İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə39/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   35   36   37   38   39   40   41   42   ...   87

Quş  fabrikləri  və  fermaları  ətraf ərazidən  təcrid  edilməli  və 
kənar şəxslərin belə müəssisələrə daxil  olmasına icazə verilmə­
məlidir.
Xəstəliyə  görə  qeyri-sağlam  təsərrüfatlarda  epizootik  plan 
əsasında baytarlıq qanundakı təlimatlar əldə rəhbər tutaraq spesi­
fik və ümumi  profilaktik tədbirlər vaxtında yerinə yetirilməlidir.
Quşçuluq müəssisələrinə quşun və quş ətinin daşınmasından 
sonra  daxil  olmuş  hər cür taralar  3%-li  soda  məhlulu  ilə  yuyul­
malı və hər m3 həcmə 40%-li formalini  15-20 ml hesabı ilə dezin­
feksiya  aparılmalıdır.  Bu  zaman  dezinfeksiya  kamerasında  tem­
peratura  12-150S-dən  az olmamalıdır.
Quşlar yaş  qrupu əsasında yoxlanmalıdır.
Nyukasl  xəstəliyi  təsərrüfatlarda  müşahidə  edildikdə  karan- 
tin  tətbiq  edilir.  Xəstə  quşlar öldürülür  və  yandırılır,  xəstələrlə 
kontaktda olan quş qrupu kəsilir və termiki  işləndikdən sonra rea- 
lizasiya  olunur.  Təhlükə altında olan quş qrupu vaksinasiya edi­
lir.  Karantin  dövründə  quşun,  quş  ətinin  və  yumurtanın  kənara 
çıxarılmasına  icazə  verilmir.  Qiyməti  az  olan  avadanlıqlar  yan­
dırılmaqla  zərərsizləşdirilir,  quş  binaları  və  inventarlar  1,5%-li 
natrium  qələvisi,  3%-li  xlorlu  əhəng  məhlulu,  5%-li  kreolin 
emulsiyası  ilə  dezinfeksiya  edilməlidir.  Xəstə  quş  qrupundan 
ayrılmış  peyin  yandırılır,  şərti  sağlamlardan  toplanmışlar  isə  bi- 
otermiki  üsulla zərərsizləşdirilir.
Karan təsərrüfatdan  xəstə quşların  ləğvindən  30 gün  keçmiş 
və  son  dezinfeksiya aparıldıqdan  sonra  götürülür.
Qrip
Quşların qripi  (Qrippus avium, quşların avropa taunu, klassik 
taunu,  lambard  xəstəliyi)  kontagioz,  virus  etiologiyalı  xəstəlik 
olub  ümumi  zəiflik,  şişlər,  tənəffüs  və  həzm  orqanlarının  zədə- 
lənmələri  ilə  səciyyələnir.
154
Tarixi  m əlum at. 
Xəstəlik  ilk  dəfə  1880-ci  ildə  İtaliyada 
Perronçito  tərəfindən  «toyuqların  eksudativ  tifi»  kimi  qeyd  edil­
mişdir.  Sonradan  bu  xəstəlik  müxtəlif  ölkələrdə  də  müşahidə 
edilmiş və ayrı-ayrı adlarla daha çox isə quşların avropa taunu və 
quşların  klassik  taunu  kimi  adlandırılmışdır.  1901-ci  ildə  İtaliya 
alimləri Gentani və Savonusi  xəstəliyin törədicisinin virus olma­
sını  göstərmiş  və  bunu  -   exudativus  qalinarum  adlandırmışlar. 
Uzun  müddət bu xəstəlik quşların  klassik  və  ya avropa taunu  ki­
mi  qeyd  edilmiş,  yalnız  1955-ci  ildə törədicini  influenza virus A 
kimi  və xəstəliyi  isə  1971-ci  ildə quşların  qripi  kimi  qeyd etmiş­
lər.  Rusiyada  xəstəlik  ilk  dəfə  1902-ci  ildə  M.Q.Tartakovski  tə­
rəfindən  qeyd  edilmiş,  sonralar  isə  V.N.Syurin,  N.Q.Osidze  və 
başqaları  tərəfindən  ətraflı  şəkildə  öyrənilmişdir.
X ə stəliy in   törədicisi. 
Bu RNT-li  virus olub, ortomiksovirus- 
lar  ailəsinin,  mikrovirus  tipinin  inflyuenza  cinsinə  mənsubdur. 
Ölçüsü  80-120  nm-dir,  və  8  yarımtipi  mövcuddur  (A1-A8). 
Nyuksal  xəstəliyi  virusundan  fərqli  olaraq  qrip  virusu  turşulara 
həssas,  qələvilərə  isə  davamlılığı  ilə  səciyyələnir.  İmmunobio- 
loji  xüsusiyyətinə görə Nyukasl  xəstəliyi  virusundan  kəskin  şə­
kildə  fərqlənir.  Xəstəliyin  törədicisi  insanların:  atların  və  do­
nuzların  A  tip  qrip  virusu  ilə  müəyyən  qohumluğu  aşkar  edil­
mişdir.  Virus  toyuq  embrionunda  və  hüceyrə  kulturalarında  re­
produksiya  edir,  bir çox  quş  növlərinin,  məməli  heyvanların  və 
insanların eritrositinə görə hemmaqlyutininləşdirici  xüsusiyyətə 
malikdir.  Quş orqanizmində virus  antihemaqqlütinin, virus ney­
trallaşdırım  və  komplement təsbitedici  antitellər yaradır.
D a vam lılığı. 
Virus  65-70°S  temperaturda  3-5  dəqiqəyə  və 
100°S  temperaturda  isə  ani  olaraq  tələf olur.  Aşağı  temperatura 
şəraitində  virus  infeksion  və  hemaqqlütininləşdirici  xüsusiyyə­
tini  bir  neçə  həftə  saxlayır,  çürüyən  quş  cəsədlərində  bir  neçə 
aya qədər sağ qalır.  Virusu aşağı  temperatura və  liofilizasiya ha­
lında  2  ilə  qədər saxlamaq  mümkündür.  Dərin  dondurma  şərai­
155


tində  (-70°S) virus ətdə  1  ilə  qədər öz virulentliyini  itirmir.  Gü­
nəş  quşlarının  təsirinə  2  həftəyədək  davam  gətirir.  Virus  5%-li 
karbol  turşusunun,  3%-li  xlorlu əhəngin,  2%-li  natrium  qələvisi 
məhlullarının  təsirindən tez  inaktivləşir.
Epizootoloji  m əlum atlar. 
Qrip  bir  çox  ev  və  vəhşi  quş 
növündə  aşkar olunmuşdur.  Yaşlı  quşlar cavanlara nisbətən  xəs­
təliyə  daha  çox  həssaslıq  göstərir.  Toyuqlardan,  hind  quşların­
dan  və göyərçinlərdən ayrılmış virusun Al  yarım tipi  bir çox  la­
boratoriya təcrübə heyvanları  üçün patogendir.  Quşların  qrip  vi­
rusunun  elə  ştamları  aşkar edilir ki,  onların  superkapsid  qişasın­
da neyraminidaza ferment var və bu xüsusiyyətinə görə  insanla­
rın  və  atlarına  qrip  virusu  ilə  eynilik  təşkil  edir.  İnsanların  qrip 
virusun  quşlar  arasında  dövr  etməsi  təcrübələr  əsasında  təsdiq 
edilmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  vəhşi  və  ev  quşları 
arasında  eyni  vaxtda  insanların,  quşların  və  ev  heyvanlarının 
qrip  virusunun  antigenlik  cəhətdən  müxtəlif növünün  dövr  et­
məsi  də  müəyyən  edilmişdir.
Quşların  qrip  virusu  təsərrüfatlara yemlə,  quşlara qulluq  va­
sitələri  ilə  daha  çox  isə  quş  əti  və  yumurta  daşman,  dezinfek­
siya edilməyən taralarla gətirilir.  Zəif vimlentliyə malik olan  vi­
rusun  quş  orqanizmindən  bir  neçə  dəfə  passaja  onun  virulentli­
yini  kəskin  şəkildə  artırır.  Qrip  infeksiyası  təsərrüfatlarda  qısa 
dövr ərzində bütün  həssas quş  qrupunu  yoluxdurur.
Eksperimental  olaraq  parenteral  və  enteral  yollarla  quşlarda 
xəstəliyi  törətmək  mümkündür.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar hesab edilir.  Virus daşıyıcılıq belə quşlarda 2 aya qədər da­
vam edir.  Virus xəstə quş orqanizmindən əksər sekret və ekskret- 
ləri  vasitəsilə  xarici  mühitə  ayrılır.  Xəstəlik  törədicisinin  yayıl­
masında  bir çox  gəmirici  növləri,  vəhşi  quşlar böyük  rola  malik­
dir. Virusdaşıyıcılıq sayəsində təsərrüfatlarda epizootik ocaq  fasi­
ləsiz şəkildə  fəaliyyətdə olur ki,  buda stasionarlıqla nəticələnir.
156
Qripə görə  qeyri-sağlam  təsərrüfatlarda bir qayda olaraq  quş­
lar kolibakteriozla,  infeksion larinqotraxeitlə və respirator miko- 
plazmozla  xəstələnirlər.  Yaşlı  xəstə  quşlarda  yumurta  məhsul­
darlığı  40-60%  aşağı  düşür və  kliniki  sağlamadan  1,5-2  ay  keç­
miş  bərpa  olunur.  Onu  da qeyd  etmək  lazımdır  ki,  qriplə  xəstə­
lənmədən  sonra  onların  nyukasl  xəstəliyi,  infeksion  larinqotra- 
xeit,  infeksion  bronxit  və çiçəyinə  qarşı  olan  immuniteti  itir.
Qriplə  xəstələnmə  80-100%,  letallıq  isə  10-90%  arasında 
olur.
P atogen ez. 
Virusun patogenlik dərəcəsi, orqanizmdə tropiz- 
mi  və  quşların  rezistentliyindən  asılı  olaraq  xəstəliyin  generali­
zasiya və respirator forması  müşahidə edilir. Tənəffüs yollarının 
selikli  qişasına  düşmüş  virus  fəal  şəkildə  reproduksiya  edir  və 
ümumi  qan  dövranına  düşür.  Sonra  virus  eritrositlər  tərəfindən 
absorbsiya  olunur  və  bütün  orqanizmə  yayılır.  Ən  çox  parenxi- 
matoz orqanlara miqrasiya edir və burada onun  təkrar reproduk­
siyası  başlayır.  Virusun  reproduksiyası  bir  qayda  olaraq  toksiki 
məhsulların toplanması  ilə müşayət olunur.  Həmin  toksiki  məh­
sulların  təsirindən  quşlarda  ümumi  intoksikasiya  və  ölüm  baş 
verir.
Qrip  virusunun  əksər  virulentli  ştamları  quşlarda  xəstəliyin 
generalizasiya formasını törədir.  Bu zaman limfoid orqanların hi- 
poplaziyası,  limfositopeniya  və  orqanizmin  qoruyucu  qüvvəsi 
zəifləyir, nəticədə viremiyanın baş verməsinə, ayrı-ayrı orqan və 
toxumaların  hüceyrələrində virusun  replikasiyasına  səbəb olur.
G ed işi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
spontan  qrip  zamanı  1-5  günə,  eksperimental  qripdə  isə  12-36 
saata  qədər davam  edir.  Xəstəlik  iti,  yarım  iti  və xroniki  gedişlə 
özünü  göstərir.
Xəstə  quşlarda  ümumi  zəiflik,  iştahın  zəifləməsi,  konyunk- 
tivit,  tənəffüsün  çətinləşməsi  müşahidə  edilir.  Quşlar  başlarını 
aşağı  sallayaraq gözləri  yumulu halda olur. Görünən selikli  qişa­
157


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə