İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə64/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   60   61   62   63   64   65   66   67   ...   87

Kleyn  tərəfin  qeyd  edilərək  quşların  salmonellyozu  adlandırıl­
mışdır.  Avropa ölkələrində  bu xəstəliyi  əsasən  yaşlı  toyuqlarda 
müşahidə etmiş və buna toyuqların tifı, ABŞ-da  isə körpə cücə­
lərdə  aşkar edərək buna cücələrin  ağ  ishalı  adı  vermişlər.  Uzun 
müddət  belə  bölgü  davam  etmiş,  sonradan  müəyyən  edilmişdir 
ki,  yaşdan  asılı  olaraq  iki  bir-birindən  tamamilə  fərqlənən  belə 
əlam ətlər  bir  xəstəliyin  nəticəsidir  və  bir  növ  mikroorqanizm 
tərəfindən törədilir.  Hal-hazırda xəstəlik pulloroz,  onun törədici­
si  isə Salmonella cinsinə mənsub olan Salmonella pullorum-qal- 
linarum  adlanır.
Pulloroz dünyanın hər yerində müşahidə edilir.  Keçmiş SSRİ- 
də xəstəlik  1924-cü  ildə  A.A.Uşakov tərəfmən  qeyd edilmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəliyin  Salmonella pullorum  qalli- 
narum  mikrobu  olub,  salmonella  qrupuna  mənsubdur.  Mikrob 
xırda,  üçvari  ovalvari  çöp  olub  uzunluğu  1-2,5  mkm,  eni  isə 
0,30,5  mkm-dir.  Patoloji  materialdan  hazırlanmış  yaxmalarda 
amil  kokkvari  və  sap  şəklində  formalarda  da  görünür.  Anilin 
boyalarını  yaxşı  qəbul  edilir,  Qramla  mənfi  boyanır,  xəstəliyin 
törədicisi  sərbəst  hərəkətə  malik  deyil,  spor  və  kapsula  yarat­
mır,  qida  müşitlərinə  tələbkar deyil,  adi  universal  qida mühitlə­
rində  1-2  günə  boy  verir.  Elektiv  qida  mühiti  kimi  Endo,  Levin 
və baktoaqar «J»-dən istifadə edilir. 3-12 günlük toyuq embrion- 
larını  tələf edir.  Laboratoriya  təcrübə  heyvanlarından  ada  dov­
şanları,  ağ  siçanlar  və  siçovullar  həssasdır.  Amilin  patogenliyi 
dəiyşkəndir,  spontan xəstəlik zamanı  yüksək dərəcədə virulent- 
liyə  malik  ştamlarla  bərabər,  həm  də  zəif virulentli  ştamları  da 
ayrılır.  Xəstəliyin əsas törədicisindən  əlavə ölmüş quşların bak- 
terioloji  müayinəsi  zamanı  S.typhi  murium,  S.dublin,  S.infaktis, 
S.bareillu və  s.  mikroblar da ayrılır.
D avam lılığı. 
Salmonella pullorum-qallinarum  18-200S  tem­
peraturda  qurudulmuş  kulturada  7  ilə  qədər,  torpaqda  1  ildən 
çox,  quş  peyinində  3  aya  qədər sağ qalır.
Kimyəvi  dezinfeksiya  vasitələrindən  1%-li  formaldehid,
252
5%-li  naftalizol,  4%-li  natrium  qələvisi,  20%-li  sönmüş  əhəng 
məhlulları  amili  qısa  müddətdə  inaktivləşdirir.
E pizootoloji  m əlum atlar. 
Pulloroz  geniş  yayılmış  xəstəlik­
lərdən  biridir  və  buda  onun  epizootoloji  xüsusiyyətləri  ilə  əla­
qədardır.  Xəstəlik  ən  çox  toyuq  və  hind  quşlarında  müşahidə 
edilir.  Bu  quş  növlərinin  14  günlüyə  qədər  körpələri  daha  çox 
həssaslıq  göstərir.  Xəstəlik  həmçinin  kəkliklərin,  göyərçinlərin 
və  digər  quş  növlərinin  körpələrində  də  qeyd  edilir.  Ətlik  cins­
lərdə  yumurtalıq  cinslərə  nisbətən  xəstəlik  daha  çox  müşahidə 
edilir.  Təsərrüfatın  xarakterindən,  quşların  ümumi  müqavimət 
qüvvəsindən,  amilin  virulentliyindən  asılı  olaraq  xəstələnmə  2- 
60%, ölüm  isə  müalicə aparılmadıqda  80%-ə qədər olur.  Ördək 
və qazlar xəstəliyə az həssasdır və onlarda bakterioloji  müayinə 
əsasında  bir qayda  olaraq  Salmonella typhi  murium  ayrılır.
Pulloroz  əsasən  5-6  günlüklərdə  baş  verir və  14  günə  qədər 
davam  edir.  Sonra  infeksion  proses  tədricən  zəifləyir  və  20-45 
günlüklərdə  yalnız  sporadik  halda qeyd  edilir və  xroniki  gedir.
Xəstəliyin  törədicisi  ilə  yoluxmuş  yumurtalardan  cücə  çıxı­
mı  40-60%-dir,  digərləri  isə  embrionun  inkişafının  müxtəlif 
dövrlərində  tə lə f olur.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstəliyin  törədicisi  ilə  yo­
luxmuş  yumurta,  xəstə cücələr və salmonella daşıyan  yaşlı  quş­
lardır. Cücə və yaşlı  quşlar amili  kal  və yumurta ilə xarici  mühi­
tə  ixrac  edir.  Xəstəliyin  törədicisi  ilə  yoluxmuş  yem,  su,  döşə­
nək,  xidmət  əşyaları  və  s.  pullorozun  quşlar  arasında  yayılma­
sında  böyük  rol  oynayır.  Təsərrüfatın  və  inkubatoriyaların  sani- 
tariya  vəziyyəti  nə qədər aşağıdırsa yoluxma da bir o  qədər çox 
olur.
Pulloroza  görə  qeyri-sağlam  təsərrüfatlarda  xəstəlik  burada 
çalışan  işçilərlə,  baytarlıq-sanitariya tədbirlərinə əm əl  etmədik­
də  sürətlə  yayılır.  Bundan  əlavə  xəstəliyin  təbii  mühitdə  yayıl­
masında  vəhşi  quşlarında rolu  qeyd  edilməlidir.
Cücələrdə  təbii  halda  konqenital  (transovarial)  və  postnatal
253


yoluxma  qeyd  edilir.  Pullorozu  keçirmiş  toyuqlarda  xəstəliyin 
törədicisi əsasən yumurta əmələ gətirən orqanlarda olur və vax­
taşırı olaraq yumurta ilə xarici mühitə ixrac olunur. Amil yumur­
tanın  sarısında,  ağında,  qabıqaltı  qişada  (endogen  yoluxma)  və 
qabıq  üzərində  (ekzogen  infeksiya)  aşkar edilir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  bir çox  sərbəst  h ə­
yat  tərzinə  malik  olan  quşlar  hesab  edilir.  Təsərrüfat  daxilində 
xəstəliyin  törədicisi  latent gedişli  infeksiyanı  keçirən  quşlar va­
sitəsilə yayılır,  bunlar yumurta ilə amili  xarici  mühitə ixrac edir, 
belə  yumurtaları  inkubasiya  etdikdə  yumurtada  formalaşan  em- 
brion  inkişafının  müxtəlif mərhələlərində  tə lə f olur,  yumurta­
dan  çıxmış cücələr xəstə olmaqla bir qismi ölür, digər qismi  sağ 
qalır  və  salmonelladaşıyan  olur.  Salmonellayadaşıyıcılıq  1,5  il 
davam  edir.  Məhz  buna  görə  də  pullorozda  stasionarlıq  özünü 
göstərir.
Xəstəliyə görə  stasionar təsərrüfatlarda cücələrin  yemləndi- 
rilməsi  rejiminin  pozulması,  hipovitaminozlar,quş  binalarında 
temperatura və  nisbi  nəmliyin  normada olmaması  və  s.  gizli  in- 
feksiyanın  kliniki  xəstəlik  formasına  keçməsinə  səbəb  olur.
P atogenez. 
Xəstəliyin  patogenezində  quşların  yaşı  və  onun 
ümumi  rezistentliyi  böyük  rol  oynayır.  Xəstəliyin  törədicisi 
həzm  və  tənəffüs  orqanlarına  düşdükdən  sonra  qısa  müddətdə 
qana keçir və qan  vasitəsilə  müxtəlif orqanlara toplanır və onla­
rın  m üxtəlif  xarakterli  iltihabını  və  zədələnmələrini  törədir. 
Xüsusilə  belə  zədələnm ələr  qaraciyərdə,  dalaqda,  yumurtalıq­
larda,  böyrəklərdə  daha  xarakterik  halda  nəzərə  çarpır.  Orqa­
nizmdə  mikrobun  təsirindən  iti  septiki  proses  baş  verir,  mikrob 
hüceyrələrinin  bir  qisminin  orqanizmin  müdafiə  qüvvələrinin 
təsirindən  parçalanması  nəticəsində  burada  termostabil  endo- 
toksin  toplanır.  Onu da qeyd  etmək  lazımdır ki,  amildə virulent- 
lik  nə  qədər güclüdürsə,  onun  toksini  də  bir  o  qədər toksikidir. 
Yumurtaların  inkubasiyası  zamanı  embrionların  ölümü  məhz 
salmonelların endotoksininin təsirindən  baş  verir.
254
G ed işi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
1-6  gün  arasında  olur.  Bu  quşların  müqavimət  qüvvəsindən  və 
yaşından,  mikrobun  virulentliyindən  və  s.  asılıdır.  Pulloroz  iti, 
yarımiti  və  xroniki  gedişlidir.
Xəstəliyin iti gedişi  ilk günlərdən cücələrdə müşahidə edilir. 
Bunlarda  ümumi  zəiflik,  iştahsızlıq,  hərəkət  müvazinətinin  po­
zulması,  mürgüləmə,  tüklərin  qabarması,  qanadların  sallanması 
və s.  müşahidə  edilir.  Ən  mühüm  kliniki  əlamət  mədə-bağırsaq 
sisteminin  funksiya  pozğunluğu  ilə  əlaqədar  baş  verir.  Xəstə 
cücələrdə  ağ  rəngdə  kal  kütləsi,  kloaka  ətrafının  kal  kütləsi  ilə 
çirkli  olması,  kloakada  selikli-yapışqanlı  kal  kütləsindən  ibarət 
olan tıxacın yaranması  nəzərə çarpır.  Quşlarda tənəffüsün çətin- 
ləşməsi,  sarı  maddənin  orqanizm  tərəfindən  sorulmasının  ləngi­
məsi  aşkar  edilir.  İti  gediş  2-6  gün  davam  edir  və  çox  vaxt 
ölümlə nəticələnir.
Yarımiti  gedişlə  kliniki  əlam ətlər  iti  formadakı  kimidir,  an­
caq  ləng  inkişaf edir.  Xəstə  quşların  inkişafı  ləngiyir və  quş  ya­
şlandıqca  nəzərə  çarpan  əlam ətlər tədricən yox  olur.
Yarımiti  gediş  15-20  günlük  quşlarda  müşahidə  edilir.  Xro­
niki  gediş  nisbətən  yaşlı  quşlarda  özünü  göstərir,  bu  zaman 
həzm  sisteminin  funksiya  pozğunluğu,  inkişafdan  qalma  qeyd 
olunur.
Yaşlılarda  xəstəlik  inapparant  infeksiya  halında  gedir.  Belə 
quşlarda  yumurta  məhsuldarlığının  aşağı  düşməsi,  həzm  orqan­
larının  funksiya  pozğuqnluğu,  pipyin  göyərməsi,  həmçinin  ova- 
rit  və  salpinqit  nəticəsində  sarılıqlı  peritonit  inkişaf edir.  Bəzi 
ana toyuqlarda  qarının  sallanması  da  qeyd  olunur.
P atoloji-anatom ik  d əyişilik lər. 
18-20  günlük  ölmüş  embri- 
onlarda  yaşıl  rəngdə  bərk  kütləli  və  böyümüş  sarı  maddə 
görünür,  üzərində qan  damarları  şəbəkəsi  kəskin  şəkildə  nəzərə 
çarpır,  qaraciyər böyüyür və  üzərində  nekroz  sahələri  qeyd  edi­
lir.  Öd kisəsi  böyüməklə, öd qatılaşmış, tünd yaşıl  halda olur.  İlk 
günlərdən ölmüş cücələrdə bir qayda olaraq sarı  maddənin sorul-
255


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə