İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə87/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   79   80   81   82   83   84   85   86   87

lada  baxılır.  Bu  zaman  rəngsiz  törədici  misellərinin  arakəsməli 
hifləri  nəzərə çarpır.
T əfriq i  diaqnoz: 
aspergiliozu  quşların  vərəindən,  pulloruz- 
dan  və  infeksion  bronxitdən  təfriq  etmək  lazımdır.  V ərəm ədə 
ən çox qaraciyər, sonra dalaq və bağırsaqlar zədələnir.  Tuperku- 
linizasiyanın nəticəsi əsasdır.  Bakterioloji müayinədə  isə vərəm  
çöpləri  aşkar  edilir.  Pullorozda cücələrdə  ağ  rəngdə  ishal,  yaş­
lılarda isə yumurta follikullarının zədələnmələri  qeyd edilir.  Yaş­
lı  gizli  bakteriyadaşiyan  quşları  aşkar  etmək  üçün  qan-damla 
AR-dan istifadə edilir.  Bakterioloji müayinə zamanı  S.pullorum- 
qallinarum  aşkar  edilir.  İnfeksion  bronxit  kontagiozluğu  ilə  sə­
ciyyələnir.
M ü alicə. 
Spesifik müalicə vasaitləri yoxdr. Nistatin toyuqla­
ra  15-20  mq,  cücələrə 2-5  mq dozada  inyeksiya  edilir.  Hind  qu­
şu  və  qazlarada  doza  2  dəfə  artırılır.  Hər  gün  quşlara  1:2000- 
l:3000-də  mis-sulfat  məhlulu  peroral  yolla  daxilə  verilir.  Kali­
um-yod  hər baş  quşa 0,15-0,2  qram  istifadə  edilir.
Müalicə  məqsədilə  antibiotiklərdən  istifadə  əks  göstərişidir, 
çıınki hətta terapevtik dozada xəstəliyin ağırlaşmasında səbəb olur.
Profilaktika  v ə   m ü b arizə  təd birləri. 
Xəstəliyin  profilakti­
kası  üçün  quşlara  yaxşı  sanitar-gigyeniki  şərait  yaratmaq  və  or­
qanizmin rezistentliyini  yüksəltmək  lazımdır.  Yem  payına A-vi- 
taminin  əlavə  edilməsi  quşların  qeyd  olunan  xəstəliyə  qarşı 
ümumi  müqavimət qüvvəsini  artırır.
Həmin  vitaminin  cücələrə  2  günlükdən  35  günlüyə  qədər 
300 b.v.  avital  preparatının  isə su  ilə 4000  b.v.  verilməsi onların 
bir çox xəstəlikərə və xüsusilə də aspergilyoza qarşı müqavimə­
tini  artırır.  Konsentrat yemlərin taxıl  məhsullarının  keyfiyyətinə 
diqqət yetirilməli,  şübhəli  hallarda termiki  təsirə  uğradılmalıdır.
Aspergilyoz  zamanı  yod  preparatlarının  aerozol  halında təd- 
biqi  yaxşı nəticə  verir.
Təsərrüfatlarda  xəstəlik  baş  verdikdə  kliniki  xəstə  və  zəif
344
quşlar sanitar kəsimə verilir.  Əgər xəstəliyin  baş verməsində kif­
li yem  və döşənək səbəb hesab edilirsə bunlardan  istifadəyə ica­
zə verilmir.
Cari  dezinfeksiya  üçün  5%-li  formalin  və  3%-li  natrium  qə­
ləvisi  məhlullarından  istifadə  edilir.
Favus
Favus  (favus,  parşa)  ən  çox  quşların  nisbətən  az  kənd  təsər­
rüfatı heyvanlarının göbələk etiologiyalı  infeksion xəstəliyi olub 
dəri  törəmələrinin və bazən də parenximatoz orqanları  zədələn­
mələri  ilə səciyyələnir.
T arixi  m əlum at: 
xəstəliyin törədicisi  1839-cu ildə  Şoenlay- 
ni  tərəfindən qeyd edilmişdir.  Fransa tədqiqatçısı  Saburo  ilk də­
fə  dermatomikozlarm  törədicilərin  təsnifatını  vermişdir.
Rusiyada xəstəliyin öyrənilməsində P.İ.Matvievski,  P.N.Koş- 
kin,  N.A.Spesivseva və başqalarının  böyük xidmətləri  olmuşdur.
X ə stəliy in   törədicisi. 
Favusu  təkamül  etməmiş  Acharion 
cinsinə  mənsub  olan  göbələklər  törədir.  Quşlarda  xəstəliyi 
A.qallinae, gəmiricilərdə və bəzi kənd təsərrüfatı  heyvanlarında 
A.quinskeanum  və  insanlarda  isə  A.schonluni  törədir.  Bunlar 
dermotomisetlərə aid olmaqla əsasən  dəri  və dəri  törəmələrinin 
zədələnmələrini törədir.  Favus, həmçinin quşların  parenximatoz 
orqanlarının  iltihabın  səbəb  olur.  Bu  göbələklər  təbiətdə  geniş 
şəkildə  yayılmışdır.
Patoloji  materialdan  hazırlanmış  yaxmalarda  favusun  törə­
dicisi  oval  və  ya  çoxbucaqlı  sporlar halında zəncir və  yügümlar 
halında  nəzərə  çarpır.
Bundan  əlavə  ikiqat qişaya  malik  və düzbucaqlı  hüceyrələr­
dən ibarət olan müxtəlif qalınlıqda misellər halında görünür. Zə­
dələnmiş  tükdə göbələyin elementləri  onun uzunu  boyunca yer­
ləşir, və  burada həmişə göbələyin  ikiqat qişaya malik olan  spor-
345


lari  ilə  bərabər qaz  qabarcıqları  və  yağ damlaları  nəzərə  çarpır. 
Bu  xüsusiyyət  onu  trixofıtiyanın  və  mikrosporozun  törədicisin­
dən  fərqləndirir.
Favusun  törədicisi  Saburo  qida  mühitində,  Suslo  aqarda  28- 
30°S  temperaturada boy verir.
D avam lılığı. 
Xəstəliyin  törədicisi  xarici  mühit  amillərinin 
təsirinə  davamlıdır.  Zədələnmiş  tüklərdə  bunlar  6-10  il,  peyin­
də  3-8  ay,  torpaqda  140  gün  sağ  qalır.  Ultrabənövşəyi  şüaların 
təsirindən  tez  inaktivləşir.  Kimyəvi  dezinfeksiya  vasitələrindən 
3%-li  karbol turşusu,  2%-li natrium qələvisi,  2%-li  formaldehid, 
2%-li  salisil  turşusu  məhlulları  amili  1-2  saata məhv edir.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyə  əksər  növ  quşlar  həs­
sasdır.  Cavanlar  yaşlılara  nisbətən  daha  çox  xəstəliyə  tutulur. 
Favus  əsasən  sporodiya  və  kiçik  epizootiyalar  halında  nəzərə 
çarpır.  Epizootiyalar əsasən gəmirici  heyvanlarda müşahidə edi­
lir.  Xəstəlikdə  stasionarlıq  qeyd  olunur  ki,  buda  amilin  uzun 
müddət  xarici  mühit  obyektlərində  yaşama  qabiliyyəti  ilə  izah 
olunur.
İnfeksiya törədicisinin  mənbəyi  xəstə quşlardır.  Quşların yo­
luxması  əsasən  kontakt  yolla  baş  verir.  İnfeksiya  törədicisinin 
yayılmasında quşlara xidmət əşyalar və yoluxmuş yem böyük rol 
oynayır.  Həşəratlar  və  gəmiricilər  xəstəlik  törədicisinin  yayıl­
masında  müəyyən  əhəmiyyətə  malikdir.  Digər  dermatomikoz- 
larda olduğu kimi xəstəliyin baş verməsində və yayılmasında quş­
ların  zoogigiyeniki  tələbata  uyğun  olmayan  şəraitdə  saxlanması 
və  keyfiyyətsiz yemlərlə  yemləndirilməsi  əsas hesab edilir.
P atogenez. 
Dəri üzərinə düşmüş xəstəliyin törədicisi  burada 
çoxalır, tük və  lələk ətrafında iltihab törədir,  göbələyin  misellə- 
ri  belə  şəraitdə  yıqum  törədir,  nəticədə  qidalanma  pozulur,  to­
xuma  atrofıyalaşır.  Törədicinin  dəri  üzərində  çoxalması  nəticə­
sində  burada  degenerativ  dəyişdiklər  törədir,  tük  və  lələklərin 
qidalanması  pozulduğuna  görə  onlar tökülür.  Prosesin  generali­
346
zasiyası zamanı  xəstəliyin törədicisi  qana keçərək parenximatoz 
orqanlara toplanır və burada düyün  və yaralar törədir.
G ed işi  v ə   kliniki  əla m ətləri. 
İnkubasiya  dövrü  bir  neçə 
gündən  3-4  aya  qədər davam  edir ki,  buda  xəstəlik  törədcisinin 
virulentliyi  və  quş  orqanizminin  rezistentlik  dərəcəsindən  asılı­
dır.  Ev  və  vəhşi  quşlarda tüksüz  nahiyyələrdə  yuvarlıq  formada 
ağ  lələklər  əm ələ  gəlir  və  bunlarda  öz  növbəsində  sonradan 
düyünlərə  çevrilir.  Belə düyünlərin üzərində  eksudatın  ayrılma­
sı  və  bunun  quruyaraq  qartmanlar  (skutula)  əm ələ  gəlməsi 
müşahidə  edilir.  Qartmanlar  bozumtul-ağ  və  ya  bozumtul-sarı 
rəngdə  olur.  Ayrı-ayrı  ləkə  və  qartmaqlar sonra  bir-birilə  birlə­
şir və  dəridən  çətin  ayrılan  boz  rəngdə  sıx  kütləli  çöküntü  şək­
lini  alır.  Belə  çöküntülər ən  çox  dimdik ətrafında,  pipik  və  saq­
qalda  müşahidə  edilir.  Belə  zədələnmə  forması  skutulyar forma 
adlanır.  Prosesin  generalizasiya  zamanı  boyun  və  gövdənin  tük 
və  lələk  follikulları  da  iltihablaşır.  Lələk  və  tük  ətrafında  dəri 
üzərində qartmaqlar meydana çıxır və tük və  lələklərin qidalan­
ması  pozulur,  onlar tökülür.  Lələklər özlərinin  əsaslarından  de- 
formasiyalaşır,  bozumtul-ağ  rəngdə  örtüyü  olur  ki,  buda  xəstə­
lik  törədicisinin  miselləri  və  sporlarından  ibarətdir.  Lələk  və 
tüklər  tökülmüş,  dəri  sahəsi  qartmaqla  örtülmüş  halda  nəzərə 
çarpır.  Belə  quşlar siçan  iyisinə  malik  olur.
Xəstəliyin  ağır  gedişində  ağız  boşluğunun,  bumn-udlağın, 
yuxarı  tənəffüs  yollarının,  çinədanın  və  bağırsaqların  selikli  qi­
şasının  zədələnmələrinə  məxsus  olan  kliniki  əlam ətlər  meyda­
na  çıxır.  Quşların  iştahı  itir,  güclü  ishal  başlayı.  İshal  uzun 
müddətli  olduğuna görə onlarda arıqlıq və ölüm baş verir.  Favu­
sun  belə  forması  visseral  forma  adlanır.
P atoloji-an atom ik   d əyişilik lər. 
Quş  cəsədləri  arıq  olmaqla 
kəskin  siçan  iyinə malikdir.  Dəri  üzərində m üxtəlif böyüklükdə 
qartmaq  və  tüksüz sahələr görünür.  Pipik  ağ  rəngdə olur.  Çinə­
danın,  bağırsaqların  və yuxarı  tənəffüs yollarının  selikli  qişasın­
347


da  yaralar və  düyünlər aşkar edilir.  Traxeyanın  və yem  borusu­
nun  yuxarı  hissəsinin selikli  qişasında epitelinin  nekrozu və  şor- 
vari  kütlədən  ibarət olan  çöküntü  nəzərə çarpır.
D iaqnoz. 
Xəstəliyə diaqnoz qoymaq  üçün  kliniki  əlam ətlər 
və  patoloji-anatomik  dəyişdiklər  nəzərə  alınır  və  mikoloji 
müayinə aparılır.
Mikoloji 
m üayinədə 
zədələnmiş 
dəri 
sahəsindən 
götürülmüş  nümunə  xırda-xırda  doğranır,  əşya  şüşəsi  üzərinə 
qoyulur və  bunun  üzərinə  bir neçə  damla 20-25%-li  natrium  və 
ya  kalium  qələvisi  məhlulu  əlavə  edilir,  isidilir,  sonra  ötürücü 
şüşə  örtüb  mikroskop  altında  mikroskopiya edilir.
Xəstəlik  törədicisinin  təmiz  kulturasım  almaq  üçün  patoloji 
materialdan  Saburo aqarına əkilir.  Çirklənmiş  material  əvvəlcə­
dən  2%-li  antiformində  işlənir,  sonra  isə ya su  ilə yaxud  mütləq 
spirtlə  yuyulur.
Favusun  törədicisi  üçün  elektiv  qida  mühiti  amin  turşuları 
əlavə edilmiş trixofıton aqar hesab edilir.  Nümunələr bu mühiti­
nə əkildikdən  sonra  22-28°S  temperaturda yetişdirilir.
T əfriqi  diaqnoz. 
Xəstəliyi  trixofıtiya və mikrosporozdan  təf- 
riq  etmək  lazımdır.
Trixofıtiya zamanı  patoloji  materialdan götürülmüş nümunə­
lərin  mikroskopiyası  zamanı  tükün  daxilində  və  üzərində  cərgə 
ilə  düzülmüş  nisbətən  iri  sporlar görünür.
Mikrosporosda  preparatların  mikroskopiyası  zamanı  tüklərin 
üzərində  və  daxilində  qarmaqarışıq  düzülmüş  kiçik  sporlar 
müşahidə  edilir.  Favusun  törədicisindən  fərqli  olaraq  lyumini- 
sent  mikroskopiya  zamanı  yaşıl  rəngdə  şüalanma  nəzərə  çarpır.
M üalicə. 
Spesifik müalicə vasitəsi yoxdur. Xəstəliyə qarşı  yer­
li  və ümumi  təsirli  müxtəlif müalicə vasitələrindən  istifadə edilir.
Yerli  təsirli  dəman  maddələrini  işlətməzdən  əvvəl qartmaq- 
lar  yumşaldıcı  vasitələrin  təsirindən  sonra  qoparılmalı  və  zədə 
sahəsi yod-qliserin qarışığı, 3%-li  karbol turşusu məhlulu, yodo-
348
form,  fukozan,  birxlorlu  yod,  «yam»  mazı  və  s.  ilə  işlənməlidir.
Ümumi  təsirli  müalicə  vasitələrindən  vitaminlər,  qrizolful- 
vin  antibiotiki  istifadə  edilir.  Qrizofulvin  yemlə  daxilə  hər  kq 
canlı  kütləyə  20  mq hesabı  ilə  1-2  həftə tətbiq  edilir.
İntensiv yoluxdurmalar zamanı  infeksiya törədicisinin  yayıl- 
maması  və  davamlı  infeksiya  ocağının  yaranmaması  məqsədilə 
quşları  öldürüb  yandırmaq  daha əhəmiyyətlidir.
İm m u n itet. 
İmmunitet  yaranmır  və  ona  görə  də  spesifik 
müalicə  vasitələri  yoxdur.
P rofilak tik   v ə   m übarizə  təd b irləri. 
Quşçuluq  təsərrüfatla­
rında  baytarlıq-sanitariya  tədbirlərini  müntəzəm  şəkildə  aparıl­
malı,  quşlar  normal  yemləmə  və  saxlama  şəraitində  olmalıdır. 
Dövri  olaraq  dezinfeksiya  və  deratizasiya aparılmalıdır.
Təsərrüfatda favus baş verdikdə qeyri-sağlam hesab edilərək 
məhtutlaşmalar qoyulur.  Quşlar müayinədən  keçirilir.  Əgər xəs­
tə  quşlar çoxdursa  və  bunlarda  xəstəlik  ağır  gedişlidirsə,  xüsu­
silə  visseral  forma  qeyd  olunursa  infeksiya  törədicisinin  mən­
bəyini  ləğv etmək və bununlada xəstəlik törədicisinin geniş əra­
zidə yayılmasının qarşısını almaq məqsədilə quşlar öldürülür və 
yandırılır.
Xəstəlik az miqdarda quşlarda qeyd olunarsa və onlarda yüngül 
gedişlidirsə ümumi və yerli  təsirli  vasitələrlə müalicə aparılır.
Dezinfeksiya  məqsədilə  formalinin  qələvidə  və  kükürd  tur­
şusunda  qarışığında  istifadə  edilir.  Bu  məqsədlə  1%-li  natrium 
qələvəsi,  5%-li  formaldehid  və  10%-li  kükürd-karbol  turşusu 
qarışığı  bir-birinə qarışdırılır və dezinfeksiya aparılır.  Daha yax­
şı  dezinfeksiya  vasitəsi  formalin-neft  qarışığı  hesab  edilir.  Bu­
nun  üçün  10  hissə  formalin  10  hissə  neft,  5  hissə  kreolin  və  75 
hissə  su  götürülür,  qarışdırılır və bununla dezinfeksiya  aparılır.
349


M Ü N D Ə R İ C A T
Ön  söz....................................................................................................3
İnfeksiya və  infeksion xəstəliklər.........................................................5
Virusların patogen təsirinin xüsusiyyətləri....................................... 11
Patogen  mikroorqanizmlərin  quş orqanizmində yayılması
yollan və  infeksiyanın növləri...........................................................13
İnfeksiyanın baş verməsi  və  inkişafında makroorqanizmin
və  xarici  mühit amillərinin  rolu .......................................................... 15
İnfeksiyanın formaları, infeksion xəstəliklərin baş  verməsi və
dinamikası............................................................................................ 18
İmmunitet.............................................................................................20
Virus əleyhinə  immunitetin  xüsusiyyətləri...............................    31
İmmunitetin  növləri............................................................................ 33
Antigenler və  onların  immunogenliyi............................................... 36
A ntitellər.............................................................................................37
Epizotik proses haqqında anlayış...................................................... 38
Quşların  infeksion xəstəliklərinin  təkamülü.....................................45
İnfeksion xəstəliklərin profilaktikası................................................ 48
İnfeksion  xəstəliklərin ümumi  profilaktikası....................................50
Spesifik profilaktika............................................................................ 56
Quşların  infeksion  xəstəlikləinin  diaqnostika üsulları..................... 60
Quşların  infeksion  xəstəliklərinin  nomenklaturası
və təsnifatı...........................................................................................85
İnfeksion  xəstəliklər zamanı  quşların  müalicəsi...............................90
Dezinfeksiya....................................................................................... 98
Dezinfeksiya  işlərinin  mexanikləşdirilməsi.................................... 113
Dezinseksiya......................................................................................115
Deratizasiya........................................................................................117
İstehsalın  intensiv  texnologiyası  şəraitində  quşçuluqda  ümumi 
və spesifik  profilaktiki  tədbirlər sistemi
Ümumi  profilaktiki  tədbirlər............................................................121
Quşçuluqda istifadə edilən  su və
yemin  sanitar vəziyyətinə  nəzarət.................................................. 124
Quş binalarında  mikroiqlimin  tənzimi............................................. 125
Xüsusi  profilaktika  tədbirlər............................................................127
Vaksinasının  keyfiyyətinə təsir göstərən  amillər...........................132
350
Vaksinasiya  ilə əlaqəli  olan  faktorlar...........................................137
Laboratoriya müayinələri  və onlardan istifadə edilməsi.............. 139
Nyukasl  xəstəliyi......................................................................... 144
Qrip..............................................................................................154
İnfeksion bronxit..........................................................................162
İnfeksion  larinqotraxeit............... 2...............................................170
İnfeksion bursal  xəstəliyi............................................................ 179
Çiçək............................................................................................191
Leykoz........................................................................................ 200
Marek xəstəliyi........................................................................... 206
İnfeksion ensefalomielit............................................................... 214
İnfeksion rinit...............................................................................219
Ördəklərin viruslu hepatiti........Ж............................................... 225
Ördəklərin  infeksion sinusiti..... ..................................................231
Hind quşlarının  rinotraxeyiti  ....J.................................................235
Vərəm..........................................................  
 
238
Leptospiroz.................................................................................. 247
Pulloroz........................................................................................ 251
Pasterellyoz......................
. . M
..................................................... 260
Listerioz...........................  
270
Nekro  bakterioz................... L.................................................... 276
Kolibakterioz........................  
 
282
Salmonellyoz............................................................................... 289
Streptokokkoz...................,,......................................................... 296
Stafılokokkoz..................... 
 
302
Tulyaremiya..................... ji......................................................... 307
Botulizm....................................................................................... 311
Omitoz......................................................................................... 316
Respirator mikoplazmoz...............................................................322
Koliqranulomatoz........................................................................ 329
Kandidamikoz.............................................................................. 333
Aspergillyoz................................................................................. 339
Favus............................................................................................ 345
351


Epizootologiya
v ə  quşların  infeksion  x əstəlik ləri
(Azərbaycan  dilində) 
Bakı-2003
Çapa  imzalanmışdır 22.09.03. 
Kağız  formatı  60x90  '/ı*.  Çap  vərəqi  22,0 
Sayı 2000  nüsxə. Qiyməti  müqavilə  ilə.
“Qismət” 
mətbəəsində 
ofset üsulu  ilə çap edilmişdir
H . Z ə r d a b i  p r . 7 

Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə