki,  atipik  forma bəzən  simptomsuz halda da gedə  bilir.  Ayrı-ay­
rı ölkələrdə aparılan tədqiqatlar və müşahidələr göstərir ki, nyu­
kasl  xəstəliyinin  atipik  forması  zəif  virulentliyə  malik  virus 
ştamlarının  müxtəlif  gərginlikli  immunitetə  malik  olan  quşlar 
qrupunda  sirkulyasiyası  zamanı  özünü  göstərir.  Bundan  əlavə 
çoxlu  miqdarda  müalicə  vasitələri  alan  quş  qrupunda  da  xəstə­
148
liyin atipik  forması qeyd edilir.  Hal-hazırda bir sıra ölkələrdə vi­
rusun  təbii  zəif  şatmları  əldə  edilmişdir.  Belə  ştamlara  misal 
olaraq  Bİ/ABŞ),  F/İngiltərə),  Florens/İtaliya)  və  s.  göstərmək 
olar.  Bu  ştamlar bir qayda olaraq quşlarda  immunlaşdırıcı subin- 
feksiyaya səbəb olmaqla xəstəliyin kliniki  əlamətləri  inkişaf et­
mir.
Patoloji-anatom ik  dəyişiliklər. 
Orqanizmin  rezistentliyi  və 
xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı  olaraq patolo­
ji-anatomik  dəyişiliklər  öz  müxtəlifliyi  ilə  səciyyələnir.  Xəstəli­
yin  iti  gedişindən  ölmüş quşlarda  septisemiyaya  məxsus olan  pa- 
toloji-anatomiki  dəydiklər  aşkar  edilir.  Xüsusilə  həzm  traktının 
selikli  qişalarında  çoxlu  miqdarda  qan  sağıntıları  nəzərə  çarpır. 
Ayrı-ayrı  tədqiqatçıların  məlumatına  görə  nyukasl  xəstəliyindən 
tə lə f olmuş  quşların  100%-li  kor bağırsaq  çıxıntılarının  əsasında, 
98,2%-də düz bağırsağın  əsasında və 60%-də  isə vəzili  mədə  ilə 
əzələli  mədə  sərhəddində  qan  sağınğıları  müşahidə  edilir.  Bun­
dan  əlavə  epikard  üzərində  və dəri  üzərində də  qan  sızmalar nə­
zərə  çarpır.  Xəstəliyin  xroniki  gedişindən  ölmüş  quş  cəsədlərin­
də  arıqlıq,  kloaka  ətrafında  tüklərin  kalla  çirklənməsi,  bağırsaq 
şöbəsinin  müxtəlif sahələrində difteritiki  yaralar aşkar edilir.  Bə­
zən  əzələli  mədənin  kutikulasında  kəskin  hiperemiya  və  diffuz 
halda qan  sızmalar görünür.  Xəstəliyin sekundar bakterial  mikro- 
flora  ilə mürəkkəbləşməsindən tələf olmuş quşlarda  hava kisələ­
rinin  iltihabı, nekrotiki  hepatit, serozlu-fibrinozlu peritonit və ova- 
riosalpinqit qeyd olunur. Qaraciyərdə baş verən dəyişiliklər daimi 
xarakterə  malik deyil.  Bəzi  quşlarda qaraciyərin  böyüməsi,  dolu- 
qanlılıq, öd kisəsinin qatı tünd rəngli ödlə dolu olması, dalağın bə­
zən  kiçilməsi, tənəffüs yolları  selikli  qişalarının  hiperemiyası  bə­
zi  yerlərdə zərif difteritiki  çöküntülər aşkar edilir.
Patoloji  prosesə  uğramış  orqan  və  toxumaların  histoloji 
müayinəsi  zamanı  həzm  traktının  selikli  qişasının  kəskin  şəkil­
də  qalınlaşması,  örtücü  epiteli  və  epiteli  kripti  selikli  distrofi-
149


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə