İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə70/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   66   67   68   69   70   71   72   73   ...   87

olan  2%-li  formaldehid  məhlulunda  40-45°S  temperaturda  1,5 
saat  saxlamaqla zərərsizləşdirilir.
Yumurtalar formaldehid buxarları  ilə yaxud kalium-hipoxlo- 
rid  və  ya  hidrogen-peroksidlə  zərərsizləşdirilir.  Yem  qalıqları 
və  peyin  biotermiki  zərərsizləşdirmədə  20-23  günə  listeriozun 
törədicisindən azad  olur.
Xəstəlikdən  kəsilmiş  quşların  daxili  orqanları  utilləşdirilir, 
özü  isə 2 saat bişirildikdən sona realizasiya olunur.  Quşların kə­
simi  və  cəmdəklərin  yarılması  zamanı  işçilər  öz  şəxsi  təhlükə­
sizliyini  qorumalıqdırlar.
Listeroiz qeyd olunmuş  təsərrüfat qeyri-sağlam  hesab  edilir, 
quş və quş məhsullarının kənara çıxarılması  və ya daxil  edilmə­
si  qadağan  edilir,  vaxtaşırı  deratizasiya aparılır.
Axırıncı  xəstə quşun aşkar edilməsindən 2  ay keçmiş və ye­
kun  dezinfeksiya  aparıldıqdan  sonra  təsərrüfat  listerioza  görə 
sağlam  hesab  edilir.
N ekro  bakterioz
Nekrobakterioz  (Nekrobakteriosis)  infeksion  xəstəlik  olub 
dərinin,  selikli  qişaların  və  bəzən  parenximatoz  orqanların  irin- 
li-nekrotiki  iltihabı  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
Xəstəlik dünyanın bütün qitələrində müşa­
hidə  edilir.  Nekrobakteriozun  törədicisi  ilk  dəfə  1881-ci  ildə 
R.Kox  tərəfindən  qeyd  edilmiş  və  1884-cü  ildəLoffler  tərəfin­
dən  onun  xüsusiyyətləri  ətraflı  şəkildə  öyrənilmişdir.  Xəstəlik 
törədicisinin  təmiz  kulturası  1890-cı  ildə  Banq  və  1891-ci  ildə 
Şmorl  tərəfindən  alınmışdır.  Uzun  illər  boyu  xəstəliyin  törədi­
cisi olan Bact. Necrophorumu ikinci  infeksiya törədicisi kimi he­
sab  etmişlər.  Yalnız  1932-ci  ildə  rus  alimi  A.Q.Revnivıx  ekspe­
rimental  yolla  nekroz  çöpünün  nekrobakteriozun  törədicisi  ol­
masını  sübut etmişdir.
X əstəliy in   tö rəd icisi. 
Bacterium  necrophorum  kəskin  poli-
276
morfdur.  Təzə  mikrob  kulturası  və  nekrotik  fokuslardan  hazır­
lanmış  yaxmaların  mikroskopiyası  zamanı  amil  çöp  və  ya  uzun 
sap  şəklində  görünür.  Bəzi  saplarda  sapvari  və  ya kolbavari  ge­
nişlənm ələr qeyd  olunur.  Köhnə  kulturalardan  hazırlanmış  yax­
malarda  xəstəliyin törədicisi  qısa çöplər şəklində  görünür.  Belə 
preparatlarda amilin bəzən kokvari  forması da qeyd olunur.  Xəs­
təliyin  törədicisi  sərbəst  hərəkətə  malik  deyil,  spor  və  kapsula 
yaratomır.  Anil in  boyalarının  spirt və  suda məhlullarında  qeyri- 
bərabər boyanma  müşahidə  edilir,  Qramla  mənfi  boyanır.  Silya 
boyası,  Leffler abısı, Romanovski-Himza və Muromsev boyama 
üsulu  ilə  yaxşı  boyanır.
Bact.  Necrophorum  obliqat  anaerobdur.  Onun  laboratoriya 
şəraitində  yetişdirilməsi  üçün  Kitt-Tarossi  mühiti,  Marten  bul- 
yonu,  Xottinger  qaraciyər  bulyonu,  serumlu  və  qlükozalı  qanlı 
aqar və  yarım  maye aqardan  istifadə  edilir.  Kitt-Tarossi  mühiti­
nə  10-20%  miqdarında  qaramal  serumu  və  0,2-0,5%  qlükoza 
əlavə  etdikdə  mikrob  daha  yaxşı  boy  verir və  qaz  əm ələ  gətir­
mə  intensiv  xarakter alır.  Mikrobun  yetişdirilməsi  36-38°S  tem­
peratura və qida mühitlərinin pH-ı  7,4-7,6 olmalıdır.  Kitt-Taros­
si  qida mühitində 24-48  saatdan  sonra bulanma və qaraciyər kə­
sikləri  üzərində  pambıqvari  çöküntü  yaradır.  5-8  gündən  sonra 
mühitin  şəffaflaşması  nəzərə  çarpır.  Serumlu  aqarda  ağ  rəngdə 
koloniyalar  verir,  qanlı  və  qlükozalı  aqarda  yastı  rəngsiz  və  ya 
açıq  boz rəngdə  kloniyalar hamar bəzən  isə dalqavari  çıxıntıları 
malik  olan  koloniyalar yaradır.
Nekrobakteriozun  törədicisi  hemotoksin  yaradır  ki,  bu  da 
müxtəlif növ  kənd  təsərrüfatı  heyvanları  və  quşların  eritrositlə- 
rini  lizisə  uğradır.  Hemotoksin  əsasən  0,5%  qlükoza,  natrium- 
fosfat  və  az  miqdarda  qan  əlavə  edilmiş  ƏPB-da  yaxşı  istehsal 
olunur və  termolabildir.
Ekzotoksin  əsasən  maye  qida  mühitlərində  yaranır  və  buna 
0,3% formalin əlavə etdikdə anatoksinə çevrilir.  Endotoksin  mik­
rob  hüceyrəsinin  parçalanması  zamanı  ayrılır  və  güclü  nekroz
277


yaratma  xüsusiyyətinə  malikdir.
D avam lılığı. 
Nekrobakteriozun  törədicisi  peyində  50  gün, 
torpaqda 3 aya qədər sağ qalır. Günəş şüalarının təsirindən  12  sa­
ata  inaktivləşir.  65°S  temperaturda  amil  15  dəqiqəyə,  70°S  tem ­
peraturda  10 dəqiqəyə və  qaynamada  isə ani olaraq  məhv  olur.
5%-li  natrium  qələvəsi,  2,5%-li  kreolin,  2%-li  karbol  turşu­
su,  2,5%-li  fonnaldehid  məhlullarının  təsirindən  nekrobakterio­
zun  törədicisi  10-30  dəqiqəyə  inaktivləşir.
E p izootoloji  m əlum atlar. 
Nekrobakterioz  yara  infeksiyası 
halında özünü göstərir. Xəstəlik toyuqlar dəstəsinə mənsub olan 
quşlarda  daha  çox  müşahidə  edilir.  Laboratoriya  təcrübə  h ey­
vanlarından ada dovşanları  və  ağ siçanlar həssasdır.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçinniş 
quşlar hesab edilir.  Bunlar xəstəliyin törədicisini əsasən kalla və 
zədə  sahəsindən  qopub  tökülən  ölmüş  toxuma  hissəcikləri  ilə 
xarici  mühitə  yayır.  Quşlarda  yoluxma  travma  sahəsinə  am ilin 
düşməsi  nəticəsində baş verir.  Xəstəliyin  yayılması  və gedişinə 
quşçuluq  təsərrüfatlarının  sanitariya  vəziyyəti,  quş  orqanizmi­
nin  rezistentlik  dərəcəsi  güclü  təsir  göstərir.  Xəstə  gövşəyən 
heyvanlarla  quşların  bir  yerdə  saxlanması  zamanı  quşların  yo­
luxması  asanlıqla  nəzərə  çarpır.  Xəstəlik  törədicisinin  yayılma­
sında bir çox  gəmiricilər və  həşəratlar böyük  rol  oynayır.
Zədə  sahəsində  nekrotiki  ocağın  yaranması  həm  mikrobun, 
həm  də  onların  toksinlərinin  təsirindən  baş  verir.  Xəstə  quşlar­
da  letallıq  75-80%-dir.
Patogenez. 
Yoluxma  əsasən  dəri  və  selikli  qişaların  travma 
sahəsinə amilin düşməsi nəticəsində baş verir.  M üxtəlif təsirlər­
dən  yaranmış  travma  sahələrində  qanın  bu  sahəyə  daxil  olması 
qan  damarlarının  zədələnməsi  ilə  əlaqədar  olaraq  çətinləşdiyi 
üçün burada anaerob şərait yaranır, nəticədə Bact. Necrophorum 
artıb  çoxalması  üçün  əlverişli  şərait  meydana çıxır.
Travma sahəsində  əvvəlcə  xırda yara müşahidə  edilir,  sonra 
prosesə  ətraf sahələrin  toxumaları  da  tutulur,  qan  damarlarının
278
divarları  zədələnir,  kifayət  qədər  fibrin  kütləsi  və  zülal  damar 
ətrafı  sahəyə yığılır, qan damarlarında ölü toxuma hissəciklərin­
dən  ibarət  olan  tromb  yaranır.  Nəticədə  iltihab  sahəsində 
müxtəlif toxumaların nekrozu meydana çıxır.  İlkin nekrotiki  ocaq 
sahəsindən bəzən nekrotiki  kütlə tromb halında qan damarlarına 
düşərək qan vasitəsilə daxili orqanlara gətirilir və onların da ne­
krotiki  iltihablarına  səbəb  olur.  Nəticədə  quşlarda  ağciyə-rin, 
qaraciyərin,  mədə-bağırsaq  sisteminin  funksiya  pozğunluqları 
inkişaf edir.  Proses  bəzən  qarışıq  infeksiya  halında  da  mürək­
kəbləşir ki,  burada  da stafılokokkların,  streptokokkların  və  ana­
erob  mikroorqanizmlərin  rolu  xüsusi  olaraq  qeyd  edilməlidir. 
Belə  hallarda  xəstəlik  ağır getməklə  quşlarda  yüksək  faizdə  tə­
ləfat  qeyd  olunur.  Xoş  xassəli  gedişdə  ilkin  nekrotiki  ocaq  kap­
sula  içərisinə  alınaraq  tədricən  sağalmanın  getməsi  müşahidə 
edilir.
G ed işi  və  kliniki  əlam ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir  neçə  gündür.  Nekrobakterioz  görpələrdə  iti,  yaşlılarda  isə 
yarmiti  və  xroniki  gedir.  Xəstəliyin  selikli  qişalar  formasında 
ağız  boşluğunda,  dilin  kökündə və  udlaqda nekrotiki  çöküntülər 
müşahidə  edilir.  Xəstə  quşlarda  iştahın  itməsi,  hərəkətin  çətin- 
ləşməsi,  ümumi  zəiflik  qeyd  olunur.  Quşların  boyun  və  çənəal- 
tı  sahəsi  şişir,  udma aktı  pozulur, buda quşlarda  kəskin  arıqlama 
və  ölümə  səbəb  olur.  Xəstəliyin  dəri  formasında  quşların  ətraf­
larının  pəncə  hissəsində  nekrotiki  iltihab  nəzərə  çarpır.  Proses 
dəridən  dərialtı  toxumaya,  oynaqların  bağ  aparatına  və  sümük 
üstlüyünə  keçdiyi  üçün  onlarda  axsama,  hərəkətin  çətinləşməsi 
qeyd  olunur.
Xəstəliyin  daxili  orqanlar  formasında  tənəffüsün  çətinləş- 
məsi,  burun yolundan serozlu-irinli kütlənin ayrılması, qaraciyə­
rin  nekrotiki  iltihabı  ilə əlaqədar olaraq  həzm  prosesinin  pozul­
ması  və  kütləvi  tələfat baş  verir.
P a to lo ji-a n a to m ik   d ə y işd ik lə r . 
X əstə  və  xəstəlikdən 
ölmüş  quşlarda  patoloji-anatomik  yarma  zamanı  dilin  kökündə,
279


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə