İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə76/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   72   73   74   75   76   77   78   79   ...   87

turası  alınır və bioloji  sınaq qoyulur.  Daha doğrusu ürək  qanı, qa­
raciyər,  dalaq,  qarın  boşluğundakı  ekssudatdan  yaxma  hazırlayıb 
Qram  və  ya  Romanovski-Himza  üsulu  ilə  boyayıb  mikroskopiya 
edilir.  Eyni  zamanda  müxtəlif qida  mühitlərinə  xüsusilə  0,5%-li 
qlukoza və ya serumlu ƏPA və ƏPB yaxud 5%-li qanlı aqara əki­
lir.  Amil  bərk  qida  mühitində xırda yarımşəffaf koloniyalar verir, 
qanlı  aqarda  -hemoliz zonası  yaradır.  Törədicinin  identifıkasiyası 
üçün  xarakterik koloniyalar laktozalı  mannitli,  sorbitli, treqalozalı 
və  inulinli  Hiss  mühitinə, 0,02% metilen abısı olan südə, 40% öd 
olan  ƏPB-a əkilir.  48  saatdan sonra nəticəsi  yoxlanır.
Bioloji  sınaq  ağ siçanlar üzərində qoyulur.
Streptokokkların  müxtəlif növləri  mövcuddur ki,  bunlarında 
bir-birindən  təfriqi  əlamətləri  8  saylı  cədvəldə göstərilir.
cədvəl 8.  Quşlardan  ayrılan streptokokkların  əsas təfriqi əlamətləri
S
tr
e
p
to
k
o
k
k
la
r
ın
n
ö
v
ü
4
0
%
 ö
d
 o
la
n
 
Ə
P
B
-
d
a
 
b
o
y
Q
a
n

 
a
q
a
r
d
a
 b
e
-
 
ta
-
h
e
m
o
li
z
M
e
ti
le
n
 a
b
ıl
ı 
s
ü
d
Ə
P
B
-
d
a
 b
o
y
K a r b o h i d r a t l ı   m ü h i t l ə r
la
k
to
z
a
M
a
n
n
it
s
o
r
b
it
tr
e
q
a
lo
z
a
in
u
li
n
Str.
z o o e p i d e m i c u s
-
+
-
Ə k sə rin  a lt h is­
s ə d ə  c ö g ü n tü
+
=
+
-
-
E n t e r o k o k k l a r
+
±
G R
D i f f u z
+
+
+
+
-
Q u ş l a r d a   n a d i r  
h a l l a r d a   g ö r ü n ə n  
d i g ə r   s t r e p t o k o k -  
k la r
-
+
-
D i f f u z
±
±
-
-
-
D i p l o k o k k l a r
±
±
G R
Z ə i f
+
±
=
m .y .
+
Q e y d :  
GR
 
-  
çürüdü və rəngsizləşdi,
  +   - 
boy var,
  ±  
xüsusiyyət daimi deyil, 
- boy yoxdur,  ту -  məlumat yoxdur.
300
T əfriq i  diaqnoz. 
Streptokokkozu  pasterellyozdan,  kolibak- 
teriozdan,  stafilokokkozdan  və  pullorozdan  təfriq  etmək  lazım­
dır.
Pasterellyoz zamanı  quşlarda daxili orqanların əksəriyyətin­
də çoxlu  miqdarda qan  sızmalar və durğunluq əlamətləri, bağır­
saqlarda  kataral  hemorroji  iltihab  qeyd  olunur.  Bakterioloji 
müayinə  əsasında  P.multocida əldə  edilir.
Kolibakteriozda  həmişə  perikardit  və  ürək  kisəsində  seroz- 
lu-fibrinozlu ekssudat, qeyd olunur. Yaşlı  quşlarda ovariit və sa- 
rılıqlı  peritonit  nəzərə  çarpır.  Bakterioloji  müayinə  zamanı 
E.coli  aşkar edilir.
Stafilokokkoz  zamanı  quşlarda  -   körpələrdə  iti  septiki  pro­
ses,  yaşlılarda  ətrafların  oynaqlarının  kəskin  iltihabı  müşahidə 
edilir.  Bakterioloji  müayinədə  Staph.aureus  ayrılır.
Pulloroz  yaşlı  quşlarda  yumurta  follikullarının  iltihabı,  kör­
pələrdə  isə  ağ  rəngdə  ishal  özünü  göstərir.  Bakterioloji  müayi­
nə zamanı  S.pullorum-qallinarum  mikrobu  aşkar edilir.
M ü alicə. 
Streptokokkozun  müalicəsi  üçün  antibiotiklərdən 
istifadə  edilir.  Bu  məqsədlə terramisin  yemlə hər ton  yemə  500 
qram  qatıb  quşların  5  gün  yemləndirilməsi  məsləhət  görülür. 
Quşların  hər kq  canlı  güdəsinə  70 min  T.V.  bitsillin  əzələ  içinə 
vurulmalı  və  4  gün  keçmiş  hər  başa  0,1  qram  sulfadimezin 
gündə  2  dəfə 2-3  gün  ərzində daxilə verilməlidir.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
Buna baxmayaraq effektli spesifik profilaktika vasitələri yoxdur.
Profilaktika  və  m übarizə  təd birləri. 
Xəstəliyin  profilakti­
kası  üçün  quşların  ümumi  müqavimət  qüvvəsinin  gücləndiril­
məsi,  müntəzəm  şəkildə  dezinfeksiyanın  aparılması,  heyvan 
mənşəli yemlərin keyfiyyətinin nəzarət altında saxlanması, trav- 
ma törədə  biləcək  faktorların  ləğvi  mühüm  hesab  edilir.
Təsərrüfatda  xəstəlik  baş  verlikdə  xəstələr  çıxdaş  edilərək 
kəsilir,  xəstələrə  antibiotik  və  sulfanilamid  preparatları  verilir.
301


Təsərrüfatda  bəzi  məhtutlaşmalar  qoyulur,  xüsusilə  yumurtala­
rın  inkubasiya edilməsi, quşların və onların məhsullarının  kəna­
ra  daşınması  və  ya qəbul  edilməsinə  icazə  verilmir.
Təsərrüfatın  sanitariya  vəziyyəti,  yemləndirilmə  nəzarət  al­
tında  olmalı,  cari  dezinfeksiya  tədbirləri  aparılmalı,  yığılmış 
peyin  və yem  qalıqları  biotenniki  üsulla zərərsizləşdirilməlidir.
Stafilokokkoz
Stafilokokkoz (Staphylokokkosis) infeksion xəstəlik olub ar- 
tritlər,  dermatitlər,  kloasit  və  omfalitlərin  əmələ  gəlməsi  ilə 
səciyyələnir.
Tarixi  m əlu m at. 
Quşların  stafılokokkozlu  artriti  ilk  dəfə 
Lyusse  1892-ci  ildə  qeyd  edilmiş,  Fris  isə  1907-ci  ildə  xəstəlik 
törədicisinin  təmiz  kulturasını  almış  və  eksperimental  xəstəliyi 
törətmişdir.  Sonradan  isə  stafilokokkoz  dünyanın  əksər  ölkələ­
rində  quşlarda  müşahidə  edilmişdir.
X əstəliyin   tö rəd icisi. 
Xəstəliyi  patogen  stafılokokklar törə­
dir.  Stafilokokkların  3  növü:  Staph,  aureus,  Staph,  epidermidis 
və  Staph,  saprophuticus  mövcuddur.  Bunların  içərisində  Staph, 
aureus  öz patogenliyi  ilə  səciyyələnir.
Staph,  aureus  mikroskopun görünüş  sahəsində  nöqtə  şəklin­
də  olmaqla  tək-tək,  qarmaqarışıq  və  üzüm  salxımını  xatırladan 
yığımlar halında görünür.  Bunların diametri  0,5-1,5  mkm ölçüdə 
olul, sərbəst hərəkətə malik deyil, spor və kapsula yaratmır. Tə­
zə  bülyon  kulturasından  hazırlanmış  yaxmalarda  bunlar  tək-tək 
kokklar  və  diplokokklar  halında,  bərk  qida  mühitlərində  isə 
üzüm  salxımını  xatırladan  yığımlar halında görünür.  Anilin  boya­
larım  qəbul  edir,  Qramla  müsbət boyanır.
Stafılokokklar  qida  mühitlərinə  tələbkar  deyil,  adi  qida 
mühitlərində  35-37°S  temperaturda,  pH  7,2-7,4  olan  şəraitdə, 
aerob  və  anaerob  şəraitdə  asanlıqla  boy  verir.  Bərk  qida  mühit­
lərində  dəyirmi  kənarları  hamar,  orta  hissəsi  azca  basıq  koloni­
302
yalar yaradır.  Koloniyaların rəngi qızılı-sarı rəngdədir.  Maye qi­
da  mühitlərində  intensiv  boy  verir,  mühiti  bərabər  nisbətdə  bu­
landırır  və  çöküntü  yaradır.  Qanlı  aqarda  geniş  diametrli  kolo­
niyalar  yaradır.  Törədici  irinli  proseslərin  yaranmasında  da  ilti- 
rak  elir.  Toxumalarda  amil  histotoksin,  hemotoksin,  enterotok- 
sin,  leykosidin,  fıbrinolizin və s.  xassəli toksinləri əm ələ gətirir.
D avam lılığı. 
Stafılokokklar xarici mühitin m üxtəlif təsirləri­
nə  və  kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirinə  davamlıdır. 
Amil  irinli  eksudatda  200  günə  qədər  sağ  qalır,  peyində  uzun 
müddət  öz  patogenliyini  itirmir,  dondurma onu  konservləşdirir. 
70°S  temperaturda  amil  1  saat,  85°S-də  30  dəqiqə  və  qaynatma 
temperaturu  isə  ani  olaraq amili  məhv  edir.
Dezinfeksiya  vasitələrindən  1%-li  formaldehid,  2%-li  natri­
um  qələvisi  məhlulları  xəstəliyin  törədicisini  bir  neçə  saata 
inaktivləşdirir.
E p izootoloji  m əlum atlar. 
Stafilokokkoz quşlarda sporadiya 
və  epizootiya  halında  nəzərə  çarpır.  Cavan  quşlar  yaşlılara  nis­
bətən daha çox həsassdır. Xəstəliyin baş verməsi və yayılmasın­
da  pis  yemləmə,  quşların  binalarda  sıx  yerləşdirilməsi  və  bina­
nın  antisanitariya  vəziyyəti  mühüm  rol  oynayır.
Təbii  halda  yoluxma  travmalar vasitəsilə  və  alimentar yolla 
baş verir.  Son zamanlar stafılokokkozda transovarial yoluxma da 
qeyd  edilir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  hesab  edilir.  Bunlar  əksər  sekret  və  eksretləri  vasitəsilə 
xəstəlik  törədicisini  xarici  mühitə  ixrac  edir.
P atogenez. 
Orqanizmə  daxil  olmuş  stafılokokklar  qana  ke­
çərək  bütün  orqanizmə  yayılır,  iti  septiki  prosesə  səbəb  olur. 
Bundan  əlavə  xəstəlik  törədicisinin  hasil  etdiyi  m üxtəlif xarak­
terli  toksin  və  enzimlərin  təsirindən  orqanizmin  ayrı-ayrı  orqan 
və  toxumalarının  müxtəlif xarakterli  iltihabı  qeyd  olunur.
G ed işi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir neçə gündür.  Kliniki əlam ətlər xəstəliyin  xarakteri,  törədici­
nin  patogenlik  dərəcəsi,  quşun  yaşı  və  şairədən  asılı  olaraq
303


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə