İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.

səhifə58/87
tarix30.12.2017
ölçüsü336 Kb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   87

vini  xatırladır və  müəyyən  vaxtdan  sonra  belə  ördəklər opisto- 
tonus  əlaməti  ilə ölür.
P atoloji-an atom ik   d əyişilik lər. 
Ölmüş ördəklərdə  patoloji- 
anatomik  dəyişiliklər əsas  qaraciyərdə  müşahidə  edilir.  Qaraci­
yər həcmən böyüməklə rəngi  sarımtıl-qırmızı və ya palıdı  rəng­
də olur.  Konsistensiyası kövrəkləşmiş olmaqla parenximası üzə­
rində  nöqtəvari  qan  sağmtılar  aşkar  edilir.  Öd  kisəsi  ödlə  dolu 
vəziyyətdə  görünür.  Miokardda  degenerativ  dəyişiliklər  gedir, 
rəngi  bişmiş əti  xatırladır, koronar qan damarları  doluqanlı  olur, 
perikardda  bəzən  serozlu  maye  müşahidə  edilir.  Böyrəklər  şiş­
kin  olmaqla  qandamarları  doluqanlıdır.  Bağırsaqların  selikli  qi­
şasının  kataral  iltihabı  nəzərə  çarpır.
Hava yollarının və mədə-bağırsaq sisteminin selikli qişasının 
iltihabı  viruslu hepatitin salmonellyoz və kolibakteriozla m ürək­
kəbləşməsi  zamanı  qeyd olunur.
Viruslu  hepatitin  xroniki  gedişindən  ölmüş  ördəklərdə  qa­
raciyər və dalağın böyüməsi, üzərində nekroz ocaqları  periartrit- 
lər və  sarılıqlı  peritonit müşahidə  edilir.
Histoloji  müayinə  zamanı  əsas  mikroskopik  dəyişdiklərin 
qaraciyər və baş beyində getməsi aşkar edilir.  Beləki, qaraciyər­
də  hüceyrələrin  nekrozu,  öd  axarlarında  proliferasiya,  əvvəlcə 
qranulositlərlə  və plazmotik  hüceyrələrlə perivaskulyar infıltra- 
siya aşkar edilir.  Baş beyindəki dəyişiliklər serozlu ensefaliti xa­
tırladır.
Diaqnoz.  Xəstəliyi  diaqnoz  qoymaq  üçün  onun  epizootoloji 
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik­
ləri  nəzərə  alınır  və  laboratoriya  müayinələrindən  istifadə  edi­
lir.  Laboratoriya  müayinəsi  üçün  qaraciyər,  dalaq,  və  beyin  ho- 
mogenizatorda  və  ya  steril  həvənq-dəstədə  əzilir  və  fizioloji 
məhlulda  1:2-də qarışığı əldə edilir.  Belə suspenziyanın üzərinə 
xloroform  əlavə  edib  30-60  dəqiqə  ərzində  sentrifuqadan  keçi­
rilir.  Çöküntü  üzərindəki  maye  ilə  9-12  günlük  toyuq  və  ördək 
embrionları  yoluxdurulur,  eyni  zamanda  ördəklər  üzərində  bio­
228
loji  sınaq  qoyulur.  Bu  məqsədlə  7-11  günlük  toyuq  embrionları 
və  ya  12-14  günlük  ördək  embrionları  0,2  ml  miqdarında  sus- 
penziya  ilə allantois boşluğuna yoluxdurulur.  Bioloji sınaq m əq­
sədilə  1-3  günlük ördək cücələri ya 0,5  ml dozada dərialtına ya­
xud  2-3  damla  intranazal  yoluxdurma aparılır.
Yoluxdurulmuş ördək cücələrinin  1-5  gündən sonra və emb- 
rionların  isə  48-96  saatdan  sonra  ölməsi  yoxlanılan  materialda 
virusun  olmasını  göstərir.
Virusun  identifıkasiyası  üçün  toyuq  embrionları  üzərində 
neytrallaşma  reaksiyasından  və  difuz  presipitasiya  reaksiyasın­
dan  istifadə  edilir.
Son  zamanlar  ördəklərin  viruslu  hepatitinin  diaqnostikası 
üçün  immunoflyuoressensiya  reaksiyasının  köməkliyi  ilə  eks­
press diaqnostika  üsulu  işlənib  hazırlanmışdır.
T əfriq i  diaq n oz. 
Xəstəliyi salmonellyozdan,  infeksion sinu- 
sitdən  və  kütləvi  zəhərlənmələrdən təfriq etmək  lazımdır.
Salmonellyoz  zamanı  ördəklərdə  həzm  traktının  iltihabı 
qeyd  olunur və  bakterioloji  müayinənin  nəticəsi  əsas  sayılır.
İnfeksion  sinusitdə  yuxarı  tənəffüs  yollarının  selikli  qişası­
nın  kataral  iltihabı  müşahidə  edilir və  virusoloji  müayinədə  isə 
ortomiksoviridə  ailəsinə  mənsub olan  viruslar əldə  edilir.
Zəhərlənm ələrdə  toksiki  vasitələrin  aradan  götürülməsi, 
yemlərin  toksikoloji  yoxlanması  aparılır.  Zəhərlənmələrdə  in- 
feksiya qeyd  olunmur və  simptomatik  müalicə  nəticə  verir.
M ü alicə. 
Müalicə məqsədilə rekonvalessent və  hiperimmun 
ördəklərdən  alınmış  immun  serumlardan  istifadə  edilir.  Biofab- 
rika şəraitində atların  hiperimmunizasiya üsulu  ilə alınmış  hipe­
rimmun  serum  da  əldə edilmişdir,  ancaq  onun  müalicəvi  səm ə­
rəliliyi  o  qədər də  yüksək deyil.
İm m unitet. 
İ.N.Doroşko  və  İ.İ.Panikar  tərəfindən  1971-ci 
ildə  maye  və  quru  virus  vaksin  hazırlanmışdır.  Vaksinlə  ilk 
günlük ördək cücələri peyvənd edildikdə 3  gündən sonra immu­
229


nitet yaranır və onun xəstəliyə həssaslıq dövrü boyu davam  edir. 
Passiv  immunitet  məqsədilə  rekonvalessent  ördəklərin  seru- 
mundan  və  hiperimmun  serumlardan  da  istifadə  etmək  olar.
P rofilaktika  v ə  m übarizə  təd b irləri. 
Ördəkləri  viruslu  he- 
patitinin profilaktikası onun saxlanması, yemləndirilməsi qayda­
larına  əməl  edilməsi  və  baytarlıq-sanitariya tədbirlərinin  yerinə 
yetirilməsinə  əsaslanır.  Təsərrüfatda  xəstəlik  baş  verdikdə  ka- 
rantin  tətbiq  edilir və  aşağıdakı  sağlamlaşdırıcı  tədbirlər  yerinə 
yetirilir.
X əstə  və  xəstəliyə  şübhəli,  həmçinin  z ə if   ördəklər 
öldürülür.  Şərti  sağlamlar müəyyən diri çəki əldə  edilənə qədər 
ayrıca  saxlanır  və  kəsilir.  Yaşlı  ördəklər  yumurtalama  dövrü 
qurtardıqdan  sonra ət üçün  kəsilir.
Şərti  sağlam  ördəklər  1-60  günlükdən  etibarən  hiperimmun 
serumla  müvafiq təlimat əsasında peyvənd  edilir.  Digər qrup ör­
dəklər isə maye və ya quru virus vaksinlə vaksinasiya edilir.  Quş 
binalarında mexaniki  təmizlikdən sonra dezinfeksiya  aparılır.
Karantin  şərtlərinə  əsasən  yumurtaların  inkubasiya  edilmə­
sinə ördəklərin təsərrüfatdan  kənara çıxarılmasına və ya onların 
əhaliyə  satılmasına,  quşları  qruplaşdırılması  və  ya  yerlərinin 
dəyişilməsinə, kənar şəxslərin fermaya daxil olmasına, xəstə ör­
dəklər olan  su  sahələrinin  1  il  ərzində  istifadə  edilməsinə  icazə 
verilmir.
Karantin  şərtlərinə görə  kliniki  sağlam  ördəklərin  kəsiminə, 
yumurtaların  formalin  buxarları  ilə  dezinfeksiyasından  sonra 
yeyinti  sənayesi  müəssisələrinə  verilməsinə,  patoloji-anatomik 
dəyişdiklər  qeyd  olunmayan  quş  cəmdəklərinin  məhtutlaşdır- 
madan  istifadəsinə,  yumurtaların  təsərrüfat daxilində ət istehsa­
lı  məqsədilə  inkubasiya edilməsinə  icazə  verilir.
Spesifik profilaktika məqsədilə hiperimmun serumdan istifa­
də edilməlidir.  Yaranmış  immunitetquşları  yalnız  10-12 gün  qo­
ruduğu üçün xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qum və
230
ya  maye  virus  vaksinlə  xəstəliyə  həssas  kliniki  sağlam  bütün 
quş qrupu  vaksinasiya edilməlidir.  Aparılan tədqiqatlar əsasında 
müəyyən  edilmişdir  ki,  peyvənddən  sonra  yaranmış  immunitet 
transovarial  yolla ördək cücələrinə  verilir.
Spesifik  profilaktika  ilə  bərabər  digər  baytarlıq-sanitariya 
tədbirləri  də  aparılmalıdır.
Karantin  təsərrüfatdan  axırıncı  xəstə  quşun  müəyyən  edil­
məsi  və  ləğvindən  30 gün  keçmiş və  yekun dezinfeksiya aparıl- 
dıqdan  sonra  götürülür.
Ö rd ək lərin  infeksion  sinusiti
Ördəklərin  infeksion  sinusiti  (Sinusitis  infektioza  anaticu- 
larum, ördəklərin qripi) kontagioz xəstəlik olub,  yuxarı tənəffüs 
yolları  selikli  qişasının  kataral  iltihabı  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
Xəstəlik  ilk  dəfə  1952-ci  ildə  Kanadada 
Volkner  və  Banister tərəfindən  qeyd  edilmişdir.  Xəstəlik  geniş 
şəkildə  İngiltərədə,  Çexiyada  və  Slovakiyada  müşahidə  edil­
məklə  böyük  iqtisadi  ziyana  səbəb  olmuşdur.  Keçmiş  SSRİ-də 
xəstəlik  1957-ci  ildə  M.T.Prokofyeva  və  İ.N.Doroşko  tərəfin­
dən  aşkar edilmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəliyin  törədicisi  RNT-li  virus 
olub ortomiksoviruslar ailəsinin  inflyuensa cinsinə aiddir.  Labo­
ratoriya  şəraitində  virusun  yetişdirilməsi  üçün toyuq  embrionla- 
rından  və  hüceyrə  kulturalarından  istifadə  edilir.  M üxtəlif növ 
quşların  eritrositləri  ilə  hemaqqlyutinasiya  vermək  xüsusiyyəti­
nə  malikdir.  Virusun  təsirindən  quş  orqanizmində  antihe- 
maqqlyutininlər,  neytrallaşdırım və komplementtestbitedici anti- 
tellər  yaranır.  İnfeksion  sinusitin  etiologiyasında  şərti  patogen 
mikroflora böyük  rol  oynayır.
D a vam lılığı. 
Virus  aşağı  temperaturda  liofilizasiya  halda  2 
ilə  qədər  virulentliyini  itirmir.  Üzvi  maddədə  qurutma  amili 
konservləşdirir.
231




Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   87


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə