İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə69/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   65   66   67   68   69   70   71   72   ...   87

nanın  ağ  ciyərində  sinqamozun,  parenximatoz  orqanlarında  isə 
listeriozun  törədicisini  aşkar etmişdir.
Təbii  halda yoluxma burun və ağız boşluğunun  selikli  qişası, 
konyunktiva,  zədələnmiş  dəri  vasitəsilə  baş  verir.  Transovarial 
yoluxma yolu müəyyən edilmişdir.
Listerioz  quşlarda  sporadiya  və  kiçik  epizootiyalar  halında 
özünü göstərir.  Xəstəlikdə stasionarlıq və mövsümlük m üşahidə 
edilir.  Ölüm,  quşların  orqanizmin  müqavimət qüvvəsindən,  x ə s­
təlik  törədicisinin  virulentliyindən,  dozasından  və  orqanizm ə 
daxil  olma  yolundan  asılı  olaraq  5%-dən  40%-ə  qədərdir. 
A.L.Komilova qazlarda listerioz zamanı  100% ölüm qeyd etm iş­
dir.
Stasionarlıq  listeriyaların  xarici  mühit  obyektlərində  uzun 
müddət  yaşaması,  quşlar  arasında  listeriyadaşıyıcılığın  olm ası 
və  listeriozun təbii  ocaqlarının  olması  ilə  izah  edilir.
Patogenez. 
Müxtəlif  yollarla  orqanizmə  daxil  olmuş  am il 
onun  virulentliyindən  və  makroorqanihmin  rezistentliyindən 
asılı  olaraq  müxtəlif xarakterli  və dərəcəli  iltihab  müşahidə  edi­
lir.  N əticədə quş  orqanizmində  ya  iti  septiki  proses,  ya da  onla­
rın  mərkəzi  sinir sisteminin  zədələnmələri  müşahidə edilir.  B ə­
zi  yaşlı  quşlarda  listeroz  latent  infeksiya  formasında  getm əklə 
xarakterik  kliniki  əlam ətlər görünmür.
Orqanizmdə  listeriyalar  neyrogen,  limfogen  və  hematogen 
yolla  yayılır.  Zisteriyalar  orqanizmin  qoruyucu  baryerini  keçə­
rək əksər orqan və toxumalara yayılır, onların müxtəlif xarakter­
li  zədələnmələrini  törədir.  Listeriyalar orqanizmdə əsasən mak- 
rofaqların daxilində çoxalır.  Yaşlı quşlarda ən çox  mərkəzi  sinir 
sisteminin  zədələnmələri,  cavanlarda  isə  iti  septiki  proses 
üstünlük  təşkil  edir.
G edişi  və  kliniki  əla m ə tlə ri. 
Xəstəliyin  inkubasiya dövrü  2 
gündən  1  aya  qədərdir.  Listerioz quşlarda  iti,  yarımiti  və  xroni­
ki  gedir.  Cavanlarda  xəstəlik  əsasən  iti  getməklə onlarda  qəflə­
tən  ölüm,  yaxud  xəstəliyin  10  saatdan  3  günə  qədər  davam  et­
272
məsi  qeyd olunur.  Xəstə quşlar yanı  üstə duraraq başı  qatlanmış 
halda olur, tükləri  pırpızlaşır, qanadları  sallanmış halda görünür. 
Quşlarda  ümumi  zəiflik  və  hərəkətsizlik  qeyd  edilir,  onlarda 
konyunktivit,  rinit,  burundan  və  gözdən  selikli-irinli  kütlənin 
ayrılması, tənəffüsün çətinləşməsi  nəzər diqqəti  cəlb  edir.  Xəs­
təliyin  orta  dövrlərində  kəskin  zəiflik,  ishal,  qıc  olmalar,  ayaq 
və qanadların  iflici müşahidə edilir.  Xəstə ördək və qazlarda ya­
rıyuxulu  vəziyyət,  sonra  qəflətən  sinir  oyanıqlığı,  onlara  məx­
sus  olmayan  hərəkətlər və  3-5  gündən  sonra ölüm  baş  verir.
Onu  da qeyd  etmək  lazımdır ki,  5-9  həftəlik  qazlarda  xəstə­
liyin  kliniki  əlamətləri  daha  xarakterik  haldı  nəzəri  cəlb  edir. 
Bunlarda ümumi  zəiflik,  yuxululuq,  ayaq üstə  durma qabiliyyə­
tinin pozulması, boynun əyilməsi, konyunktivit və  ishal  müşahi­
də edilir.  Ümumi  ölgünlük çox vaxt oyanıqlıqla əvəz olunur.  Bu 
zaman  onlar  qanadlarını  çırpır,  hoppanma  hərəkətləri  edir,  ma­
nej  hərəkətlər,  qıc  olma və ağızdan  köpüyün  ayrılması  görünür.
Hind  quşlarında iştahın zəifləməsi, ümumi  zəiflik,  konyunk­
tivit,  rinit,  tənəf-füsün çətinləşməsi,  ishal  nəzəri  cəlb edir.  Xəs­
təlik  2-7  gün  davam  edir və  letallıq  çox  vaxt  100% olur.
P atoloji-anatom ik  d əyişilik lər. 
Xəstəlikdən  ölmüş  quş  cə­
sədləri  arıq  olmaqla  dalaq  və  qaraciyərin  böyüməsi,  vəzili  mə­
dənin  və  nazik  bağırsaq  şöbəsi  selikli  qişasının  kataral  iltihabı, 
miokrdda xırda nekroz ocaqlar, ürək kisəsinin sarı-kəhraba rəng­
də  kütlə  ilə dolu  olması  aşkar edilir.
Qazlarda  qaraciyər  və  dalağın  böyüməsi,  qaraciyər  parenxi- 
masında piy degenerasiyası nazik bağırsaq və vəzili  mədənin  ka­
taral  iltihabı, beyin maddəsinin şişi  və qan damarlarının doluqan- 
lılığı,  o  cümlədən  isə enterit,  dalaqda  qan  sızmalar və qaraciyər­
də  nekrotiki  ocaqlar  müşahidə  edilir.  Toyuqlardan  fərqli  olaraq 
qaz  və  ördəklərdə ürək əzələsinin zədələnməsi  qeyd  olunmur.
Toyuqlarda histoloji  müayinə zamanı  ürəkdə əzələ  liflərinin 
iltihabı  ilə  əlaqədar  diffuz  miokardit,  burada  makrofaqların  və 
fibroblastların  toplanması  müşahidə  edilir.  Qaraciyərdə  qaraci­
273


yər hüceyrələrinin koaqulyasiyon nekrozu, retikuloendotelial  si­
stem  hüceyrələrinin  inkişafı  və  qranulemaya  bənzər  ocaqların 
yaranması  nəzər diqqəti  cəlb  edir.
D iaqnoz. 
Listerioza diaqnoz qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik dəyişi- 
likləri  nəzərə alınır, dəqiq diaqnoz məqsədilə və oxşar xəstəlik­
lərdən  təfriq  etmək  üçün  bakterioloji  və  seroloji  diaqnostika 
üsullarından  istifadə  edilir.
Septiki listerioz infeksiyası zamanı xəstəliyin  ilk dövrlərində 
qanın  götürülməsi  və  hemokulturanın  əldə  edilməsi,  quşlar 
öldükdən  sonra isə daxili orqanların bakterioloji  müayinəsi  apa­
rılır.  Bakterioloji  müayinə  üçün  verilmiş  patoloji  materialdan 
əşya  şüşəsi  üzərində  yaxma  hazırlanaraq  mikroskopiya  edilir, 
müxtəlif qida mühitlərinə  əkib xəstəlik  törədicisinin  təmiz  kul- 
turası  alınır və  ayrılmış  mikrob  ştamlarının  patogenliyini  yoxla­
maq  üçün  laboratoriya təcrübə  heyvanları  yolux-durulur.  Biolo­
ji  sınaq  ağ  sıiçanlarda,  hind  donuzlarda  və  ada  dovşanlarında 
qoyulur.  Xüsusilə  hind  donuzlarında  konyunktival  sınaq  daha 
spesifıkdir.  Bunlarda  yolux-ma-dan  sonra  keratokonyunktivitin 
baş  verməsi  ayrılmış  mikrob  ştamlarının  patogenliyini  göstərir. 
Bioloji  sınağın  qoyulmasından  4  saat  əvvəl  5  mq  kortizonun 
əzələ  içinə  vurulması  ağ  siçanların  listeriozun  törədicisinə  həs­
saslığını  kəskin  şəkildə  artırır.
Ada  dovşanları  venadaxili  yoluxdurulduqda  onlarla  monosi- 
toz  meydana  çıxır.  Yoluxdurmadan  ölmüş  laboratoriya  təcrübə 
heyvanlarının  yardıqda  qaraciyərdə,  dalaqda,  ürək  əzələsində, 
böyrəklərdə  çoxlu  miqdarda nekrotiki  ocaqlar müşahidə  edilir.
Təcili  diaqnostika  məqsədilə  immunofluoressensiya  reaksi­
yasından  və  listeriya daşıyan  latent xəstə  quşların  aşkar edilmə­
si  üçün  aqqlyutinasiya reaksiyasından  istifadə edilir.
T əfriq i  diaqnoz. 
Listeriozu pasterellyozdan,  Nyukasl  xəstə­
liyindən,  qripdən  və  spiroxetozdan  təfriq  etmək  lazımdır.
Pasterellyoz  epizootiya  halında  özünü  göstərməklə  mərkəzi
274
sinir  sisteminin  zədələnmələri  qeyd  olunmur.  Proses  daha  kəs­
kin  halda  ağ  ciyərdə  gedir və  bakterioloji  müayinə  zamanı  pas- 
tepellaları  göstərməklə diaqnoz dəqiqləşdirilir.
Nyukasl  xəstəliyi  toyuqlar  dəstəsinə  mənsub  olan  quşlarda 
getm əklə  xəstələnmə və  ölüm  faizi  yüksəkdir.  Bağırsaqda  kəs­
kin  şəkildə nəzərə çarpan qan sızmaları, vəzili  mədə  ilə əzələli 
m ədə  sərhəddində  kəmərvari  qan  sızmaları  və  bakterioloji 
müayinənin  nəticəsinin  mənfi  olması  əsas  sayılır.
Quşların qripi zamanı əsasən respirator orqanların zədələnmə- 
ləri,  gövdənin  müxtəlif nailiyyətlərində  şiş  və  sianozlu  sahələr, 
bakterioloji  müayinənin nəticəsinin mənfi olması nəzərə alınır.
Spiroxetoz  zamanı  qanın  müayinəsi  əsasında  törədici  qanda 
görünür,  novarsenol  yaxşı  müalicə  ilə  özünü göstərir və  labora­
toriya  təcrübə  heyvanları  həssas deyil.
M ü a lic ə . 
Spesifik  müalicə  vasitələri  yoxdur.  Ayrı-ayrı 
m üəlliflər tərəfindən tetrasiklin  sırası  antibiotiklərin  yaxşı  müa­
licə  xüsusiyyətinə  malik  olması  qeyd  edilir.
İm m u n itet. 
Listeriozu  keçirmiş  heyvanların  və  quşların  qa­
nında  aqqlyutininlər  və  komplementtəsbitedici  antitellər  yara­
nır.  Ancaq  listerioz serumları  və qamma-qlobulinlər profilaktiki 
və  m üalicə  xüsusiyyətinə  malik  deyi.  Xəstəliyə  qarşı  quşlarda 
spesifik  pofılaktika vasitələri  əldə edilməmişdir.
P rofilak tik a   v ə  m übarizə  təd b irləri. 
Təsərrüfatda  listerioz 
baş  verdikdə  quşların  hamısı  nəzərdən  keçirilir.  Mərkəzi  sinir 
sisteminin  zədələnmələrinə məxsus  kliniki  əlamətləri  olan quş­
lar  kəsilir,  digərlərinə  isə  profilaktiki  məqsədlə  tetrasiklin  sıra­
sına məxsus olan antibiotklər verilir.  Xəstəlik qeyd olunmuş quş 
binaları  təmizləndikdən sonra 3%-li  natrium qələvisi,  5%-li  ksi- 
lonaft,  tərkibində  5%  fəal  xlor olan  xlorlu  əhəng  məhlulları  ilə 
dezinfeksiya  edilir.  Bundan  əlavə  quş  binalarını  20%-li  formal- 
dehidlə,  formalin-ksilonaft  və  ya  formalin-kreolin  qarışığı  ilə 
aerozol  dezinfeksiya aparmaq  mümkündür.
Tük  və  lələkləri  tərkibində  0,2%  kalsiumlaşdırılmış  soda
275


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə