İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə77/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   73   74   75   76   77   78   79   80   ...   87

müxtəlif tərzdə  özünü göstərir.
İti  septiki  proseslərə  məxsus olan  əlamətlər yəni  depressiya, 
diareya,  konyunktivitlərdən  əlavə  həm  də  bir  və  bəzən  isə  h ə r 
iki  ayaqların  və  qanadların  bütün oynaqlarının  iltihabı  qeyd  edi­
lir.  Xəstəliyin  son  dövründə  quşlarda  perikarditlər,  qanadlarda 
dəri  altında  infıltratın  toplanması  və  qanqrena  müşahidə  edilir. 
Belə  halda  quşlarda  intensiv  arıqlama,  axsama,  oynaqların  şiş­
məsi  və xrokniki  formada  isə oynaqlarda ankilozlaşma görünür. 
Bəzi  müəlliflər quşların stafılokokkozu zamanı kloakanın v ə qa­
rın  nahiyyəsinin  dərisinin  fleqmonozlu-nekrotiki  iltihabını 
müşahidə  etmişlər.
Stafılokokkoz  bəzən  dəri  formasında  gedir  ki,  bu  zaman  pi­
pikdə  və  dəri  üzərində  əvvəlcə  vezikulyar,  sonra  isə  krustoz 
dermatitlər baş  verir.
Stafılokokkoz  iti  gedən  zaman ölüm  2-3  günə  baş verir,  xro­
niki  gedişdə  isə  xəstəlik  2-3  həftə  davam  edir,  quşlar arıqlıq  və 
ümumi  zəiflikdən  tələf olur,  yaxud  tədricən  sağalma  baş  verir. 
Xəstəlikdən  sağalmış  quşlarda  uzun  müddət  oynaqların  iltihabı 
və  axsaqlıq qeyd  olunur.
Patoloji-anatom ik  dəyişiliklər. 
Xəstəliyin  iti  gedişindən 
ölmüş quşlarda  iti  septiki  prosesə məxsus olan dəyişiliklər nəzə­
rə  çarpır.  Parenximatoz  orqanlar  hiperemiyalıdır,  degenerativ 
dəyişiliklər müşahidə edilir.  Selikli qişalarda bəzən qan sızmalar, 
bağırsaqların  selikli  qişasının  katara  iltihabı  görünür.  Stafılokok- 
koz üçün  xarakterik  patoloji-anatomik dəyişiliklər serozlu  və  se- 
rozlu-fibrinozlu  sinovitlər,  artritlər,  tendovaginitlər  hesab  edilir. 
Bəzən  həm  də peritonitlər və  perikarditlər də qeyd  olunur.
Xəstəliyin yarımiti və xroniki gedişindən ölmüş quşlarda oy­
naq  mayesi  fıbrinozlu  və ya  irinli-kareozlu xarakterə malik  olur. 
Oynaq  qığırdaqlarının  zədələnməsi,  osteomielitlərin  meydana 
çıxması  və  ətraf toxumaların  nekrozuna  səbəb  olur.  Xəstəliyin 
xroniki  gedişi  zamanı  quş  cəsədlərində  həm  də  kaxeksiya,  ətraf 
əzələlərin  atrofıyası  və  onaqlarda  anikilozlaşma  müşahidə  edi­
lir.
304
D iaqnoz. 
Stafılokokkoza  diaqnoz  qoymaq  üçün  kompleks 
diaqnostika üsulundan  istifadə edilir.  Quş sağ  ikən qanadaltı  ve­
nadan  götürülmüş  qan,  oynaq  mayesi,  öldükdən  isə  parenxima­
toz  orqanlardan  yaxma  hazırlanaraq  Pfeyfer  fuksini  ilə  və  ya 
Qramla boyanır və mikroskopiya edilir.  Eyni vaxtda patoloji ma­
terialdan  qanlı  aqara,  ƏPA,  ƏPB  və  s.  qida  mühitlərinə  əkilir. 
Alınmış  koloniyalarda Petri  fincanında ƏPA  qida  mühitinə əkib 
təmiz kultura əldə edilir və bunun  identifikasiyası üçün  plazmo- 
koaqulyasiya  reaksiyası  qoyulur.  Bu  məqsədlə  ada  dovşanları­
nın  qanı  5%-li  limon  turşusunun  natrium  duzunun  məhlulu  ilə 
qarışdırılır.  Alınmış  plazma  fizioloji  məhlulla  1:4  duruldulur və 
bundan  0,5  ml  miqdarında  steril  mixbərlərə tökülür,  tədqiq  olu­
nan kultura əkilir və termostata qoyaraq nəticəsi  1,2, 3  və  18 sa­
atdan  sonra  qeyd  olunur.  Ada  dovşanlarının  sitratlı  plazmasını 
çürütmə  qabiliyyəti  patogen  stafilokokkların  əsas  xüsusiyyətlə­
rindən  biri  hesab  edilir.
Stafilokokkların  potensial  hemolitik  qabiliyyəti  qanlı  aqarda 
KAMP-testi  ilə  aşkar edilir.
T əfriq i  diaq n oz. 
Stafılokokkozu streptokokkozdan və paste- 
rellyozdan  təfriq  etmək  lazımdır.
Streptokokkozda oynaqların  iltihabı  qeyd olunmur,  bakterio- 
loji  müayinədə  isə  patogen  streptokokklar aşkar edilir.
Pasterellyoz  zamanı  quşlarda  tənəffüsün  çətinləşməsi,  ağci­
yərin  kəskin  iltihabı,  bakterioloji  müayinə  nəticəsində  isə 
P.multocida  mikrobu  əldə  edilir.
M ü alicə. 
Quşların  stafilokokkozunda əsasən  tetrasiklin  sıra­
sı  antibiotikləri  və  neomisin-sulfat  antibiotiklərindən  müalicə 
məqsədilə  istifadə olunur.  Bu antibiotiklər quşların  hər kq  canlı 
kütləsinə 6-10 min T.V.  hesabı  ilə  12  saatlıq  fasilə  ilə 2-4  infek- 
siya  aparılır.  Levomisetin  hər kq  canlı  kütləyə  60  mq  və  ya  erit- 
romisin  isə  10-15  min  T.V.  ilə  yemə  qatıb  quşlara  verilməlidir. 
Belə  müalicə  yemləməsi  gündə  2  dəfə 4-5  gün  aparılmalıdır.
İm m u n itet. 
Xəstəliyə  qarşı  spesifik  profilaktika  vasitələri 
yoxdur.  M üxətlif müəlliflər  tərəfindən  hazırlanmış  autovaksin-
305


lər səmərəli  olmamışdır.
Profilaktika  və  m übarizə  tədbirləri. 
Xəstəliyə görə  sağlam 
təsərrüfatlarda  xəstəlik  törədicisinin  bura  daxil  olmasına  səbəb 
olan  faktorlar  aradan  götürülməlidir.  Xüsusilə  quşçuluq  fabriklə­
rinin  sex  və  inkubator şöbələrində  ciddi  şəkildə baytarlıq-sanita- 
riya  tədbirləri  yerinə  yetirilməlidir.  Bu  məqsədlə  yumurtaların, 
inkubatorların, yumurta taralarının inkubasiyadan qabaq dezinfek­
siyası aparılmalı və bu məqsədlə formaldehid buxarından  istifadə 
edilməlidir.  İnkubator şkaflarının  dezinfeksiyası  üçün  hər  m3  in­
kubator  həcminə  45  ml  formalin,  30  qram  kaliumOpermanqanat 
və  22  ml  su  götürülür.  Dezinfeksiya  37°S  temperaturda  və  70% 
nisbi nəmlik şəraitində aparılır. Ekspozisiya  1  saatdan az olmama­
lıdır.  Yumurtaların dezinfeksiyası üçün müvafiq olaraq 30 ml  for­
malin,  20  qram  kalium  pennanqanat  və  15  ml  su  götürülməlidir. 
Hər  cücə  çıxımından  sonra  inkubatorlar  və  müxtəlif inventarlar 
mütləq  dezinfeksiya  edilməlidir.  Quşlar  sexlərə  köçürüldükdən 
əvvəl  sexlər  tam  təmizlənməli  və  burada  formaldehidlə  aerozol 
dezinfeksiya  edilməlidir.  Bu  məşsədlə  hər  m3  binanın  həcminə 
10-15  ml  formalin  15°S temperatur və 65-95% nisbi  nəmlik şərai­
tində aerozol  halında tətbiq edilməlidir.  Quş binalarında ventilya- 
siyanın normal  işləməsi və vaxtaşırı civə-kvars  lampalarının  işlə­
dilməsi  binadakı  havanın  mikroblarla  çirklənməsinin  qarşısını 
alır. Son zamanlar quşlar olan şəraitdə quş binalarının havasını zə­
rərsizləşdirmək üçün  süd  turşusu və ya rezorsinin yüksək dispres 
aerozolunun  tətbiqi  məsləhət görülür.
Təsərrüfatda  stafilokokkoz  müşahidə  edildikdə  məhtutlaş- 
malar  qoyulur,  xəstələr  ayrılır,  patoloji  prosesin  dərəcəsindən 
asılı  olaraq  ya  texniki  utilləşidirlir,  ya  da  kəsilir,  binalar  və 
m üxtəlif  inventarlar  təmizləndikdən  sonra  dezinfeksiya  edilir. 
Travma törədə  biləcək bütün vasitələr ləğv edilir.  Heyvan mən­
şəli  şübhə doğuran yemlər stafilokokkozlara görə yoxlanmalı və 
lazım gəldikdə istifadə edilməməlidir. Quşlar yüksək keyfiyyət­
li yemlərlə təmin edilməli və normal zoogigiyeniki şəraitdə sax­
lanmalıdır.
306
Təsərrüfat  stafılokokkoza  görə  sağlamlaşdırıldıqdan  sonra 
yekun  dezinfeksiya  aparılır  və  qoyulmuş  m əhtutlaşm alar 
götürülür.
Tulyarem iya
Tulyaremiya (Tularaeremia) müxtəlif növ heyvanların və quş­
ların  təbii  ocaqlı  infeksion  xəstəliyi  olub  isitmə,  hemorroji  sep- 
tisemiya,  tənəffüs orqanlarının  iltihabı  ilə  səciyyələnir.
T a r ix i  m əlum at. 
Xəstəlik  ilk dəfə  1912-ci  ildə  Kole və Xa- 
pin tərəifndən sünbülqıranlarda Kaliforniya ştatının Tulyare əra­
zisində  qeyd  edilmiş,  onun  əldə  edilmiş  törədicisi  isə 
B.tularense  adlandırılmışdır.  Quşlarda  bu  xəstəliyi  ABŞ-ın 
Montano  ştatında  qeyd  etmişlər.  Keçmiş  SSRİ-də  tulyaremiya 
K.A.Dorofeyev tərəifndən  1947-ci  ildə qeyd edilmiş, törədicisi­
nin  toksonomiyası  öyrənilmiş  və  nəticədə  Francisella  cinsi  ay­
rılmışdır.
Tulyaremiya Amerika, Asiya və Avropada m üxtəlif növ hey­
van  və  quşlar  arasında  yayılmışdır.  Xüsusilə  kəmiricilər  çox 
olan  ərazilərdə  xəstəlik  geniş  şəkildə qeyd edilmişdir.
X ə stə liy in   törəd icisi. 
Francisella  tularensis  3  coğrafi  növ 
müxtəlifliyinə:  amerika,  avraziya  və orta asiyaya  bölünür.  Bun­
lar polimorf,  zərif kapsulaya malik olan  xırda çöplərdir.  Sərbəst 
hərəkətə  malik  deyil,  spor yaratmır,  qram  mənfidir,  anilin  boya­
ları  ilə  yaxşı  boyanır.  Aerobdurlar,  xüsusi  qida mühitlərində ye­
tişdirilir.  Sistin  və qan əlavə edilmiş ƏPA,  yumurta sarısı  mühi­
tində  amil  2-7  gündən  sonra zərif boy verir.  Francisella tularen- 
ze  virulentli-S  və amirulent-R  formalı  kloniyalar yaradır.
Virulentli  kulturalar  O,  H  və  V  antigeninə.  avirulentlər  isə 
yalnız  O-antigeninə  malikdir.  Xəstəliyi  keçirmiş  heyvan  və quş­
ların  qanında aqqlyutininlər,  presipitinlər və  komplementbirləş- 
dirici  əkscisimlər aşkar edilir.
D avam lılığı. 
Amil  su və nəmli torpaqda 4°S temperaturda vi- 
rulentliyini  itirmədən  4  aydan  çox  yaşayır.  Donmuş  ətdə  3  ay­
307


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə