İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə74/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   70   71   72   73   74   75   76   77   ...   87

PATOGENEZ.Salrnonellyozun  gedişi  quşların  yaşından  ası­
lıdır.  40-45  günlük  qaz  və  ördəklərdə  salmonellyoz  iti  və  yarı- 
miti,  bundan  yuxarı  yaşlarda  isə  xroniki  gedir.  Bu  onunla  izah 
olunur ki,  körpə  vaxtı  quşlarda orqanizmə daxil olmuş  mikroor- 
qanizmlərə  qarşı  spesifik  antitellər  yaranmır.  Bundan  əlavə  bu 
dövrdə quşlarda tük örtüyünün  inkişafı sürətlənir ki,  bu da orqa­
nizmin  rezistenliyini  müəyyən  qədər  aşağı  salır,  ona  görə  də 
müxtəlif faktorlara  qarşı  orqanizmin  baryer  funksiyası  asanlıqla 
pozulur.  Ördək və qaz balaları  hətta s.typhi  muriumun kiçik do­
zaları ilə də asanlıqla yoluxur.  Bu da onunla izah olunur ki, mər­
kəzi  sinir sisteminin  struktur və  funksional  inkişafı  hələ tam  şə­
kildə  başa  çatmayıb  və  bunula da  əlaqədar olaraq  onların  orqa­
nizmi  öz  qoruyucu  qüvvələrini  müxtəlif faktorlara  və  o  cümlə­
dən  də  salmonellaların  inaktivləşdirilməsinə  yönəldə  bilmir. 
Orqanizmə  daxil  olmuş  amil  qan  vasitəsilə  qaraciyərə,  dalağa, 
böyrəklərə və digər orqanlara toplanır, onların  iltihabını  törədir. 
Xəstəliyin  patogenezinin  inkişafında  onun  termostabil  endotok- 
sinləri çox böyük rol oynayır.  Salmonellalarla yoluxmuş yumur­
taları  inkubasiya etdikdə amil  sürətlə çoxalaraq  toksin  hasil  edir 
ki,  bu  da embrionların  kütləvi  halda  tələfatına  səbəb  olur.
GEDİŞİ  VƏ KLİNİKİ ƏLAMƏTLƏRİ.  İnkubasiva dövrü  12 
saatdan  7  günə  qədərdir.  Xəstəlik  iti,  yarımiti  və xroniki  gedir.
45 günlüyədək ördək və qazlarda salmonellyoz iti gedir və bu 
zaman  iti  septiki  prosesə məxsus əlamətlər nəzərə çarpır.  Onlar­
da  ümumi  zəiflik,  hərəkətsizlik,  gözlərindən  yaş  axması  və 
gözün  qapalı  və  yaxud  yarıqapalı  olması,  qanadların  sallanması, 
tüklərin  pırpızlaşması,  iştahın  itməsi,  səndələmə  hərəkətləri, 
suya meyliyin annası  müşahidə edilir.  Xəstəliyin  inkişaf dərəcə­
sindən asılı olaraq serozlu-selikli  konyunktivit, kipriklərin  bir-bi­
rinə yapışması,  burun  yolundan  əvvəlcə selikli,  sonra  isə  selikli- 
irinli  axıntı  nəzərə  çarpır.  Xəstə  quşlarda  çox  vaxt  ishal  və 
ölümdən  qabaq  arxası  üstə çevrilir və  ayaqları  ilə  üzmə  hərəkə­
ti edir.  İti gediş  1-4 gün davam edir, ölüm 70% və daha artıq olur.
292
Yarım  iti  gediş  7-14  gün  davam  etməklə  kliniki  əlamətlər  iti 
gedişdə olduğu  kimidir,  ancaq  nisbətən zəif tərzdə  nəzərə  çarpır. 
Xəstəliyin əvvəlində sürətli selikli-serozlu və sonra isə selikli-irin­
li  konyuktivit  inkişaf edir.  Göz  bucağında  selikli-irinli  kütlətən 
ibarət olan qartmaq müşahidə edilir. Dimdiyin əsasını sıxdıqda bu­
run  yolundan  serozlu-irinli  maye  ayrılır.  Tüklər  kloaka  ətrafında 
bir-birinə yapışmış nalda olur.  Bəzən ağ ciyərin  iltihabı  nəticəsin­
də  tənəffüsün çətinləşməsi,  qaz  balalarında çox vaxt ətraf oynaq­
ların  iltihabı  görünür.  Yarım  iti  formada ölüm 40%- dən çox olur.
Xroniki  gediş nisbətən  yuxarı  yaş qrupunda müşahidə edilir, 
onlarda  arıqlıq,  inkişafdan  qalma,  ağ  ciyərin  funksiya  pozğun­
luqları, bəzən mərkəzi sinir sisteminin zədələnmələrinə məxsus 
əlam ətləri,  yəni  başın  yerə  qatlanması,  ayaqların  və  qanadların 
parezi  və  iflisi  nəzərə  çarpır.  Nadir  hallarda  qarın  boşluğuna 
suyun  yığılması  qeyd  olunur.  Salmonella  daşıyan  ördəklərdə 
bəzən  sarılıqlı  peritonit və  kloasit aşkar edilir.
P atoloji-anatom ik  d əy işilik lər. 
Ölmüş  embrionlarda  allan- 
toisin  şişi,  daxili  orqanlarda  nekroz  osaqları  və  çoxlu  miqdarda 
hemoragiyalar  müşahidə  edilir.  İnkubasiyanın  son  dövründə 
ölmüş  embrionda sarı  maddənin  sorulmaması,  qisasının  iltihablı 
olması, kütləsinin bərkiməsi və ya boşalması, sarımtıl  yaşıl rəng­
də olması  nəzərə çarpır.  Qaraciyərdə nekroz ocaqları, öd  kisəsi­
nin  qatı  ödlə  dolu  olması  və  böyüməsi,  ürək  əzələsində  nekroz 
ocaqları  qeyd  edilir.
Ölmüş  cücələrdə  bağırsaqların  selikli  qişasının  kataral  ilti­
habı,  divarlarının  qalınlaşması  bütün  bağırsaq  şöbəsində  çoxlu 
miqdarda  qan  sızmaları  görünür.  Xəstəliyin  xroniki  gedişindən 
ölmüş  quşlarda perikard boşluğunda serozlu və ya serozlu-fabri- 
nozlu ekssudat toplanır.  Dalaq qırmızı-bənövşəyi  rəngdə olmaq­
la  böyümüş  halda qeyd  olunur.
Xəstəlikdən ölmüş ördək və qaz cəsədlərində yumurtalıq və 
yumurta  yollarının  iltihabı,  qaraciyərdə  distrofıki  dəyişiklər, 
kloasit və  xolisistit müşahidə edilir.
293


Diaqnoz.Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootoloji 
xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik  dəyişdik­
ləri  nəzərə  alınır  və  bakterioloji  müayinə  aparılır.  Bakterioloji 
müayinə  aparmaq  üçün  3-4  quş  cəsədi  baytarlıq  labaratoriyasına 
göndərilir. 
Labaratoriyada  daxili 
orqanlardan 
universal 
(ƏPA,ƏPB) və təfiiqi-diaqnostiki qida mühitlərinə (Endo,  Levin, 
Ploskirev)  əkilir.  Bundan  əlavə  yaşlı  ördəklərdə  xəstiliyi  m üəy­
yən etmək üçün aqqlyutinasiya reaksiyasından  istifadə edilir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  infeksion  hepatitdən,  infeksion 
sinusitdən,  omitozdan,  eymeriozdan  təfriq  etmək  lazımdır.  İn­
feksion  hepatit  salmonellyozdan  fərqli  olaraq  1-30  günlük  ör­
dəklərdə  görünür,  letallıq  yüksəlir,  qaraciyərdə  kəskin  iltihab 
və  rəngi  tünd  sarıdır.  Bakterioloji  müayinənin  mənfidir,  çünki 
hepatitin  törədicisi  pikamoviride  ailəsinin  enterovirus  cinsinə 
mənsub  viruslar tərəfindən  törədilir.
İnfeksion  sinusit  zamanı  yuxarı  tənəfffiz  yollarının  iltihabı 
qeyd olunur və  qrip  qrupu  virusları  tərəfindən  törədilir.
Omitozda  yuxarı  tələffüz  yollarının  iltihabı  və  konyuktivit 
nəzərə  çarpır.  Labaratoriya  müayinə  əsasında  Clamidia  psittaci 
mikrobu  ayırd  edilir.
Eymeriozda quşlarda  qanlı  ishal  müşahidə  edilir,  konyunkti- 
vit  qeyd  olunmur.  Kalın  kaproloji  müayinəsi  zamanı  eymeriala- 
rın  oosistləri  aşkar edilir.
M ü alicə. 
Salmonellyozun  müalicəsində  antibiotiklər və  nit- 
rofuran  birləşmələri  tətbiq  olunur.  Xlortetrasiklin  ördək  cücələ­
rinə  hər  başa  15mq  hesabı  ilə  gündə  2  dəfə  sağalana  qədər  da­
xilə  yemlə  verilir.  Furazolindən  ördək  cücələrinə  hər  başa  2- 
4mq,  qaz cücələrinə 3-5mq  gündə 2 dəfə tam  sağalma əldə  edi­
lənə  qədər tətbiq  olunur.  Profilaktiki  məqsədlə  həm  də  xlortet­
rasiklin  və  ya  levomisetin  5-10mq  sintomisin  10-15mq  gündə  2 
dəfə  yemlə  5-6  gün  ördək və  qaz cücələrinə  verilir.
İm m unitet. 
Salmonellyozla  xəstələnib  sağalmış  quşlarda 
qeyri-steril  immunitet  yaranır  və  onun  gərginliyi  quşların  sax­
294
lanma və  yemləmə  şəraitindən  asılıdır.  Bəzi  tətqiqatçılar  spesi­
fik  profilaktika  məqsədilə  polivalent  serum  təklif etmişlər,  an­
caq  bu  orqanizmdən  tez  xaric  olunduğu  üçün  lazımi  nəticə  əldə 
edilməmişdir.  Bir çox  müəlliflər  göstərir  ki,  yüksək  gərginlikli 
immunitet  əldə  etmək  üçün  əvvəlcə  quşlar  polivalent  serumla, 
5-6  gün  keçmiş  isə  vaksinlə  peyvənd  ediləndə  immunitet  yara­
nır  və  2-3  ay  davam  edir.  İmmunitetin  gərginliyini  yüksəltmək 
üçün  vaksinasiya  dövründə  quşlara  furazolidon  və  antibiotiklə­
rin verilməsini  təklif etmişlər.
Hal-hazırda salmonellyoza görə stasionar təsərrüfatlarda yaş­
lı  quşlarda salmonellyoz kolibakterioza qarşı polivalent vaksinlə 
peyvənd  aparılır.  Vaksinasiya  7-10  gün  fasilə  ilə  2  dəfə  yumur- 
talamağa  1-1,5  ay  qalmış boyun  nahiyyəsindən  dərialtına  2-3ml 
dozada,  cücələrdə  isə  7-10  günlükdə  aparılır.
P ro fila k tik a   və  m übarizə  tətb irləri. 
Xəstəliyin  profilakti­
kasında  inkubasiya ediləcək  yumurtaların  sağlamlığına  fikir  ve­
rilməsinin  çox  böyük  əhəmiyyəti  vardır.  İnkubasiya  məqsədilə 
yalnız  sağlam  və  keyfiyyətli  yumurtalardan  istifadə  edilməlidir. 
Ana  ördək  qrupunun  sağlamlığına  xüsusi  fikir  verilməli  və  su­
yun  hər hektar səthinə 200 quş götürülməlidir.  Vaxtaşırı  quş  bi­
naları  və  gəzinti  sahələri  4%-li  xlorlu  əhəng  məhlulu  ilə  dezin­
feksiya  edilməlidir.  Sistematik  şəkildə  gəmiricilər  ilə  mübarizə 
aparılmalıdır.
İnkubatora  daxil  edilən  yumurtalar  inkubasiyadan  əvvəl  ult- 
ra-bənövşəyi  şüalarla 2-3  dəqiqə təsir göstərilməli,  formaldehid 
buxarları  ilə  işlənməlidir,  cücələr yumurtalardan  çıxdıqdan  son­
ra  ilk  yemləmə  8  saatdan  gec  olmadan  aparılmalıdır.  İlk  yemlə­
m ələrdə  onlara  kəsmik,  qatıq  asidofılli  bulyon  kulturası,  propi- 
on  asidofılli  bulyon  kulturası,  quru  asidofılli  preparat  verilməli­
dir.  cücələr quş  binalarına  köçürülməzdən  əvvəl  yaxşı  mexani­
ki  təm izlik  aparılmalı  və  dezinfeksiya  edilməlidir.  Quşlar  yaş 
qrupları  üzrə  binalarda  yerləşdirilməli,  bina  daxilində  tempera­
tura  və  nəmlik  rejimi  nəzarət altında olmalıdır.
295


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə