İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə50/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   46   47   48   49   50   51   52   53   ...   87

Qarışıq  forma  zamanı  quşlarda  həm  dəridə  və  həm  də  ağız 
boşluğunun  selikli  qişasında proseslər müşahidə edilir.
Çiçəyin  kataral  forması  zamanı  konyunktivanın,  burun  boş­
luğu  selikli  qişasının  və  infraorbital  cibciyin  kataral  iltihabı 
müşahidə  edilir.
Qeyd  olunan  formalarda letallıq quşlar arasında  10-70%  ara­
sında  olur.  Xüsusilə  cavanlarda  difteritiki  və  qarışıq  formada 
ölüm  yüksək  faizdə  qeyd edilir.
Göyərçinlərdə  xəstəliyə həssaslıq daha yüksəkdir.  Bunlarda 
əsasən  difteritiki  və  dəri  forma  nəzərə  çarpır,  ölüm  yaşlılarda 
25-30%, ilin soyuq fəsillərində isə cavanlarda bəzən  100% qeyd 
olunur.
Hind  quşlarında  çiçək  ən  çox  difteritiki  və  qarışıq  formada 
gedir və  letallıq  15-60%  arasında olur.
P atoloji-anatom ik d əy işd ik lər. 
Xəstəliyin formasından ası­
lı  olaraq  patoloji-anatomik  dəyişiklər  də  müxtəlifdir.  Dəri  və 
qarışıq  formada  çiçək  zədələri  ən  çox  dəridə,  ağız  boşluğunun 
selikli  qişasında,  yuxarı  tənəffüs  yollarında  gbrünür.  Xəstəliyin 
ağır  gedişli  formalarından  ölmüş  quş  cəsədlərində  belə  proses­
lər  həm  də  qırtlaqda,  traxeyada,  bronxlarda,  yem  borusunda  və 
bağırsaqlarda  da qeyd  olunur.
Difteritiki  formada ən  çox  traxeyanın  selikli  qişasında  difte­
ritiki  iltihab  nəzərə  çarpır.  Gözyaşı  kanalının  və  infraorbital 
cibciyin prosesə tutulması  zamanı  bu nahiyyələrdə kataral-fibri- 
nozlu  eksudat  və  göz  almasının  atrofıyası  müşahidə  edilir.  Ağır 
hallarda  parenximatoz  orqanların  da  iltihabı  nəzərə  çarpır.  Se- 
kundar mikroflora ilə mürəkkəbləşmələr zamanı hava yolları  ki­
sələrinin  zədələnmələri  görünür.
Histoloji  müayinələr zamanı  epiteli  hüceyrələrinin  hiperpla- 
ziyası  və epidermal qatın  qalınlaşması qeyd edilir.  Dərialtı  toxu­
mada qan damarlarının  mənfəzinin  genişlənməsi,  limfoidlipsev- 
doeozinofıliya  aə  histositar-hüceyrəvi  reaksiya  nəzərə  çarpır.
196
Virusla  zədələnmiş  epiteli  hüceyrələrində  Bollinger,  Paşen  və 
Qvamieli  cisimcikləri  görünür.
D iaq n oz. 
Çiçəyə diaqnoz qoymaq  üçün kompleks diaqnosti­
ka  üsulundan  istifadə  edilir,  yəni  xəstəliyin  epizootoloji  xüsu­
siyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik  dəiyşilikləri 
nəzərə  alınır, diaqnozun dəqiqləşdirilməsi  və oxşar xəstəliklər­
dən  təfriq  etmək  üçün  virusoloji  müayinə  və  seroloji  reaksiya­
lardan  istifadə  edilir.  Elementar  cisimciklərin  görünməsi  diaq­
nozu  dəqiqləşdirir.  Bundan  əlavə  bioloji  sınaq qoyulur.  Viruslu 
material ümumi qəbul edilmiş metodika əsasında hazırlandıqdan 
sonra  bununla  immunizasiya  olunmamış  və  xəstəliyi  keçirmə­
miş  toyuqların  yoluxdurulması  aparılır.  Viruslu  material  steril 
fırça  vasitəsilə z əif skarifıkasiya edilmiş  pipiyə  və  yaxud  tüklə­
ri  yonulmuş  bud  nahiyyəsinə  sürtülür.
Əgər yoxlanılan  materialda çiçək virusu mövcuddursa pipik­
də  xarakterik  çiçək  səpkiləri,  bud  nahiyyəsində  isə  çiçək  üçün 
xarakterik  olan  follikulit əmələ gəlir.
Xəstəliyin  diaqnostikasında  diffuz  presipitasiya  reaksiyasın­
dan  (DPR)  və  immunoflüoressensiya  reaksiyasından  (IFR)  isti­
fadə  edilir.
DPR-dan  istifadə  edən  zaman  yadda  saxlamaq  lazımdır  ki, 
quşların çiçəyi zamanı presipitinləşdirici  antitellər qan serumun- 
da xəstəliyin  11-36-cı günləri arasında yaranır.  Yüksək  virulent- 
li virusla yoluxmuş quşların7 qan serumu daha yaxşı  nəzərə çar­
pan  presipitasiya  verir.  Quşların  çiçəyinin  diaqnostikasında 
həmçinin  elektronoskopiya  da  aparılır.  Virusun  patoloji  materi­
aldan  ayrılması  üçün  hüceyrə  kulturaları  və  toyuq  embrionları- 
nın  yoluxdurulırıasından  istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Quşların  çiçəyini  Avitaminoz-A-dan,  in- 
feksion  larinqotraxeitdən,  infeksion bronxitdən, respirator miko- 
plazmozdan  və  kandidamikozdan  təfriq  etmək  lazımdır.
Avitaminoz  A-da  bioloji  sınağın  nəticəsi  mənfi  olur.  Çiçək­
197


dən  fərqli  olaraq  avitaminoz  zamanı  ağız  boşluğunun,  udlağın, 
yem borusunun, çinədanın və traxeyanın silindriki  epiteli hücey­
rələri  zədələnir.zədələnmiş  hüceyrələrdə  hüceyrə  daxili  cisim- 
ciklər müşahidə  edilmir.
İnfeksion  larinqotraxeit  zamanı  quşlarda  qırtlaq  nahiyyəsin- 
də  kareozlu  kütlədən  ibarət  olan  xüsusi  tıxacın  əm ələ  gəlm əsi, 
bioloji  sınaq  zamanı  follikulyar  reaksiyanın  olmaması  nəzərə 
alınır.  Virusoloji  müayinədə  isə virusun ailəsi  və cinsinin  təyini 
əsas hesab  edilir.
İnfeksion  bronxit yüksək  kontagioz  xəstəlik olub  əsasən  res­
pirator orqanların zədələnmələri  ilə səciyyələnir.
Respirator  mikoplazmoz  zamanı  quşlarda  follikulyar  sınaq 
mənfidir,  sinovitlər  qeyd  olunur.  Laboratoriya  müayinələri  za­
manı  Mikoplazma qalliseptika tapılır.
Kondidamikozda  patoloji  materialın  mikroskopiyası  zamanı 
göbələyin  spor və miselləri  görünür.
M ü a licə. 
Quşların  çiçəyinin  müalicəsi  üçün  səm ərəli  vasitə 
hələ  də  yoxdur.  Simptomatik  müalicə  vasitələrindən  istifadə 
edilir.  A  vitamini  və  karotinlə  zəngin  yemlər yem  payına  əlavə 
edilir.  Xəstəliyin dəri  forması zamanı çiçək səpgiləri  yumşaldıcı 
vasitələrlə  işlənir,  qartmağı  qopardıqdan  sonra  yara  sahəsinə 
yod  tinkturası  çəkilir,  yaxud  3-5%-li  kalium-permanqanat  m əh­
lulu  ilə  işlənir.  Selikli  qişalarda  difteritiki  çöküntülər təm izlən­
dikdən  sonra  tərkibi  10%-li  yod  tinkturası  və  90%  qliserin  olan 
xüsusi  qarışıq  tətbiq  edilir.  Burun  boşluğu  və  konyuktivit təmiz 
yuyulduqdan  sonra 2-3%-li  bor turşusu  ilə  işlənir.
Sekundar  bakterial  mikroflora  ilə  mürəkkəbləşmələrin  qar­
şısını  almaq  üçün  geniş  təsir  dairəsinə  malik  olan  antibiotiklər 
ümumi  qəbul  edilmiş dozada tətbiq  edilir.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşların  qanında  virus  neyt- 
rallaşdırıcı  və  presipitinləşdirici  antitellər  aşkar  edilir.  Quşların 
virusla  yoluxmasının  ilk  gündən  immunobioloji  proseslər  baş­
1 9 8
layır və  immunitetin  tam  şəkildə  formalaşması  yoluxmadan  3-4 
həftə  keçmiş  nəzərə  çarpır.  Quşların  çiçəyinə  qarşı  hazırlanmış 
vaksinlər  attenuasiya  yolu  ilə  hazırlanır.  2  növ  belə  vaksinlər 
mövcuddur:  tərkibində  toyuq  çiçəyi  virusu  və  göyərçin  çiçəyi 
virusu  olan  vaksinlər.  Hər iki  vaksin növləri  toyuqların,  cücələ­
rin  və  hind  quşlarının  vaksinasiyası  üçün  istifadə  edilir.  Əvvəl­
lər  xəstəliyin  spesifik  profilaktikası  üçün  Nyu-cersi  vaksin  şta- 
mından  istifadə  edilmişdir.  Hal-hazırda  quşları  27  AŞ  (Az.ET- 
Bİ)  ştamından  hazırlanmış  quru  embrion-virus  vaksindən  istifa­
də  edilir  (F.Şirinov  və  b.).  Vaksini  budun  tük  follikulalama 
sürtmə  yolu  ilə  tətbiq  edirlər.  Bu  vaksinlə  toyuqlar,  hind  quşla­
rını,kəklikləri,  fırəng  quşlarını  müvafiq  təlimat  əsasında  vaksi- 
nasiya  edirlər.  İmmunitet  vaksinasiyadan  15-20  gün  keçmiş  ya­
ranır  və  cavan  quşlarda  4  ay,  yaşlı  quşlarda  isə  9-10  ay  yüksək 
gərginlikdə  saxlanır.  Son  zamanlar  «Bakı»  ştamından  hazırlan­
mış quru  embrion  virus vaksin hazırlanmış və quşların çiçəkdən 
qorunması  üçün  geniş  şəkildə  istifadə  edilir (F.Şirinov  və b.).
Profilaktika  v ə   m übarizə  təd b irləri. 
Çiçəyin  profilaktika­
sı  üçün  təsərrüfatlarda  baytarlıq-sanitariya  tədbirləri  müntəzəm 
olaraq  aparılmalıdır.
Çiçəyə  görə  sağlam  təsərrüfatlarda  virusun  bura  müxtəlif 
yollarla  daxil  olmasına qarşı  tədbirlər aparılmalı  və  orqanizmin 
ümumi  müqavimət  qüvvəsi  yüksəldilməlidir.  Təsərrüfata  gəti­
rilmiş  quş  qrupu  30  gün  ərzində  profilaktiki  karantində  saxlan­
malı  və  bunların  üzərində daimi  nəzarət olmalıdır.
Çiçəyə  şübhəli  hallar qeyd  edildikdə  bütün  quş  qrupu  klini- 
ki olaraq  müayinə edilməli,  lazım gələrsə patoloji-anatomik,  vi­
rusoloji  və  seroloji  reaksiyalar vasitəsilə yoxlanmalıdır.
Xəstəlik  baş  vermiş  təsərrüfat  qeyri  sağlam  hesab  edilir  və 
məhtutlaşmalar  qoyulur.  Quşların  quş  məhsullarının  və  yemlə­
rin  kənara  çıxarılmasına  və  ya  daxil  edilməsinə  icazə  verilmir, 
xəstə  və  zəif,  arıq  quşlar çıxdaş  edilərək  kəsilir,  kliniki  sağlam
1 9 9


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə