İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə8/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   4   5   6   7   8   9   10   11   ...   87

hüceyrələrin  hesabına  yetişir.  Timus  tərəfindən  ayrılan  maddə­
nin  hesabına  proliferasiya  və  təfriq  olunma  prosesi  zamanı  əv­
vəlcə sələflər -  timus limfositləri və bunlardan  isə T-limfositlər 
yaranır və  qana daxil  olur.
B-limfositlərdə gövdə hüceyrələrindən yaranır, ancaq sonra­
dan  özünün  fizioloji  və  immunoloji  aktivliyinə  görə  bunlar  fab- 
risiy  kisəsinə  borcludur.  Onların  antigenasılıolmayan  prolifera- 
siyası  və  təfriq  olunması  bu  orqanda  formalaşır,  nəticədə  B- 
hüceyrələr  müəyyən  inkişafmərhələsinə  çatdıqdan  sonra  qana 
daxil  olur  və  buradan  periferik  limfoid  orqanları  və  toxumaları 
məskunlaşdırır.
T  və  B-limfositləri  kiçik  limfositlər  populyasiyasındadır. 
Bunlar  asanlıqla  kapilyarların  divarından  keçərək  qan  doğuran 
orqanların  parenximasında  birləşdirici  toxumada  və  eritrositlər- 
də  hərəkət edir.
Quşların  periferik  limfoid  sistemi  T  və  B-limfositlərin  qarı­
şıq  populyasiyasından  idarətdir.  Ontogenez  prosesində  T  və  B- 
limfa  sitlərin  nisbəti  dəyişə bilir.
Quşlarda  qan  və  limfoid  orqanlarda  T  və  B-Iimfositlərin 
miqdarı  təyin  olunmuşdur.  Normada,  qanda  onların  nisbəti  T- 
limfositlər  42-52%,  B-limfositlər  27-32%,  müvafiq  olaraq  da­
laqda 30-45  və 33-38,  fabrisiy kisəsində  5-12  və  38-42, timusda 
isə  37-52%-dir.
Plazmatik  hüceyrələr  /plazmositlər/  öz  strukturu  və  funksi­
yasına  görə  limfositlərdən  kəskin  şəkildə  fərqlənir.  Bunların 
arasında yetkinlik dərəcəsinə görə müxtəlif hüceyrələr:  plazmob- 
lastlar,  yetkin  olmayan  və  yetkin  hüceyrələr ayırd  edilir.  Bünlar 
yüksək dərəcədə  ixtisaslaşmış selikli  hüceyrələr olub əsas funk­
siyası  immunoqlobulinlərin  /antitellərin/  sintezi  və  sekresiyası­
dır.
Orqanizmin  maye  mühitlərində  geniş  yayılmış  bəzi  maddə­
lər mikrobun  inkişafının  qarşısını  almaq  qabiliyyətinə  malikdir.
30
Məlumdur  ki,  orqanizmin  daimi  qeyri-spesifık  faktorları-lizo- 
sim,  komplement və normal  antitellər hesab olunur.  Patogen  mik­
robun  orqanizmə daxil  olmasından  və ya süni  immunizasiyasın- 
dan  sonra  immun  və  qoruyucu  antitellər  yaranır.  Əvvəlcə  anti­
tellər yaranması  tədricən  gedir və  immunogenezin  bu  fazası  in­
duktiv  faza  adlanır.  İnfeksion  xəstəliyin  nəticəsinə  təsir  etmə 
qabiliyyətinə  malik olan  kifayət dərəcədə  antitellərin  yaranma­
sı  7-10  gün  tələb  olunur.  Bundan  sonra  antitellər  yaranma  da­
vam  edir,  ancaq  surəti  azalır.  İmmunogenezin  bu  fazası  produk- 
tiv  faza adlanır.
Bir neçə ay  keçmiş  qanda antitellər müşahidə edilmir,  yaxıd 
olduqca aşağı  titrdə aşkar edilir.  Ancaq,  immun  yaddaş  saxlanı­
lır və bunların daşıyıcıları  isə kiçik T və B-limfositlər hesab olu­
nur.  Bu  dövrdə  əgər  xəstəliyin  törədicisi  təkrarən  orqanizmə 
daxi  olursa,  onda  antitellər  1-2  gündən  sonra  və  böyük  miqdar­
da  meydana  çıxır.  Belə  ikinci  serioloji  cavab  anamnestik  reak­
siya  adlanır.  İmmun  yaddaş  və  ikinci  immun  cavab  fonomeni 
vaksinasiyalarda  iki  peyvənd  arasındakı  müddəti  və  revaksina- 
siya  vaxtını  müəyyən  eməkdə  böyük  əhəmiyyətə  malikdir.
V irus  ə le y h in ə   im m unitetin  x ü su siyyətləri.
Virus  etiologiyalı  xəstəliklərin  baş  verməsi  və  nəticəsi  bak- 
terial  infeksyarlarla olduğu  kimi  bir çox amillərdən, xüsusilə vi­
rusun  virulentliyindən, orqanizmin  immunoreaktivliyindən  və s. 
asılıdır.
Virus xəstəliklərində  immunitet onun yaranma mexanizmi  və 
qanunauyğunluğu öz mahiyyətinə görə digər qrup xəstəliklərdən 
fərqlənir.  Ancaq,  virusəleyhi  immunitetin  bəzi  fərqli  cəhətləri 
qeyd edilməlidir.  Məlumdur ki, virusların reproduksiyası subhiicey- 
rə  və  molekulyar səviyyədə  gedir və onların  metobolizm  prosesi 
bilavəsitə yoluxmuş  hüceyrə metobolizmi  ilə əlaqədardır.
31


Virus əleyhinə  növ  immunitetində  qeyri-həssaslıq  virusların 
adsorbsiyası  üçün zəruri  olan  reseptorların  hüceyrə  üzərində ol­
maması  ilə  izah  edilir.  Bunun  nəticəsində  də  virus  hüceyrəyə 
daxil  ola bilmir.
Virus  əleyhinə  immunitetdə  digər  qrup  xəstəliklərdə  olduğu 
kimi  bir çox  spesifik  və  qeyri-spesifık  faktorlar  iştirak  edir.  Bak- 
terial immunitetdən fərqli olaraq virus əleyhinə immunitetdə iııqi- 
bitorlar adlanan qeyri-spesifık faktorlar mühüm rola malikdir. Mə­
lum  olmuşdur  ki,  inqibitorlar  virusların  hüceyrə  üzərinə  adsorb- 
siya prosesini blokadaya alır və hətta bəzi hallarda onu parçalayır. 
İnqibitor bir çox orqan və toxumalarda, sekret və ekskretlərdə aş­
kar  olunur.  Bunların  təbiəti  hələ  tam  şəkildə  öyrənilməmişdir, 
ancaq  təsir mexanizminə görə antitelləin təsirini  xatırladır.
Virus  əleyhi  immunitetdə  virusların  interferensiya  fenomeni 
də mühüm əhəmiyyətə malikdir.  Qarışıq  infeksiyalar zamanı  vi­
rusun  biri  digərinin  hüceyrədə  inkişafını  blokadaya  alır  və  quş­
ları  təhlükəli  xəstəliklərdən  qoruyur.qeyd  kmək  lazımdır ki,  in­
terferensiya  hadisəsi  yalnız  müəyyən  qrup  viruslar  arasında 
müşahidə  edilir.  İnterferensiya  virusların  miqdar  nisbətindən 
asılıdır  və  bu  prosesi  diri  və  inaktivləşdirilmiş  viruslarla  törət­
mək  mümükdür.  Virusların  interferensiya  zamanı  hüceyrələrin 
metobolizmi  pozulur.  İnterferensiya  fenomenini  öyrənən  zaman 
Ayzek və  Lindeman  1957-ci  ilə həssas hüceyrələrin qoruyucusu 
olan güclü faktoru aşkar etmiş və bunu interferon adlandırmışlar. 
Onu da qeyd etmək  lazımdır ki,  viruslar interferensiyanın  əksini 
-  ekzaltasiya  fenomenini  də  törədir  və  bununla  da  öz  verulent- 
liyini  artırır.
Virus  infeksyalarında  digər  infeksion  xəstəliklərdə  olduğu 
kimi  immunoqlobulinlərin  müxtəlif sinifləri  ilə  əlaqəli  olan  an- 
titelləri  sintez  edir.  Ancaq  antitellər  öz  təsirini  virusa  hüceyrə­
dən  kənarda göstərir.
Viruslar  həmçinn  faqositoz  hüceyrələrin  üzərinə  adsorbsiya
32
olunur,  onun  daxilinə  keçir,  ancaq  məhv  olmur.  Demək  virusa 
görə  faqositoz  az  effektlidir.
Virus əleyhi  immunitetdə hüceyrələrin geno və fenotipik re- 
aktivliyi  də  mühüm  əhəmiyyətə  malikdir.  Buradan  belə  bir  nə­
ticəyə  gəlinək  olar  ki,  virus  xəstəliklərində  orqanizmin  qoru­
yucu  funksiyaları  digər  qrup  xəstəliklərdə  olduğu  kimi  kifayət 
dərəcədə  müxtəlifdir.  Hər bir vuirus  xəstəliyinin  özünün  spesi­
fikliyi  və  xarakter qoruyucu xüsusiyyətləri  vardır.
İm m unitetin  növləri
Yaranma  mənşəyinə  görə  irsi  və  həyatda  qazanılmış  immu­
nitet,  təsir  istiqamətinə  görə  antibakterial,  antitoksik  və  antivi­
rus  immunitet mövcuddur.
İrsi  /növ,  anadangəlmə,  fılogenetik/  immunitet.  Hər  hansı  bir 
heyvan  növünün  təkamülcə  bu  və  ya  digər  xəstəlik  törədicisinə 
qeyri-həssaslığı  və  bunun  nəsildən  nəslə  verilməsi  irsi  immunitet 
adlanır.  İrsi  immunitet qeyi-həssaslığın ən davamlı  forması olması­
na baxmayaraq o da mütləq deyil. Bəzi xarici mühit faktorlarının tə­
sirindən bu immunitet pozula bilər.  Məsələn,  L.  Paster və başqala­
rı  1878-ci ildə toyuqların ayaqlarını soyuq suya salıb ümumi tempe­
raturu  aşağı  salmaqla  onlarda  eksperimental  qarayara  yaratmışlar. 
İ.İ.Meçnikov  qurbağanı  termostatda  saxladıqdan  sonra  həssas  ol­
mayan  dovşancıq  törədicisinin  toksinini  onlara  yoluxdurmaqla ek- 
serimental dovşancıq əldə etmişdir.  Bu göstərilən təsirlərlə gərgin- 
liiy pozulan  immunitetə nisbi  növ immuniteti  deyilir.  Hey bir vasi­
tə  ilə pozulmayan  immunitetə isə mütləq növ  immuniteti  deyilir.
Q azanılm ış  im m unitet.  Bu  immunitet  heyvan  doğulduq­
dan  sonra,  cücələr  yumurtadan  çıxdıqdan  sonra  həyatda  fərdi 
inkişaf nəticəsində  qazanılır  və  irsən  nəsildən  nəslə  verilmir. 
Belə  immunitetin  gərginliyi  də  müxtəlif olur.qazanılmış  immu­
nitet  təbii  və  süni  immunitetə  bölünür.təbii  qazanılmış  immuni­
33


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə