İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə51/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   47   48   49   50   51   52   53   54   ...   87

quşlar müvafiq  təlimat əsasında vaksinasiya edilir.  Kəsilmiş  q u ş­
ların  əti  baytar-sanitar ekspertiza edilməli, arıq  və  iltihablı  c ə m ­
dəkləri  utilləşdirilməlidir,  digərləri  isə termiki  işləndikdən  s o n ­
ra  realizasiya  edilməlidir.  Sağlam  quş  qrupundan  toplanmış  y u ­
murtalar yalnız təsərrüfat daxilində inkubasiya edilməlidir.  Q ey- 
ri-sağlam  təsərrüfatlarda  vaxtaşırı  cari  dezinfeksiya  aparılm alı 
və  bu  məqsədlə  qələvi  xassəli  kimyəvi  vasitələrdən  istifadə 
edilməlidir.  Belə  təsərrüfatlardan  əldə  edilmiş  cücələr  əh aliy ə 
satılmamalı,  həmin  təsərrüfat  daxilində  təcrid  olunmuş  halda 
saxlanmalıdır.  Ət və  yumurta  daşman taralar  hər dəfə  daşınm a­
dan  sonra təmiz yuyulmalı  və  dezinfeksiya  edilməlidir.
Quş  binalarında  dezinfeksiya  aparmaq  üçün  natrium -qələvi- 
sinin  3%-li  isti  məhlulundan,  2%-li  xlorlu  əhəng  m əhlulundan, 
2%-li  formaldehid  məhlulundan  hər m2  sahəyə  1  litr  hesabı  ilə 
tətbiq  edilməlidir.  Quş peyini  və yem qalıqları  biotermiki  üsulla 
zərərsizləşdirilməlidir.  Tük  və  lələklər  3%-li  form aldehidlə 
dezinfeksiya  edilməli,  karantin  təsərrüfatdan  xəstəliyin  ləğvin­
dən  2  ay  keçmiş  və  yekun  dezinfeksiya  aparıldıqdan  sona 
götürülür,  cücə və yaşlı  quşların  təsərrüfatdan  kənara çıxarılm a­
sına  karantinin  götürülməsindən  6  ay  keçiş  icazə  verilir.
Leykoz
Quşların  leykozu  (Leykosis  avium)  xroniki  gedişli  infeksion 
xəstəlik  olub  qanyaradan  orqanların  zədələnməsi  və  neoplastik 
şişlərin  yaranması  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
Leykoz ilk  dəfə  1896-cı  ildə  Kaprini  tərə­
findən  qeyd  edilmişdir.  Xəstəliyin  virus  təbiətli  olmasıqı  1908- 
ci  ildə Ellerman və  Banq  müəyyən etmiş,  1910-cu  ildə Raus sar- 
koma virusunu ayırmış və sonra bu onun adı ilə adlandırılmışdır. 
Rusiyada  leykoz  1908-ci  ildə N.A.Soşestvenski  tərəifndən qeyd 
edilmiş,  daha  sonra bunun  etiologiyası,  hematologiyası  və pato-
200
morfologiyasının  öyrənilməsində  İ.İ.Kasyanenko,  M.Q.Qlaz- 
man,  İ.M.Belyayev,  V.P.Zelenski,  L.Q.Burba  və  s.  alimlərin 
böyük  xidməti  olmuşdur.
X ə stəliy in   törəd iciləri. 
Leykozun  törədicisi  RNT-li  virus 
olub Retroviridae ailəsinin onkovirus cinsinə mənsubdur.  Bunun 
5  seroloji  qrupu  -   A,  B,  C,  D  və  E  ayırd  edilmişdir.  Virionun 
ölçüsü  100-400  nm-dir.  Leykoz  virusunun  identifikasiyası  üçün 
əsasən  iki  reaksiyadan -   kofal-test  və  rif-sınaqdan  istifadə  edi­
lir.  Kofal-testin  mahiyyəti  məlum  müsbət  serum  vasitəsilə  təd­
qiq olunan  materialda leykoz virusunun qrupspesifik antigeninin 
müəyyən  edilməsi, rif-sınağın  mahiyyəti  isə  Raus sarkoma viru­
su  ilə  yoluxdurmadan  sonra  toyuq  embrionunun  fibroblastların- 
da  transformasiya  ocaqlarının  leykoz  virusu  tərəfindən  aradan 
götürülməsidir.  Quşların  lekoz virusunu  şiş toxumalarında,  qan­
da  və  yumurtalıqlarında aşkar etmək mümkündür.
D a vam lılığı. 
Virus 40°S  temperaturda 3-5  saat, 4°S  tempera­
turda  isə  21  gün  sağ  qalır.  Kimyəvi  dezinfeksiya  vasitələrinə 
nisbi  davamlılığı  ilə  səciyyələnir.
E pizooloji  m əlum atlar. 
Leykoza  əksər  növ  quşlar  həssas­
dır.  Daha  çox  isə  xəstəlik  toyuqlarda müşahidə  edilir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  quşlar  və  kliniki  sağ­
lam  virusdaşıyan  quşlar  hesab  edilir.  Virus  orqanizmdən  kal  və 
yumurta vasitəsilə ayrılır.  Xəstəliyin törədicisi əsasən  burun  yo­
lu, çinədən  və mədəaltı  vəzin sekretində qeyd edilir.  Leykoz vi­
rusu  ilə yoluxmuş  yumurtalardan  çıxmış cücələrin  80%-i  həyat­
larının  ilk  günündən  leykozun  limfomatoz  və  eritroblastoz  for­
ması  ilə  xəstələnir.  Bəzi  toyuq  cinslərində  xəstəliyə  qarşı  nisbi 
davamlılıq  müşahidə  edilir.  Quşların  leykoz  virusu  ilə  spontan 
yoluxması  əsasən  aerogen  yolla  baş  verir.  Yaşlı  quşlar  körpələ­
rə  nisbətən  xəstəliyin  törədicisinə daha çox  həssaslıq  göstərir.
Leykozun  baş  verməsi  və yayılmasında orqanizmin  ümumi  re- 
zistentliyini aşağı salan faktorlar böyük rol oynayır. Xüsusilə quşla-
201


rm  yemləmə  və  saxlanmasının  pozulması  belə  faktorlara  aiddir. 
Quşlardan  yüksək  ət  və  yumurta  məhsulu  götürmək  üçün  bəzən 
onlar elə rasion əsasında yemləndirilir ki, burada proteinin miqdarı 
orqanizmin  tələbatından  qat-qat  çox  olur.  Belə  yemləmə  zamanı 
quşlarda leykoz daha çox müşahidə edilir.  Əgər yem rasionu hərtə- 
rəflidirsə  və  xüsusilə  yem  payında  şirəli  və  vitaminli  yemlər  nor­
mada olursa leykozla xəstələnmə faizi kəskin  şəkildə aşağı düşür.
Leykoz  daha  çox  o  təsərrüatlarda  qeyd  olunur  ki,  quşların 
məhsuldarlıq  əsasında  seçilməsinə  daha  çox  yer  verilir,  ancaq 
bu  zaman  onun  ümumi  rezistentliyi  nəzərə  alınmır.  Leykozla 
xəstələnmə  2-73%,  letallıq  isə  15%-ə qədərdir.
Patogenez. 
Lekozun patogenezi  bu günə  qədər ətraflı  şəkil­
də  öyrənilməmişdir.  Ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  belə 
qeyd  olunur  ki,  leykoz  virusu  ailmentar və  ya  aerogen  yolla  or­
qanizmə  düşdükdən  sonra  ümumi  qan  dövranına  keçir  və  qan 
vasitəsilə əsasən qanyaradan orqanlara (qaraciyər, dalaq, sümük 
iliyi)  toplanır.  Virus  bu  orqanlarda  uzun  müddət  qalmaqla 
mühüm dəyişdiklər törətməyə də bilər. Orqanizmin rezistentliyi 
müxtəlif  faktorların  təsirindən  aşağı  düşdükdə  virus  aktivləşir 
və ayrı-ayrı  orqanların  retikulyar toxumasında patoloji  dəyişdik­
lər və xüsusilə yetkin  olmayan  hüceyrələrin  kəskin  və  nəhayət­
siz  çoxalması  baş  verir.  Yaranan  şişin  hüceyrə  tərkibindən  asılı 
olaraq  leykozun  limfoid,  mieloid,  retikuloendotelial,  hemositob- 
lastoz və  eritroid  formaları  ayırd  edilir.
G edişi  və  kliniki  əla m ə tlə ri. 
Leykozun  kliniki  əlamətləri  o 
qədər  və  spesifik  deyil.  Leykozun  limfoid  tipi  toyuqlarda  daha 
çox  müşahidə  edilir.
Leykozun  limfoid  formasında  orqan  və  toxumalarda  limfoid 
sıra hüceyrələrinin, xüsusilə  limfoblastların çoxalması  qeyd olu­
nur.  Bu leykozun ən geniş yayılmış forması olmaqla əsasən 6-18 
aylıq  toyuqlarda müşahidə edilir.  Xəstə quşlarda ümumi  zəiflik, 
hərəkətsizlik,  iştaşın azalması,  ishal, arıqlama, pipik və saqqalın
202
solğunluğu, qaraciyərin böyüməsini, fabrisium kisəsində şiş, qa­
rın  və  köks  boşluğuna mayenin  toplanması  qeyd  olunur.
Leykozun  mieoloid  formasında  quşlarda  leykemiya,  mieolid 
sıra  hüceyrələrindən  ibarət  müxtəlif orqandarda yenitörətmələr 
nəzərə  çarpır.  Bu  forma əsasən yaşlı  quşlarda görünür.  X əstəli­
yin  inkubasiya dövrü  3-16  həftə  arasında  dəyişir.  Quşlarda  ane- 
miya,  ümumi  zəiflik,  arıqlıq,  qanda  eritrositlərin  miqdarının 
azalması,  mieloblastların  isə çoxalması  aşkar edilir.  Bu  forma  iti 
gedişə  malik  olmaqla  letallıq  100% təşkil  edir.
Eritroidli  leykoz  (eritroblastoz)  sümük  iliyi  və  digər  orqan­
larda  yetkin  olmayan  eritrositlərin  çoxlu  miqdarda  əmələ  gəl­
məsi  və belə hüceyrələrin həm də periferik qanda görünməsi  ilə 
özünü  göstərir.  Xəstəliyin  bu  forması  ilə yalnız yaşlı  quşlar xəs­
tələnir,  iti  gedişlidir.  Xəstə  quşlarda  ümumi  zəiflik,  yuxululuq, 
kəskin anemiya eritrositlərin azalması,  eritroblastların  və hemo- 
zitoblastların  miqdarının  isə çoxalması  qeyd edilir.
Leykozun  retikuloendotelioz  (histiositoz)  formasında  histio- 
sitar,  histioblast,  plazmatik,  limfoid,  psevdoeozinofil  və  digər 
hüceyrə  tipli  yeni  törəmələrin  quşların  orqanlarında  əmələ  gəl­
məsi  ilə səciyyələnir.  Xəstəliyin  belə formasında quşların selik­
li  qişalarının,  pipiyin,  sırqaların  sianozluğu,  arıqlama,  cücələrin 
böyüməsinin  ləngiməsi  müşahidə  edilir.  Xəstəlik  iti  gedişlidir 
və  100%  ölümlə  nəticələnir.
Leykozun  hemositoblastoz  formasında  quşlarda  leykemiya, 
müxtəlif orqanlarda  yetkin  olmayan  bazofillərin  və  hemositob- 
lastların  hiperplaziyası  və  proliferasiyası  qeyd  olunur.  Lekozun 
bu  forması  çox  vaxt  mieloblastoz  və  eritroidli  leykozla  birlikdə 
gedir.  Hüceyrə  mənşəli  infiltrat  bazofilli  sitoplazma  və  1-3 
nüvəciyə  malik  olan  iri  şişvari  nüvədən  ibarətdir.  Xəstəliyin  bu 
formasında əsasən  qaraciyərin,  böyrəklərin  və dalağın  zədələn- 
məsi  qeyd  edilir.  Bu  orqanlar  böyüyür  və  üzərində  çoxlu  miq­
darda bozumtul-ağ rəngdə şişlər müşahidə  edilir.
203


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə