İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə43/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   39   40   41   42   43   44   45   46   ...   87

spozisiya  15  dəqiqə),  həmçinin  xlorskipidarla  (cavan  quşlar 
üçün  1  q xlorlu əhəng 0,1  ml  skibidar, ekspozisiya 7 dəqiqə, ya­
şlı  quşlar üçün 2 qram xlorlu əhəng, 0,2 ml skibidar, ekspozisiya 
15  dəqiqə) aparılır.
Təsərrüfatdan  məştutlaşmalar  axırıncı  xəstə  quşun  aşkar 
edilməsindən  3  ay  keçmiş  və  yekun  dezinfeksiya  aparıldıqdan 
sonra götürülür.
İNFEKSİON  LARİNQOTRAXEİT
İnfeksion  larinqotraxeit -  Larynqotracheitis infektioza -  kon- 
tagioz  xəstəlik  olub,  kataral  və  fibrinozlu-hemorroji  rinit,  tra- 
xeyit,  konyuktivit  və  asfiksiya  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
Xəstəlik  ilk  dəfə  1925-ci  ildə  ABŞ-da 
Mey və Titsler tərəfindən qeyd edilmişdir.  1925-1930-cu  illərdə 
bu  xəstəlik  Biç,  Kernoqen,  Boundeft  və  Hudzon  tərəifndən 
müəyyən  edilmiş  və  infeksion  bronxit adlandırlmışdır.  Bir neçə 
il  infeksion bronxit və infeksion larinqotraxeyitin bir xəstəlik ol­
ması  güman  edilmiş,  ancaq  1930-cu  ildə Biqs  və  başqaları  tərə­
findən qeyd edilən hər iki  xəstəliyin sərbəst bir-birindən  bir çox 
xüsusiyyətlərinə  görə  fərqlənən  xəstəlik  olması  əsaslı  şəkildə 
müəyyən  edilmişdir.
1931-ci  ildə  ABŞ-in  baytarlıq  assosiasiyası  tərkibində  fəa­
liyyət  göstərən  quşların  xəstəliyi  üzrə  Komitə  quşların  qırtlaq 
və  traxeyasının  zədələnm əsinə  səbəb  olan  xəstəliyin  infeksion 
larinqotraxeyit  kimi  qeyd  etmişdir.
Rusiyada xəstəlik  ilk  dəfə  1932-ci  ildə R.T.Batanov tərəfin­
dən  aşkar  edilmiş,  A.P.Kiur-Muratov  və  Pançenko  tərəfindən 
bəzi  xüsusiyyətləri  öyrənilmişdir.
Xəstəlik  dünya  qitələrinin  hamısında  quşçuluqla  məşğul  öl­
kələrdə  çox  vaxt epizootiya  halında  müşahidə  edilən  təsərrüfat­
lara  böyük  iqtisadi  ziyan  vurur.
1 7 0
X əstəliyin törədicisi. 
Törədicisi DNT-li virus olub herpesvirus 
ailəsinin  herpesviaıs  cinsinə  mənsubdur  və  Herpes  virus  qalli-1 
adlanır.  Virionların ölçüsü 80-100 nm-dir. Amil 9-12 günlük toyuq 
embrionlarmın xorioallantois qişasında, həmçinin ilkin və keçirilər 
hüceyrə  kulturasında  yetişdirilir.  Yetişdirmənin  3-4-gü  günündə 
virusun sahib  hüceyrəsində sitopatik təsiri  müşahidə edilir.
Təbiətdə  virusun  yüksək  virulentli  ştamlarından  əlavə  həm 
də  z əif virulentli  ştamlarıda dövr edir.
D avam lılığı. 
Xarici  mühit  şəraitində  virus  zəif davamlılığı 
ilə özünü göstərir. Yumurtanın qabığında 0,37°S temperaturda 2- 
12  saata  inaktivləşir.  Tenniki  təsirə  davamsız  olmaqla  55üS-də 
10  dəqiqəyə,  60°S-yə  isə  2  dəqiqəyədək  davam  gətirir.
Qurutma  və  dondurma  virusu  konservləşdirir.  Xəstəlikdən 
məcburi  kəsilmiş quşların traxeyasında -  8...-10°S  temperaturda 
virus  370  günə  qədər,  donmuş  quş  cəsədində  isə  -   18...-28°S 
temperaturda  isə  19  ay  sağ  qalır.
Liofilizasiya olunmuş  və  vakuum  şəraitində  virus  13,5  il  ər­
zində  öz virulentliyi  itirmir.  Quş  binalarında  amil  6-9  günə,  tor­
pağa basdırılmamış quş cəsədlərində 30 günə,  1  m  20 sm dərin­
liyində  torpağa  basdırılmış  quş  cəsədlərində  isə  47  günə  inak­
tivləşir.
Əksər  dezinfeksiya  vasitələri  zəif konsentrasiyada  xəstəliyi 
törədicisini  tez  məhv  edir.  Belə  ki,natrium  qələvisinin  1%-li, 
krezolun  3%-li, xlorlu əhəngin  2%-li məhlulları  herpes virusunu 
1-2  dəqiqəyə  inaktivləşdirir.
Epizootoloji  m əlum atlar. 
İnfeksion  larinqotraxeit  virusuna 
təbii  şəraitdə  toyuqlar,  hind  quşları, qırqovullar,  firənq  toyuqla­
rı  həssasdır.  Eksperimental  olaraq  virusu  yuxarı  tənəfflis  yolla­
rının  selikli  qişasına  və  konyuktivaya  tətbiq  etməklə  xəstəliyi 
əldə  etmək  mümkündür.  Təbii  şəraitdə  yoluxma  aerogen  yolla 
baş  verir.  Xəstəlik  bütün  yaş  qrupuna  mənsub  olan  quşlarda 
qeyd edilir,  ancaq 60-100 günlüklər daha çox  həssaslıq  göstərir.
1 7 1


İnfeksion  larinqotraxeitə  görə  stasionar  təsərrüfatlarda  25-30 
günlük  cücələrin  də yoluxması  müşahidə edilir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirm iş 
quşlar hesab edilir.  Virusdaşıyıcılıq 2  ilə qədər davam  edir.  X əs­
təlik törədicisinin yayılmasında virusla yoluxmuş hava, yem,  su, 
quşlara qullu  vasitələri  mühüm  rola  malikdir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  qansoran  buğum lu- 
ayaqlı  şəhəratlar hesab edilir.  S.F.Şennikov  və Y.A.Petrovskaya 
göstərmişlər  ki,  diri  vaksinlə  peyvənd  olunmuş  quşlarda  virus 
daşıyıcılıq  1  ilə  qədər davam  edir.
İmmun  olmayan  quş  qrupunda  infeksion  larinqotraxeit  z ə if  
epizootiyalar  halında  gedir.  Stasionar  təsərrüfatlarda  daha  çox 
cavanlar  qrupunun  xəstələnməsi  qeyd  edilir.  Xəstəlikdə  stasio- 
narlıq  uzun  müddət virusdaşıyıcılıq və quşların  saxlanma texno­
logiyasının  pozulması  ilə  izah  edilir.  Binalarda  quşların  sıx  yer­
ləşdirilməsi,  nəmliyin  çox  olması,  ventilyasiya  qurğularının  pis 
işlənməsi  ilə əlaqədar bina daxilində karbon qazı, aıumonyak və 
hidrogen-sulfıdin  toplanması,  həmçinin  yem  payının  düzgün  tu- 
tulmaması  infeksion  larinqotraxeitin  baş  verməsi  üçün  zəmin 
yaradır.
Virusun  epizootik  ştamlarının  virulentliyi  kəskin  şəkildə 
dəyişkəndir.  Bəzi  təsərrüfatlarda quşlar arasında  immunlaşdırıcı 
subinfeksiyaya  səbəb  olan  zəif virulentli  virus  ştamlarının  dövr 
etməsi  qeyd  edilir.  Virusun  yumurta  vasitəsilə  yayılması 
müəyyən  edilmişdir.
İnfeksion  larinqotraxeit  bəzən  çiçəklə,  respirator  mikoplaz- 
mozla,  kolibakteriozla,  infeksion  bronxit  ilə  qarışıq  halda  gedir. 
Belə  qarışıq  infeksiyalar  quşlarda  letallıq  faizini  kəskin  şəkildə 
artırır.
Əlverişli  yemləmə  və  saxlama şəraitində  infeksion  larinqot­
raxeitin  yayılması  adətən  2-4  həftədən  sonra  tədricən  zəifləyir 
və  ləğv  olur.
172
P a tog en ez. 
Virus orqanizmə  konyunktivanın, ağlız və burun 
boşluğunun  selikli  qişaları  vasitəsilə  daxil  olduqdan  sonra,  qırt- 
laq  və  traxeyanın  selikli  qişasının  epiteli  hüceyrələrində  repro­
duksiya  edir,  nəticədə  burada serozlu-kataral  iltihab  və  nüvəda- 
xili  cisim ciklər  törədir.  Zədələnmiş  epitel  hüceyrələrində  sito- 
plazmanın  bölünməməsinə baxmayaraq  nüvənin  kəskin  şəkildə 
artması  müşahidə  edilir.  Adətən  24  saatdan  sonra  virus  qanda 
görünür.  Xəstəliyin bu dövründə respirator orqanların  selikli  qi­
şalarında  epiteli  hüceyrələrinin  deskvamasiyası,  traxeyanın  da­
xilində  isə qanla qarışıq selikli  eksudat toplanır.  Xəstəliyin  son­
rakı  dövrlərində  qırtlaq  və  traxeyanın  selikli  qişasının  zədələn- 
məsinin  güclənməsi  tək  virusun  təsirindən  yox,  həm  də  burada 
distrofıki dəyişdiklərin baş verməsi  ilə əlaqədardır. Yekunda tə­
nəffüs  yollarının  mənfəzinin  daralması  və  burada  kezeozlu 
kütlədən  ibarət  olan  tıxacın  yaranması  nəticəsində  quşlarda 
boğulma  və  ölüm  baş  verir.
G ed işi  v ə   kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
virusun virulentliyi  və dozasından,  həmçinin quşların  ümumi  re- 
zistentliyindən  asılı  olaraq  2-30  gündür.  Gedişinə  görə  xəstəli­
yin  iti,  yarım  iti  və xroniki,  patoloji  prosesin  lokalizasiya  yerinə 
görə  isə  larinqotraxeyal  və  konyuktival  formaları  mövcuddur.
Xəstəliyin  larinqotraxeyal  forması  quşlarda  iti  gedişə  malik 
olmaqla  onlarda  ümumi  zəiflik,  iştahın  itməsi,  tənəffüs  zamanı 
m üxtəlif səslər nəzərə  çarpır.
Qırtlaq  və  traxeyanın  selikli  eksudatla  tutulması  nəticəsində 
tənəffüs prosesi  tamamilə pozulur. Quşların dimdiyi açıq olmaq­
la  başını  irəliyə  uzadaraq  çətinliklə  tənəffüs  edir.  Tənəffüs yol­
larında  olan  ekssııdat  çox  vaxt  qanlı  kütlədən  ibarət  olan  tıxac 
nəzərə  çarpır.  Ağız  boşluğunun  selikli  qişasının  hiperemiyalı, 
şişkin  və  qan  sağıntılı  olması  müşahidə  edilir.  Toyuqlarda  yu­
murta məhsuldarlığı  kəskin şəkildə aşağı düşür.  Larinqotraxeyal 
formada  letallıq  10-60%  arasında olur.
173


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə