İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə49/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   45   46   47   48   49   50   51   52   ...   87

F.P.Polovinkin xəstəliyin törədicisinin virus olmasını  göstərmiş­
lər.  1904-cü  ildə quşların dərisinin epiteli  hüceyrələrində əvvəl­
lər  stronqoplazma  adlandırılmış  elementar  cisimcikləri  m üəy­
yən  edilmiş  və  sonradan  bunlar  Borrel  cisimcikləri  adlandırıl­
mışdır.
X əstəliy in   törəd icisi. 
Xəstəliyin  törədicisi  DNT-li  virus 
olub  poksviride  ailəsinin  avipoksvirus  cinsinə  mənsubdur.  Bu 
cinsin  3  əsas  növü  yəni  toyuqların  çiçək  virusu,  göyərçinlərin 
çiçək  virusu  və  sarı  bülbülün  çiçək virusu  ayırd  edilmişdir.
Virus  170-350 nm ölçüyə malik olub, epiteliotrop xüsusiyyə­
ti  ilə  səciyyələnir,  hüceyrədə  Paşen,  Qvamieli  və  Bollinger  ci­
simcikləri  yaradır ki, bunlarda Morozov boyama üsulu  ilə boya- 
dıqda  aydın  şəkildə  görünür.  Quşların  çiçək  virusunun  3  növü 
bəzi  xüsusiyyətlərinə  görə  bir-birindən  fərqlənir ki,  bu  da  aşa­
ğıdakı  cədvəldə göstərilir.
QUŞALRIN  ÇİÇƏK VİRUSUNUN 
İMMUUOBİOLOJİ  XÜSUSİYYƏTLƏRİ
c ə d v ə l  6
V i r u s
Ş t a m l a r ı n
p a t o g e n l i y i
R e a k s i y a
İ m m u n i t e t
to
y
u
q
la
r
d
a
g
ö
y
ə
r
ç
in

r
d
ə
b
ü
lb
ü
ll
ə
r
d
ə
to
y
u
q
la
r
d
a
g
ö
y
ə
r
ç
in

r
d
ə
b
ü
lb
ü
ll
ə
r
d
ə
T o y u q l a r ı n
ç i ç ə y i
M o n o p a t o g e n
B i p a t o g e n
+++
+++
++
-
+++
++
+ +
-
G ö y ə r ç i n l ə r i n
ç i ç ə y i
B i p a t o g e n
++
+++
-
++
+++
-
B ü l b ü l l ə r i n
ç i ç ə y i
Ü ç   p a t o g e n
+
+
+++
-
-
+++
192
Q e y d :   - g ö r ü n ə n  f o llik u ly a r  r e a k s iy a  y o x d u r ,  im m u n ite t y a r a tm ır ;
+  fo llik u lfa r  rea k siya  zəifdir,  z ə i f  im m u n itet q e y d  olunur;
+ + f o llik u ly a r  rea k siya  ya x şı n ə zə r ə  çarpır,  o r ta  d ə rə c ə d ə  im m u n itet y a r a n ır ; 
+ + +   f o l li k u ly a r   re a k s iy a   o ld u q c a   g ü c lü d ü r ,  y ü k s ə k   g ə r g in lik li  v ə   uzun 
im m u n ite t y a r a n ır .
1958-ci  ildə  Vitman  çiçək  virusunda  presipitinləşdirici  anti- 
tel  aşkar  etmiş  və  qeyd  etmişdir  ki,  antigenin  təsirindən  orqa­
nizmdə  spesifik  presipitinləşdirici  antilellər  yaranır  ki,  bunları 
da  qan  serumunda  aqar  gelində  presipitasiya  reaksiyası  ilə 
müəyyən  etmək  mümkündür.
D avam lılıq. 
Çiçək qrupu virusların xarici mühit obyektlərində 
uzun  müddət  öz  virulentliyini  itirmir.  Virus  quruma  və  dondur­
maya  davamlıdır.  Qum  çiçək  qərtməklərində  virus  1,5  ilə  qədər 
sağ qalır. Yüksək temperatura, qələvələr, turşular, günəş şüaları və 
çiirüdücü  mikroorqanizmlərin  təsirindən  tez  məhv  olur.  Müxtəlif 
toxumalarda virus 60°S temperaturda 3 saata, 80°S-də 30 dəqiqəyə 
və  100°S-də isə 5 dəqiqəyə inaktivləşir.  Kükürd, duz və karbol tur­
şularının  2-5%-li,  formaldehid  və  xloraminin  1%-li  natrium  qələ­
visinin  3%-li  məhlulları  amili  1  saat ərizndə öldürür.
E p izootoloji  m əlum atlar. 
Çiçək  quşlarda  ilin  bütün  fəsillə­
rində müşahidə edilir, ancaq daha çox payız və qışda nəzərə çar­
pır.  X əstəliyə  en  çox  cavanlar və  dekorativ quş  cinsləri  həssas­
lıq gösətərir.  Yaşlı  quşlarda bir qayda olaraq  xəstəliyin  dəri  for­
ması,  cavanlarda  isə difteritiki  və qarışıq  forması  müşahidə  edi­
lir.  Belə  hal  onunla  izah  olunur  ki,  yaşlılarda  virus  orqanizmə 
zədələnmiş  dəri  sahələrindən,  cavanlarda  isə  selikli  qişalar  va­
sitəsilə daxil olur.  İlin  isti  fəsillərində çiçək yüngül getməklə ən 
çox dəri  forma  nəzərə çarpdığı  halda, soyuq  fəsillərdə  isə selik­
li  qişaların  zədələnmələrinə səbəb olur və yüksək  dərəcədə tə­
ləfat  verir.  Avitaminozlar,  mineral  maddələr  mübadiləsinin  po­
zulması  nəticəsində  orqanizmin  ümumi  müqavimət  qüvvəsi 
aşağı  düşür  və  bu  da  xəstəliyin  ağır gedişinə  zəmin  yaradır.
193


İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar və xəstəliyi  ke­
çirmiş  virus  daşıyan  quşlar hesab  edilir.  Virus  orqanizmdən  xa­
rici  mühitə  tökülən  qartmaq  kütləsi  ilə,  kalla,  burun  və  ağızdan 
axan axıntı  ilə və göz yaşı ilə ixrac olunur.  Virusun quşlar və tə ­
sərrüfatlar  arasında  yayılmasında  sərbəst  yaşayış  tərzinə  malik 
olan  quşlar,  gəmiricilər,  həşaratlar böyük rol  oynayır.  M üəyyən 
edilmişdir ki,  virus  fars  gənəsinin  orqanizmində  1  ay,  birədə  35 
gün,  omitodoris  lahorenzis  genesində  3  aydan  çox,  ağcaqanad­
larda  isə  7  aydan  çox  sağ qalır.
Yoluxma  kontakt,  alimentar  və  aerogen  yolla  baş  verir.  Çi­
çək  infeksiyasının  gedişi  və  xarakteri  orqanizmin  müqavimət 
qüvvəsindən,  virusun dozası və virulentliyindən,  ilin  fəsillindən 
və  şairədən  asılı  olaraq  öz  müxtəlifliyi  ilə  səciyyələnir.  Bəzən 
xəstəliyə  görə  qeyri-sağlam  təsərrüfatlarda  stasionarlıq  qeyd 
olunur.  Çiçək  quşlarda  zəif  epizootiyalar  halında  getməklə  6 
həftəyə  qədər davam  edir.
Xəstə  quşlarda  yumurta  məhsuldarlığı  bir  neçə  dəfə  aşağı 
düşür və sağalmadan sonra isə tədricən bərpa olunur.  Çiçəyi  ke­
çirmiş  quşlarda rezistentlik  aşağı  düşdüyü  üçün  onun  digər xəs­
təliklərə qarşı  müqavimət qüvvəsidə azalır.
Patogenez. 
Orqanizmə daxil olmuş virus qana keçir, ayrı-ay­
rı  orqan  və  toxumaların,  ən  çox  isə  dəri  və  selikli  qişaların  ilti­
habını  törədir.  Müəyyən edilmişdir ki, virusun  virulentli  ştamla- 
rı  qana və qan doğuran orqanlara düşdükdən  sonra qan  hüceyrə­
lərini  və  retikuloendotelial  sistem  hüceyrələrini  zədələyir. 
Sümük  iliyinin  kəskin  zədələnmələri  nəticəsində  qan  və  qan 
doğuran  orqanların  funksiya  pozğunluqları  baş  verir.  Ümumiy­
yətlə quşlarda yoluxmadan 24-48  saat keçmiş virus daxili orqan­
ların  əksəriyyətində  qeyd  olunur,  parenximatoz  hüceyrələrin 
distrofıyasını  və  damarların endoteli  hüceyrələrini  zədələyir.
Adətən  çiçək  prosesi  aydın  şəkildə  nəzərə  çarpan  dərinin 
epidermisinin,  selikli  qişalar  və  daxili  orqanların  epiteli  hücey­
1 9 4
rələrinin  kəskin  zədələnmələri  ilə  özünü  göstərir.
Histoloji  müayinə  zamanı  epidermis  hüceyrələrinin  hiper- 
plaziyası  və onların plazınasında  Bollinger cisimciklərinin  mey­
dana  çıxması  aşkar edilir.  Difteritiki  forma  ağız  boşluğunun  se­
likli  qişasında  nəzərə  çarpır  aə  buradan  isə  burun  boşluğu­
nun,qırtlağın  və  gövdənin digər nahiyyələrinə  yayılır.
Difteritiki  formada quşlarda tənəffüs və yem qəbulu çətinlə­
şir,  nəticədə  orqanizmdə  kəskin  arıqlıq  və  zəiflik,  bəzən  isə 
qırtlağın  difteritiki  maddə  ilə  tutulması  nəticəsində  onlarda  as- 
fıksiyadan  ölüm  baş  verir.
Quşlarda  çiçək  prosesi  17-45  gün  davam  edir,  ancaq  letallıq 
faizi  aşağıdır.
G edişi  v ə  kliniki  əlam ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
7-20 gündür.  Çiçəyin  quşlarda dəri, difteritiki, qarışıq  və kataral 
formada getməsi  qeyd  edilir.
Dəri  formasında quşun pipiyində, pəncəsində və dimdik ətra­
fında çiçək  səpkiləri  yaranır ki,  bunlar əvvəlcə ağ,  sonra  isə qan- 
sızmalarlə  əlaqədar olaraq  tündləşmiş  halda  müşahidə  edilir.  Çi­
çək səpkiləri quruyur və qartmaqlara çevrilir ki, buda zədələnmə­
miş  toxumadan  ayrılır.  Qartmaq  qopub  düşdükdən  sonra  yerində 
hamar  çapıq  toxuma  qalır.  Virulentli  virus  cavan  quşlarda  xəstə­
liyin bədxassəli  formasını  törədir.  Belə halda proses gövdənin di­
gər nahiyyələrini  də əhatə edir və quşlarda tələfat qeyd olunur.
Xəstəliyin difteritiki  formasında yuxarı  tənəffüs yolları  və ağız 
boşluğunun  selikli  qişasında kataral  iltihab  müşahidə  edilir  və  bu­
nun yaranmasından  2-3  gün keçmiş sarımtıl-ağ rəngdə oval  forma­
da  çöküntü  qeyd  olunur.  Belə  ocaqlar  bir-birilə  birləşərək  pendir 
çöküntüsü  xatırladır və  selikli  qişanın  dərin  qatlarına  keçərək  yem 
və su qəbulunu  çətinləşdirir.  Tənəffüs orqanlarının  iltihabı  nəticə­
sində tənəffüs fəaliyyəti çətinləşir. Difteritiki formada çox vaxt bu­
run  kanalı  və  infraorbital  cibcik  zədələnir.  Xəstəliyin  bu  forması 
həmişə sekundar mikroflora ilə mürəkkəbləşir və ölüm baş verir.
1 9 5


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə