İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə47/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   43   44   45   46   47   48   49   50   ...   87

is qişasının  materialı  ilə aqarda presipitasiya reaksiyası  qoymaqla 
virus antigenini müəyyən etmək mümkündür. Virusun indikasiya- 
sı  üçün  aqar  gelində  diffuz  presipitasiya  reaksiyasından  istifadə 
edilir.  Reaksiya  aqar  Difko  üzərində  qoyulur.  Bu  məqsədlə  aqar 
üzərindəki  mərkəzi yuvacığa spesifik immun serum, periferik yu- 
vacıqlara  isə  yoxlanan  materialın  suspenziyası  tökülür.  Spesifik 
immun  serumu eksperimental yoluxdurulmuş  cücələrdən,  viruslu 
materialı  isə əvvəlcədən yoluxdurulmuş toyuq embrionlarının xo- 
rioallantois  qişasının  və  ya  fabrisium  kisəsinin  homogenizasiyası 
yolu  ilə  alınmış çöküntü üstü mayesindən  istifadə  edilir.
İnfeksion  bursal  xəstəliyi  virusuna  qarşı  spesifik  antiteli  tə ­
yin etmək üçün vasitəsiz immunoferment üsuldan  istifadə edilir. 
Reaksiya  hüceyrə  kulturasından  əldə  edilib  təmizlənmiş  anti- 
genlə qoyulur.  İşdə sefarozali kalonkada xromatoqrafıya yolu  ilə 
təmizlənmiş  ada  dovşanlarından  alınmış  toyuq  əleyhinə  immu- 
noqlobulindən  istifadə  edilir.  Nəticə  vizual  və  ya  spektrofoto- 
metrik yolla  müəyyən  edilir.
Vasitəsiz  immunofermentativ  analiz  üsulu  (ELİSA)  neytral­
laşma  və  presiptasiya  reaksiyasına  nisbətən  daha  dəqiqdir  və 
spesifıkdir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  Marek  xəstəliyindən,  limfoidli 
nekroz,  infeksion bronxitin nefrit-nefroz formasından və strepto- 
kokkozdan  təfriq  etmək  lazımdır.
Marek xəstəliyində parenximatoz orqanlarda neoplastik pro­
seslər və  periferik  sinir sisteminin  iltihabı  ilə  səciyyələnir.
Limfoidli  leykozda  fabrisium  kisəsinin  böyüməsi  limfofolli- 
kullarda az  inkişaf etmiş  limfoid  hüceyrələrin  prolierasiyası  he­
sabına  olur və  virusoloji  müayinə  əsasında  virusun  ailəsinin  və 
cinsinin  təyini  əsasında bu  xəstəliklər bir-birindən  fərqlənir.
İnfeksion bronxitin nefrit-nefroz sindromunda böyrəkdə gedən 
dəyişdiklər infeksion bursal xəstəliyinə bənzəyir. Ancaq infeksion 
bronxitdə yuxarı tənəffüs yollarının zədələnmələri  qeyd edilir.
1 8 4
Streptokokkozda  çənəaltı  sahədə,  döş,  qarın  və  ətraflarda 
dərialtı  toxumada  həlməşikli  infıltrat  müşahidə  edilir.  Parenxi­
matoz  orqanlarda  böyümə,  serozlu-fıbrinozlu  perikardit  və  epi- 
kardit müşahidə  edilir.
M üalicə. 
Səmərəli vasitələr olmadığına görə müalicə aparılmır.
İm m u n itet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
İmmun  analardan alınmış yumurtaların  inkubasiyası zamanı  çıx­
mış  cücələrdə  passiv  immunitet  qeyd  olunur.  Ana  antitelləri 
cücələri  ilk  günlərdə  infeksion  bursal  xəstəliyindən  etibarlı  şə­
kildə  qoruyur.  Xüsusilə  belə  antitellər  cücələri  2-4  həftə  ərzin­
də həm təbii  virusdan və həmdə vaksin viruslardan qorumaq qa­
biliyyətinə  malikdir.  2-4  həftədən  sonra  isə  onlar  artıq  passiv 
immunitetlə  qorunmur,  xəstəliyə  həssas  olur.  İnfeksion  barsa 
xəstəliyinə  qarşı  vaksinasiyanın  vaxtının  dəqiq  müəyyən  edil­
məsi  onunla  mübarizədə  həlledici  rola  malikdir.  Vaksinasiya  o 
vaxt  aparılmalıdır  ki,ana  antitellərinin  səviyyəsi  bunun  aparıl­
masına  imkan  versin.
Hal-hazırda  bu  xəstəliyin  spesifik  profilaktikası  üçün  4  tip 
attenuasiya  olunmuş  vaksin  mövcuddur.
Bu tiplər ana antitelləri olan şəraitdə  immunitet yaratmaq qa­
biliyyətinə  və  onların  qalıq patogenliyinə  görə təsnif olunur.
1.  Y u m şaq   tip. 
Bunlarda  invazivlik  zəifdir.  Ana  antitelləri 
aşağı  səviyyədə olduğu zaman  neytrallaşdırır.
2. 
A ralıq  tip. 
İnvazivliyi  kifayət dərəcədə  yüksəkdir.  Hətta 
ana antitelləri  orta səviyyədə olduqda belə  infeksion  bursal xəs­
təliyinə  qarşı  immunitet yaradır.
3. 
A ralıq  m ü sb ət  tip. 
Yüksək  dərəcədə  invazivliyə  malik­
dir.  Ana  antitelləri  yüksək  səviyyədə  olduqda  belə  infeksion 
bursal  xəstəliyinə  qarşı  immunitet yaradır.
4.  İsti  tip . 
Qalıq  patogenliyi  olduqca  yüksəkdir.  İmmunitet 
müəyyən  mürəkkəbləşmələrlə  müşayət  olunur.  Bu  tip  vaksin- 
lərdən  istifadə  edilməsinə hal-hazırda  icazə  verilmir.
1 8 5


İnfeksion  bursal  xəstəliyinə  qarşı  vaksinasiyada  müşahidə 
edilən  başlıca  problem  ondan  ibarətdir ki,  ana  antitelləri  vaksin 
virusu ilə interferensiya edir. Ana antitellərin aşağı düşməsi vak- 
sinasiyanın  səmərəli  olması  üçün  kritik  momentdir.  Məlumdur 
ki,  broyler quşlar sürətlə böyüyür və buna paralel  olaraq ana an­
titellərin titri  bu sürətlə aşağı düşür. Əksinə yumurtalıq cinslərin 
ləng  inkişaf edir və  ana  antitellərin  səviyyəsinin  aşağı  düşməsi 
də  tədricən  gedir.
Vaksinasiya momenti  yumurtadan çıxma vaxtı cücələrdə ana 
antitellərin səviyyəsindən də asılıdır. Aşağı  səviyyədə antitellə- 
rə  malik olan cücələr vaksinasiyaya yuxarı  səviyyədəkilərə nis­
bətən  tez  hazır  hesab  edilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
cücələrin  həyatının  ilk  3  günündə  antitellərin  səviyyəsi  aşağı 
düşmür.  Bunu  sarılıq  kisəsində  olan  antitellər  kompensasiya 
edir.
İnfeksion  bursal  xəstəliyinə  qarşı  vaksinasiyanın  vaxtının 
təyini  üçün  3  üsuldan  istifadə  edilir.
1.  R iyazi  düsturlar. 
Bu  məqsədlə  Konvenxoven  və  Deven­
ter  düsturlarından  istifadə  edilir.  Bu  düsturlar  vasitəsilə  broyler 
və  yumurtalıq  krossların  cücələri  üçün  vaksinasiya  vaxtı  hesab­
lanıb  müəyyən  edilir.
2.  A n titellərin   yarım parçalan m a  d övrü n ə  əsa sla n m ış  he­
sab lan m a. 
Bu  üsul  xüsusilə  o  vaxt  tətbiq  olunur  ki,  qan  nümu­
nəsi  quşlardan  həyatlarının  6-10  günlərində  götürülür.  Hər  bir 
yarımparçalanma  dövrü  üçün  ELİSA  üzrə  titrin  riyazi  orta 
böyüklüyü  ikiyə bölünür.
M əsələn,  broyler  cücələrdən  həyatlarının  6-cı  günündə 
götürüdmüş nümunədə müəyyən edilmişdir ki, ana antitellərinin 
(A.A.)  orta  səviyyəsi  3800  ELİSA-dır (Ana  antitellərinin  yarım 
parçalanma  dövrü  bunlar üçün  3  günə  müvafiqdir).
9-cu  gün  ana antitellərinin orta  səviyyəsi  3800  (2/1900) ola­
caq,  çünki  nümunə götürülməsindən  3  gün  keçib,  12-ci  gün, yə­
1 8 6
ni  nümunə götürülməsindən yarımparçalanmanın 2 dövrü neçiə- 
dir  ana  antitellərinin  orta  səviyyəsi  3800  (4/950),  15-ci  gündə 
isə  bu  3800  (8/475)  olur.
Yumurtalıq  cücələr  üçün  yarımparçalanma  dövrü  6  gündür 
və ona görə də belə hesablanma zamanı ana antitellərinin  ilk sə-
Cədvəl 3.  Broyler cücələrin  «aralıq müsbət»  vaksmləri ilə peyvəndi­
nin standart vaxtları  (Konvenxovun  düsturunun  modifaksiyası)
ELİSA 
üzrə orta  titrlər 
Həftənin  1  və 3 günü
Tövsiyyə edilən 
vaksinasiya  günü
1500  və ya  <1500
9
1750
10
2000
10
2250
10
2500
11
2750
12
3000
12
3250
12
3500
13
3750
14
4000
14
4250
15
4500
15
4750
16
5000
16
5250
17
5500
17
5750
18
6000
18
6250
18
6500
19
6750
19
7000  və >7000
20
1 8 7


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə