İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə73/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   69   70   71   72   73   74   75   76   ...   87

Furasillinin  suda  l:10000-də  məhlulu  quşlara  7  gün  içirmə 
halında  istifadə  edilir.
İm m unitet. 
Xəstəliyə  qarşı  xızdərili  vəhşi  heyvanların,  quş­
ların,  buzovların  və  çoşqaların  kolibakteriozu  və  salmonellyozu- 
na qarşı  hazırlanmış formoltiomersan  vaksindən  istifadə  edilir.
Profilaktika  və  m übarizə  təd birləri. 
Quşların  kolibakteri- 
ozla xəstələnməsinin qarşısını  almaq  üçün optimal zoogigiyeni- 
ki şərait yaradılmalı və yemləmə düzgün təşkil  edilməlidir.  Quş 
binalarının  hava  mühiti  müntəzəm  şəkildə  nəzarətdə  olmalı, 
vaxtaşırı  havanın  fiziki-kimyəvi  parametrləri  və  xüsusilə  mik- 
robla  çirklənmə  dərəcəsi  yoxlanmalıdır.  İnkubasiya  edilən  yu­
murtalar  və  yumurtadan  çıxmış  cücələr  heksaxlorafenin  dieti- 
lenqlikolda 5%-li məhlulu  ilə dezinfeksiya edilməlidir.  Doza hər 
m3  həcmə  16 ml,  ekspozisiya yarım  saatdır.  Quş  bnalarında ha­
vanın  E.coli  ilə çirklənməsi  müşahidə  edildikdə  quş olan  şərait­
də  aerozol  dezinfeksiya  aparılması  mühüm  əhəmiyyətə  malik­
dir.  Bu  məqsədlə  xlor-skibidar  buxarından  istifadə  edilir.  Xlor- 
skibidar  buxarını  əldə  etmək  üçün  2  qram  xlorlu  əhəng  və  0,2 
ml  skibidar hər m3  həcmə  götürülür, qarışdırılır və reaksiya nə­
ticəsində  buxar  yaranır.  Ekspozisiya  30  dəqiqədir.  Binanın  ha­
vasının  zərərsizləşdirmək  üçün  rezorsin  və  üçetilenqlükolun 
20%-li  məhlullarından,  xloraminin  1%-li  məhlulundan,  asetilsa- 
lisil  turşusunun  5%-li  məhlulundan  və  süd-turşusunun  50%-li 
məhlullarından  istifadə edilir.
Təsərrüfatda  xəstəlik  baş  verdikdə  məhtutlaşmalar qoyulur, 
bütün  quşlar  müayinədən  keçirilir,  kliniki  xəstə  və  yoluxmaya 
şübhəli  cücələr öldürülür,  hələlik  sağlamlara  isə  nitrofuran  bir­
ləşmələri, antbiotiklər və  sulfanilamid preparatları  verilir.
Xəstəliyin  profilaktikası  və  quşların  ümumi  rezistentliyini 
yüksəltmək məqsədilə basitrasin preparatları (basilixin-10,  basi- 
lixin-20,  basilixin-30)  hər  ton  yemə  1-30  günlük  cücə  və  broy­
lerlərə  30  qram,  31-90  günliiulərə  20  qram,  toyuqlara  20  qram, 
ördək  cücələrinə  (1-30  günlük)  15  qram,  31-60  günlüklərə  10
288
qram,  ana  ördəklərə  10  q,  1-6-  günlük hind  quşu  cücələrinə  50 
q, yaşlı hind quşlarına 20 q,  1-20 günlük qaz cücələrinə  15  q, 21- 
120  günlüklərə  10  q,  qazlara  5  q  götürülür və  yemləmə  şəklin­
də  verilir.  Bundan  əlavə  qrizin  preparatları  da  (kormoqrizin-5, 
kormoqrizin-10,  kormoqrizin-40)  1  ton  yemə  1-30  günlük  cücə 
və broylerlər üçün 4 qram, 31-90 günlük toyuq cücələrinə -  2 q, 
31-70  günlük  broylerlərə  isə  2  q  hesabı  ilə  götürülür və  yemlə­
mə  şəklində  tətbiq  edilir.
İnkubatorda  cücələr  sortlaşdırıldıqdan  sonra  müalicə-profi­
laktika  məqsədilə  onları  gentomisin  aerozolu  ilə  hər m3  həcmə 
200mq  dozada  həmçinin  gentomisinin  ampisilinlə  qarışığı  ilə 
hər m3  həcmə  125mq hesabı  ilə  işləyirlər.  Hər iki  preparatlarda 
ekspozisiya 45  dəqiqədir.
Xəstəliyin  profilaktikası  üçün  yem  payına  vitamin  konsent- 
ratları,  yaşıl  yem,  ABK,  PABK  qatılması  mühüm  əhəmiyyətə 
malikdir.
Xəstəliyin  təsərrüfatdan  ləğv  edilməsindən  1  ay  keçmiş  və 
yekun 
dezinfeksiya  aparıldıqdan 
sonra  m əhtutlaşm alar 
götürülür.
Salm onellyoz
Salmonellyoz  (Salmonellosis  avium)  müxtəlif növ  quşların 
infeksion  xəstəliyi  olub,  körpələrdə septisemiya və diareya,  yaş­
lılarda  isə  gizli  bakteriyadaşıcılıqla səciyyələnir.
TARİXİ  MƏLUMAT.  İlk  dəfə  1892-ci  ildə  göyərçinlərdə 
salmonellyoz Löffler tərəfindən qeyd edilmiş və xəstəliyin törə- 
dəcisi  olan  s.typhi  murium  ayrılmışdır.  Sonralar  salmonellaları 
başqa növ quşlardan da əldə etmişlər.  Keçmiş SSRİ-də xəstəliy­
in  öyrənilməsində  V.M.Sadovski,  M.P.Prokofyeva,  İ.S.Zaqay- 
evski  və  başqalarının  böyük  xidmətləri  olmuşdur.
XƏSTƏLİYİN  TÖRƏDİcİSİ.  Xəstəlik  s.typhi  murium  tərə­
findən  törədilir.  Bəzən  xəstə  və ölmüş  quşlardan  həm  də  S.  es-
289


sen,  S.  anatum,  S.  enteridis  və  başqa  salmonella  qrupuna  m ən­
sub  olan  mikroblar da ayrılır.
Salmonella  cinsi  amerikan  tətqiqatçısı  Salmonen  şərəfm ə 
adlandırılmışdır.  Salmonellalar  kənd  təsərrüfatı  heyvanlarının 
körpələrinin  və  quşların  salmanellyozunu  törətməklə  yanaşı 
həm  də  bəzi  bakterial  və  virus  etiologiyalı  xəstəlikləri  mürək­
kəbləşdirir.
Salmonellalarla yoluxmuş heyvan  mənşəli  yeyinti  məhsulla­
rından  istifadə  etdikdə  insanlarda toksikoinfeksiyalar baş  verir.
Hal-hazırda  salmonellaların  1500-dən  çox  variantları  qeyd 
edilmişdir ki, bunlar da antigenlik quruluşuna və fermentativ fəal­
lığına görə bir-birindən fərqlidir. Quşların salmonellyozunun tö­
rədicisi  çöp  şəkilli  mikrob  olub,  ucları  ovoid  formadadır,  uzun­
luğu  2-4mkm,  eni  isə  0,2-0,6mkm-dir.  Köhnə  kulturalarda  çox 
vaxt  sapvari  formaları  da  müşahidə  edilir.  Amil  hərəkətlidir, 
anilin boyalarını asanlıqla qəbul edir, qramla mənfi boyanır.  Sal­
monellalar aerob  və ya  fakültativ aerobdur,  adi  qida  mühitlərin­
də  370S  temperaturda  mühitin  PH-1  7,2-7,6  olan  şəraitdə  asan­
lıqla  boy  verir.  Bunların  identifıkasiyası  üçün  çoxlu  miqdarda 
xüsusi  qida  mühitləri  hazırlanmışır.
DAVAMLILIĞI.  Salmonella typhi  murium qurumaya və xa­
rici  mühitin digər əlverişsiz faktorlarına davamlıdır.  O, təzə quş 
peyinində  90-120  gün,  quru  peyində  1,5  ilə  qədər  yaşayır. 
A.U.Xaşimov  müəyyən  etmişdir  ki,  quşların  salmonellyozunun 
törədicisi  daş,  kərpic,  taxta səthlərində  5  aya  qədər sağ qalır.
Kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirinə  davamlıdır.  Be- 
ləki,  salmonella typhi  murium  mikrobunu 5-6%-li  kreolin  emul- 
siyası, 3,5%-li natrium qələvisi məhlulu, tərkibində 5% fəal xlor 
olan  xlorlu əhəng  məhlulu  bir neçə saatdan  sonra öldürücü  təsir 
göstərir.
EPİZOOTOLOJİ  MƏLUMATLAR.  Salmonellyoza  əksər 
növ  kənd  təsərrüfatı  və  vəhşi  sərbəst  yaşayan  quş  növləri  həs­
sasdır. Xəstəlik daha çox ördək və qazlarda müşahidə edilir.  Da­
2 9 0
ha  çox  1-20  günlük  körpələr  xəstəliyə  tutulur.  Xəstəliyi  keçir­
miş  yaşlı  quşlar  uzun  müddət  bəzən  isə  ömrü  boyu  salmonella- 
daşıyan  olur.
İnfeksiya törədicisinin  mənbəyi  xəstə və salmonella daşıyan 
quşlar hesab edilir.  Bunlar amili xarici  mühitə kal  və yumurta ilə 
ixrac  edilir.  Xəstəliyin  törədicisi  üfüqi  və  şaquli  yolla yayıla  bi­
lir.  Daha  doğrusu  alimentar və transovarial  yoluxma yolu  müşa­
hidə  edilir.  İnkubatorlarda baytarlıq-sanitariya qaydalarına  əməl 
etmədikdə xəstəlik geniş şəkildə yayılır.  Xəstəliyin yayılmasın­
da  gəmiricilər  də  böyük  rola  malikdir.  Xəstəlik  törədicisinin 
transovarial  yolla  verilməsi  zamanı  embrionlar öz  inkişaflarının 
m üxtəlif dövrlərində tələf olur.  Bəzən cücə çıxımı  10-15% olur.
Epizootik ocaqlar adətən stasionarlığa malikdir, çünki  xəstə­
liyi  keçirmiş quşlar uzun müddət salmonella daşıyan  kimi  özünü 
göstərir.  Təsərrüfatlarda salmonellyozun təkrar baş verməsi  quş­
ların  ümumi  müqavimət  qüvvəsinin  aşağı  düşməsi  və  onların 
saxlanma texnologiyasının  pozulması  ilə əlaqədardır.  Qaz və ör­
dək  fermalarında  salmonellyozun  yayılmasına  onların  helmint 
və  koksidiyalarla yoluxması  kifayət dərəcədə təsir göstərir.  Əl­
verişsiz  şəraitdə  saxlanması,  avitaminozlar,  aspergillyoz  və  di­
gər  infeksion  xəstəliklərin  baş  verməsi  ilə  əlaqədar  olaraq  sal- 
monellyozda  letallıq  kəskin  şəkildə  artır.  Xəstəlik  ilin  bütün  fə­
sillərində  qeyd  olunur.  Ancaq  ördək  və  qazlarda  kütləvi  xəstə­
lənmə  və  ölüm  ilin  yaz və  yay  aylarında  müşahidə  edilir.
Yaxşı  yemləmə və saxlama şəraitində olan quşlarda xəstəlik 
bəzən  subklinik  formada  gedir.  Müəyyən  edilmişdir  ki,  qaz  və 
ördək  balalarını  15°S  temperaturdan  aşağı  olan  su  mühitinə  ke­
çirdikdə  xəstəliyə həssaslıq  güclənir.
Quşların  saxlanma  şəraitindən,  xəstəlik  törədicisinin  viru- 
Ientliyi  və  orqanizmə daxil  olma  dozasından,  eləcə  də  mikroor- 
qanizmin  rezistenlik  dərəcəsindən  asılı  olaraq  infeksion  proses 
sporadiya halında, yaxud ümumi  qrupun 40-50%-nin  prosesə tu­
tulması  halında  özünü göstərir.  Letallıq  5-80%  arasında  dəyişir.
2 9 1


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə