İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə59/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   55   56   57   58   59   60   61   62   ...   87

Kimyəvi dezinfeksiya vasitələrindən  3%-li  xlorlu əhəng,  2%- 
li  natrium qələvəsi,  5%-li  karbol  turşusu amili  tez  inaktivləşdirir.
E pizootoloji  m əlum atlar. 
İnfeksion sinusitlə  1  aylığa qədər 
ördəklər  xəstələnir.  İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  ör­
dəklər olub, burun axmtısı  ilə  suya virusla  çirkləndirir.
Yoluxma təbii halda aerogen yolla baş verir.  Ancaq, alimentar 
və transovarial  yolla yoluxmada qeyd olunur.  Xəstəliyin baş  ver­
məsində ördəklərin  pis şəraitdə saxlanması,  yemləmənin düzgün 
aparılmaması  əsas rol  oynayır.  Ördək binalarında  temperatura re­
jiminə  diqqət  yetirilmədikdə  ilin  soyuq  fəsillərində  onlarda  so­
yuqlama  baş  verir  ki,  buda  qeyd  olunan  xəstəliyin  meydana  çıx­
masına  səbəb  olur.  Bəzən  infeksion  proses  təsərrüfatda  olan  ör­
dəklərin 90%-ni  əhatə edir.  Letallıq 40-80% arasında dəyişir.
P atogenez. 
M üxtəlif yollarla  orqanizmə  daxil  olmuş  virus 
qana keçərək bütün orqan və toxumalara yayılır, ancaq daha çox 
yuxarı  tənəffüs  yollarının  selikli  qişasının  epiteli  hüceyrələrinə 
yığılır.  Virus  traxeyanın,  infraorbital  cibciyin  və  burun  yolunun 
selikli  qişasında,  ağciyərdə  reproduksiya  edir  və  bunların  kata- 
ral  fıbrinozlu  iltihabını  törədir.
Gedişi  və  klinik  əlamətləri.  Xəstəliyin  inkubasiya  dövrü  5- 
10  gündür.  İti  gedişdə  xarakterik  kliniki  əlam ətlər  ördəklərdə 
asqırma, rinit və konyunktivit müşahidə edilir.  Dimdiyi  sıxdıqda 
burun  yolundan  selikli  yapışqanlı  ekssudat  ayrılır.  Onlar  ağzı 
açıq  halda  tənəffüs  edir,  infraorbital  cibciklərin  eksudatla  dolu 
olması  ördəyin  başının  ümumi  formasını  dəyişir.  Bəzən  göz al­
masının  atrofıyası  görünür.  İti  gedişdə  bəzən qəflətən qıc olma­
lar baş  verir ki,  buda  ölümlə  nəticələnir.
Xroniki  gediş  uzun  müddət davam  etməklə ördəklərdə arıq- 
lama və  bəzən  hətta  kaxeksiya vəziyyəti  qeyd olunur.  Sekundar 
mikroflora  ilə  mürəkkəbləşdikdə  kliniki  əlam ətlər  müxtəlif 
tərzdə  özünü göstərir.
Patoloji-anatomiki  dəyişdiklər,  cəsəd  arıq  olmaqla  baş  na-
232
hiyyəsi  eksudatla  çirklənir.  Konyunktiva  hipermiyalı  olmaqla 
üzərində  selikli  fıbrinozlu  və  bəzən  şorvari  kütlə  aşkar  edilir. 
Hava kisələri  iltihablıdır, divarları qalınlaşmış olmaqla üzərində 
hava  kisələrinin  iltihabı  daha  xarakterik  tərzdə  müşahidə  edilir. 
Qaraciyər  həcmən  böyüyür,  üzəri  fıbrinlə  örtülür,  parenxima- 
sında degenerativ dəyişdiklər nəzərə çarpır.
D iaq n oz. 
Xəstəliyə diaqnoz  qoyan  zaman  onun  epizootoloji 
xüsusiyyətləri,  kliniki  əlamətləri, patoloji-anatomik  dəyişdiklə­
ri  nəzərə  alınmaqla  laboratoriya müayinələri  aparılır.  Laborato­
riya müayinələrində  bioloji  sınağa üstünlük verilir.  Bu  məqsəd­
lə  ördək  cücələri  patoloji  materialın  suspenziyası  infraorbital 
cibciyə  yoluxdurulur.  Yoluxdurmadan  5-7  gün  keçmiş  ördək 
cücələrində  infeksion  sinusitə məxsus  əlamətlər görünürsə  bio­
loji  sınaq  müsbət hesab edilir.  Müəyyən hallarda potensial  pato- 
gen  mikrofloranı  və  onun  növ  tərkibini  müəyyən  etmək  üçün 
həm  də  bakterioloji  müayinə də aparılır.
Təfriqi  diaqnoz.  Xəstəliyi  pasterellyozdan,  salmonellyozdan 
və  infeksion  hepatitdən təfriq  etmək  lazımdır.
Salmonellyoz  zamanı  quşlarda əsas  proses həzm  orqanların­
da gedir.  45  günlüyə  qədər ördəklərdə  iti  gedişli,  yuxarı  yaşlar­
da  gizli  bakteriyadaşıyıcılıqda  özünü  göstərir.  Laboratoriya 
müayinəsi  əsasında  S.typhi  murium  əldə  edilir.
Pasterellyoz  zamanı  quşlarda  letallıq  faizi  daha  yüksəkdir. 
Ağ  ciyərdə  kəskin  nəzərə  çarpan  iltihab  qeyd  olunur.  Pipik  və 
saqqalın  sianozluğu  müşahidə  edilir.  Laboratoriya  müayinəsi 
nəticəsində  P.multosida  mikrobu  aşkar edilir.
İnfeksion  hepatit  zamanı  əsas  proses  qaraciyərdə  gedir.  Ör­
dəklərdə  duruş  vəziyyəti  dəyişir və  pinqvini  xatırladır.  Labora­
toriya  müayinələrinin  nəticəsi  əsas  götürülür.
M ü a licə. 
Yod  preparatlarının  su  ilə daxilə verilməsi  və eyni 
zamanda  yemə  biovetinin  daxil  edilməsi  yaxşı  nəticə  verir.  Or­
qanizmin  qoruyucu  xüsusiyyətini  yüksəltmək  üçün  xlortetrasik-
233


linin  3-6  həftəlik  ördəklərə  hər başa  10-15  mq  yemlə  verilməsi 
mühüm  əhəmiyyətə  malikdir.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  ördəklərdə  infeksion  immu­
nitet  yaranır.  Xəstəliyə  qarşı  diri  virus  vaksin  hazırlanmışdır. 
Qeyd olunan vaksinlə ördəkləri peyvənd etdikdə onların qan se- 
rumunda antitellər 4 ay müddətində qeyd olunur.  İmmun ördək­
lərdə  antitellərin transovarial yolla verilməsi təcrübələr yolu  ilə 
təsdiq  edilmişdir.
P rofilaktika 
və 
m ü b arizə təd b irləri. 
İnfeksion sinusitə  gö­
rə qeyri-sağlam təsərrüfatlardan inkubasiya məqsədilə yum urta­
ların  istifadəsinə  icazə verilməməlidir.  Ördəkləri  quru ventilya- 
siya qurğusu  yaxşı  işləyən  binalarda  qalın  və  dəyişilməyən  dö­
şənək üzərində saxlamaq  lazımdır.  Hər m2 döşənək sahəsinə  3- 
4  baş  ördək olmalıdır.  İlin  isti  fəsillərində  havanın  temperatura- 
sı  15-20üS-dən aşağı olmayan vaxtlarda 7-10 günlük ördək cücə­
lərini  quru  gəzintiyə,  15-20  günlükləri  isə  su  gəzintisinə  bura­
xırlar.
İlk  gündən  ördək  cücələrinə  yüksək  keyfiyyətli  yemlər  ve­
rilməlidir.  Bu  məqsədlə  10-15%  miqdarında  təzə  yaşıl  yemlər 
qatılmış un qarışığından  istifadə edilir.  İnkubatordan götürülmüş 
hər  yeni  ördək  partiyası  yaxşı  təmizlənmiş,  dezinfeksiya  edil­
miş  binalara  köçürülür  və  döşənək  kimi  ağac  ovuntusu,  torf, 
küləş  qarışından  istifadə  edilir.  Bina  daxilində  temperatur  ilk 
günlər 280S  olmalıdır.
Xəstəlik təsərrüfatda baş verdikdə qeyri-sağlam hesab edilir, 
məhtutlaşmalar  qoyulur  və  xəstəliyi  törədən  faktorlara  qarşı 
mübarizə  aparılır.  X əstələr  ayrılaraq  onlarda  müalicə  aparılır, 
cari  dezinfeksiya  müntəzəm  şəkildə  yerinə  yetirilir.  Quşların 
içilən  suyuna  l:10000-da  formalin  qatılır.  Xəstəliyə  həssas  quş 
qrupu  müvafiq  təlimat əsasında diri  virus  vaksinlə  peyvənd edi­
lir.  Təsərrüfat  sağlamlaşdırıldıqdan  sonra  yekun  dezinfeksiya 
aparılır və  məhtutlaşmalar götürülür.
234
H ind  quşlarının  rinotraxeyiti
Rinotraxeyit  (Rinotraxeitis)  hind  quşlarının  infeksion  xəstə­
liyə olub yuxarı  tənəffüs yollarını  iltihabı  və üz nahiyyəsinin  şi­
şi  ilə  səciyyələnir.
T a rixi  m əlu m at. 
Xəstəlik  ilk  dəfə  1973-cü  ildə  ABŞ-mn 
Şimali  Karolina  Ştatında qeyd  edilmişdir.  Sonra  infeksion  rinot­
raxeyit  Afrikanın  cənubunda,  yaxın  Şərqdə  və  Avropa  ölkələ­
rində  aşkar olunmuşdur.
X ə stə liy in   törədicisi. 
Bu  xəstəliyin  ilk  tədqiqatçıları  xəstə­
liyin  törədicisini  Bordetella  bronchiseptica  ilə  infeksion  bursal 
xəstəliyinin  törədicisinin  assosiasiyası  kimi  qeyd etmişlər.  Son- 
ralar xəstəliyin  pnevmoviruslar tərəfindən  törədilməsi  göstəril­
mişdir.  Hal-hazırda müəyyən edilmişdir ki, hind quşlarının  rino­
traxeyit  xəstəliyinin  törədicisi  Alcaliqenos  faecolis  mikrob  ı  və 
pnevmoviruslardır.  Mikrob  kokkvari  çöp  olub,  mikroskopun 
görünüş  sahəsində  adətən  tək-tək  xaotik  zalda  nəzərə  çarpır. 
Bunlar qram  mənfidir,  biokimyəvi  fəallığı  zəifdir,  sərbəst hərə­
kətə  malikdir.  Aerobdur,  kazeinli  və  jelatinli  qida  mühitində 
yvxşı  boy  verir.  Maye  qida  mühitlərində  toksin  hasil  edir.
Bundan əlavə xəstəliyin törədicisi  beyin-ürək əzələsi  bulyo- 
nunda  və  beyin-qaraciyər bulyonunda da yaxşı  boy  verir.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyə  əsasən  hind  quşları 
həssasdır.  İnfeksiya  törədicisinin  mənbəyi  xəstələrdir.  Xəstəlik 
yüksək  kontagioz olduğu üçün yoluxma faizi yüksəkdir. Transo­
varial  yoluxma aşkar edilmişdir.  Embrion  inkişaf edən  hind  quş­
ları  yumurtaları  süni  yolla yoluxdurula biiir.
P atogen ez. 
Orqanizmə  daxil  olmuş  amil  əvvəlcə  respirator 
orqanlarda,  sonra  isə  dalaqda,  qaraciyərdə,  beyində,  həzm  trak- 
tında,  timusda  və  fabrisium  kisəsində  histopatoloji  dəyişdiklər 
törədir.  Bunun  nəticəsində  də  limfositlərin  blastogen  effekti 
aşağı  düşür.
235


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə