İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə44/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   40   41   42   43   44   45   46   47   ...   87

Ş ə k i l   9.   İ n f e k s i o n   l a r i n q o t r a x e y i t l ə  
Ş ə k i l   10.  İ n f c k s i o n   l a r i n q o t r a x e y i t
x ə s t ə   q u ş  
z a m a n ı   s e l i y i n   a y r ı l m a s ı   v ə   g ö z ü n
z ə d ə l ə n m ə s i
Xəstəliyin  konyuktival  forması  əsasən  10-15  günlük  cücə­
lərdə  qeyd  olunur.  Bunlarda  konyuktivanın  slrozlu  iltihabı,  göz 
yaşının  axması  və  işıqdan  qorxma  müşahidə  edilir.  Konyunkti- 
val  formanın  xroniki  gedişində  quşlarda  konyunktivanın  fıbri- 
nozlu  iltihabı,  gözün  buynuz  qişasının  bulanması,  nəticədə  gör­
mənin  zəifləməsi  və  bəzən  korluq  qeyd  olunur.  Konyunktival 
forma  bəzən  larinqotraxeal  forma  ilə  qarışıq  şəkildə  gedir.
P atoloji-anatom ik  d əyişilik lər. 
Xəstəliyin  larinqotraxeal 
formasında  mühüm  dəyişiliklər  qııtlaq  və  traxeyada  gedir.  Bu 
orqanların  selikli  qişaları  hiperemiyalı,  şişkin,  erroziyalı  və  qan 
sağıntılıdır.  Mənfəzləri  isə kataral  və ya kataral  hemorroji  eksu- 
datla tutulmuş olur. Əksər hallarda qirtlaqda fibrinozlu-kazeozlu 
kütlədən  ibarət  olan  tıxac  müşahidə  edilir.  Belə  tıxaclar  bəzən 
iri  bronxlarda  da  nəzərə  çarpır.  Bəzən  quşların  burun  və  ağız 
boşluğunda  kataral  iltihab,  dilin  kökündə  isə  fıbrinozlu  çögüntü 
aşkar edilir.  Bundan əlavə toyuqların bir qismində dalağın böyü­
məsi, nazik bağırsaq şöbəsinin, fabrisium kisəsinin və kloakanın 
kataral  iltihabı  nəzərə  çarpır.
Konyuktival  forma  zamanı  serozlu  və  ya  fıbrinozlu  kon- 
yunktivit aşkar edilir.  Müayinə zamanı  konyunktival  kisədə kaze- 
ozlu  kütlə,  bəzən  byunuz  qişasının  bulanması  və  göz  almasının 
zədələnməsi  qeyd  olunur.
174
Histoloji  müayinə  zamanı  damarların  hiperemiyası,  örtük 
epitelisinin selikli  distrofıyası, xəstəliyin son dövrlərində  isə res­
pirator  orqanların  epitelisinin  nekrozu,  limfoid-histositar  ele­
mentlərlə selikli  qişaların  infıltrasiyası və perivaskulyar qan sız­
maları  müşahidə  edilir.  Virus  respirator  orqanların  selikli  qişa­
sında  çoxaldığına  görə  burada  iltihab  reaksiyalarından  ibarət 
həm  də  nüvədaxili  cisimciklər yaradır.  Bu  cisimciklərin  forma­
sı  oval,  yumru  və  uzunsov,  miqdarı  isə nüvədə  1-4  ədəd  olur.
D iaq n oz. 
Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri, patoloji-anatomik dəyişdikləri  nəzərə alınır və 
diaqnozun  dəqiqləşdirilməsi  həmçinin  oxşar xəstəliklərdən  təf- 
riq etmək üçün xəstə quşların traxeyasından virusun toyuq  emb- 
rionlarında  və ya toxuma  kulturalarında ayrılması,  həssas quşlar 
üzərində  bioloji  sınağın  qoyulması,  raxeyanın  selikli  qişasından 
götürülmüş  nümunələrdə  histoloji  müayinə  yolu  ilə  nüvədaxili 
cisimciklərin  müəyyən edilməsi, sekundar bakterial  infeksiyala- 
rın  təfriqi  üçün  bakterioloji  müayinənin  aparılması,  viruslu  ma­
terialda  neytrallaşma  reaksiyası  və  presipitasiya  reaksiyasının 
qoyulması  kimi  testlərdən  istifadə edilməlidir.  Retrospektiv diaq­
nostika  məqsədilə  xəstəliyi  keçirib  sağalmış  quşların  qan  seru- 
mu  ilə neytrallaşma reaksiyası  qoyulur.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  infeksion jjronxitdən, avitaminoz 
-   A-dan,  çiçəkdən,  nyukasl  xəstəliyindən,  respirator  mikoplaz- 
mozdan  və  infeksion  zökəmdən  təfriq  etmək  lazımdır.
İnfeksion  bronxitlə daha çox 30 günlüyə qədər cücələr yolu­
xur.  Xəstəliyin  sürətlə  yayılması  və  tənəffüs  yollarının  iltihabı 
ilə  səciyyələnir.
Avitaminoz A -  zamanı  infeksion prosesə məxsus olan xüsu­
siyyətlər  qeyd  olunmur.  İltihab  qırtlaq  və  traxeyada  yox,  yem 
borusunun  selikli  qişasında  müşahidə edilir.
Çiçək dərinin xarakterik zədələnmələri, yuxarı  tənəffüs yol­
ları  və  ağız  boşluğu selikli  qişasının difterik  zədələnmələri,  mi-
175


kroskopiya  zamanı  hüceyrə  daxili  cisimciklərinin  görünməsi 
əsas  hesab  edilir.
Nyukasl  xəstəliyi  bütün  yaş  qrupuna  mənsub  olan  quşlarda 
baş  verir və  yüksək dərəcədə tələfatla səciyyələnir.  X əstəlikdə 
mühüm  patoloji-anatomik  dəyişdiklər bağırsaqda və  vəzili  m ə­
də  ilə  əzələli  mədə  sərhəddində  kəmərvari  qan  sağıntıları 
müşahidə  edilir.
Respirator mikoplazmozda yuxarı  tənəffüs yollarının  kataral 
iltihabı,  kataral  krupoz  pnevmoniya  və  serozlu-fıbrinozlu  aero- 
sakkulit  nəzərə  çarpır.
İnfeksion  zökəm  yüksək  kontagioz olmaqla  burun  yolundan 
selikli axıntı, tənəffüs yolu selikli qişasının kəskin şəkildə qalın- 
laşması görünür.  Belə dəyişdik həmçinin  infpaorbital  sinuslarda 
və  traxeyada  da qeyd  olunur.
Bütün hallarda virusoloji müayinələr aparmaqla virusun ailə­
si  və  cinsinin  müəyyən  edilməsi  əsas  hesab  edilir.
M üalicə. 
Xəstə quşların müalicəsi üçün effektli vasitələr de­
mək  olar ki,  yoxdur.  Qoruyucu  məqsədlə  və  sekundar bakterial 
mikroflora  ilə  mürəkkəbləşmələrin  qarşısını  almaq  üçün  geniş 
təsir dairəsinə malik olan antibiotiklər və nitrofuran  birləşm ələ­
rinin,  həmçinin  trivitaminin  birlikdə  tətbiqi  müəyyən  əhəm iy­
yətə  malikdir.  Yaşlı  quşun  hər  kq  canlı  kütləsinə  20  min  T.V. 
streptomisin trivitamində və ya  1  ml  balıq yağında əzələ içinə 7- 
8  günlük  fasilə  ilə  2-3  dəfə  inyeksiya  edilir.  Eyni  zamanda  hər 
kq  canlı  kütləyə  20  mq  furazolidon  yemlə  5  gün  quşlara  verilir.
3-4  aylıq  cavan  quşlara  streptomisin  hər  başa  15-20  min. 
T.V.  əzələ  içinə  və  furazolidon  isə  10-15  mq  yemlə  tətbiq  edi­
lir.
Xlor-skibidarla cücələrdə  inqalyasiya 7-8  günlük  fasilə  ilə  3 
dəfə aparılır.  Bu  məqsədlə hər  lm3  həcmə  1  qr xlorlu əhəng və 
0,1  ml  skibidar  götürülür.  Ekspozisiya  7  dəqiqədir,  sonra  bina­
nın havası dəyişilir.  150-180 günlük cavanlan  inqalyasiya etmək
176
Şəkil  I. 
Nyukasl xəstəliyində kor bağırsaqda iltihab
Ş ə k i l   II. 
İ n f e k s i o n   l a r i n q o t r a x e y i t d ə   t r a x e y a d a   i l t i h a b   o c a q l a r ı


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə