İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə60/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   56   57   58   59   60   61   62   63   ...   87

Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki, 
A-faekalislə  yoluxmuş  hind  quşlarında  onların  ümumi  kütləsi 
aşağı  düşür, xüsusilə timusda, dalaqda və fabrisium kisəsində il­
tihab  daha çox  nəzərə çarpır.  İnfeksion  prosesin  inkişafı  nəticə­
sində  timusun  normal  şəkildə  formalaşması  ləngiyir.  Beləki, 
hind quşlarının 2 həftəliyində timusda  kortikal  zona zəif nəzərə 
çarpır,  kortikal  və  modulyar  törəmələr  qarışıq  şəkildə  nəzərə 
çarpır  və  timus  paycıqlarının  periferiya  hissələrində  böyük  və 
orta  həcmdə  limfositlərin  formalaşması  aşkar  edilir.  İnfeksion 
proseslə  əlaqədar olaraq  qammaqlobulinlərin  artması,  albumin- 
qlobulinlərin  isə  aşağı  düşməsi  qeyd  olunur.
Xəstə  quşlarda  sağlamlardan  fərqli  olaraq  bir  sıra  bakterial 
və  virus  aqentlərinə  qarşı  antitellərin  sintezində  nəzərə  çarpa- 
caq  dəyişilmələr müşahidə edilmir.  Nəticədə  leykositlərin  blas- 
transfonnasiyası kəskin şəkildə zəyifləyir, bu da hüceyrə immu­
nitetinin  funksiya pozğunluğuna səbəb  olur.
G ed işi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
müəyyən  edilmməişdir.  Hind  quşlarında  respirator  orqanların 
funksiya  pozğunluqlarına  məxsus  olan  əlam ətlər  qeyd  olunur. 
Xəstələrdə  tənəffüsün  çətinləşməsi,  xırıltı,  boğulma,  göz  yaşı­
nın  axması,  başın  üz  hissəsində  və  göz  qapaqlarında  şişkinlik 
nəzərə  çarpır.
3-12  həftəlik  hind  quşlarında xəstəlik  daha  ağır formada ge­
dir  və  yüksək  dərəcədə  tələfat  verir.  Yaşlılarda  yumurta  m əh­
suldarlığı  aşağı  düşür.
Xəstəliyin  son  dövründə  hind  quşlarında  bəzən  hemorroji 
enteritə  məxsus  simptomlar görünür.
Patoloji-anatom ik d əyişiliklər. 
Yuxarı tənəffüs orqanlarının 
selikli  qişasının  qalınlaşması  və üzərində  qan  sızmalar qeyd  edi­
lir.  Traxeyada  kifayət  dərəcədə  selik  aşkar  edilir.  Hava  kisələri 
və ağciyərdə zəif dərəcədə  nəzərə çarpan  iltihab qeyd edilir.
236
Diaqnoz.İnfeksion ripotraxeyitə diaqnoz qoymaq üçün  kom­
pleks  diaqnostika  üsulundan  istifadə  edilir  və  laboratoriya 
müayinələrinin  nəticəsi  əsas hesab edilir.  Bu  məqsədlə patoloji 
material bakterioloji  müayinə metodu  ilə müayinə edilir.  Məlum 
olmuşdur  ki,  xəstə  quşların  orqanizmində  A.faecalisi  spesifik 
antitellər  yaranır.  Ona  görə  də  xəstəliyin  diaqnostikasında
aqqlütinasiya  reaksiyasından  da  istifadə  edilir.
Reaksiya mixbər şüşəsi  daxilində və pleksiqlaz lövhəsi  üzə­
rində  qoyulur.  l:20-də  və  ondan  aşağı  durultmalarda  mixbər 
şüşəsinin  və gözcüyün dib hissəsində çöküntü qeyd  olunursa bu 
reaksiyanın  müsbət olmasını  göstərir.
T əfriq i  diaq n oz. 
İnfeksion  rinotraxeyiti  respirator  orqanla­
rın  iltihabını  törədən  digər  infeksion  xəstəliklərdən  xüsusilə 
qripdən,  infeksion  bronxitdən,  infeksion  larinqotraxeyitdən  təf- 
riq  etmək  lazımdır.  Bütün  hallarda  laboratoriya  müayinələrinin 
nəticəsi  əsas  hesab  edilir.
M ü alicə. 
Səmərəli  müalicə  vasitələri  yoxdur.
İm m unitet. 
İnfeksion  larinqotraxeyitdə  immunitet  tam  şə­
kildə  öyrənilmişdir.  Xəstəliyi  keçirmiş  quşlarda  gərginlikli  im­
munitet yaranmır.
Aparılan  tədqiqatlar nəticəsində  müəyyən  edilmişdir ki,  quş­
ların  bakterinlə  peyvəndi  zamanı  antitellərin  yaranması  qeyd 
olunmur,  ancaq  təkrar  immunizasiya  antitellərin  sintezini  sti­
mullaşdırır və bu  antitellər transovarial  yolla cücələrə  verilsədə 
onları  xəstəlikdən  qoruya bilmir.
Son  zamanlar  xəstəliyə  qarşı  diri  zəiflədilmiş  vaksinlər  ha­
zırlanmışdır.  Hind  quşlarının  cücələrinə  aerozol  üsulla  1  və  42 
yaxud 7,  12 və 42 günlükdə, yaşlıları  isə 8 və  10 həftəlikdə vak- 
sinasiya  etmək  lazımdır.
P rfilaktika  v ə  m übarizə  təd b irləri. 
Hind  quşları  müvafiq 
zoogigiyeniki  şəraitdə  saxlanmalı  və  yemləməsi  düzgün  təşkil 
edilməlidir.  Quşların  ümumi  rezistentliyini  aşağı  salan  faktorlar, 
xüsusilə  m üxtəlif stresslər aradan  götürülməlidir.  Vaxtaşırı  dez-
237


infeksiyanın  aparılması  xəstəliyin  profilaktikasında  mühüm 
əhəmiyyət kəsb  edir.
V ərəm
Vərəm (Tuberkuluoz)  quşların xroniki  gedişli  infeksion  x əs­
təlik  olub  ayrı-ayrı  orqanlarda tuberkulaların  əm ələ  gəlm əsi  ilə 
səciyyələnir.
Tarixi  m əlum at. 
Quşların vərəmi əvvəllər ayn-ayrı ölkələrdə 
müxtəlif adlarla  qeyd  edilmişdir.  1868-ci  ildə  Rolof bu  xəstəliyi 
toyuqlarda müşahidə  etmiş  və bunu  limfosarkoma adlandırmışdır. 
1872-ci  ildə  Pauliki,  1895-ci  ildə  Mozqalevski,  1896-cı  ildə  Brey 
xəstəliyi  qeyd  etmiş  və  onun  bəzi  xüsusiyyətlərini  öyrənmişlər. 
Onu da qeyd etmək  lazımdır ki, «tuberkulez» sözünü  1819-cu  ildə 
fransız  alimi  Lennek  elmi  ədəbiyyata  daxil  etmiş  və  1865-ci  ildə 
Villemen  xəstəliyin  infeksion  xüsusiyyətini göstərmişdir.
Xəstəliyin  törədicisini  1882-ci  ildə  R.Kox  əldə  etmiş  və 
1890-cı  ildə  tuberkulin  hazırlanmışdır.
Rusiyada quşların vərəmi  ilk dəfə  1911-ci  ildə  M.R.Tartakov- 
ski tərəfindən qeyd edilmiş, daha sonra R.V.Sizov, P.P.Vişnevski, 
R.V.Tuzova və s.  tərəfindən ətraflı şəkildə öyrənilmişdir.
X ə stə liy in  
tö rə d ic isi. 
Quşlarda 
vərəm in 
törədicisi 
Mucobakterium cinsinin M.avium növüdür.  Bu nazik, düz və çox 
vaxt azca  əyilmiş  şəkildə  görünməklə  obliqat aerobdur,  eni  0,2- 
0,5  mkm,  uzunu  isə  0,8-5,5  mkm-dir.  Bundan  əlavə  bunun  sap- 
vari,  budaqlanmış  və  kokkvari  formaları  da  nəzərə  çarpır.  Mik- 
rob  sərbəst  hərəkətə  malik  deyil,  hüceyrə  qişası  üzərində  yağlı- 
mumlu  maddə,  protoplazmasında  isə dənəvərlik  qeyd  edilir.
Mikobakteriyalar  spor  və  kapsula  yaratmır,  turşu  və  spirtə 
davamlıdır,  Tsil-Nilsen  üsulu  ilə parlaq  qırmızı  rəngdə  boyanır. 
Qida  mühitlərinə  tələbkardır.  Onun  laboratoriya  şəraitində  ye­
tişdirilməsi  üçün  qliserinli  ƏPA,  ƏRB,  kartof və  yumurtalı  qida 
mühitləri,  həmçinin  sintetik  qida  mühitlərindən  istifadə  edilir.
238
Qida  mühitlərində  amil  11-15  günə  boy  verir.  Mikobakteriyala- 
rın  quş  tipini  digər  tiplərdən  təfriq  etmək  üçün  hind  donuzları, 
ada dovşanları  və  toyuqlar üzərində  bioloji  sınaq  qoyulur.
D a v am lılığı. 
Quşların vərəminin törədicisi  müxtəlif fiziki  və
cədvəl
 
7

Bioloji sınaq əsasında  vərəmin törədicisinin  növüniin  təfriqi
V ə r ə m i n   t ö r ə d i c i ­
l ə r i n   n ö v l ə r i
P a t o g e n l i k
H i n d   d o n u z l a r ı
A d a   d o v ş a n l a r ı
T o y u q l a r
İ n s a n   n ö v ü
Y a y ı l m ı ş   v ə r ə m
Y e r l i   p r o s e s
-
Ö k ü z   n ö v ü
Y a y ı l m ı ş   v ə r ə m
Y a y ı l m ı ş   v ə r ə m
-
Q u ş   n ö v ü
Y a y ı l m ı ş   v ə r ə m
V ə r ə m   s e p s i s i   b ə ­
z ə n   m ə h t u t   s a h ə l i  
z ə d ə l ə n m ə
Y a y ı l m ı ş   p r o s e s  
v ə   y a   m ə h t u t   s a ­
h ə l i   z ə d ə l ə n m ə
kimyəvi vasitələrin təsirinə kifayət qədər davamlıdır.  Bu mikrob 
hüceyrəsinin  qılafı  üzərində  yağlı-mumlu  maddənin  olması  ilə 
əlaqədardır.  Amil  xüsusilə  qaranlıq  və  nəmli  yerlərdə  uzun 
müddət  sağ  qalaraq  öz  patogenliyini  itirmir.  Amil  peyində  7  ay, 
torpaqda 2  ildən çox, çay sularında 3-7 ay, basdırılmış quş cəsəd­
lərində 2-3  ay müddətində sağ qalır. Günəşin düz şüalarının təsi­
rindən  mikobakteriyalar  50  dəqiqədən  sonra,  səpələnmiş  şüala­
rın  təsirindən  isə  8-10  gündən  sonra  inaktivləşir.  800S  tempera­
turda amil  20 dəqiqəyə, qaynatmaya isə 5 dəqiqə davamlılıq gös­
tərir.  Amil  turşuların,  qələvilərin,  spirtin  təsirinə davamlıdır.
3%-li  xloramin  məhlulu,  3%-li  formaldehid  məhlulu,  5%-li 
xlorlu  əhəng  məhlulu,  10%-li  birxlorlu  yod  məhlulu  mikobakteri- 
yaları  məhv  etmək  üçün  əlverişli  dezinfeksiya  vasitələri  hesab 
edilir.
E p izootoloji  m əlum atlar. 
Vərəmə  25  növdər  çox  quşlar 
həssaslıq  göstərir.  İnfeksiya törədicisinin  mənbəyi  xəstə quşlar­
dır.  Bunlar əsasən kal  vasitəsilə amili xarici  mühitə  ixrac edir və 
xarici  mühit obyektlərini  mikrobla çirkləndirir.  Təbii  halda  quş­
lar alimentar yolla yoluxur,  ancaq  transovarial  yoluxma  da  qeyd
239


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə