İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə40/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   36   37   38   39   40   41   42   43   ...   87

lar hiperemiyalı  və  şişkindir, bəzən  ağızdan  yapışqanlı  mayenin 
ayrılması,  burun  dəliklərinin  yapışqanlı  eksudatla  tutulması  nə­
zərə  çarpır.
Quşların  bəzilərində  başın  şişməsi,  pipik və saqqalın  kəskin 
sianozlu  görünür.  Temperatura  xəstəlik  zamanı  44°S-yə  qədər 
yüksəlir və ölüm qabağı  30°S-yə qədər aşağı düşür. Qrip virusu­
nun Al  yarım tipi  yoluxmuş  quşlarda ölüm  100% təşkil  edir.
Yarım  iti  və  xroniki  gedişdə  letallıq  zəif olmaqla  20%-dən 
yuxarı  qalxmır.
Qripin  bütün  gedişlərində  quşun  baş,  boyun,  döş  nahiyyələ- 
rinin dərialtı toxumalarında infıltratın toplanması nəticəsində şiş 
nəzərə  çarpır.  Bəzi  quşlarda  qıcolma,  hərəkət  müvazinətinin 
pozulması,  ətrafların parezi  müşahidə  edilir.
Xəstə quşlarda respirator simptomokomplekslə bərabər həm 
də  diareya qeyd  olunur.
Vaxtilə  M.T.Tartakovski  qripin  kliniki  əlamətləri  və  patolo- 
ji-anatomik dəyişdiklərinə əsasən onun tif, bağırsaq, sinir, difte- 
ritiki və ağciyər vormalarını göstərmişdir.  M üəllif hind quşların­
da  qripin  əsasən  bağırsaq  formasının  geniş  yayılmasını  qeyd  et­
mişdir.
Qaz və ördəklərdə kliniki  əlamətlər toyuqlarda olduğu kimi­
dir, ancaq həm də sinir oyanıqlığı əlamətləri  üstünlük təşkil edir.
P atoloji-anatom ik  d əyişd ik lər. 
Quşların  qripindən  ölmüş 
quşlarda hemorroji diatez, sarımtıl mayenin çənəaltı sahədə, göz 
ətrafında  toplanması,  qarın,  köks  və  perikardial  boşluqlarda  isə 
jelatinvari  eksudatın  toplanması  aşkar edilir.  Dərialtı  toxumada, 
skelet  əzələlərində,  miokardda  qan  sızmalar  görünür.  Quş  cə­
sədlərinin  45%-də  rinit,  farinqit  və  konyuktivit,  60%-də  həzm 
traktında  qansızmalar  nəzərə  çarpır.  Qrip  zamanı  quş  cəsədlə­
rində  həmişə  qastroenterit,  peritonit,  bronxit,  perikardit,  pnev- 
moniya, aerosakkulit, daxili orqanların hamısında venoz durğun­
luq,  baş beyində  hemorroji  meninqit  aşkar edilir.
158
Histoloji  müayinələr zamanı  müxtəlif orqan  və  toxumalarda 
durqun  hiperemiya,  dalaq  və  qaraciyərdə  danəli  distrofıya  və 
parenxiına  hüceyrələrinin  nekrozu,  ağciyərdə  şişkinlik  və  qan 
sızmalar,  baş  beyinin  hemorroji  iltihabı,  beyin  maddəsinin yum­
şalması,  neytronların distrofıyası,  qliya hüceyrələrinin  prolifera- 
siyası  nəzərə  çarpır.
Xəstəliyin  yarımiti  və  xroniki  gedişindən  ölmüş  quş  cəsəd­
lərində  kataral-hemorroji  enterit,  bağırsaq  xovlarının  qalınlaş- 
ması,  deformasiyaya  uğraması,  12-barmaq  bağırsağın  selikli  qi­
şasının  epiteli  hüceyrələrində  sitoplazmatik  cisimciklər  qeyd 
edilir.  Qaraciyər,  böyrək və  miokard  qan  damarlarının  doluqan- 
Iılığı  bunların  parenxima  hüceyrələrinin  danəli  və  yağ  distrofı- 
yası  halında  olması  müşahidə  edilir.
D iaq n oz. 
Qripə  diaqnoz  qoymaq  üçün  onun  epizootoloji 
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik­
ləri  nəzərə  alınır,  diaqnozun  dəqiqləşdirilməsi  və  oxşar  xəstə­
liklərdən təfriq etmək üçün virusoloji müayinələr və seroloji reak­
siyalardan  istifadə  edilir.
Virusoloji  müayinə  üçün  quş  cəsədlərinin  ayrı-ayrı  orqanla­
rı  götürülərək  təcili  şəkildə  rayon  baytarlıq  laboratoriyalarına 
göndərilir.  İlin  isti  fəsillərində  patoloji  materialın  xarab  oqlma- 
ması  üçün  buqlar  dondurulmuş  halda  və  ya  50%-li  qliserində 
göndərilməlidir.
Viruslu  materialın əldə edilməsi  üçün patoloji  material  steril  hə­
vəng-dəstədə və ya homogenizatorda doğranır və fosfat-bufer məh­
lulunda suspenziyası alınır.  Süzüldükdən sonra bunun hər  1  ml-nə 5 
min.  TV  penisillin  və streptomisin  əlavə  edilir.  Belə  fıltratdan  9-12 
günlük toyuq embrionlannın allantois boşluğuna inyeksiya edilir. Yo­
luxdurmadan 48  saat keçmiş allantois mayesini  götürüb hemaqqlyu- 
tinasiya  reaksiyası  vasitəsilə  serumun  olub-olmamasına  görə yoxla­
nır.  Bundan əlavə virusun sitopatik təsirini müəyyən etmək üçün to­
yuq embrionlannın çoxqatlı  hüceyrə kulturasından  istifadə edilir.
159


Virusun patogenliyini  yoxlamaq məqsədilə 2-4 aylıq cücələr 
0,5-1  ml  miqdarında  viruslu  suspensiya  ilə əzələ  içi  yoluxduru­
lur.  Patoloji  materialda  qrip  virusunun  olması  yoluxdurulmuş 
cücələrdə  3-5  gündən  soqra  bəzən  ölümlə  nəticələnən  respira­
tor simptomlar kompleksinin meydana çıxması  ilə təsdiq olunur.
Xəstəliyin  diaqnostikasında  seroloji  reaksiyalardan  he- 
maqqlyutinasiyanın  ləngiməsi reaksiyası, presipitasiya reaksiya­
sı,  komplementin  birləşməsi  reaksiyasından  istifadə edilir.
Praktiki  olaraq  kütləvi  müayinələrdə  hemaqqlyutinasiyanın 
ləngiməsi reaksiyası  sadə və spesifıkdir.  Bu reaksiyadan  həmçi­
nin  xəstəliyi  keçirmiş  quşların  retrospektiv  diaqnostikası  üçün 
istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Qripin  generalizasiya  formasını  nyukasl 
xəstəliyindən,  respirator  formasını  isə  respirator  mikoplazmoz, 
infeksion bronxit,  infeksion  larinqotraxeit və digər respirator xəs­
təliklərdən  təfriq  etmək  lazımdır.  Bütün  hallarda  virusoloji 
müayinələrin  və  seroloji  reaksiyaların  nəticələri  əsas  götürülür.
M ü alicə. 
Qriplə  xəstə  quşlar  müalicə  edilmir.  Onlar qansız 
üsulla  öldürülür və  yandırılır.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  sağalmış  quşlarda gəoginliyi 
6 aya qədər davam  edən  qeyri-steril  immunitet yaranır.  Spesifik 
profilaktika  məqsədilə  hal-hazırda  inaktivləşdirilmiş  alümi- 
nium-hidroksidli  embrion  vaksin,  maye  və  quru  inaktivləşdiril­
miş  vaksinlərdən  istifadə  edilir.  Embrion  vaksin  14  gün  fasilə 
ilə  2  dəfə,  digərləri  1  dəfə  əzələyə  vurulur.  Vaksinasiya yalnız 
kliniki  sağlam quşlarda 45  günlükdən etibarən aparılır.  Vaksina- 
siyadan  2-3  həftə  keçmiş  immunitet  yaranaraq  quşları  6  ay  qo­
ruyur.  İmmunitetin  gərginliyi  vaksinasiyadan  21-30  gün  keçmiş 
hemaqqlyutinasiyanın  ləngiməsi  reaksiyası  vasitəsilə  yoxlanır. 
Yoxlanılan quşların 80%-də antihemaqqlyutininlərin titri  1:10-də 
olursa  immunitet gərginlikli  hesab edilir.
P rofilaktika  v ə  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
1 6 0
kası  məqsədilə müxtəlif yaş qrupuna mənsub olan quşların ayrı- 
ayrılıqda  saxlanması  və  baytarlıq-sanitariya  tədbirlərinin  planlı 
qaydada aparılması  mühüm əhəmiyyətə  malikdir.  Quş  sexlərin­
də  profilaktiki  fasilələrdən  sonra  binalarda  əsaslı  mexaniki  tə­
mizlik  aparıldıqdan  sonra  və  ardıcıl  olaraq  3  dəfə  dezinfeksiya 
aparılmalıdır.  Xəstəliyə  görə  salamat  təsərrüfatlarda  onun  qrip 
virusu  ilə  yoluxmasının  qarşısını  almaq  məqsədilə  təsərrüfatla­
ra  quşlar  və  onların  məhsulları  yalnız  sağlam  təsərrüfatlardan 
alınmalıdır.  Quşların və onların məhsullalırının daşınmasında is­
tifadə  edilən  nəqliyyat  vasitələri,  taralar  və  digər  avadanlıqlar 
ciddi  şəkildə  dezinfeksiya  edilməlidir.
Xəstəlik baş verən təsərrüfatlara karantin qoyulur.  Əgər xəs­
təlik yalnız bir quş binasında görünürsə onda  xəstə və  xəstəliyə 
şübhəli  quşların  hamısı  qansız  üsulla öldürülür və  yandırılır,  di­
gər quş qrupunu  isə ət üçün  kəsirlər.  Əgər xəstəlik  bir neçə quş 
binasında aşkar edilirsə gündəlik olaraq xəstə və zəif quşlar çıx­
daş  edilib  məcburən  kəsilir,  quş  cəmdəyində  patoloji-anatomik 
dəyişdiklər  müşahidə  edilirsə  onlar daxili  orqanları  ilə  birlikdə 
texniki  itilləşməyə  göndərilir.  Əgər  dəyişdik  qeyd  olunmursa 
onda  daxili  orqanlar  utilləşdirilir,  cəmdək  isə  bişirilir  və  qida 
vasitəsi  kimi  istifadə  edilir.  Xəstə  quşlardan  alınmış  yumurtalar 
10  dəqiqə  qaynadılmaqla zərərsizləşdirilir.
Quş binalarının cari  dezinfeksiyası  üçün  3%-li  natrium qələ­
visi,  1%-li  formaldehid,  3%-li  xlorlu əhəng məhlulu  və  s.  istifa­
də  edilir.
İnkubasiya  məqsədilə  yumurtalar  yalnız  sağlam  təsərrüfat­
lardan  götürülməlidir.  İnkubatordan  götürülmüş  hər  bir  cücə 
partiyaları  uyğun  zoogigiyniki  şəraitdə  saxlanmalı  və  45 
günlüyə çatdıqda  inaktivləşdirilmiş  vaksinlərlə  müvafiq  təlimat 
əsasında  peyvənd edilməlidir.
Şərti  sağlam  quş qruplarının  kəsimindən  əldə edilmiş tük  və 
lələklər  xüsusi  quruducu  qurğularda  85-900S  temperaturda  15
1 6 1


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə