malikdir, cücələrdə bundan əlavə
əksər daxili orqanlarda virus aşkar
edilir. Ancaq cücələr yaşlandıqca
virus mərkəzi sinir sistemindən və
mədəaltı vəzidən ayrılır. Bu orqan
larda hüceərələrdə distrofıki dəyişi-
üklər və limfoid elementlərinin pro-
liferasiyasını törədir.
G edişi v ə klin iki ə la m ə tlə r i.
Xəstəliyin inkubasiya dövrü 1-40
gün arasında olur. Körpələrdə sinir sistemi pozğunluqları, yaşlı
larda isə yumurtalama qabiliyyətinin aşağı düşməsi qeyd olunur.
Ən çox 6-20 günlük cücələr xəstələnir. Bunlarda ümumi zəiflik,
yuxululuq, depressiya və atoksiya müşahidə edilir, cücələrin bir
qismində hərəkət müvasinətinin pozulması, digərlərində isə ba
şın, boynun, dümbək nahiyyəsinin (büzdüm), tük və lələklərin
titrəməsi, ətrafların iflici və parezi nəzərə çarpır. X əstə cücələr
yazıq görkəm alır ölüm arıqlıq nəticəsində baş verir. Bəzi xəstə
quşlarda bir və hər iki göz billurunun dumanlaşması baş verir ki,
buda görmənin zəifləməsi və korluğa səbəb olur.
Yaşlı xəstə quşlarda yumurta məhsuldarlığı bir neçə həftə
ərzində 10-15% aşağı düşür və sağaldıqdan sonra təxminən 2
həftədən sonra bərpa olunur.
Patoloji-anatom ik d əy işilik lər.
cəsəd arıqdır, əzələli mədə
üzərində ağ rəngdə iltihağ ocaqları görünür. Baş beynin dolu
qanlı olması və şişkinliyi, kataral enterit və dalağın böyüməsi
müşahidə edilir.
Histoloji müayinə zamanı baş və onurğa beyninin bütün şö
bələrinin zədələnməsi aşkar edilir. Daha çox dəyişiliklər beyin
qabığında, uzunsov beyində, beyincikdə, onurğa beyninin vent
ral buynuzlarında nəzərə çarpır. Bu nahiyyələrdə əsasən sinir
hüceərələrinin distrofıyası, xəstəliyin başlanğıcında neyronların
216
şişməsi, xromotolizi, vakuolizasiyası və lizisi aşkar edilir. Be
yincikdə əsasən Purkine hüceyrələrində dəyişiliklər qeyd olu
nur. İnfeksion prosesin inkişafı ilə əlaqədar olaraq ölmüş ney-
ronların yerində qlial düyünlər yaranır. Hüceyrələrin distrofiya-
sı ilə bərabər həqiqi neyronofaqiya, xırda qan damarları ətrafın
da limfoid, histiositlər və plazmatik hüceyrələrin proliferasiyası
aşkar edilir.
Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos
tika üsulundan istifadə edilir. Xüsusilə laboratoriya müayinələ
rinin nəticəi əsas hesab edilir. Laboratoriya müayinələri apar
maq üçün daxili orqanlardan nümunə götürüb canlı sistemlərə
əkilir. Bu məqsədlə daha çox toyuq embrionlarından və cücələr
dən istifadə edilir, cücələr intraserebral yolla yoluxdurulur. 5-6
günlük toyuq embrionları xəstə quşların beyin suspenziyası ilə
0,2-0,5 ml dozada amnion, allantois boşluğuna və ya sarılıq ki
səsinə yoluxdurma aparılır. Yoluxdurmadan 12 gün keçmiş em-
brionlar yarılır və müayinə edilir. Ayaq əzələlərinin atrofıyası,
baş beyində sulu şiş və baş beyin histoloji müayinəsi zamanı
neyronların degenerasiyası müşahidə edilirsə patoloji materialda
ensefalomielit virusunun olmasını göstərir.
Ayrılmış virus spesifik antiserumlarla neytrallaşma reaksiya
sı vasitəsilə identifıkasiya edilir.
Xəstəliyin diaqnostikasında DPR geniş şəkildə tətbiq olu
nur. Bu reaksiya vasitəsilə spesifik antigeni təyin etmək üçün
quşların m üxtəlif orqanları və toyuq embrionları götürülür. An-
titel mənbəyi kimi hiperimmun quş serumundan istifadə edilir.
T əfriqi diaqnoz.
Xəstəliyi hipovitaminoz E, Bİ, B2-dən, Nyu-
kasl xəstəliyindən, Marek xəstəliyindən təfriq etmək lazımdır.
Hipovitaminoz E həmdə ensefalomalyasiya adlanır, əsasən
3-5 həftəlik toyuq cücələrində və 2-3 həftəlik ördək cücələrin
də baş verir. Xəstəlik kliniki əlamətlərinə görə ensefalomielitə
bənzəyir, dərialtı toxumanın, beynin, beyin qişalarının və beyin-
217
ciyin şişi, həmçinin beyincikdə yumşalma və qan sızmalar əsas
götürülür.
Avitaminoz В 1 (polinevrit) yem payında bu vitaminin çatış-
mamazlığı zamanı həm cücələrdə və həm də yaşlı quşlarda
müşahidə edilir. Polinefrit zamanı quşlarda ətrafların titrəməsi,
ayaq və qanadların iflici və parezi, qaraciyərdə yağ degenerasi-
yası, böyrəküstü vəzilərin böyüməsi, baş beyin və beyinciyin hi-
peremiyası nəzərə çarpır.
Nyukasl xəstəliyində tənəffüs, həzm orqanları və mərkəzi
sinir sisteminin zədələnm ələrinə məxsus əlam ətlər nəzərə çar
pır, bağırsaq şöbəsində qan sızmaları və vəzili madə ilə əzələri
mədə sərhəddində kəmərvari qan sızma əsas hesab edilir.
Marek xəstəliyində parenxitamoz orqanlarda neoplastik tö
rəm ələr və perifenik sinir sisteminin iltihabı qeyd olunur.
M ü alicə.
Səmərəli müalicə vasitəsi yoxdur.
İm m unitet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranır.
Xəstəliyə qarşı Kalnek ştamından zəiflədilmiş vaksin hazırlan
mışdır. Ana antitelləri quşları yalnız 8 həftəyə qədər qoruya bi
lir. cavanların peyvəndi 8 həftədən, analar isə yumurtalamaya 1
ay qalmış peyvənd olunur. Kalnek ştamından hazırlanmış vaksi-
nin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu bir quşdan digə
rinə olduqca yaxşı verilmə qabiliyyətinə malikdir.
Vaksinasiya 3 üsulla aparılır:
1. Vaksin dozasının dimdiyə fərdi təyinatı ümumi quş qrupu
nun 5-10%-də aparılır. Vaksinasiyanın bu üsulu döşəm ə üzərin
də saxlanan quşlarda istifadə edilir. Quşların belə saxlanma üsu
lunda vaksinin bina daxilində yayılması asanlaşır. Ancaq alınan
qoruyucu xüsusiyyət eyni olmur, dəyişkənliyi ilə səciyyələnir.
2. Birinci vaksin dozası su ilə daxilə tətbiq edilir.
3. Qanadaltı nahiyyəyə çiçək vaksini ilə birlikdə inyeksiya
olunur.
Vaksinasiyanın səmərəliliyini onun aparılmasından 2 həftə
218
dən 3 həftəyə qədər olan dövründə seroloji reaksiyalarla yox
layırlar. Ə gər istənilən nəticələr alınmırsa yumurtalama
dövründən əvvəl quşlarda mütləq revaksinasiya aparılmalıdır.
Onu da qeyd etmək lazımdır ki, quşların infeksion ensefalomie-
litinə qarşı vaksinasiya müvəqqəti immunosupressiya törədir.
Ona görə də hər hansı bir xəstəliyə qarşı vaksinasiya bu vaksi
nin təyinatından 2 həftə keçənə qədər aparılması əks göstəriş
dir.
P rofilak tik a v ə m übarizə təd b irləri.
Xəstəliyin profilakti
kası m əqsədilə quşlar uyğun zoogigiyeniki şəraitdə saxlanmalı,
keyfiyyətli yemləmə tətbiq edilməlidir. Hər hansı quş qrupu tə
sərrüfata daxil edilməzdən əvvəl profilaktiki karantində saxlan
malı və şübhə doğuran hallar qeyd edildikdə müvafiq diaqnosti
ka üsullarından istifadə edilməklə yoxlama aparılmalıdır.
Təsərrüfatda xəstəlik müşahidə edildikdə quşlar müayinə
dən keçirilir, xəstə və xəstəliyə şübhəlilər kəsilir. Hələlik sağ
lamlarda vaksinasiya aparılır. Müntəzəm şəkildə quş binaları və
onun ətrafları mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya
edilir. Müəyyən fasilə tətbiq edildikdən sonra yeni sağlam qru
pu qəbul edilir. İnfeksion ensefalomielitə görə qeyri-sağlam tə
sərrüfatlardan toplanmış yumurtaların inkubasiya edilməsinə ica
zə verilmir, onlar yalnız həmin təsərrüfat daxilində çörək-bulka
məmulatlarının bişirilməsində və kulinariyada istifadə edilir.
İnfeksion rinit
İnfeksion rinit (Riniris infektiosa, infeksion zökəm) quşların
infeksion xəstəliyi olub əsasən burun boşluğunun selikli qişası
nın, bəzən isə traxeya, qırtlaq və konyunktivanın zədələnm ələ-
ri ilə səciyyələnir.
T arixi m əlu m a t.
Bu xəstəlik sərbəst bir xəstəlik kimi çox
dan məlumdur. H ələ 1911-ci ildə V.F.Otte bunu sərbəst bir xə
219
Dostları ilə paylaş: |