İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə6/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   2   3   4   5   6   7   8   9   ...   87

Orqanizmin qorunmasında iştirak edən spesifik və qeyri-spe- 
sifık  daimi  və  patogen  mikrob  orqanizmə  daxil  olduqdan  sonra 
əmələ  gələn  faktorlar I  saylı  cədvəldə  göstərilir.
Cədvəl 1.  Spesifik  və qeyri-spesifık faktorlar /A. A. Konopatkinə görə/
Təsir xassəsinə
Vaxta 
.. 
görə
görə
Qeyi-spesifik
Spesifik
D a i m i   f a k t o r l a r
1. 
D ə r i n i n   v ə   s e l ik l i   q i ş a l a ­
r ı n   m ü d a f i ə   x a s s ə l ə r i
2 .  
F a q o s i t a r  v ə   l i m f o i t   s i s t e ­
m in   b a r y e r   x a s s ə s i
3 . 
N o r m a l   m i k r o f l a r ı m n  
m ü d a f i ə   f u n k s iy a s ı
4 . 
H u m o r a l  f a k to rla r  /liz o s im , 
n o r m a l  a n tite llə r ,  k o m p le -  
m e n t,  p r o p e rd in   v ə   s ./
5 . 
F iz io lo ji  f a k to r la r   /ü m u m i 
t e m p e r a t u r   m ü b a d i l ə   p r o ­
s e s l ə r i n i n   m e t a b o l i z m i /
6 . 
T o x u m a la r ı n   v ə   h ü c e y r ə ­
l ə r in   g e n o t i p i k   v ə   f e n o ti-  
p ik   r e a k s iy a s ı
P a to g e n   m i k r o b   o r q a n i z m ə  
d a x il  o l d u q d a n   s o n r a  
ə m ə l ə   g ə l ə n   f a k t o r l a r
1  . İ l t i h a b
2 .  
R e a k t i v   z ü l a l
3 . i n t e r f e r o n
1 . S p e s i f i k   m i k r o f a q l a r
2 .  
P l a z m a t i k   h ü c e y r ə l ə r
3 .  
L i m f o i d   h ü c e y r ə l ə r
4 .  
İ m m u n c i s i m l ə r
Dəri  və  selikli  qişilar  orqanizmin  müdafiə  örtüyü  olmaqla 
ümumi  rezistendlikdə  böyük  rol  oynayır.  Dəri  mexaniki  müda­
fiə ortiiyü olmaqdan  başqa  bir çox  bakterialara  bakteriostatik  və 
hətta  baktereosid  təsir  göstərir.  Orqanizmin  selikli  qişaları  da 
mexaniki  müdafiə  xassəsindən  başqa  bakteriosid  xüsusiyyətə 
malikdir.  Müəyyən  edilmişdir  ki,  selikli  qişaların  ifrazatında  li- 
zosim  vardır  və  bu  da  bir  çox  mikroblara  və  xüsusilə  kokklara 
qarşı  yüksək  fəallığı  ilə  səciyyələnir.
Dəri  və  selikli  qişalar  orqanizmin  təbii  baryerləri  olduğuna 
görə,  quşçuluq  səhəsində çalışan  mütəxəsislər quşların  saxlama
22
və yemləməsində elə bir şərait yaratmalıdırlar ki, bu təbii baryer­
lərin  tamlığı  pozulmasın.
Mikrobların  quş orqanizminə daxil  olması  onun burada artıb 
çoxalması  ilə  nəticələnir  və  bu  zaman  metobolitlər  yaranır  ki, 
infektin giriş  yolunda müxtəlif qoruyucu  reaksiyaların yaranma­
sına  səbəb  olur.  Nəticədə  leykositlərin  qan  damarından  sürətlə 
çıxması  və  iltihab  ocağını  əhatə  etməsi  qeyd  olunur.  Ağ  qan 
hüceyrələri  foqositoz  prosesində  aktiv  şəkildə  iştirak  edir.  Belə 
qeyri-spesifık  qoruyucu  faktor  pseudoeozinofıllərin  köməkliyi 
ilə kənd təsərrüfatı  heyvanlarından fərqli olaraq, hətta tronbosit- 
lərin vasitəsilə həyata keçirilir. Qan serumunda bakteriostatik və 
baktereosit təsirli  maddələr daima olmaqla bunlara  misal  olaraq 
lizinləri,  lizosimi,  komplimenti,  properdini  və  limfokinləri  gös­
tərmək olar.
Lizinlər-antitellər  olmaqla  bir sıra  növ  bakteriyaları  və  erit- 
rositləri  lisizə  uğradır.  Bir çox heyvan və quş növlərinin qan  se­
rumunda  B-lizinlər aşkar  edilmişdir və  bunlar  təbii  rezistendlik 
faktorlarına aid edilir.  Bu trombositlər tərəfindən  istehsal olunur 
və  qrammüsbət  mikroorqanizmlərə təsir edir.
Lizosim  fermentlər /muramidoza/ qrupuna  aid  xüsusi  maddə 
olub  orqanizmin  m üxtəlif toxumlarında,  xüsusilə  iltihaba  tutul­
muş  toxumalarda  müşahidə  edilir.  Makro  və  mikrofaqlar  tərə­
findən  sintez  olunur.  Lizosim  quşların  yumurtasında,  ağız  su­
yunda,  leykositlərdə  və  makrofaqlarda  müşahidə  edilir.  Bunla­
rın  zədələnməsi  zamanı  lizosim  ətraf toxumaya  daxil  olur.  Qa­
nın  plazmasına  bu  zədələnməmiş  leykositlərdən  və  makrofak- 
lardan  da  daxil  ola  bilir.  Lizosim  qeyri-spesifık  rezistentlik  fak­
torudur,  antitel  yaranmasına  təsir  etmir  və  qanda  onun  təyin 
edilməsi  mühüm  əhəmiyyətə  malikdir.
Kompliment mürəkkəb çox komponentli  sistemdir və 9 kom­
ponentdən  ibarətdir.  /C1-C9/  .  Bu  mononuklear  foqositlər  tərə­
findən sintez olunur.  Kompliment davamsızdır, termolabildir, adi
23


şəraitdə  saxladıqda  müəyyən  vaxtdan  sonra  parçalanır.  Kompli- 
ment tək  halda  zəif qoruyucu  xassəyə  malikdir,  ancaq onun  işti­
rakı  şəraitində  spesifik əkscisimlərin,  properdinin  və  başqa  anti- 
mikrob  amillərin  təsirini  gücləndirir.  Quşların  qanında  kompli- 
ment nisbətən azdır, ona görə də bunu uzun müddət müəyyən et­
mək mümkün olmamışdır.  Son zamanlar aparılan tədqiqatlar nə­
ticəsində müəyyən edilmişdir ki, kompliment orqanizmin qorun­
masında kompleks yaratma və anafilotoksin  əm ələ gətirmək yo­
lu ilə allergeni qandan xaric edir. Anafilotoksin komplimentin C3 
və C5  subkompanentindən  ibarət olub qan  damarlarının  keçirici- 
liyini  artırır.  Məhz bunun nəticəsində də immun komplekslərinin 
və allergenlərin qandan  kənarlaşması  baş verir.
Properdin /latınca  perdo-öldürmək,  parçalamaq/  1954-cü  ildə 
Pillemer tərəfindən kəşf edilmişdir.  Bunun  bakterisit təsiri  qanda 
kompliment  və  maqnezium  ionlarının  olması  ilə  əlaqədardır.  Bu 
orqanizmdə  sistem  halında nəzərə  çarpır və  3  komponetdən  iba­
rətdir:  1.  Properdin-serum  zülalı.  2.  Maqnezium  ionları  və  3. 
Kompliment.  Properdinin  miqdarı  qanda  azalarkən  orqanizmin 
ümumi  rezistendliyi  aşağı  düşür.  Qan  serumuna  polisaxaridlərə 
aid  olan  zimozan,  inulin  və  ya  immunoqlobulin  A  əlavə  etdikdə 
properdin aktivləşir və C-3 proaktivizatoru enzimə çevrilir.  Bu isə 
öz növbəsində C 3-ü aktivləşdirərək C 3b yaradır.  Komplementin 
aktivləşməsinin  alternativ yolunun  mahiyyəti  bundan  ibarətdir:
Qan  serumunun  bakterisid  aktivliyi  mikrobəleyhinə  kəskin 
xüsusiyyətə  malik  olub  bunun  tərkibinə  təbii  rezistentliyin  hu­
moral  amilləri  daxildir.  Bunun  tərkibində  lizosim / qrammüsbət 
mikroblara qarşı / və komplement / qarmmənfi  mikroblara / qar­
şı mövcuddur.  Məlumdur ki, orqanizmin müxtəlif orqanlar siste­
minin normal mikroflorası  mövcuddur. Orqanizmin rezistentliyin- 
də  normal  mikroflora  çox  böyük  rola  malikdir.  Normal  ırıikro- 
floranın qoruyucu  funkiyası  mikroblarda antoqonizm  hadisəsinə 
əsaslanıbdır.
24
Əgər mikrob  dəri  və  selikli  qişaların  qoruyucu  baryerini  ke­
çirsə  toxumların  dərinliyinə  sirayət  edir  və  burada  iltihab  törə­
dir.  İltihab  prosesi  müxtəlif qıcıqlandırıcı  faktorların  təsirindən 
yaranan  orqanizmin  mürəkkəb  reaksiyasıdır.  İltihabın  müdafiə 
funksiyası  İ.İ.Meçnikovun  klassik  tədqiqatları  əsasında  müəy­
yən  edilmişdir.  İltihab  nəticəsində  orqanizm  mikroblardan  azad 
olur və bununda  əsasını  faqostoz prosesi  təşkil  edir.
Faqositoz  orqanizmə  daxil  olmuş  patogen,  diri  və  ya  ölmüş 
mikrobların, həmçinin yabançı  hissəciklərinin orqanizm  hüceyrə­
ləri  tərəfindən  udulması  və  hüceyrə  daxili  enzimlərin  köməkliyi 
ilə  həzm  olunmasından  ibarətdir.  İltihab  və  faqositoz  orqanizmə 
daxil  olmuş  mikrobun  tutulması  və məhv edilməsini  təmin  edir.
Müxtəlif hüceyrələr faqositoz aktivliyə malikdir, ancaq daha 
çox  limfoid-makrofaq sistemi  hüceyrələri  bu xüsusiyyətə malik­
dir.  Faqositoza uğramış hüceyrələrin taleyi  müxtəlif tərzdə qeyd 
olunur.  Əgər  faqosit  hüceyrələri  daxilində  mikrobların  əriməsi 
və ölümü  baş verirsə bu proses tam  faqositoz adlanır.  Ancaq bə­
zən  faqositoz prosesi zamanı mikrobların hamısı tələf olmur, on­
ların  bir hissəsi  öz  həyat  fəaliyyətlərini  saxlayır ki,  bu  natamam 
faqositoz  adlanır.  Bəzən  mikrobların  faqosit  hüceyələri  daxilin­
də  çoxalması  qeyd  olunur ki,  nəticədə  hüceyrələr tələf olur.
Faqostozun aktivliyinə bir çox faktorlar təsir göstərir. Antitellər, 
kalsium  duzları,  xolesterin,  yağların  oksidləşməsi  və  parçalanması 
törədən maddələr və iltihab prosesi zamanı  ayrılmış histamin  faqo- 
sitozu aktivləşdirilir. Avitaminozlar, asetilxolin və kortikosteroidlə- 
rin orqanizmdə miqdarının artması  isə bu prosesi  zəiflədir.
Orqanizmin  genetik  yad  vasitələrdən  qorunmasında  əsas  ro­
lu orqanizmin  immun sistemi oynayır.  İmmun sistemin tərkibinə 
mərkəzi  və pariferik orqanlar daxildir.  İmmun  sistemin  mərkəzi 
orqanlarına  heyvanlarda  timus,  fabrisiy  kisəsi,  peyer  yığıntıları 
və  sümük  iliyi,  periferik  orqanlara  isə -  qan,  liınfa düyünləri  və 
dalaq  daxildir.  Bu  sistemin  əsas  məhsulu  limfositlərdir.
25


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə