Təsərrüfatda xəstəlik baş verdikdə məhtutlaşdırmalar qoyu
lur, xəstə körpə quşlar seçilərək öldürülür. Şərti sağlamları xır
da qruplara bölüb onlara antibiotiklər və nitrofuran birləşmələri
verilir. Yaşlı xəstə quşlar və kliniki sağlam ancaq AR ilə müsbət
olanlar sanitariya qaydalarına əməl etməklə kəsilir. Kəsimdən
sonra kəsim aparılan yer və oradakı avadanlıqlar dezinfeksiya
edilir. Xəstəlikdən kəsilmiş quşların əti kolbasa üçün istifadə
edilməməli, 1,5 saat bişirildikdən sonra təsərrüfat daxilində rea-
lizasiya edilməlidir.
Məhtutlaşmalar təsərrüfatın sağlamlaşdırılmasından 1 ay keç
miş və dezinfeksiya aparıldıqdan sonra götürülür.
Streptokokkoz
Streptokokkoz (Streptokokkosis) müxtəlif növ quşların in-
feksion xəstəliyi olub septiki proseslər və ishalla səciyyələnir.
T arixi m əlum at.
Quşların streptokokkozu ilk dəfə 1902-ci
ildə Nokard tərəfindən qeyd edilmişdir. Toyuqlar arasında xəs
təliyin yumurtalıq və onun yollarının zədələnməsi ilə özünü gös
tərən formasını 1925-ci ildə Kernkamp, 1937-ci ildə isə Edvards
və Xoll tərəfindən aşkar edilmiş və onun bəzi xüsusiyyətləri öy
rənilmişdir. 1956-cı ildə Aqrinu və 1965-ci ildə Kostanev xəs
təliyin baş verməsində enterokokkların rolunu göstərmişlər.
Hal-hazırda streptokokkoz dünyanın hər yerində quşlar arasında
müşahidə edilir.
Keçmiş SSRl-də xəstəlik ilk dəfə 1957-ci ildə S.N.Butikova
tərəfindən Başqırdıstanda və 1961-ci ildə isə M.V.Kapitanaki
tərəfindən Krasnodar diyarında qeyd edilmişdir.
X əstəliy in tö rə d ic isi.
Xəstəliyin əsas törədicisi str. zooeri-
demiçus hesab edilir. Bundan əlavə xəstəliyin baş verilməsində
D qrupuna mənsub olan entemkokklarda mühüm rola malikdir.
Bunlar morfologiyasına görə şiferik və ya oval formada olub qı
sa zənçir düzülüşü halında müşahidə edilir. Qramla müsbət boya
296
nır, Romanovski-Himza üsulu ilə və anilin boyaların ilə asanlıq
la boyanır. Sərbəst hərəkətə malik deyil, spor yaratmır,bəzi
növləri mikrokapsula əmələ gətirir. 5%-li qlukoza əlavə edilmiş
ət-peptonluaqar qida mühitlərində xəstəliyin törədiçisi xırda ya
rım şəffaf koloniyalar yaradır, qanlı aqarda hemoliz zonası mey
dana çıxır. ƏRB-da mühitin aşağı hissəsində bulanma və pam-
bıqvari çöküntü nəzərə çarpır. Xottinger mühitində strptokok-
klar ağ rəngdə dənəvər cökiintü əm ələ gətirir. Kitt-tərossi mü
hitində bulanma və az miqdarda qaz əmələ gətirir.
Digər stireptokokk növlərindən fərqli olaraq Str. zoopidemi-
çus metilen abisini reduksiya etmir, 10 və 45° S temperaturada
və 6,5 % - li natrium xlorid əlavə edilmiş qida mühitlərində boy
vermir. Bundan əlavə 40% öd əlavə edilmiş qida mühitlərində
də boy qeyd edilmir.
Streptokokkların seroloji tiplərini müəyyən etmək ücün tip-
spesifik serumlarla aqqlüutinasiya reaksiyası qoyulur. Laborato
riya təçrübə hevanlarından xəstəliyin törədiçisinə çavan ağ siçan
lar həssasdır
D avam lılığı.
Stireptokokklar fiziki və kimyəvi təsirlərə da-
vamsızdır, 55° S temperaturda bunlar 10 dəqiqiyə məhv olur.
Kimyəvi dezinfeksiya vasitələrindən
2 %
- li karbol turşusu, 2%
- li natrium qələvisi və 20% - li sönmüş əhəng məhlulu amili qı
sa müddətdə inaktivləşdirir. Zülalla zəngin quru mühitlərdə sti
reptokokklar 2 aya qədər sağ qalır.
E pizootloji m əlum atlar.
Xəstəliyə əksər növ quşlar həssas
lıq göstərir. Daha cox toyuqlar və cücələr, nisbətən az isə hind
quşları, ördəklər, qazlar, göyərçinlər, qırqovullar həssasdır.
İnfeksiya törədiçisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Bunlar əksər sekret və ekskrementləri vasi
təsilə amili xariçi mühitə ifraz edir. Xəstəliyin baş verməsində və
yayılmasında yoluxmuş yumurtaların inkubasiya edilməsi böyük
rola malikdir. Yoluxma təbii halda əsasən alimentar və aerogen yol
la baş verir. Bundan əlavə transovarial yoluxma yoluda nəzərə çarpır.
297
Streptokokkoz epizootiya və sporadiya halında özünü göstə
rir. Nadir hallarda sekundar infeksiya halında meydana çıxır.
Xəstəlikdə mövsümlük qeyd olunmaqla əsasən infeksiya qış və
yazda müşahidə edilir. Xəstəlik törədiçisinin virulentliyi və
quyların ümumi rezistentlik dərəçəsin asılı olaraq letallıq 20-90
% arasında olur. Stireptokokkozun baş verməsində stiress fak
torlar böyük rola malikdir.
İti septiki proseslə özünü göstərən stireptokokkozu bir qayda ola
raq Str. zooepidemiçus, xroniki infeksiyanı isə Str. faççalis törədir.
Patogenez.
Xəstəliyin patonogenezi həm mikrobun həm də
ekzotoksinin təsirindən inkişaf edir. Alimentar və aerogen yolla
orqanizmə daxil olmuş stireptokokklar qana keçir və iti septiki
proses törədir. Streptokokklar tərəfindən istehsal olunur ekzo-
tokzin qan damarlarının endotelisini zədələyir, nətiçədə damar
divarı təzyiqə davam gətrmir və çoxlu miqdarda qan damar ə t
rafı sahəyə sızır. Bununla əlaqədar olaraq əksər orqanları seroz
və səlikli qişalarında çoxlu miqdarda qan sızmalar müşahidə
edilir. Stireptokokk toksininin təsirindən ürək əzələsinin və pa-
renximatoz orqanların zülal - yağ degeneresiyası meydana çıxır.
G edişi və kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
1-2 gündən 1 həftəyə qədər davam edir, stireptokokkoz ildırım-
vari iti, yarımiti və xroniki gedir. Xəstəliyin ildırımvari forması
zamanı quşlarda mühüm kiliniki əlam ətlər nəzərə carpmadan
ölüm baş verir. Bəzən bir az geçikmiş gedişdə tənəffüsün cətin-
ləşməsi, konyunktivit, rinit görünür.
İti gediş zamanı quşlarda ümumi zəiflik, pipiyin göyərməsi,
qanadların parezi, bəzən diareya müşahidə edilir. Ördəklərdə
bunlardan əlavə oynaqların iltihabı qeyd olunur.
Yarım iti gediş itidə olduğu kimidir, ancaq görünən kliniki
əlam ətlər tədricən inkişaf edir. Əsas əlamət oynaqların iltihabı
dır. Bundan əlavə quşlarda ishal və bunun nəticəsində intensiv
arıqlıq qeyd olunur.
Xroniki gediş zamanı quşlarda pipiyin anemiyası, boz rəng
298
də olması diareya, yumurta məhsuldarlığının azalması, bəzən
saqqalların şişməsi və arıqlama müşahidə edilir.
Streptokokkoz ev quşlarından əsasən toyuq və hind quşları
nın cücələrində qeyd olunur. 1-2 həftəlik cücələr daha çox həs
saslıq göstərir, cücələrdə ümumi zəiflik, iştahın azalması, mə
də-bağırsaq sisteminin funksiya pozğunluqları və 50%-ə qədər
cücələrdə ölüm baş verməsi nəzərə çarpır.
25-40 günlük cücələrdə müvazinətin pozulması, səndələmə
hərəktləri dairəvi hərəkətlər, qicolma, bəzən qanadların və ayaq
ların iflici, çənəaltı sahədə şiş görünür, cavan quşlarda çox vaxt
pododermatit nəticəsində onlarda axsama, ayaq pəncələri və də
ri üzərində nekroz qeyd olunur.
Saqqalların nekrotiki iltihabı əsasən xoruzlarda qeyd olunur.
Bunlarda çox vaxt svişlər əmələ gelməsi və svişdən eksudatın
ayrılması nəzərə çarpır. Sviş ətrafında dəri qaralır, saqqal
büzüşür və çox vaxt qopub düşür.
P atoloji-anatom ik dəyişiliklər.
Streptokokkozun gedişindən
və formasından asılı olaraq xəstləiklən ölmüş quşlarda serozlu və
ya fıbrinozlu perikardit və peritonitlər qeyd olunur, dərialtı toxu
ma və əzələlərdə infıltrat və qan sızmalar, qanlı mayenin qarın
boşluğu və perikartda toplanması müşahidə edilir. Dalaq və qara
ciyər böyüyür və bəzən üzərlərində nekroz ocaqları aşkar edilir.
1-3 günlük cücülərdə istifadə olunmamış, əksinə böyümüş
sarı maddə qaraciyərin, dalağın, böyürəklərin və bağırsaqların
iltihabı görünür.
Nisbətən yuxarı yaşlı cücələrdə dərialtı toxumda həlməşikli
infiltrat, parenximatoz orqanların böyüməsi və doluqanlı olması
müşahidə edilir.
D iaqnoz.
Streptokokkoza diaqnoz qoymaq üçün köməkçi diaq
nostika üsullarından əlavə, həm də bakterioloji müayinə aparılır.
Bakterioloji müayinə üçün təzə quş cəsədindən istifadə edilir, cə
səd yarıldıqdan sonra daxili orqanlardan yaxma hazırlanaraq mik-
roskopiya edilir, müxtəlif qida mühitlərinə əkib amilin təmiz kul-
299
Dostları ilə paylaş: |