İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə48/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   44   45   46   47   48   49   50   51   ...   87

viyyəsinin  orta  miqdarını  sonrakı  hər  6  günlükdə  2-yə  b ö lm ək  
lazımdır.  Məsələn, nümunə cücələrin həyatlarının  6-cı  günündə 
götürülübsə  (AA=1700),  onda  ana  antitellərinin  orta  səviyyəsi 
12-ci  gündə  1700/2,  18-ci  gündə  1700/4  və  24-cü  gündə  is ə  
1700/8  ELİSA  olacaqdır.
Vaksinasiya  «aralıq  müsbət»  vaksinlərlə  təxminən  AA  s ə ­
viyyəsi  təxminən  500  ELİSA  olduqda,  «aralıq»  vaksinləri  is ə  
200 olduqda aparılır.  Yəni  broyler cücələr «aralıq müsbət»  v a k ­
sinlərlə  14 və ya  15-ci gündə, yumurtalıq kross cücələr isə « ara­
lıq»  vaksinlərlə  2  dəfə  22  və  28-ci  gündə,  yəni  hesablanmış  ta ­
rixdən -  (25  gün)  3  gün  əvvəl  və  sonra vaksinasiya  edilm əlidir.
3. 
Yumurtalıq kross cücələr üçün vaksinasiyanın mərkəzi  ta ­
rixindən  istifadə üsulu.
Sənaye  və  ya  damazlıq  üçün  nəzərdə  tutulmuş  yumurtalıq 
kross cücələr ana antitellərinin  tədricən  aşağı  düşməsi  ilə əlaq ə­
dar  olaraq  2  dəfə  vaksinasiya  edilməlidir.  Birinci  vaksinasiya- 
vaksinasiyanın  mərkəzi  tarixindən  3  gün  əvvəl,  ikinci  isə  3  gün 
sonra  aparılmalıdır.  Birinci  vaksinasiya  o  quşları  immunlaşdırır 
ki,  onların  həyatlarının  ilk  günündə  ana  antitellərinin  titri  aşağı­
dır və  bunlar digər quş  qruplarına  nisbətən  vaksinə  həyatlarının 
başlanmasından  həssasdır.  İkinci  vaksinasiya  o  quşları  immun- 
ləşdirir  ki,  onlarda  ana  antitellərinin  titri  orta  titrə  nisbətən 
yüksəkdir və vaksinə müəyyən vaxt keçəndən sonra həssas olur.
Məsələn, antitellərin səviyyəsi  1  günlük cücələrdə 6000 ELİ­
SA olursa,  vaksinasiyanın  mərkəzi tarixi onların həyatlarının 22- 
ci  günüdür,  1-ci  vaksinasiya  quşların  19-cu  günündə  (22-3)  və 
ikinci  isə 25-ci  gündə (22+3) aparılmalıdır.  Praktikada bütün quş 
qrupu  6  günlük  fasilə  ilə  2 dəfə  vaksinasiya edilməlidir.
Broyler cücələri  üçün  iki  ardıcıl  vaksinasiyanın 3-6 gündəlik 
fasilədə  aparılması  tövsiyyə  olunur  ki,  onların  immun  statusu 
həyatlarının  birinci  günündə  heterogen  olsun  (ana  antitelləri). 
Ana antitelləri  o vaxt heterogen  hesab edilir ki,  ELİSA  titri  əsa­
188
l-ci gündən  sonra 
antitellərin  sə­
viyyəsi  (ELİSA)
VMT
1-ci  vaksinasiya
2-ci  vaksinasiya
8000
25
22
28
7500
24
21
27
7000
24
21
27
6500
23
20
26
6000
22
19
25
5500
21
18
24
5000
20
17
23
4500
19
16
22
4000
18
15
21
3500
17
14
20
3000
15
12
18
2500
13
10
16
2 0 0 0 |
12
9
15
cədvəl 4.
sında  variasiya  koeffisienti  50%-dən  artıq  olsun.  Variasiya  koe- 
fisienti  yol  veriləcək  dəyişkənliyin  orta  dəyişkənliyə  olan  nis­
bəti  ilə  ifadə  olunur.
VK% = — -1 0 0  
m
İnfeksion  bursal  xəstəliy in ə  qarşı  tövsiyyə  olunan 
vaksinsiya  rejim i
Onu  da  qeyd  etmək  lazımdır  ki,  «Sevak»  IBDL  infeksion 
bursal  xəstəliyin  qarşı  daha səmərəli  vaksin  hesab edilir.  Vaksi- 
nin  infvazivlik  və  diffuziya  xüsusiyyəti  quş  orqanizmində  ana 
anitelləri  yüksək titrdə olduqda belə onun  tətbiqinə  imkan verir.
Etibarlı  şəkildə  attenuasiya  olunduğuna  görə  vaksin  zərər­
sizdir.  Xüsusilə Nyukasl xəstəliyinə qarşı  yaranmış postvaksinal 
immunitet  «Sevak»  IBDL vaksinin  tətbiqindən  sonra  pozulmur.
«Sevak»  IBDL vaksini  xüsusi  təlimat əsasında su  ilə  peroral 
yolla quşlara  verilir.
189


İstehsalat  tipi
Vaksinlər
1  günlük cücələrin  immun  statusu
Yüksək  və 
homogen
Aşağı  və ya 
hcterogen
B r o y l e r   c ü c ə l ə r
« A r a l ı q »   S e v a k  
G u m b o   L
1 8 - 2 1  - c i   g ü n
( 1 0 - 1 4 - c ü )   v ə  
( 1 6 - 2 0 - c i )   g ü n
« A r a l ı q »   S e v a k  
I B D L
1 4 - 1 6 - c ı   g ü n
( 1 0 - 1 2 - c i )   v ə  
( 1 6 - 1 8 - c i )   g ü n
S ə n a y e   v ə   y a   d a ­
m a z l ı q   ü ç ü n   n ə -  
z ə r d ə   t u t u l a n   y u -  
m u r t a l ı q   k r o s s  
c ü c ə l ə r
« A r a l ı q »   S e v a k  
G u m b o   L
2 2   v ə   2 8 - c i   g ü n
1 8   v ə   2 4 - c ü   g ü n
« A r a l ı q »   S e v a k  
I B D L
2 0   v ə   2 6 - c ı   g ü n
1 6   v ə   2 2 - c i   g ü n
cədvəl 5
Qeyd:  18-21-ci gün  cücələrin  18-dən  21-ci günlüyə  qədər olan yaşında 
vaksinasiyanı göstərir.  22  və  28-ci gün  iki  vaksinasiyam  l-ci  22 günlükdə  və 
ikinci  28 günlükdə vaksinasiyam göstərir.
Profilaktika  m übarizə  təd b irləri. 
Xəstəliyə  görə  sağlam 
təsərrüfatlarda  infeksion  bursal  xəstəliyinin  törədicisinin  bura 
daxil olmasının qarşısını  almaq  üçün ümumi  baytarlıq-sanitariya 
tədbirləri aparılır.  Hər bir texnoloji  partiyadan olan cavanları ay­
rılıqda  saxlayırlar.  Quşların  ümumi  rezistentliyini  təmin  etmək 
üçün 
onların  yemləmə  və  və  bəsləməsinə  xüsusi  fikir  verilmə­
lidir.
İnfeksion  bursal  xəstəliyi  təsərrüfatda  müşahidə  edildikdə 
xəstə  və  xəstəliyə  şübhəli  quşların  hamısı  öldürülür.
İnfeksion bursal  xəstəliyi  ilə mübarizə epizootoloji cəhətdən 
ona görə böyük əhəmiyyətə  malikdir ki,  bu xəstəlikdə virus im- 
munsəriştəli  orqanda  yəni  bursada  reproduksiya  edir.  Ona görə 
də bu orqanın  zədələnməsi quşların  immun sisteminin  fəaliyyə­
tini  aşağı  salır,  nəticədə  quşların  müxtəlif xəstəlik  törədiciləri­
nə  qarşı  rezisentliyini  aşağı  salır.  Bundan  əlavə  digər  infeksion 
xəstəliklərə  qarşı  işlədilən  bioloji  preparatlara  qarşı  orqanizmin 
immun  cavabı  kəskin  şəkildə  dəyişir.
190
Təcrübələr yolu  ilə  müəyyən  edilmişdir ki,  infeksion  bursal 
xəstəliyin  virusu  quşlarda  mikoplazmanın  yaranmasına  davam­
lılığı  və  Marek  xəstəliyinə  qarşı  vaksinasiyanın  səmərəliliyinə 
mənfi  immunodepressiv təsir göstərir.  Həmçinin  müəyyən edil­
mişdir ki,  bu  xəstəliyin törədicisi  ilə  yoluxmuş quşlarda  bir sıra 
xəstəliklərə  qarşı,  o  cümlədən  nyukasl  xəstəliyinə  qarşı  vaksi- 
nasiyalar zamanı  immunitetin  formalaşması  zəifləyir.
Quş  binalarında  cari  dezinfeksiya  üçün  2-3%-li  natrium  qə­
ləvisi  məhlulu,  tərkibində  2-3%  fəal  xlor  olan  xlorlu  əhəng 
məhlulundan  və  yod  preparatlarının  aerozol  halında  tətbiqindən 
istifadə  edilir.  Ancaq  onu  da  qeyd  etmək  lazımdır  ki,  infeksion 
bursal  xəstəliyinin  virusu  dezinfeksiya  vasitələrinin  təsirinə  ol­
duqca  davamlıdır və xəstəliklə  mübarizədə ən əhəmiyyətli  təd­
bir vaksinasiyaların  aparılmasıdır.
ÇİÇƏK
Çiçək  (Variola)  quşların  kontagioz  xəstəliyi  olub  dəri  üzə­
rində çiçək səpkilərinin əmələ gəlməsi,  ağız boşluğu, yuxarı  tə­
nəffüs yollarının və konyunktivanın selikli qişasının difteriki zə­
dələnməsi  ilə  səciyyələnir.
T arixi  m əlu m a t. 
Bu  xəstəlik  kənd  təsərrüfatı  heyvanların­
da çoxdan  məlum olmasına baxmayaraq  quşlarda  ilk  dəfə  1778- 
ci  ildə  Huzard  qeyd  etmiş  və  1873-cü  ildə  Bollinger xəstə  quş­
ların  toxuma  hüceyrələrində spesifik cisimciklər aşkar etmişdir. 
Sonradan  müəyyən  edilmişdir ki,  bu cisimciklər on  minlərlə  vi- 
rionların  toplantısından  ibarətdir və  bunu  Bollinger cisimcikləri 
adlandırmışlar.  Əvvəllər çiçəyin dəri  və difteritiki  formasını  ay­
rı-ayrı  xəstəlik  kimi  göstərirdilər.  Ancaq  xəstəliyin  törədicisi 
müəyyən  edildikdən  sonra  məlum  oldu  ki,  bunlar  eyni  xəstəli­
yin  m üxtəlif formalarıdır.
1902-ci  ildə  alman  alimləri  Marks  və  Ştiqer  və  rus  alimi
191


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə