tərilir. Sxemdən göründüyü kimi xəstəliklər yoluxucu və yolu
xucu olamyan qruplara bölünür. Yoluxucu xəstəlik infeksion və
invazin olmaqla 2 dəfə ayrdır.
İnfeksion xəstəliklər antroponozlara, yəni yalnız insanlara
məxsus xəstəliklərə, zooantropnozlar və ya antroponozlara, yə
ni insan və heyvanlar üçün ümumi olan xəstəliklərə və zoonoz-
lara yəni yalnız heyvanların və quşların xəsəliklərinə bölünür.
Heyvanların və quşların xəstəlikləri isə ktenonozlara, terionoz-
lara və ktenoteriozlara bölünür. İnfeksiya törədicisinin mənbəyi
yalnız kənd təsərrüfatı heyvanları və quşları olan xəstəliklərə
ktenonozlar, infeksiya törədicisinin mənbəyi yalnız vəhşi hey
van və quşlar olan xəstəliklərə terionozlar və infeksya törədici
sinin mənbəyi həm kənd təsərrüfatı heyvanları və quşları, həm
də vəhşi heyvan və quşlar olan xəstəliklər isə ktenoteriozlar ad
lanır.
İnfeksion xəstəliklərin belə bölgüsü epizootoloji əhəm iyyə
tə malikdir. Çünki belə bölgü epizootiya əleyhinə tədbirlərin ra
sional təşkilinə, habelə infeksiya törədicilərinin mənbəyinin aş-
karedilməsi və ləğvinə imkan yaradır.
Hal-hazırda quşların infeksion xəstəliklərinin adlandırılma-
sında xəstəlik törədicisinin cinsinin və ya növünün adından, xa
rakterik kliniki əlamət və patoloji-anatomik dəyişdiklərindən,
yaxud da tarixi adı, alimin adı və ya ilk dəfə qeyd edilən yer
adından istifadə edilir.
Qədim dövrlərdən infeksion xəstəliklərə dair elmi biliklər
toplandıqca epizootologiya infeksion xəstəliklərin müəyyən
qruplaşdırılmaları aparılırdı.
Təsnifat prinsipinin 2 yolu, yəni deduktiv- ümumidən fərdə
doğru və induktiv-yəni ferddən ümumiyə doğru yolu mövcud
dur.
İnfeksion xəstəliklərin epizotoloji təsnifatı ilə dəfə 1961-ci
ildə M.S.Qunnuşkin tərəfindən verilmiş və heyvan və quşların
86
S xem 4. X əstəliklərin ü m u m i təsnifatı
xəstəlikləri 5 qrupa bölünmüşdür: 1) Alimentar infeksiyalar; 2)
Aerogen infeksiyalar; 3) Transmissiv infeksiyalar; 4) keçirici
amilin iştirakı olamadan dəri səthindən yoluxma ilə baş verən
infeksiyalar; 5) Yoluxma yolu məlum olmayan inveksiyalar.
İnfeksiya törədicilərin quş orqanizminə daxili olma yluna
görə bütün infeksion xəstəliklər 4 qrupa bölünür: Həzm üzvləri
ilə /alimentar/, tənəffüs üzvləri ilə /resperator/, canlı keçiriclər
vasitəsilə /transmissiv/ və dəri örtüyü ilə verilən infeksiyalar.
Deməli, infeksiya törədiilərinin orqanizmə daxil olmasında 4
anatomik - fizioloji orqanlar sistemi iştirak edir: həzm üzvləri,
tənəffüs üzvləri, qan dövranı və xarici örtük.
87
Alamentar infeksiyalar amilin xarici mühit obyektlərindən
lokalizasiya xüsusiyyətlərinə görə, torpaq infeksiyaları və yem
və su vasitəsilə orqanizmə daxil olan infeksiyalar qrupuna
bölünür. Alimentar infeksiyaların yayılması quşların yem ləm ə
və saxlama şəraitindən, xüsusilə təsərüffatda baytarlıq-sanita-
riya xidmətinin vəziyyətindən asılıdır. Ona görə də alimentar
infeksiyaların profilaktikası və onlara qarşı mübarizədə əsas
tədbirlər kompleks xarakter daşımalı təsərüffatda baytarlıq-sani-
tariya xidməti yaxşılaşdırılmalı, yemlərin və suyun infeksiya tö
rədicilərilə çirklənməsinin qarşısı alınmalıdır.
Respirator innfeksiyalarda tənəffüs yolları selikli qişanın və
ağ ciyərin iltihabı üstünlük təşkil edir. Quşların binalarda sıx
yerləşdirilməsi vintilyasiyanın düzgün işləməmsi, soyuq tempe
ratur və nəmliyin çox olması və s. amillər respirator infeksiları-
nın geniş yayılmasına səbəb olur.
Respirator infeksiyalarla mübarizədə əsas şərt həmin xəstə
liklərə tez və dəqiq diaqnoz qoyulması, xəstə və amil gəzdirən
quşların aşkar edilərək təcrid olunması, quş binalarında uyğun
zoogigiyenik şəraitin yaradılması, kütləvi müalicə-profilaktik
tədbirlərin yerinə yetirilməsidir.
Transmassif infeksilar o infeksiyalara deyilir ki, xəstəliyin
törəcicisi həmişə bəzən isə xəstəliyin müəyyən dövrlərində
qanda olur. Patogen amilin quş orqanizminə daxil olması qanso-
ran həşaratlar vasitəsilə baş verir. Belə xəstəlik üçün enzootik-
lik və mövsümlük xarakterikdir. Transmissiv infeksiyalar iki
qrupa bölünür.
Birinci qrupa obliqat transmassiv xəstəliklər daxildir ki, be
lə infeksiyalarda xəstəliyin törədicisi yalnız həşaratlar vasitəsi
lə orqanizmə daxil olur. Bu qrupa mənsub olan xəstəliklərin tö
rədiciləri xarici mühitdə uzun müddət sərbəst yaşaya bilmir.
Ona görə də epizootik prosesin baş verməsində canlı yayıcılar
əsas hesab edilir. Obliqat-transmasiv xəstəliklərin profilaktika
88
sında əsas şərt quşları qansoran həşaratlardan qorumaq, canlı
yayıcıları məhv etmək və profilaktik vaksinasiya aparmaqdır.
İkinci qrupa fakültativ transmasiv xəstəliklər daxildir. Bun
larda xəstəliklərin törədiciləri orqanizmi həşaratlardan əlavə di
gər yollarla da daxil ola bilir. Ona görə də epiootiya əleyhinə
tədbirlər aparıldıqda hökmən bunlar nəzərə alınmalıdır.
Keçirici amillərin iştirakı olmadan infeksiya törədicilərinin
xarici örtük səthində orqanizmə daxil olması nəticəsində baş ve
rən xəstəliklər böyük bir qrup təşkil edir. Bu qrupa mənsub olan
xəstəliklərin profilaktikası üçün travmatizm əleyhinə mübarizə
və dizenfeksiya aparılmalı, infeksiya törədicilərinin mənbəyi aş
kar edilib, ləğv edilməlidir və profilaktik vaksinasiyalar aparıl
malıdır.
Quşların infeksion xəstəliklərinin təsnifatın xəstəlik törədi
cilərinin qruplarına görə aparılır. Məlumdur ki, infeksion xəstə
liklər etiologiyasına görə, bakteriozlara, virozlara, mikroplaz-
mozlara, rikketsiozlara, xlamediozlara, mikozlara və mikotoksi-
kozlara bölünür. Tədqiqatçılar göstərirlər ki, belə təsnifat sər
bəst etioloji faktora əsaslanıb, bu isə hər bir infeksion xəstəli
yin sərbəstliyini təyin etməyə inmkan verir.
Bakterial etiologiyalı xəstəliklərin törədiciləri orqanizmə
əsasən alimentar yolla, nisbətən az halda isə aerogen və trans
massiv yolla, virus etiologiyalı xəstəliklərin törədiciləri isə ən
çox aerogen yolla, nisbətən az halda isə alimentar-tamsmissiv və
dəri örtüyü vasitəsilə, mikoplazmozların törədiciləri aerogen
yolla, rikketsiozların törədiciləri ən çox tranmassiv yolla, mikoz-
ların törədiciləi daha çox dəri örtüyü vasitəsilə, mikotoksikozla-
rın törədiciləri isə daha çox alimentar yolla orqanizmə daxil olur.
Şübhəsiz ki, qeyd edilən təsnifatlarda müəyyən çatışmamaz-
lıqlar mövcuddur və gələcəkdə infeksion xəstəliklərin epizooto-
loji təsnifatı daha çox təkmilləşəcəkdir.
89
Dostları ilə paylaş: |