İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə82/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   79   80   81   82   83   84   85   86   87

peraturun  təsirindən  mikoplazma  konservləşir.  Liofılizasiyalı 
halda  amil  10  ilə  qədər  öz  patogenliyini  saxlayır.  Kimyəvi  de­
zinfeksiya  vasitələrindən 2%-di  xlorlu  əhəng  məhlulu,  1,5-2%- 
li  natrium  qələvisi  2%-li  formalinin  təsirindən  qısa  m üddət  ə r ­
zində  inaktivləşir.
E p izootoloji m əlum atlar. 
Xəstəliyə toyuqlar dəstəsinə m ən­
sub  olan  ev  quşları və  sərbəst yaşayan quşlar həssasdır.  Xüsusilə 
3  həftəlikdən  5  aylığa  qədər  quşlar  daha  çox  həssaslıq  göstərir. 
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş miko- 
plazmadaşıyan  quşlar  hesab  edilir.  Mikoplazmadaşıyıcılıq  bəzən 
quşun  bütün  ömrü  boyu  davam  edir.  Xəstəliyin  törədicisi  quşlar 
arasında  üfüqi  və  şaquli  yolla yayılır.  Yoluxmuş  yumurta  burada 
daha böyük rola malikdir.  Yumurtaların yoluxma faizi  təsərrüfat­
larda  xəstəliyin  davametmə  müddətindən,  təsərriifatn  sanitariya 
vəziyyətindən və quşların yaş dərəcəsindən  asılıdır.
Respirator  mikoplazmoza  görə  qeyri-sağlam  təsərrüfatlarda 
xəstəlik  çox  vaxt  xroniki  gedir  və  mühüm  kliniki  əlam ətlər 
görünmür.  X əstəlikdə  stasionarlıq  qeyd  olunur  ki,  buda  miko- 
plazmadaşıyıcılıqla  əlaqədardır.  Xəstəlik  çox  vaxt  kolibakte- 
riozla,  salmonellyozla,  infeksion bronxitlə,  infeksion  larinqotra- 
xeyitlə,  çiçəklə  qarışıq  infeksiya halında nəzərə çarpır.
Quşların orqanizminə düşmüş amil uzun müddət orqanizmdə 
qalmaqla bəzən  quşlarda  kliniki  xəstəlik törətmir.  Belə quşların 
ümumi  müqavimət  qüvvəsi  müxtəlif amillərin  təsirindən  aşağı 
düşdükdə  gizli  gedən  infeksiya  kliniki  xəstəliklə  əvəz  olunur. 
Xüsusilə quşların yemləmə və bəsləmə şəraitinin pozulması, di­
ri  virus  vaksinlərlə  peyvəndlərin  aparılması,  bəzi  infeksion  və 
qeyri-infeksion  xəstəliklərin baş verməsi  quşun ümumi  müqavi­
mət  qüvvəsini  aşağı  salır  və  xəstəliyin  kliniki  əlamətləri  aydın 
şəkildə nəzərə  çarpır.  Xəstə quşlarda ət və yumurta məhsuldar­
lığı  aşağı  düşür,  ölüm  həm  körpələr qrupunda  və  həm  də  yaşlı­
larda  qeyd  olunur.
Patogenez. 
Respirator  mikoplazmozun  patogenezində  orqa­
nizmin  rezistentliyi  və  quşların  yaşı  böyük  rola  malikdir.  Orqa­
324
nizmə düşmüş amil  qısa müddət ərzində qana keçərək  orqan  və 
toxumalara yayılır və  intoksikasiyalara məxsus kliniki  simptom- 
ların əm ələ  gəlməsinə səbəb olur.  Daha çox yuxarı tənəffüs or­
qanları  zədələnir.  Bundan  əlavə  xəstəliyin  törədicisi  dalaqda, 
qaraciyərdə,  böyrəklərdə  və  baş  beyində  m üxtəlif xarakterli  il­
tihab  törədir.
G ed işi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
toyuqlarda 4-22  gün, hind quşlarında isə 2-14  gün arasında dəyi­
şir.  İnkubasiya  dövrünün  belə  dəyişkənliyi  quşların  yaşından, 
növündən,  xəstəlik  törədicisinin  virulentliyi  və  dozasından  ası­
lıdır.  Xəstəlik  bütün  yaş  qruplarında  müşahidə  edilir.  Broyler 
cinslər ən  çox  4-8  həftəlikdə  həssaslıq göstərir.
Xəstəlik  iti  və  xroniki  gedir.  Xarakterik  kliniki  əlam ətlər 
cücələrdə  müşahidə edilir.  Bunlarda iştahsızlıq,  tənəffüs orqan­
larının  funksiya  pozğunluğu, yəni  onlarda  öskürək,  təngənəfəs- 
lik,  traxeyit,  sinusit, aerosakkulit nəzərə çarpır.  Bəzən  toyuqlar­
da  infraorbital  cibcik  sahəsində  şişkinlik,  sinovit  və  sinir  poz­
ğunluğu  əlamətləri  müşahidə  edilir,  cücələrdə  ölüm  10-25%, 
yaşlılarda  isə 4-6%  təşkil  edir.
Hind  quşları  bütün  yaşda  xəstəliyə həssaslıq  göstərir.  Ən  ti­
pik əlam ət infraorbital cibciyin  iltihabının baş verməsidir, cibcik 
boşluğuna  serozlu  və  ya  serozlu-fıbrinozlu  eksudat  toplanır  və 
ikincili  mikrofloranın  inkişafı  nəticəsində  şorvari  kütləyə çevri­
lir.  Tənəffüs orqanlarının  iltihabı  nəticəsində xırıltılar və təngə- 
nəfəslik  müşahidə edilir.
Xəstəliyin  xroniki  formasında  şiddətli  arıqlama,  yaşlılarda 
boğazda toplanmış eksudatdan  azad olmaq  üçün başını  irəli  uza­
daraq  tez-tez silkələyir,  rinit  inkişaf edir,  burun  yolundan selikli 
kataral  eksudat ayrılır.  Toyuqlarda  yumurta  məhsuldarlığı  aşağı 
düşür.
Həm  toyuqlarda  və  həm  də  hind  quşlarında  bəzən  oynaqların 
iltihabı  nəzərə  çarpır.  Xəstə  yumurtaların  inkubasiyası  zamanı 
embrionların  10-30%-i  inkişaflarının  müxtəlif  dövrlərində  tələf 
olur.
325


Respirator  mikoplazmoz,  nyukasl  xəstəliyi,  infeksion  bron- 
xit  və  kolibakteriozla  mürəkkəbləşdikdə  xəstəlik ağır getməklə 
letallıq  da yüksək  olur.
P a toloji-an atom ik   d əy işilik lər. 
Ölmüş quş cəsədlərinin pa- 
toloji-anatomik  yarılması  zamanı  tənəffüs  orqanlarının  selikli 
qişasının kataral  iltihabı,  qırtlaq  və traxeyada fıbrinozlu  çöküntü 
müşahidə  edilir.  Əksər quş cəsədlərində kataral  yaxud  fıbrinoz- 
lu  rinit,  sinusit,  traxeyit,  pnevmoniya,  serozlu,  yaxud  fıbrinozlu 
aerosakkulit  qeyd  edilir.  Bunlardan  əlavə  ağciyərlərdə  bozum­
tul-ağ  rəngdə  nekroz  ocaqları  görünür.  Kolibakteriozla  m ürək­
kəbləşm ələr zamanı  köks və qarın  hava kisələrində  iri  fıbrinoz- 
lu  çöküntülərlə  dolu  olması,  qaraciyər  və  ürək  üzərində  fıbri- 
nozlu pərdə  müşahidə  edilir.
Histoloji  müayinələr  zamanı  burun  boşluğunun  cibcikləri- 
nin,  qırtlaq  və  traxeyanın  selikli  qişasında epiteli  hüceyrələrinin 
proliferasiyası  və  hüceyrə-infıltrativ  proseslər  aşkar  edilir.  Ağ­
ciyərdə  kapsula  içərisində  sekvestrlər,  divarın  daxili  hissəsinin 
nekrozu  ilə  bərabər kataral-fıbrinozlu  aerosakkulit qeyd  edilir.
D iaqnoz. 
Respirator  mikoplazmoza  diaqnoz  qoymaq  çətin­
dir,  çünki  tənəffüs  orqanlarının  zədələnmələrinə  məxsus  olan 
əlam ətlər  bir  çox  xəstəliklər  zamanı  da  qeyd  edilir.  İlkin  diaq­
nozda  xəstəliyin  epizootoloji  xüsusiyyətləri,  kliniki  əlam ətləri 
və  patoloji-anatomik dəyişdikləri  nəzərə alınır.  Ancaq  quşlarda 
m üxtəlif  müalicə  vasitələrindən  daimi  olaraq  istifadə  edildiyi 
üçün  bəzi  göstəricilərin  diaqnostik  əhəmiyyəti  müəyyən  qədər 
aşağı düşür.  Ona görə də diaqnozun dəqiqləşdirilməsi  üçün bak- 
terioloji  müayinə  aparılmalıdır.
Bakterioloji  müayinə  üçün  ölmüş  təzə  quş  cəsədləri  yarılır, 
tənəffüs yollarının  seklikli  qişasından, baş beyindən  və parenxi- 
matoz  orqanlardan  fizioloji  məhlulda  suspenziya  hazırlanır. 
Hind  quşlarında  bu  məqsədlə  daha  çox  infraorbital  cibciyin  ek- 
sudatdan  istifadə  edilir.
Alınmış  suspenziya ƏPB-da  l:10-l:20-də duruldur,  pambıq- 
tənzif qarışığından  süzülür və  bunun  üzərinə  0,1  ml  1%-li  sirkə
326
turşusunun talium duzu məhlulu və penisillin (5 min TV/ml) əla­
və  edilir,  30-40 dəqiqə otaq temperaturasında saxlandıqdan  son­
ra qida mühitlərinə  əkilir.
Xəstə  quşlardan  patoloji  material  kimi  traxeya  eksudatı  isti­
fadə  edilir.  Bunu  steril  pambıq  tamponla  götürüb  ət-peptonlu 
bulyonda  yuyulur və  qida mühitinə  əkilir.
Yumurta müayinə edildikdə onun sarı  maddəsindən nümunə 
götürülür və  qida mühitlərinə əkilir.  Bioloji  sınaq məqsədilə ta- 
lium-asetat  və  ya  penisilinlə  işlənmiş  suspenziya  və  ya  miko- 
plazma kulturası 4-6 həftəlik cücələrə 0,5  ml  dozada  intranazal, 
intratraxeyal  və  ya  köks  hava  kisələri  boşluğuna  yeridilir  və 
bunlar  30-60  gün  nəzarətdə  saxlanır.  Bunlarda respirator  miko­
plazmoza məxsus kliniki  əlamətlər və patoloji-anatomik dəyişi- 
liklərin  baş  verməsi  patoloji  materialda  M.qalliseptikanın  olma­
sını  göstərir.
Bioloji sınağı toyuq embrionlarında da aparmaq mümkündür. 
Patoloji  materialın  suspenziyasım  xoriollantois  boşluğuna  və  ya 
sarılıq  kisəsinə  vururlar.
Quşların  respirator  mikoplazmozunun  diaqnostikasında  se- 
rum-damla  aqqlyutinasiya reaksiyasından  da  istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  kollibakteriozdan,  pasterellyoz- 
dan,  hemofılyozdan,  infeksion  bronxit  və  larinqotraxeyitdən  və 
aspergillyozdan  təfriq  etmək  lazımdır.
Kolibakteriozda  letallıq  faizi  daha yüksəkdir,  ürəkdə,  qaraci­
yərdə,  hava  kisələrində  iltihab  daha  intensiv  xarakterə  malikdir, 
yarma  zamanı  fıbrinozlu  perikardit,  perihepatit  və  aerosakkulit 
aşkar edilir.  Bakterioloji  müayinə  əsasında isə  E.coli  tapılır.
Pasterellyozda  respirator  mikoplazmozdan  fərqli  olaraq  çox 
vaxt qanla qarışıq  ishal  olur.  Yarma zamanı  ürək əzələsində kəs­
kin  şəkildə  qan  sızmaları  bakterioloji  müayinə  əsasında  isə 
P.Multocida  aşkar edilir.
Hemofiliyoz (yoluxucu zökəm)  zamanı  xəstəliyin  geniş əra­
zidə yayılması, xəstələrdə rinit, konyunktivit, panaftalmit müşa­
hidə  edilir.
327


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə