İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə38/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   34   35   36   37   38   39   40   41   ...   87

yaya  uğrayır.  Selikaltı  qişanın  birləşdirici  toxuma  lifləri  iltihab 
və  limfosit  həmçinin  digər  qan  elementlərinin  infiltrasiyası  he­
sabına  bir-birindən  kəskin  şəkildə  aralanmış  halda  görünür. 
Nyukasl  xəstəliyi  üçün  xarakterik  histoloji  dəyişiklik  yoğun 
bağırsaq  şöbəsinin  zədələnməsidir.
Mərkəzi  sinir sistemi  və daxili orqanlarda kapilyarlar və xır­
da  qan  damarları  boyunca  hüceyrə  proliferativ  reaksiyaların  in­
kişafı  qeyd  edilir.  Dalaqda,  qaraciyərdə,  böyrəklərdə  və  mədə- 
bağırsaq  şöbəsində  paycıqlararası,  kanalçıqlar  arası  və  birləşdi­
rici  toxumanın  epitelisi  altında proliferativ  iltihab  nəzərə  çarpır. 
Dalaqda  həmçinin  follikulların  kəskin  hiperplaziyası,  qan  da­
marları  divarının  nekrozu,  böyrəkdə  qıvrım  kanalçıqların  epite- 
lisinin nekrobiozu və ağır nekroza məxsus dəyişdiklər qeyd olu­
nur.  Ağciyərdə həmişə durğun hiperemiya və şiş,  nadir hallarda 
rekrotiki  pnevmoniya müşahidə  edilir.
D iaqnoz. 
Nyukasl  xəstəliyinə  diaqnoz  qoymaq  üçün  kom­
pleks  diaqnostika üsulundan  istifadə  edilir.  Yəni  xəstəliyin  epi- 
zootoloji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik 
dəyişdikləri  nəzərə  alınır,  dəqiq  diaqnoz  məqsədilə  virusoloji 
müayinə  və  seroloji  reaksiyalardan  istifadə  edilir.
Patoloji  materiallardan  viruslu  materialı  əldə  etmək  üçün 
ölmüş  quşların  beyni,  traxeyası,  dalağı  və  qaraciyərindən  pH-ı 
7,2  olan  ətpeptonlu  bulyonda,  yaxud  fosfat-bufer  məhlulunda 
suspenziyası  hazırlanır.  1  ml  suspenziyaya  bakterial  mikroflora- 
nın  məhv  edilməsi  üçün  3-5  min  T.V.penisillin  və  stremtomisin 
əlavə  edilir.  Sonra  bu  qarışığı  fizioloji  məhlulla:  l:50-də  durul­
dub  bundan  0,5  ml  quşların  əzələsinə  və  ya dərialtına  infeksiya 
edilir.  Sonra  çöküntü  üzərindəki  suspenziyanı  götürüb  10-12 
günlük  toyuq embrionlarını  alantois boşluğuna yoluxdurma apa­
rılır.  Yoluxdurulmuş quşların  3-10 gündən sonra embrionları  isə 
2-4 gündən sonra tələf olması patoloji  materialda nyukasl xəstə­
liyi  virusunun  olmasını  göstərir.
150
Xəstəliyin diaqnostikasında hemadsorbsiyanın ləngiməsi reak­
siyası,  hemaqqlyutinasiya  reaksiyası,  hemaqqlyutinasiyanın  lə­
ngimə  reaksiyası,  neytrallaşma  reaksiyası  və  s.  istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  quşların  qripindən,  infeksion  la- 
rinqotraxeyitindən, infeksion bronxitdən, pasterellyozdan, spiro- 
xetozdan  və  zəhərlənmələrdən  təfriq etmək  lazımdır.
Qripdən  ölmüş quşlarda həmişə dərialtı  toxumanın  infiltratlı 
şişi, pipik və saqqalın  intensiv sianozluğu laboratoriya müayinə­
si  əsasında  virusun  ailəsi  və  cinsinin  müəyyən  edilməsi  əsasın­
da təfriq  olunur.
İnfeksion  larinqotraxeit  zamanı  quşlarda  qırtlaq  və  traxeya- 
nın  kəskin  iltihabı,  qırtaqda xüsusi  irinli  tıxac  aşkar edilir və  vi­
rusoloji  tədqiqatın  nəticəsi  əsas  götürülür.
İnfeksion  bronxitdə mərkəzi  sinir sisteminin  zədələnmələri- 
nə  məxsus  əlam ətlər olmur.  Respirator sindrom  və  reproduktiv 
orqanların  zədələnmələri  nəzərə  çarpır.  Virusoloji  tədqiqatın 
nəticələri  əsas  hesab  edilir.
Pasterellyoz zamanı quşlarda ağ ciyərin kəskin  iltihabı  nəzə­
rə çarpır.  Parenximatoz orqanlarda çoxlu miqdarda qan  sızmala­
rı  və qaraciyərdə nekroz ocaqları  görünür.  Baktorioloji  müayinə 
zamanı -  Pasteurella miltocida mikrobu  aşkar edilir.
Spiroxetoz zamanı toyuqlar dəstəsinə mənsub olan quşlardan 
əlavə  ördək  və  qazların  da  xəstəliyə  tutulması  müşahidə  edilir. 
Qanın  müayinəsi  zamanı  -  Spirocheta anserinum  aşkar edilir.
Z əhərlənm ələrdə  infeksion  proses  olmur,  laboratoriya 
müayinələrinin nəticəsi mənfidir, və yem dəyişdirildikdə xəstə­
lik  ləğv  olur.
M ü alicə. 
Səmərəli  müalicə  vasitələri  olmadığına  görə  və 
törədicinin  yayılma  təhlükəsi  olduğunu  nəzərə  alaraq  müalicə 
aparılmır,  xəstə quşlar öldürülür və  yandırılır.
İm m u n itet. 
Xəstəliyi  keçirib  sağalmış  və  peyvənd  olunmuş 
quşlarda  immunitet  yaranır.  Belə  quşların  qan  serumunda  virus
151


neytrallaşdırıcı,  komplementtesbitedici  antitellər  və  antihemaq- 
qlyutininlər müəyyən  edilir.
Virulentlik  dərəcəsinə  və  tropizm  xüsusiyyətinə  görə  Nyu- 
kasl  xəstəliyi  virusu  5  qrupa bölünür:
1) Viserotrop velogen ştamlar; 2) Neyrotrop velogen ştamlar; 
3) Pnevmotrop mezogen ştamlar; 4) Respirator lentogen ştamlar; 
5)  Enterotrop  apatogen  ştamlar.
Viserotrop  və  neytrotrop  velogen  ştamlar  yüksək  dərəcədə 
viaüentliyə malik olmaqla təsərrüfatlarda tipik nyukasl xəstəliyi 
törədir və  100% ölümə  səbəb olur.  Laboratoriya şəraitində belə 
ştamların  reaktogenlik  qabiliyyətini  aşağı  salmaq  mümkün  ol­
madığı  üçün  bu  qrupa  mənsub  olan  ştamlardan  Vaksin  ştamları 
əldə  eğmək mümkün deyil.
Pnevmotrop mezogen ştamlar orta dərəcədə virulentliyə ma­
lik  olmaqla  laboratoriya  üsulları  ilə  onun  reaktogenliyini  aşağı 
salmaq  və 
immunogenliyinin  sabitliyini 
təmin  etmək 
mümkündür.  Bu  qrup  ştamlardan  «H»  Rqakin  və  Komarov  vak- 
sinləri  əldə  edilmişdir.  Vaksinlərin  müsbət  cəhəti  onun  48  saa­
ta  yüksək  gərginlikli  immunitet  yaratmasıdır.  Mənfi  cəhəti  on­
dan  ibarətdir ki, vaksin  qrup  şəklində  yox,  fərdi  qaydada  inyek- 
siyalar yolu  ilə  tətbiq  olunur.  Bundan  əlavə  bəzən  vaksiyanasi- 
yadan  sonra mürəkkəbləşmələr də  müşahidə  edilir.
Mezogen  vaksin  ştamları  2  aylıqdan  aşağı  quşlarda  işlədil­
mir.  Bundan  əlavə  əvvəllər  lektogen  vaksin  ştamları  ilə  pey­
vənd  olunmamış  quşlarda  da tətbiqinə  icazə  verilmirdi.
Lepto  gen  və  apatogen  ştamlar  vaksin  hazırlanmasında  əsas 
mənbə  hesab  edilir.
Respirator  leptogen  ştamların  virulentliyi  zəifdir  və  bunlar 
spontan  zəif gedişli  infeksiyalar  zamanı  əldə  edilir.  Belə  ştam­
lardan  Bİ,  La-Sota,  Bor-74  və  s.  vaksinləri  hazırlanmışdır.  Bu 
vaksinlərin  müsbət xüsusiyyəti  onların  enteral  və  aerozol  tətbiq 
edilməsidir.  Mənfi  cəhəti  ilə yüksək gərginlikli  immunitetin  əl­
152
də edilməsi  üçün  vaksin  bir neçə dəfə xüsusi sxem əsasında tət­
biq  olunmasıdır.
Apatogen  ştamlardan  Ulster  2  C  və  Phy  ZMV  42  vaksin 
ştamları  əldə  edilmişdir  ki,  bunlarda  əsasən  Leptogen  vaksin 
ştamlarında olduğu  kimi  enteral  və aerozol  halında tətbiq olunur 
və  vaksinasiyadan  sonra  heç  bir  mürəkkəbləşmə  qeyd  edilmir. 
Çünki  onların  virulentliyi  çox  zəifdir  və  enterotrop  olduqlarına 
görə  heç  bir postvaksinal  reaksiyalar törətmir.
Lentogen  və  apatogen  vaksin  ştamları  nyukasl  xəstəliyinin 
spesifik profilaktikası üçün mühüm rola malikdir.  Ancaq bu vak- 
sinlər ilk dəfə quşlara tətbiq olunduqda bəzən postvaksinal  reak­
siyalara  səbəb olur.  Belə hal  2  səbəbdən  meydana  çıxır.
Birinci səbəb ondan  ibarətdir ki, bu qeyd olunan zəiflədilmiş 
vaksinlərdə  bəzən  qalıq  patogenlik  müəyyən  qədər  qalır.  Pato- 
genliyin  intraserebral  indeksi  testinə  görə  qalıq  patogenlik  0,2- 
dən  (B İ)  0,44-ə  qədər (La-Sota)  dəyişilə  bilir.
İkinci  səbəb -   bu  ştamların  respirator tropizmi  ilə  əlaqədar­
dır.  Ona  görə də  bu  ştamlar tənəffüs üzvlərinin  selikli  qişasında 
reproduksiya  edir.  Nəticədə  quşlarda  respirator  sindromlarla 
özünü  göstərən  zədələnmələr qeyd  olunur.  Onu  da  qeyd  etmək 
lazımdır ki,  zədələnmə  dərəcəsi  quşların  kliniki  statusundan  və 
xarici  mühitin temperaturasından, nisbi  nəmliyindən, quş binala­
rında  sıxlıq  dərəcəsindən,  döşənəyin  keyfiyyətindən,  ammon- 
yakın  faizindən  və  s.  asılıdır.  Vaksinasiyadan  3-5  gün  əvvəl  və 
5-7 gün  sonra antibiotiklərin və sulfanilamid  preparatlarının quş­
lara  verilməsinə  icazə  verilmir.  Yüksək  gərginlikli  və  uzun 
müddətli  immunitetin  əldə  edilməsi  üçün  peyvənddən  5-7  gün 
əvvəl  və  sonra yem  payına vitaminlər əlavə  edilməlidir.
P rofilaktika  və  m übarizə  təd birləri. 
Xəstəliyə  görə  sağ­
lam  təsərrüfatlara  virusun  müxtəlif yollarla  daxil  olmasına  im­
kan  verilməməlidir.  Təsərrüfata  daxil  olmuş  quş  partiyası  30 
gün  profilaktiki  karantində  saxlanmalıdır.
153


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə