İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə72/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   68   69   70   71   72   73   74   75   ...   87

edilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  xəstəlik  həm  də  miko- 
plazmozla,  pullorozla,  infeksion bronxitlə,  nyukasl  xəstəliyi  ilə, 
infeksion  larinqotraxeyitlə  assosiasiyalı  halda  da  müşahidə  edi­
lir.  Kolibakteriozla  xəstə  quşlarda  nyukasl  xəstəliyinə,  infeksi­
on  larinqotraxeyitə və  infeksion  bronxitə  qarşı  əldə edilmiş  pos- 
tvaksinal  immunitet pozulur.
P atogenez. 
M üxtəlif yollarla  orqanizmə  daxil  olmuş  E.coli 
qana keçir və bütün orqan və toxumalara yayılır.  Orqanizmə  da­
xil  olmuş  mikrobun  dozasından,  onun  virulentlik  dərəcəsindən, 
adgeziv  antigenin  olmasından  və  quş  orqanizminin  rezistentliy- 
indən  asılı olaraq xəstəliyin kliniki  əlamətləri  və patoloji-anato- 
mik  dəyişdiklər müxtəlif tərzdə  inkişaf edir.
Əgər təsərrüfatda  adgeziv  antigenli  yüksək  patogenliyə  m a­
lik  olan  ştamlar dövr ədirsə  bu zaman amil  nazik  bağırsaq şöbə­
sinin  selikli  qişasını  işğal  edir, bağırsaq  xovlarının epiteli hücey­
rələrinə  yapışır,  çoxalır  və  özündən  toksin  hasil  edir.  Orqa­
nizmdə  septisemiya və toksimiya baş verir.
Ə gər  amilin  patogenliyi  zəifdirsə  orqanizmin  qoruyucu 
qüvvələri  E.coliinin  inkişafına  mane  olur,  iltihab  yalnız  bağır­
saqların  müəyyən  şöbələrində  gedir,  həzm  prosesi  pozulur  və 
ishal başlayır. Amil xəstəliyin respirator, genital və bağırsaq for­
malarını  törədir.  Kolibakteriozun  patogenezində  xəstəlik  törə­
dicisinin  istehsal  etdiyi  endotoksin,  ekzotoksin  və  enterotoksin 
mühüm  rol  oynayır.
G ed işi  və  kliniki  əla m ə tlə ri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir neçə  saatdan  1-2  günə qədər davam edir.  Xəstəlik  iti  və xro­
niki  gedir,  patoloji  prosesin  lokalizasiyasına görə  isə bunun  res­
pirator,  genital  və  bağırsaq  formaları  qeyd  olunur.
Kolibakteriozun  respirator  formasında  quşlarda  konynktivit, 
gözdən  yaş axması,  azqırma,  tənəffüsün  çətinləşməsi  müşahidə 
edilir.  Genital  formada  cücələrdə  sarı  maddə  kisəsinin  iltihabı, 
yaşlılarda  isə  yumurtalıq  və  yumurta  yollarının  iltihabı  aşkar 
edilir.  Bundan  əlavə  quşlarda  oynaqların  iltihabı  nəzərə  çarpır.
284
Xəstəliyin  bağırsaq  formasında  mədə-bağırsaq  şöbəsinin  funk­
siya pozğunluqları, xüsusilə ishal, suya tələbatın güclənməsi, iş­
tahın  olmaması  qeyd edilir.
Qeyd  olunan  formalarda  qanın  müayinəsi  zamanı  hemoqlo- 
binin  miqdarının  azalması,  ümumi  zülalın  aşağı  düşməsi  müşa­
hidə  edilir.
P atoloji  antonom ik  d əyişilik lər. 
Xəstəlikdən  ölmüş  cücə­
lərin  cəsədi  yarıldıqda  qaraciyərin  və  dalağın  doluqanlı  olması 
və  bəzən  enterit,  ürək  kisəsinə  serozlu  və  ya  serozlu-fıbrinozlu 
eksudatın  toplanması,  hava  kisələrinin  iltihabı  və  onun  daxilinə 
serozlu-fıbrinozlu  yaxud  fıbrinozlu  kütlənin yığılması  müşahidə 
edilir.  Nisbətən  yaşlı  quşlarda  fıbrinozlu  perikardit,  fıbrinozlu 
aerosakkulit  və  perihepatit  nəzərə çarpır.  Çox  vaxt  pnevmoniya 
görünür.
Yaşlı  toyuq  və  ördəklərdə  seozlu-fıbrinozlu peritonit və  sal- 
pingit müşahidə edilir. Oynaq boşluğuna fıbrinozlu kütlənin yığ­
ılması  nəticəsində  sinovitlər aşkar edilir.  Əksər hallarda  fabrisi- 
um  kisəsinin  atrofiyası  və  kor  bağırsağın  hemorroji  iltihabı 
görünür.
Hind  quşlarında  baş  verən  dəyişiliklər toyuqlarınkı  ilə  eyni­
dir,  ancaq  kor bağırsağın  hemorroji  iltihabı  daha xarakterik  hal­
da nəzərə çarpır.  Qazlarda qaraciyər,  dalaq  və  böyrəklərdə dur­
ğunluq  əlam ətləri,  ördəklərdə qarın  boşluğuna və  perikarda fib- 
rinozlu  eksudatın  toplanması,  pnevmoniya  və  qaraciyərin  dolu- 
qanlı  olması  müşahidə  edilir.
Histoloji  müayinə  zamanı  daxili  orqanların  əksəriyyətində 
və o  cümlədən  baş  beyin  və onurğa beyində distrofiki  proseslə­
rin  getməsi,  ağciyərdə  qan  damarlarının  dolu  qanlılığı,  limfoid 
və  histositar  hüceyrələrin  proliferasiyası,  proliferat  hüceyrələri 
arasında  psevdoeozinlərin  toplanması  aşkar  edilir.  M üxtəlif or­
qan  və  toxumalarda  mikrob  yığımları  qeyd  edilir.
D iaq n oz. 
Xəstəliyə diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri  kliniki  əlamətləri  və  patoloji-anatomik  dəyişi-
285


likləri  nəzərə alınır və  bakterioloji  müayinə aparılır.
Bakterioloji  müayinə  aparmaq  üçün  patoloji  materialdan 
əşya  şüşəsi  üzərində  yaxma  hazırlanaraq  mikroskopiya  edilir, 
müxtəlif qida mühitlərinə əkilərək təmiz kultura alınır və biolo­
ji  sınaq  qoyulur.  Əkmə  üçün  nümunələr  borulu  sümüklərdən, 
ürəkdən  və  qaraciyərdən  götürülür  və  ƏPB,  ƏPA,  Xottinqer 
aqar  və  bulyonuna,  Endo  və  Levin  qida  mühitlərinə  əkilir. 
Nümunələr  termostatda  1-2  gün  saxlandıqdan  sonra  yoxlanır. 
Əgər  Endo  və  Levin  qida  mühitlərində  boy  olmursa  bulanmış 
maye  qida  mühitlərindən  təkrar  həmin  qida  mühitlərinə  əkm ə 
aparılır  və  bir gün  yenə  tennostatda  saxlanır.  Əldə  edilmiş  kul- 
turaların  E.coli-yə mənsub olmasını  müəyyən etmək üçün O-an- 
tigeninə  görə  serotipizasiya  tip  spesifik  aqqlyutininləşdirici  se- 
rumlarla  aqqlyutinasiya  reaksiyası  qoyulur.  Bundan  əlavə  ayrıl­
mış  kultura  morfoloji,  kultural,  tinktorial,  fennentativ  və  patog- 
enlik  xüsusiyyətlərinə  görə  yoxlanmalıdır.
Kulturanın patogenliyini  yoxlamaq üçün cücələr və ağ siçan­
lar üzərində bioloji  sınaq  qoyulur.  Bu  məqsədlə bir günlük  aqar 
kulturasının yuyuntusu  ilə  30-35günlük cücələr qarın boşluğuna 
yoluxdurlur.  Yoluxdurmadan  5  gün  keçmiş cücələrin  ölməsi  və 
onların  daxili  orqanlarında  perikardit,  perihepatit,  aerosakkulit, 
fibrin  kütləsinin  qarın  boşluğuna  yığılması  kulturanın  patogen 
olmasını  göstərir.
16-18-qramlıq  ağ  siçanların  qarın  boşluğuna  kultura  ilə  yo- 
luxdurulma aparılır, 5 gün ərzində onların tələf olması bioloji sı­
nağın  müsbət olmasını  göstərir.
T əfriq i  diaqnoz. 
Kolibakteriozu  respirator  mikoplazmoz- 
dan,  pasterellyozdan  və pullorozdan  təfriq  etmək  lazımdır.
Respirator  mikoplazmoz  quşlar  qrupunda  tədricən  inkişaf 
edir,  cücələrdə  ölüm  ilk  günlərdə,  embrionlarda  isə  18-21 
günlükdə müşahidə edilir.  Ən çox respirator orqanların zədələn- 
mələri  qeyd  olunur.
Pasterellyoz geniş şəkildə yayılma və yüksək tələfatla səciy­
286
yələnir.  Daxili  orqanlarda  çoxlu  miqdarda  qan  sızmaları,  qarac­
iyərdə  distrofıya  və  üzərində  nekroz  ocaqları  və  bakterioloji 
müayinə  zamanı  isə  P.multocida  aşkar edilir.
Pullorozda cücələrdə ağ ciyərlərdə ağ rəngdə  ishal, yaşlılar­
da  yumurta  follikullarının  zədələnmələri  bakterioloji  müayinə­
də  isə  S.pullorum-qallinarum  mikrobu  ayrılır.
M ü a licə. 
Müalicə  üçün  nitrofuran  birləşmələri,  sulfanilamid 
preparatları  və  antibiotiklərdən  istifadə  edilir.  Furazolidon  hər 
baş yaşlı  quşa 3-5  ımq yemlə 7-10 gün  verilir.  Furazolidonun  sul­
fanilamid preparatları və polimiksin  ilə birlikdə tətbiqi daha yax­
şı  səm ərə  verir.  Bir günlük  doza  furazolidon  2  mq,  polimiksin -  
M  -   0,4  mq,  sulfanilamid  preparatları  1  mq  hesabı  ilə  götürülüb 
yemlə verilir.  Bu preparatlar səhər və axşam  10 gün verilməlidir.
Hind  quşlarında  müalicə  üçün  sulfatalidin  1  ton  yemə  2  kq 
qatılır və  7  gün  istifadə edilir.  Streptomisin  hər başa 25  mq  əzə­
lə  içinə,  xloramfenikol  yemlə 0,05% və su  ilə 0,02%  konsentra- 
siyada  tətbiq  edilməlidir.
Vitaminli  preparatların  quşlara  verilinəsi  onların  müalicəsi­
nin  səmərəliliyini  artırır.
Son  zamanlar quşların  kolibakteriozunda tetrasiklin  toyuqla­
ra,  ördəklərə  və  hind  quşlarına  hər  kq  canlı  kütləyə  25-50  mq 
gündə 2 dəfə 3-5 gün, novobiosin hər kq canlı  kütləyə 0,02-0,03 
qrum  5-6  gün  yemlə  verilir.  Furazolin  yemə  0,04%  konsentra- 
siyada qatılıb  7-10  gün  tətbiq  edilir.
Biofuzol  və ya pifulin 40  günlük cücələrə hər ton yemə 2  kq 
qatıb  5-7  gün  yemləndirilir.  Miks-10  40  günlük  cücələrə  1  ton 
yemə  3  kq  qatıb  7-10 gün  verilir.
Sulfadimetoksin  və  ya  sulfapiridozin  yemlə  hər  kq  canlı 
kütləyə  75-120  mq  hesabı  ilə qatıb gündə  1  dəfə 4-6 gün  daxilə 
verilir.
Terravetin-500  toyuq  və  ördək  cücələrinə  hər  kq  canlı 
kütləyə  40-100  mq  suda  məhlul  halında  yemə  qatıb  gündə  2-3 
dəfə  5-7  gün  tətbiq  edilir.
287


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə