İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə84/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   79   80   81   82   83   84   85   86   87

tihab  baş verir.  Bağırsaq  divarının  zədələnməsi  zamanı  nekroti- 
ki  kütlə  bağırsağın  daxilinə  tökülür.  Qaraciyərdə  bəzi  hallarda 
xırta  sarımtıl  rəngdə  çoxlu  miqdarda  ocaqlar,  digər hallarda  isə 
tək-tək  iri düyünlər qeyd olunur. Zədələnmiş qaraciyər sarımtıl- 
palıdlı  rəngdə  olmaqla  həcmcə  böyümüş  halda  görünür.  Qara­
ciyərin  kəsilmiş  səthinə  baxdıqda  qranulomaların  parenximası- 
nın  müxtəlif dərinliklərində  yarandığı  nəzərə  çarpır.  Bəzi  hal­
larda bu orqanda durğunluq hadisəsi, həm də toxumanın kövrək- 
ləşməsi  və  çoxlu  miqdarda qan  sızmalar görünür.
Qranulomalar  kifayət  dərəcədə  böyük  ölçüdə  həm  də  ağ  ci­
yərdə, böyrəklərdə və digər orqanlarda da müşahidə edilir.  Şişva- 
ri  törəmələr dəri üzərində  əsasən kloaka ətrafında qeyd olunur.
Koliqranulomanı kəsdikdə onun kəsilmiş səthində sarımtıl-ağ 
və ya bozumtul-sarı rəngdə bərk kütləli  nekrotik mərkəz müşahi­
də  edilir.  Qranulomanın  yetişmə  dərəcəsindən  asılı  olaraq  onun 
kapsulası müxtəlif sıxlıqda nəzərə çarpır, yəni o hamar parlaq, bə­
zən  isə  nahamar tutqun ağ və ya sarımtıl  halda müşahidə edilir.
Xəstəliyin  xroniki  gedişi  zamanı  qranuloma  kapsulası  iynə 
ilə  çətinliklə  deşilir.
Xarakterik  qranulomadan  əlavə  quşlarda  patoloji-anatomik 
yarma zamanı  mədə-bağırsaq şöbəsi  selikli qişasının kataral  ilti­
habı,  ürək  əzələsinin,  qaraciyərin  və  böyrəklərin  distrofıki  də­
yişdikləri  nəzərə  çarpır.
D iaqnoz. 
Xəstəliyə  diaqnoz qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  klniki, əlamətləri,  patoloji-anatomik dəyişdik­
ləri  nəzərə  alınır  və  bakterioloji  müayinə  aparılır.  Bakterioloji 
müayinə  üçün  ölmüş  quşun  daxili  orqanlarından  yaxma  hazırla­
naraq  mikroskopiya  edilir,  müxtəlif  qida  mühitlərinə  əkilərək 
təmiz  kultura alınır.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  vərəmdən,  leykozdan,  aspergil- 
yozdan  psevdotuberkulyozdan  təfriq  etmək  lazımdır.
Vərəmdən  təfriq  etdikdə  tuberkulinizasiyanın  nəticəsi  əsas
332
hesab  edilir.  Vərəm ən çox  yaxşa quşlarda,  koliqranulomatoz  isə 
körpələrdə müşahidə edilir. Bakterioloji müayinə zamanı xəstəlik 
törədicisinin  təmiz kulturası  alınmaqla diaqnoz dəqiqləşdirilir.
Leykozda  düyünlər  salayabənzərdir,  nekroz  ocaqları  qeyd 
olunmur.  Bakterioloji  müayinənin  nəticəsi  mənfidir.
Aspergillyozda əsasən ağ ciyər və  hava kisələrinin zədələn- 
mələri müşahidə edilir.  Mikoloji müayinə zamanı göbələyin mi- 
selləri  görünür.
Quşlarda psevdotuberkulyoz nadir hallarda qeyd olunur.  Xır­
da  sarımtıl  ocaqlar ən  çox  dalaq və  qaraciyərdə  aşkar edilir.
İm m unitet.  Öyrənilməyib.
M ü alicə. 
Yoxdur.
Profilaktika  və  m übarizə  təd b irləri. 
Quşçuluq  təsərrüfat­
larında  koliqranulomatoz baş verdikdə quşlar müayinədən  keçi­
rilir,  kütləvi  yoluxmalar qeyd olunduqda cücələr öldürülür.  Xəs­
təliyin  yayılmaması  üçün  yemlə  hər kq  yemə  50mq  dozada  ter- 
ramisin,  tetrasiklin  və  xloramfunikol  quşlara  verilməlidir.  Quş 
binalarında döşəmələr dəyişilməli,  dezinfeksiya aparılmalı,  quş­
ların  yemləndirilməsi  yaxşılaşdırılmalı,  xəstəlik  törədicisinin 
yayılmasında böyük  rolu  olan  ekto-  və endo-  parazitlərlə  müba­
rizə  aparılmalıdır.
K andidam ikoz
Kandidamikoz 
(kandidamikosis, 
kandidoz, 
moniliaz, 
oidomikoz)  infeksion  xəstəlik  olub,  həzm  traktının  selikli  qişa­
larını  zədələnm ələri  və  daxili  orqanlarda  qranulematoz  proses­
lərin  baş  verməsi  ilə  səciyyələnir.
T arixi  m əlum at. 
İnsanlarda  xəstəliyi  ilk  dəfə  1784-ci  ildə 
N.U.Ambodik-Maksimoviç  qeyd  etmişdir.  Quşların  kandidamik- 
rozu dünyanın  hər yerində müşahidə edilir.  Xəstəliyin törədicisini 
1839-cu  ildə  Lanqenber və  1848-ci  ildə  isə T.Berq əldə etmişlər.
333


Xəstəliyi  quşlarda  ilk  dəfə  1885-1887-ci  illərdə  Plaut  qeyd 
etmiş,  kliniki  əlamətləri  patoloji-anatomik  dəyişiklərini  isə 
1912-ci  ildə  M.Şleqel  öyrənmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəlin  əsas  törədicisi  Candida  albi­
cans  göbələyidir.  Bundan  əlavə  xəstəliyin  baş  verməsində 
C.tropicalis,  C.krisci  və  başqaları da  iştirak edir.  Bunların  hamı­
sı  Candida cinsinə  mənsub olan  mayalara bənzər göbələklərdir. 
Bir  hüceyrəli  mikroorqanizmdir  və  ölçüsü  nisbətən  böyükdür 
(l,5xl,5-dən  6xl0mkm-ə-dək)  oval,  yuvarlaq,  bəzən  dartılmış 
oval  formadadır.  Bunlar psevdomisellər,  blastosporlar və xlami- 
dosporlar yaradır.  Əsasən  tumurcuqlanma yolu  ilə  çoxalır.
Candida cinsinə  mənsub olan göbələklər sadə  boyama üsul­
ları  ilə,  Romanovski-Himza və Qram üsulları  ilə asanlıqla boya­
nır.  Bunları  həmçinin  boyamadan  canlı  halda  su  damlasında  da 
mikroskopiya etmək olar.
Candida albicans göbələyi  aerob  şəraitdə bərk  və  maye qida 
mühitlərində və  mühitə qlükoza, dekstroza və  maltoza əlavə  et­
dikdə  yaxşı  boy  verir.  Patoloji  materialdan  göbələyin  ayrılması 
məqsədilə  Saburo  agari,  Litman  agari,  Pagano-Levina  qida 
mühitindən  istifadə  edilir.  Amilin  təmiz  kulturasmı  almaq  üçün 
qeyd edilən bu qida mühitlərinə müəyyən qədər antibiotiklər də 
əlavə  edilir.
Göbələk  bərk  qida mühitlərində  lsm-ə  qədər ölçüdə  smeta­
na bənzər ağ-süd rəngdə koloniyalar əmələ gətirir, maye mühit­
lərində  isə bulanma, çöküntü və nazik həlqə yaradır.  Hanzen qi­
da  mühiti  göbələk  üçün  seçici  qida  mühiti  hesab  edilir.  Burada 
göbələk  kənarları  hamar ağ rəngdə koloniyalar yaradır və kultu- 
rada  spesifik  maya  iyisi  hiss  olunur.  C.albikansin  patogen  ştam- 
larında  endotoksin  müəyyən  edilmişdir.
Labaratoriya  təcrübə  heyvanlarından  göbələyə  ada  dovşan­
ları,  ağ  siçanlar,  hind  donuzları  və  9-10  günlük  toyuq  embrion- 
ları  həssasdır.
334
D avam lılığı. 
Qaynama  temperaturasında  amil  10-15  dəqi­
qəyə  inaktivləşir,  ultrabənövşəyi  şüaların  təsirindən  30  dəqiqə­
dən  sonra  tələf olur.  Suda  və  torpaqda  3-7  ay  sağ  qalır.  Quru­
maya və dondurmaya olduqca davamlıdır.  Kimyəvi dezinfeksiya 
vasitələrindən 5%-li karbol turşusu,  10%-li  lizol,  5%-li xloramin 
məhlulları  3-6  saata funqisid  təsir göstərir.
E pizootoloji  m əlum atlar. 
Kandidamikoza əksər növ  quşlar 
həssasdır.  Xəstəlik quşçuluq təsərrüfatlarında geniş yayılmışdır, 
cavan  quşlar  yaşlılara  nisbətən  daha  çox  həssasdır.  Xüsusilə  2 
həftəlik və ondan da bir az böyük yaş qrupuna mənsub olan  quş­
larda xəstəlik daha çox qeyd olunur.  1,5-2 aylıq quşlarda  letallıq 
bəzən  90-100%  təşkil  edir.
Candida  cinsli  göbələklər  potensial  patogen  göbələklər  he­
sab  edilir,  və  təbiətdə  geniş  şəkildə  yayılmışdır.  Bunları  insan­
ların  və  heyvanların  mədə-bağırsaq  sisteminin  və  sidik-cinsiy­
yət üzvlərinin  selikli  qişalarından  ayırmaq  mümkündür.  Quşlar­
da  ən  çox  çinədanda müşahidə  edilir.  Orqanizmin  ümumi  rezis- 
tenliyi  m üxtəlif faktorların  təsirindən  aşağı  düşdükdə  onlar  pa- 
togenlik  xassəsi  əldə  edərək  xəstəlik  törədir.
İnfeksiya törədicisinin mənbəyi  xəstə quşlardır.  Bunlar ətraf 
mühit  obyektlərini  müxtəlif sekret  və  ekskretləri  vasitəsilə  gö­
bələklə  çirkləndirir.
Xəstəlik  kiçik  epizootiyalar və  bəzən  sporadiya  halında  nə­
zərə  çarpır.  Kandidamikoz  ilin  isti  fəsillərində  daha  çox  müşa­
hidə  edilir.
Quşların  pis  şəraitdə  saxlanması,  yem  payında  vitamin  və 
mineralların  çatışmazlığı  xəstəliyin  baş  verməsində  böyük  rol 
oynayır.  Xüsusilə yumurtalama dövründə quşların  yumurtasında 
A  vitamini  az  olduqda  belə  yumurtalardan  çıxmış  cücələr  çox 
zəif olur və  kandidamikoza  həssaslığı  güclənir.
Kandidamikozun  baş  verməsində  uzun  müddət  müxtəlif an­
tibiotiklərdən  quşçuluq  təsərrüfatlarında  istifadə  olunması  əsas
335


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə