İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə45/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   41   42   43   44   45   46   47   48   ...   87

Şəkil  III. 
Vərəmdə qaraciyərdə patoloji-anatomik dəyişdiklər
Şəkil 
IV.  Koliqranulamatozda daxili  orqanlarda dəyişdiklər
Şəkil 
V. İnfeksion bursal xəstəliyi


Şəkil  VI. 
Marek xəstəliyinə tutulmuş quş
Şəkil  VII. 
Marek xəstəliyində daxili orqanlarda gedən dəyişdiklər
Şəkil 
VIIİ. A-Pasterellyoz zamanı  pipik və saqqalın  zədələnməsi 
В-Çiçəkdə pipik və saqqalda səpgilər 
D-Leykozda neoplastik törəmələr 
E-Nyukasl  xəstəliyində vəzili  mədədə qan sızmaları


Şəkil  IX.
1-  Pullorozda dalağın böyüməsi
2-  Salmonellyozda ördək embrionunun  sarılıq  kisəsinin böyüməsi
3-  Kalibakteriozda daxili orqanlarda fıbrinozlu  iltihab
Şəkil 
X.  Respirator mikoplazmozda hava kisələrinin  iltihabı
Ş ə k i l   X I .  
İ n f e k s i o n   b r o n x i t l ə   x ə s t ə   t o y u q


Ş ə k i l  
X I I .   İ n f e k s i o n   b r o n x i t   z a m a n ı   y u m u r t a   f o l i k u l a l a r ı n ı n   i l t i h a b ı
üçün  hər  lm3  həcmə  2  qr  xlorlu  əhəng  və  0,2  ml  skibidar 
götürülür,  ekspozisiya  15  dəqiqədir.  Belə  inqalyasiyalar  quşlar 
binada olan  zaman aparılır.  Quş  olmayan  binada hər  lm 3-ə  5  qr 
xlorlu əhəng və 0,5  rnl skibidar götürülür ekspozisiya  isə 3-4 sa­
at  olur.  Bundan  əlavə  preparatların  aerozol  halında  tətbiqi  də 
müəyyən  qədər effektlidir.
İm m u n itet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır 
və  onları  sonrakı  yoluxmadan  qoruyur.  Spontan  yoluxma  və  ya 
vaksinasiyadan  14-20  gün  keçmiş  qan  serumunda  antitellər  ya­
ranır və  2-3  ay  yüksək titrdə  qalır.
Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki, 
attenuasiyalı  vaksinlərin  tətbiqi  yaxşı  nəticə verir.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  yumurta  vasitəsilə  verilən 
ana  antiteli  cücələri  qoruya  bilmir.  Bunu  nəzərə  alaraq  cücələr 
ilk  günlərdən  vaksinasiya  edilir və  immunitet 6-8  gündən  sonra 
yaranır.  Ancaq  vaksinasiyalar  elə  zonalarda  aparılmalıdır  ki, 
orada  larinqotraxeit virusu vardır,  yaxud o zonanın  yaxın  bölgə­
sində  infeksiya  müşahidə  edilir.  Çünki  vaksin  virusu  xarici 
mühitdə  saxlanır  və  cücələrdə  postvaksinal  reaksiyalar  bəzən 
çox  ağır olur.
İnfeksiyanın  baş  vermə  riski  aşağı  olan  zonalarda  yalnız  ca­
vanlar  peyvənd  edilir  və  vaksinin  bir  dəfə  tətbiqi  kifayətdir. 
Yüksək  risk olan zonalarda cücələr ilk gündən  peyvənd edilmə­
lidir.
İnfeksion  larinqotraxeitə qarşı 2 tip attenuasiya olunmuş vak­
sin  vardır.  Bunun  biri  toyuq  embrionunda,  digəri  isə  hüceyrə 
kulturasında  yetişdirilməklə  əldə  edilmişdir.  Birinci  vaksin 
yüksək  gərginlikli  immunitet  yaradır,  ancaq  postvaksinal  reak­
siyalar da  kəskin  olur.  İkinci  vaksin  əksinə  olaraq  heç  bir post­
vaksinal  reaksiyalar törətmir, ancaq yaranmış  immunitetin gərg­
inliyi  də  çox  zəif olur.
Postvaksinal  reaksiyaların  baş  verməməsi  üçün  vaksinlərin
177


tətbiqi  üsulu sahəsində çoxlu tədqiqatlar aparılmışdır.  Müəyyən 
edilmişdir  ki,  intraokulyar  üsul  konyunktivit  və  zəif respirator 
reaksiya törətməsinə baxmayaraq ən əlverişli üsuldur.  Vaksinlə- 
rin su  ilə peroral tətbiqi  təhlükəsiz olmasına baxmayaraq  immu­
nitetin  yaranma  surəti,  müddəti,  gərginliyi  stabil  deyil.  Aerozol 
üsulla  vaksinasiyaların  aparılması  quşlarda  respirator orqanların 
müxtəlif xarakterli  iltihabı  ilə  yanaşı  həm  də  vaksinin  tətbiqin­
də  iştirak  edən  baytar  həkimi  üçün  də  müəyyən  cəhətdən 
təhlükəli  hesab  edilir.
Rusiyada  infeksion  larinqotraxeitin  spesifik  profilaktikası 
üçün  S.P.Şennikov  və  Y.A.Petrovskaya  tərəfindən  quru  virus 
vaksinlər  hazırlanmış  və  bunlar  kloakanın  üst  hissəsinin  selikli 
qişasına sürtülmə yolu  ilə tətbiq olunur.  İmmunitet 7-10 gündən 
sonra yaranaraq  çox vaxt onu ömrü  boyu yoluxmadan  qoruyur.
Postvaksinal  reaksiyaların  olmaması  üçün  vaksin  dozasının 
azaldılması  yolverilməzdir,  çünki  bu  zaman  quşlarda  immunitet 
lazımi gərginlikdə yaranmır və xroniki  gedişli  postvaksinal  reak­
siyaların  meydana  çıxmasına səbəb olur.
Son  zamanlar quşların  infeksion  larinqotraxeiti  nyukasl  xəs­
təliyi  və çiçəyi  əleyhinə  kompleks vaksinasiya üsulu  işlənib  ha­
zırlanmışdır.
Profilaktika  v ə  m übarizə  təd b irləri. 
Xəstəliyə  görə  sağ­
lam  təsərrüfatlarda  bunun  sağlamlığının  daima  təmin  edilməsi 
üçün  inkubasiya yumurtaları  və yeni  cücə partiyaları  yalnız sağ­
lam  təsərrüfatlardan  alınmalıdır,  cücələr əsas  yaşlı  quş  qrupun­
dan  tamamilə  ayrı  saxlanmalı,  tara  və  müxtəlif vasitələr yuyul­
duqdan  sonra mütləq dezinfeksiya edilməlidir.
Təsərrüfata  yeni  quş  qrupu  daxil  edilməzdən  əvvəl  binalar 
etibarlı  şəkildə  dezinfeksiya  edildikdən  sonra  qurudulur  və  qə­
fəslər şəraitində saxlanması  zamanı  10  gün, döşəmə üstü şərait­
də  saxlanması  zamanı  isə  14  gün  boş  saxlanır.  İldə  bir dəfə  27 
günlük  profilaktiki  vasilə  tətbiq  olunur.  Gündəlik  olaraq  quş  bi­
178
nalarında  hava  mübadiləsi  və  mikroiqlim  nəzarətdə  olmalıdır. 
Ümumiyyətlə  ammonyakın  bina  daxilində  konsentrasiyası  0,01 
mq/1,  hidrogen-sulfid  0,006  mq/1,  karbon  qazı  0,2%  və  nisbi 
nəmlik  isə  60-70% olmalıdır.
İnfeksion  larinqotraxeit baş verdikdə təsərrüfatda məhtutlaş- 
malar  qoyulur.  Xəstə  və  xəstəliyə  şübhəlilər  kəsilir.  Şərti  sağ­
lam  quşlar  isə  quru  kultural  virus  vaksinlə  peyvənd  edilir.  Xəs­
təliyin  profilaktikası  üçün  körpə quşların  27-30 günlükdən qeyd 
edilən  vaksinlə  peyvənd  edilməsi  zəruridir.  Quş  binaları  və  kə­
sim  sexi  450S-yə  qədər  isidilmiş  2%-li  natrium  qələvisi,  tərki­
bində 2%  fəal xlor olan xlorlu əhəng məhlulları  ilə dezinfeksiya 
edilir.  Quş  olan  şəraitdə  dezinfeksiya  aparmaq  üçün  hər  lm3 
həcmə  100  ml  3%-li  hidrogen-peroksid məhlulu  işlədilir.
Məhtutlaşma,  infeksion  larinqotraxeitin  ləğvindən  2  ay  keç­
miş  və bütün sağlamlaşdırma tədbirləri yerinə yetirdikdən sonra 
götürülür.
İNFEKSİON  BURSAL  XƏSTƏLİYİ
İnfeksion  bursal  xəstəliyi  (infektiosis  bursitis,  infeksion  bur- 
sit,  Qamboro  xəstəliyi)  virus  etiologiyalı  kontagioz  xəstəlik 
olub,  fabrisiy  kisəsinin,  oynaqların  və  bağırsaqların  iltihabı  ilə 
səciyyələnir.
T arixi  m əlu m a t. 
Xəstəlik ilk dəfə olaraq  1956-cı  ildə ABŞ- 
nın  Qamboro  adlı  vilayətində qeyd  edilmiş  və  1962-ci  ildə  Kos- 
qrov  buna  Qamboro  xəstəliyi  adı  vermişdir.  Vanterfeld  və 
Xitçner  1962-ci  ildə  xəstə  toyuqlardan  broylərdə  nefrozonefriti 
törədən  xüsusi  virusu  ayırdıqlarına  görə  bu  xəstəliyə  bəzən  in­
feksion  nefrozonefrit də deyilir.  1965-ci  ildə Qomayum təcrübə­
lər əsasında  müəyyən  etmişdir ki,  nefrozonefrit sindromu  ikinci 
dərəcəlidir və  bu  xəstəlikdə  əsas  daimi  dəyişdiklər  fabrisiy  ki­
səsində  müşahidə  edilir.  Məhz  buna  görə  də  xəstəlik  infeksion
179


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə