İlham Zülfüqarlı ✵ Rəqabət hüququ



Yüklə 142,89 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü142,89 Kb.
#36032


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 82 –


İlham Zülfüqarlı



 



Rəqabət hüququ: 

Hökmran 

mövqedən sui-istifadə 

Annotasiya 

Məqalədə  açıq  bazar  iqtisadiyyatının  əhəmiyyətli  hüquq  sahələrindən  olan  rəqabət 

hüququnda  hökmran  mövqe  anlayışı,  onun  müəyyən  edilməsi  meyarları  və  ondan  sui-

istifadə  halları  yer  almışdır.  Hökmran  mövqe,  ondan  sui-istifadə,  hökmran  mövqeyi 

müəyyən  edən  meyarlar,  rəqabət  mühitini  pozan  digər  hallar  beynəlxalq  praktikanın, 

müxtəlif  ölkələrin,  o  cümlədən  Azərbaycanın  rəqabət  hüququ  sahəsində  nəzərdə  tutulan 

normaların  və  Avropa  Komissiyasının  vermiş  olduğu  qərarların  timsalında  təhlil 

edilmişdir. 

Abstract 

The article is dicussing the definition of dominant position, criteria to determine it and abuse 

of it in competition law, which is one of the most important field of law in open marketing 

business.  Dominant  position,  abuse  of  it,  criteria  of  determining  dominant  position  and 

cases,  which  break  the  atmosphere  of  competition,  are  analyzed  in  the  example  of 

international practice, legal norms of Azerbaijan Republic and other countries, decisions of 

Commission of European Communities.

  

Giriş 

lassik iqtisadiyyat nəzəriyyəsinə əsasən bazar iqtisadiyyatının əsas 

subyektləri  hesab  edilən  təsərrüfat  subyektlərinin  məqsədi  ən

yüksək  mənfəət  əldə  etməklə?  yəni:  a)  ən  keyfiyyətli  malı  və  ya 

xidməti; b) ən az xərclə istehsal edərək; c) ən yüksək qiymətə və maksimum 

miqdarda  satmaqla  rəqabət  etməkdir.  Tam  rəqabət  bazarlarının  mühüm 

xüsusiyyətlərindən  biri  təsərrüfat  subyektlərinin  bazara  giriş-çıxışlarının 

sərbəst  olmasıdır.  Bu  xüsusiyyət  təmin  edilən  sərbəst  rəqabət  mühitində 

bütün  təsərrüfat  subyektlərinin  öz  məqsədlərini  reallaşdırmaqdan  ötrü  bir-

birilə  rəqabətdə  yeni  üsul  və  texnologiyalar  tətbiq  etməsini,  öz  istehsalat 

xərclərini  minimuma  endirməyə  çalışmasını  zəruri  edir  və  iqtisadi  məqsəd 

olan  məhdud  resurslardan  səmərəli  istifadə  edilməsinə  nail  olunur,  bu  da 

dövlətin iqtisadiyyatını ümumi halda inkişafa aparır.  

  Uzun  müddətdir  ki,  bütün  dünyada  tətbiq  edilən  bu  sistemin  zamanla 

hüquqi tənzimlənməyə ehtiyacı olan problemləri üzə çıxmışdır. Belə ki, bəzən 

təsərrüfat  subyektləri  ən  yüksək  mənfəəti  əldə  etmək  məqsədlərinə  bir-

birlərilə  rəqabət  aparmaqla  çatmaq  əvəzinə,  rəqabəti  məhdudlaşdıraraq,  ya 

da  tamamilə  aradan  qaldıraraq,  kartelləşmə  və  ya  inhisarlaşma  vasitəsilə 

çatmaq  arzusunda  olurlar.  Nəticə  olaraqsa,  hədəflənən  iqtisadi  inkişafın 

təmin edilməsində çətinliklər yaranır. Bu səbəblə bazar iqtisadiyyatı sistemini 

tətbiq  edən  ölkələr  bazardakı  rəqabət  mühitini  qorumaq  məqsədilə 

qanunvericilik normaları işləyib hazırlamışlar. Amerika Birləşmiş Ştatlarında 

 Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 4-cü kurs, 1418A qrup tələbəsi



 




Dekabr | 2015 

Rəqabət hüququ

– 83 –

(ABŞ)  trest  əleyhinə



1

  1890-cı  ildə  qəbul  edilən  “Sherman  Act”,  1914-cü  ildə 

“Clayton Act”,

2

 1957-ci il Avropa İqtisadi Birliyinin (AİB) qurucu müqaviləsi 



olan “Roma müqaviləsi”,

3

 İngiltərədə 1973-cü ildə qəbul edilən “Fair Trade 



Act”

4

  kimi  qanunlarda    nəzərdə  tutulan  rəqabət  qaydaları,  bazar  iqtisadiy-



yatında  yaranan  problemlərin  aradan  qaldırılmasına  dəstək  mahiyyətli 

qaydalar  olmaqla  yanaşı  rəqabət  mühitinin  qorunmasına  və  bazar  iqtisadi 

mexanizminin düzgün işləməsinə xidmət edir. 

  Azərbaycan Respublikasında rəqabət hüququnun zəif inkişaf etməsi planlı 

iqtisadiyyatın  hakim  olduğu  SSRİ  dövlətinin  tərkibində  uzun  müddət 

qalmasından irəli gəlir. Bazar iqtisadiyyatında rəqabət mühitinin qorunması 

ilə  bağlı  hazırki  qanunvericilik  normalarında  –  AR  Konstitusiyasında, 

“Antiinhisar  fəaliyyəti  haqqında”,  “Təbii  inshisarlar  haqqında”,  “Haqsız 

rəqabət  haqqında”,  “İstehlakçıların  hüquqlarının  qorunması  haqqında” 

qanunlarda  və  digər  normativ  aktlarda,  eləcə  də  hüquq  ədəbiyyatlarında 

rəqabət  hüququ  ilə  bağlı  tam  formalaşmamış,  sistemsiz  qaydalar,  fikirlər 

mövcuddur. 

  Rəqabət hüququ sahəsində aparılan tədqiqatlarda iqtisadi nəzəriyyələrin 

son dövrlərdə aktuallığı daha da artmışdır. Belə mövzular içərisində rəqabət 

hüququ  tənzimləmələrində  mərkəz  mövqeyə  sahib  olan  təsərrüfat 

subyektlərinin  bazar  gücü,  bazara  giriş  maneələri,  geri  qaytarılmayan  xərc 

tez-tez işlədilən ifadələrdir. Rəqabət hüququnun əsas məqsədi bu elementləri 

özündə  ehtiva  edən  sistemlərdə  rəqabətin  yaranması  və  maneəsiz  işləməsi 

üçün  əlverişli  şəraitin  yaradılmasıdır.  Bunun  üçün  bazara  giriş-çıxış 

maneələrinin  vaxtında  müəyyən  edilməsinə  və  qarşısının  alınmasına 

istiqamətlənmiş tədbirlər görmək başlıca vəzifədir.   

  Rəqabət  mühitinin  pozulması  hallarından  biri  kimi  bazarda  əmtəələrin 

tədavülünə  əhəmiyyətli  təsir  edə  bilən  bazar  subyektlərinin  öz 

mövqelərindən  sui-istifadəsi  çıxış  edir.  Belə  pozulma  hökmran  mövqedən 

1

 The Antitrust Laws, FTC, https://www.ftc.gov/9tips-advice/competition-guidance/guide-



antitrust-laws/antitrust-laws (son baxış 17 noy. 2015)  

Sherman Act 1890, ABŞ-da trest əleyhinə (yəni anti-monopoliya) qəbul olunmuş ilk 

qanundur. Trest (monopoliya) yaratmaq və bu məqsədlə gizli sövdələşməyə girməklə azad 

ticarətin aparılmasını əngəlləmək cinayət hesab edilmişdir.

 

2

 The Clayton Act works with the Sherman Act to improve business practices, 



http://www.antitrustlaws.org/Clayton-Act.html (son baxış 17 no

y. 2015)


ABŞ-da Şerman aktını bir qədər yumşaldan və rəqabəti böyük ölçüdə məhdudlaşdıran 

cəhdləri qadağan edən qanundur. Bazardakı ümumi məhsulun əsas hissəsini istehsal edən 

təsərrüfat subyektlərinin inkişafının nəzarət altına alınması məqsədilə qəbul edilmişdir.

 

3



1957-ci ildə Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən 

insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin 

ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.

 

4



 Fair Trading Act 1973, chapter 41, http://www.legislation.gov.uk/ukpga/1973/41 (son baxış 

17 noy


. 2015) İngiltərədə 1973-cü ildə qəbul edilmiş və istehlakçıların hüquqlarının 

qorunmasına yönəlmişdir.

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 84 –


sui-istifadə  adlanır.  Məqalədə  hökmran  mövqedən  sui-istifadə  nəticəsində 

yaranan  problemlərdən  və  onların  həllində  hansı  metodların  təsirli 

olmasından söhbət açılacaq. 

I. Hökmran mövqe anlayışı və 

onun müəyyən edilmə meyarları 

A. Hökmran Mövqe anlayışı 

“Antiinhisar 

fəaliyyəti 

haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanununda

5

  hökmran  mövqe  anlayışı  “təsərrüfat  subyektinin  öz  iqtisadi 



potensialının  üstünlüyünə  əsaslanaraq  rəqabətə  həlledici  təsir  göstərməyə 

imkan  verən  və  bununla  da  bazarın  digər  iştirakçılarının  bazara  daxil 

olmasını  çətinləşdirən  müstəsna  vəziyyəti”  kimi  qiymətləndirilib.  Eyni 

zamanda bazar payı 35%-dən və ya qanunvericiliklə müəyyən olunmuş digər 

həddən

6

 çox olan təsərrüfat subyekti hökmran mövqe tutmuş hesab edilir.  



Əmtəə  bazarında  heç  bir  rəqibin  olmadığı,  resursların  əldə  edilməsi, 

malların (işlərin, xidmətlərin) satılmaq imkanlarının məhdud olduğu, bazara 

girişdə  maneələrin,  güzəştlərin  və  ya  başqa  səbəblərin  mövcudluğundan 

digər  subyektlərin  bazara  daxil  olmasına  çətinliklər  yarandığına  görə 

müəyyən 

təsərrüfat 

subyektinin 

(subyektlərinin) 

təsirli 

rəqabətlə 

qarşılaşmadığı  şəraitdə  müvafiq  əmtəə  bazarında  əmtəələrin  tədavülünün 

ümumi  qaydalarına  (şərtlərinə)  həlledici  təsir  göstərə  bildiyi  müstəsna 

vəziyyət  hökmran  mövqe  hesab  edilir.

7

  Bu  anlayış  rəqabət  məcəlləsi 



layihəsinə əlavə edilən 17.1-ci maddədə nəzərdə tutulmuşdur.  

  Hökmran mövqedə hesab edilə bilməsi üçün təsərrüfat subyekti özbaşına 

hərəkət  etməklə  müstəqil  şəkildə  bazarı  idarə  etməlidir.  Bu  vəziyyət 

inhisarçılıq kimi başa düşülməməlidir. Hər nə qədər inhisarçılığa oxşasa da 

hökmran  mövqe  ilə  inhisarçılıq  fərqli  anlayışlardır.  İnhisarçılıqda  bazarda 

yalnız  bir  təsərrüfat  subyekti  fəaliyyət  göstərir  və  təbii  olaraq  o,  hökmran 

mövqedə  hesab  edilir.  İnhisarçılığın  olmadığı  birdən  çox  təsərrüfat 

subyektinin  fəaliyyət  göstərdiyi  bazarlarda  da  hökmran  mövqedə  olma 

vəziyyəti  mövcud  olur.  Bir  digər  anlayış  isə  bazarda  lider  vəziyyətdə 

olmaqdır.  Bu  anlayış  da  hökmran  mövqedən  fərqləndirilməlidir.  Bazarda 

lider  olan  təsərrüfat  subyekti  adətən  bazarda  fəaliyyət  göstərən  digər 

subyektlərin  fəaliyyətini  nəzərə  alaraq  hərəkət  etdiyindən  bazar  şərtlərini 

müstəqil olaraq müəyyən etmək iqtidarında olmur. Halbuki hökmran mövqe 

müəyyən bazardakı bir və ya birdən çox təsərrüfat subyektinin rəqiblərindən 

5

 Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, 4 Mart, 1993, 4-cü 



maddə

 

6



 Eldar Qocayev,  Antiinhisar (Rəqabət) Qanunvericiliyinin Müqayisəli Təhlili (26 yanvar, 

2013) “Bank, sığorta, lizinq, qeyri-hökümət təqaüd fondları xidmətləri bazarında maliyyə 



təsisatlarının payı 25%-dən çox olduqda, qiymətli kağızlar bazarında qiymətli kağızları idarəedənin 

payı 10%-dən çox olduqda”

 

7



 Yenə orada

 



Dekabr | 2015

Rəqabət hüququ

– 85 –

və  müştərilərindən  asılı  olmadan  müstəqil  hərəkət  edərək  qiymət,  tələb, 



təklif,  istehsal  miqdarı  kimi  iqtisadi  parametrləri  müəyyənləşdirə  bilmə 

iqtidarıdır. 

 Avropa Komissiyası 

United Brands

8

 işi ilə bağlı çıxardığı qərarında hökmran 



mövqe  sayıla  bilən  vəziyyəti  müəyyən  etmişdir.  Qərarda  “rəqiblərindən, 

müştərilərindən,  mal  göndərənlərindən  və  istehlakçılarından  əhəmiyyətli 

dərəcədə  müstəqil  olan  müvafiq  bazardakı  effektiv  rəqabətin  davam 

etməsinə  maneə  törədə  bilən  iqtisadi  gücə  sahib  təsərrüfat  subyektlərinin” 

mövqeyi  hakim  mövqe  hesab  edilir.  Türk  qanunvericiliyində

9

  hökmran 



mövqeyə  “müəyyən  bazarda  bir  və  ya  daha  artıq  təsərrüfat  subyektinin, 

rəqiblərindən və istehlakçılarından müstəqil olaraq qiymət, təklif, istehsalat, 

bazara  çıxarılan  mal  miqdarı  kimi  iqtisadi  parametrləri  müəyyən  etmə 

gücü”  kimi anlayış verilmişdir. 

  Ümumilikdə müvafiq bazarda hər hansı bir təsərrüfat subyektinin hakim 

mövqe  vəziyyətində  olub-olmamasının  düzgün  təyin  edilməsi  hakim 

mövqenin  müəyyən  edilmə  ölçüsü  olan  meyarların  təhlili  nəticəsində  həll 

olunur. İlk olaraq müvafiq bazarın müəyyən edilməsi vacibdir. Bununla bağlı 

Avropa Komissiyasının Continental Can

10

 işi üzrə çıxardığı qərarında, hakim 



mövqenin yalnız müəyyən bir bazarda mövcud olmasını və bu bazarın təyin 

edilməsinin vacibliyi vurğulanmışdır.  

  Hökmran  mövqenin  müəyyən  edilmə  meyarlarına  keçməzdən  əvvəl 

bazara giriş maneələri, texnoloji üstünlük, əqli mülkiyyət və patent hüquqları, 

yüksək  investisiya  xərci,  təsərrüfat  subyektinin  mövcud  olan  lakin  istifadə 

edilməyən  istehsalat  həcmi  (istehsal  potensialı)  kimi  anlayışlara  toxunmaq 

yerində  olardı.  Sadalanan  bu  anlayışlar  rəqabət  hüququnda  hökmran 

mövqenin  müəyyən  edilməsi  ilə  sıx  bağlı  olub,  onun  sərhədlərinin  daha 

düzgün təyin edilməsinə şərait yaradır. 

(a) 


Bazara  giriş  maneələri  -  bazara  giriş  maneələri  tarif  normaları, 

normadan  kənar  tənzimləmələr  və  digər  inzibati  tənzimləmələrdən 

yaranan beynəlxalq ticarətin normal inkişafına təsir göstərən müxtəlif 

siyasi və hüquqi tədbirləri ifadə edir. Belə maneələrin əsas xüsusiyyəti 

müvəqqəti xarakter daşımamalarıdır. Bazara girişdə maneələr yaradan 

tədbirlər Ümumdünya Ticarət Təşkilatı (ÜTT)/Tariflər və Ticarət üzrə 

8

 Judgment of the Court of 14 February 1978, United Brands Company and United Brands 



Continental BV v Commission of the European

 Communities, Chiquita Bananas, Case 27/76, 

http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?

uri=CELEX:61976CJ0027&from=EN 

(son baxış 22 noy. 2015) 

9

 4054 saylı Rekabetin Korunması Kanunu, madde 3



 

10

 Judgment of the Court of 21 February 1973, Europembalage Corporation and Continental 



Can Company Inc. v Commission of the European Communities, Case 6-72,  http://eur-

lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61972CJ0006&from=EN (son baxış 

23 noy

. 2015)


 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 86 –


Baş Saziş (GATT) kimi çoxtərəfli, regional və ya digər ikitərəfli ticarət 

müqavilələrində nəzərdə tutulan qaydalara zidd tədbirlərdir. 

(b) 

Texnoloji  üstünlük,  əqli  mülkiyyət  və  patent  hüquqları  -  bazarda 

mövcud  olan  bir  təsərrüfat  subyektinin  texnologiya  cəhətdən  digər 

subyektlərdən rəqabət olunmayacaq səviyyədə üstünlüyünün olması, 

həmçinin  faydalı  model/patent  kimi  qanuni  inhisar  hüququ  yaradan 

əqli  mülkiyyət  hüquqlarının  bir  çoxuna  sahib  olması  bazara  yeni 

subyektlərin girişində çətinlik yarada bilər. Bu məsələ ilə bağlı Avropa 

Komissiyası  Michelin

11

  və  Tetra  Pak



12

  işləri  üzrə  verdiyi  qərarında 

avtomobil şini istehsalı və maye qidaların qablaşdırılmasında istifadə 

edilən sistemi yüksək texnologiya kimi qiymətləndirdiyindən bazara 

giriş  maneəsi  hesab  etmişdir.  Antiinhisar  fəaliyyəti  haqqında  qanun 

patent-lisenziya inhisarçılığının 5 şərtini müəyyən etmişdir. Bu şərtlər

13

 

müvafiq  əmtəə  bazarında  patent  və  lisenziyalar  üzərində  inhisar 



hüququndan  sui-istifadə  edən  idarəetmə  orqanlarının  və  təsərrüfat 

subyektlərinin  qeyri-qanuni  fəaliyyətini  səciyyələndirir.  Lakin 

qanunda  əqli  mülkiyyət  hüquqları  ilə  bağlı  heç  bir  norma  nəzərdə 

tutulmamışdır.  Əqli  mülkiyyət  hüquqları  mütləq  hüquqlardır  və  öz 

sahibinə  müəyyən  müddət  ərzində  əqli  məhsulu  ilə  bağlı  yalnız  ona 

məxsus  olan  müəyyən  maddi  və  mənəvi  hüquqların  təminini 

şərtləndirir.  Əqli  mülkiyyət  hüquqlarının  yaratdığı  belə  inhisarçı 

xüsusiyyət  nəticəsində  həmin  hüquqlara  sahib  olan  şəxs  hüquqların 

aid olduğu sahə üzrə başqalarının bu hüquqların məzmununu təşkil 

edən  patentdən,  faydalı  modeldən,  sənaye  nümunələrindən  və  ya 

əsərlərdən istifadə etməsini məhdudlaşdıra bilər.  

(c) 


Bazara  girişdə  yüksək  investisiya  -  bazara  giriş  üçün  çox  yüksək 

investisiya xərcinin tələb olunduğu bazarlarda təsərrüfat subyektinin 

hökmran  mövqedə  sayıla  bilməsi  üçün  nisbətən  daha  aşağı  bazar 

payına  (35%-40%  kimi)

14

  sahib  olan,  lakin  mənsub  olduğu  qrup 



11

 Judgment of the Court of 9 November 1983 http://eur-lex.europa.eu/legal-

content/EN/TXT/HTML/?uri=CELEX:61981CJ0322&from=EN (son baxış 24 noyabr 2015)

 

12

 Judgment of the Court of First Instance (Second Chamber) of 6 October 1994 – http://eur-

lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61991TJ0083&from=EN  (son 

baxış 24 noy

. 2015) 


 

13

 Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı, 4 Mart 1993, 



12-ci maddə  “Bu şərtlərə patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya 

verməkdən əsassız imtina etməsi, lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması, 

lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin 

məhdudlaşdırılması, lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması, lisenziya sahibi 

tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsi daxildir”

 

14



 Qocayev, “Qabaqcıl beynəlxalq təcrübə yalnız konkret bazar payını 35% kimi aşağı bir həddi 

hökmranlıq üçün kifayət saymır. Bununla yanaşı bazara daxil olma və ya fəaliyyətin 

genişləndirməsində maneələr, habelə digər əvəzedici məhsullar və ya xidmətlərin yaxınlığının və s. 

müqayisəli təhlilləri də əhatə edilməlidir

 



Dekabr | 2015 

Rəqabət hüququ

– 87 –

baxımından  ciddi  maliyyə  üstünlüyü  olan  təsərrüfat  subyektlərinin 



hökmran mövqedə olduqları qəbul edilə bilər.

15

 



(d) 

İstehsal potensialı - müvafiq bazarda hakim mövqedə olub-olmadığı 

müəyyənləşdirilməyə  çalışılan  təsərrüfat  subyektinin  istehsal 

potensialının  böyüklüyü  bazara  giriş  əldə  etməyə  çalışan  yeni 

subyektlər  üçün  maneə  olub,  bazara  girişdə  çətinlik  törədə  bilər.

16

 

Bununla  bağlı  Avropa  Ədalət  Məhkəməsinin  daha  əvvəl  qeyd 



etdiyimiz  Hoffmann  La  Roche  işində  Roche-in  bütün  dünyadakı 

vitamin  tələbini  təmin  edə  bilən  istehsal  potensialına  sahib  olmasını 

məhkəmə yüksək bazar payına sahib olma, yəni hökmran mövqe kimi 

qəbul etmişdir. 



B.  Hökmran Mövqenin müəyyən edilmə meyarları: 

  “Antiinhisar  fəaliyyəti  haqqında”  Qanun  hökmran  mövqeni  hansı 

meyarlar nəzərə alınmaqla və ya sırf hansı çərçivədə təsərrüfat subyektinin 

bazarda  hökmran  mövqedə  olub-olmamasını  müəyyənləşdirmək  üçün 

norma  nəzərdə  tutmamışdır.  Yalnız  müəyyən  hallara  toxunmaqla  bazarda 

hansı  hərəkət  və  ya  hərəkətlərin  inhisarçılıq  yaradan  fəaliyyət  hesab 

edilməsini göstərmişdir. Beynəlxalq təcrübədə hökmran mövqenin müəyyən 

edilmə  meyarları  vardır  ki,  bu  meyarların  təhlili  təsərrüfat  subyektinin 

müvafiq  bazarda  hökmran  mövqedə  olub-olmamasını  aydınlaşdırmağa 

imkan verir. Belə bir tənzimləmə metodunun Azərbaycan Rəqabət Hüququ 

üçün də müəyyən edilməsi arzuediləndir.   

1. Bazar payı, müstəqillik və iqtisadi güc

  Hökmran  mövqenin  müəyyənləşdirilməsində  əsas  olan  başlıca  meyar 

təsərrüfat subyektinin müvafiq bazardakı payıdır. Hətta bəzi hallarda sadəcə 

“pay” meyarı digər meyarlar nəzərə alınmadan hökmranlığın təyinində əsas 

götürülə  bilir.  Bu  məsələyə  tipik  misal  kimi  müvafiq  bazarda  inhisarçı 

mövqedə fəaliyyət göstərən təsərrüfat subyektlərini göstərmək olar. Avropa 

qanunvericiliyi  inhisarçılıqla  yanaşı  çox  yüksək  bazar  payı  olan  təsərrüfat 

subyektinin, müəyyən edilmiş müddət ərzində davamlı və müstəqil şəkildə 

göstərdiyi fəaliyyəti hökmran mövqedə olma kimi qiymətləndirsə də, yüksək 

payın konkret olaraq nə qədər olmasının ölçüsünü verməmişdir. Lakin bazar 

payı çox aşağı olan təsərrüfat subyektinin digər meyarlar nəzərə alınmadan 

bazardakı 

mövqeyinin 

hökmran 


mövqe 

kimi 


qiymətləndirilməsi 

yolverilməzdir.  

  Ümumilikdə  beynəlxalq  təcrübədə  50%-in  üzərində  olan  bazar  payı 

hökmran  mövqenin  mövcud  olmasını  göstərən  əhəmiyyətli  göstəricidir. 

Bununla  yanaşı  40%-in  üzərində  olan  bazar  payları  da  təhlükəli  sərhəd 

15

 Emine Ulaş, Rekabet Hukukunda Hakim Durum ve Hakim Durumdaki Teşebbüsler, s. 35 



(Yüksek Lisans Tezi. İstanbul, 2007)

 

16



 Yenə orada, ss. 35-36

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 88 –


sayılır.  Avropa  Komissiyası  yuxarıda  adı  çəkilən  Roche  qərarında  müxtəlif 

vitamin  bazarlarındakı  65%  bazar  payını,  Michelin  qərarında  57%  bazar 

payını hökmran mövqe üçün kifayət saymışdır. Virgin-British Airways

17

 ilə 



bağlı  qərarda  isə  British  Airways-in  39,7%  nisbətində  bazar  payı  və  digər 

meyarların təsiri ilə hökmran mövqedə olması qəbul edilmişdir. 

  Hökmran  mövqedə  olub-olmaması  aydınlaşdırılan  subyektin  mütləq 

bazar  payı  ilə  yanaşı,  ən  yaxın  rəqib  və  ya  rəqibləri  ilə  olan  bazar  payları 

arasındakı  fərqə,  yəni  nisbi  bazar  payına  da  diqqət  yetirilməlidir.  Məsələn, 

45% bazar payına sahib bir subyektin hökmran mövqedə olub-olmamasının, 

yəni  müştərilərindən  və  rəqiblərindən  müstəqil  hərəkət  edib-etmədiyi 

aydınlaşdırılarkən bu subyektin ən yaxın iki rəqibinin bazar paylarının 18%, 

10%  olması  vəziyyəti  ilə  35%,  20%  olması  vəziyyətində  gəlinən  nəticələr 

müxtəlifdir.  

  Bazar  payının  hesablanması  zamanı  müvafiq  bazarın  təyin  edilməsi  çox 

vacib  şərtdir.  Mü

vafiq  bazar  özündə  üç  cür  bazar  anlayışını  birləşdirir:

a) mal və ya xidmət bazarı; b) coğrafi bazar; c) mövcud zamandakı bazar.

a. Müvafiq mal bazarı “istehlakçı tərəfindən xüsusiyyətləri, qiymətləri və

istifadə  məqsədləri  əvəzləşdirilə  bilən  məhsullardan  ibarət  bazardır”. 

Müvafiq  mal  bazarı  müəyyənləşdirilərkən  tələbin  və  təklifin  əvəzləşdirilə 

bilməsi şərti əsasdır. Tələbin əvəz olunması dedikdə, müvafiq mal bazarına 

aid  olan  məhsulların  istehlakçılar  tərəfindən  xüsusiyyət,  qiymət  və 

istifadəsində    heç  bir  müxtəlifliyin  olmaması  və  bu  məhsullardan  birinin 

digərinə  dəyişdirilə  bilməsi  başa  düşülür.

18

  Avropa  təcrübəsində  tələb 



əvəzləşdirilməsi  “çarpaz  qiymət  elastikliyi”  ilə  müəyyən  edilir.  Əgər  bir 

məhsulun  qiymətində  meydana  gələn  artımlar  istehlakçıları  əhəmiyyətli 

sayda  digər  məhsullara  yönləndirə  bilirsə  bu  məhsullar  arasında 

əvəzləşdirmənin  mümkün  olduğu  qəbul  edilir  və  qiymət  elastikliyi  yüksək 

olan məhsullar eyni mal bazarına

19

 aid olur. 



  Təklifin əvəzləşdirilməsi tələb əvəzləşdirilməsi qədər effektli sayılmasa da, 

müvafiq mal bazarının müəyyənləşdirilməsində əksər hallarda nəzərə alınır. 

Təklifin  əvəzləşdirilməsi  dedikdə,  hər  hansı  bir  məhsulu  istehsal  edən 

təsərrüfat subyektinin qısa zaman ərzində çətinlik çəkmədən başqa məhsulu 

da istehsal etmə potensialına malik olması başa düşülür. Bu tip məhsulların 

təklif  baxımından  əvəzləşdirilməsi  mümkün  sayılır  və  onlar  da  eyni  mal 

bazarına aid olur. 

  Mal  və  ya  xidmət  bazarında  təsərrüfat  subyektinin  hökmran  mövqeyi 

müəyyən edilərkən bir məsələ də subyektin istehlakçılara təqdim etdiyi mal 

17

 Commission Decision of 14 July 1999 relating to a proceeding under Article 82 of the EC 



Treaty (IV/D-2/34.780, Virgin/British Airways), http://eur-lex.europa.eu/legal-

content/EN/TXT/HTML/?uri=CELEX:32000D0074&from=EN, (

son baxış  25 noy. 2015)

 

18



 Ulaş, s. 42

 

19



 Eyni mal bazarı dedikdə, bu tip məhsulların eynicinsli olması, yəni hər ikisinin eyni bir 

mal bazarına aid olması başa düşülür.

 



Dekabr | 2015 

Rəqabət hüququ

– 89 –

və  ya  xidmətlərdə  seçim  müxtəlifliyinin  təmin  olunmasıdır.    Müvafiq  mal 



bazarında,  məsələn,  “alkoqollu  içkilər  bazarında”  hökmran  mövqedə 

olmayan  inhisarçı  sırf  “şampan  bazarı”  baxımından  hökmran  mövqedə  ola 

bilər.  

b.

Coğrafi  bazar  təsərrüfat  subyektlərinin  bazar  fəaliyyətlərinin

sərhədləridir.  Təsərrüfat  subyektinin  hökmran  mövqedə  olduğunun  isbatı 

üçün  müvafiq  mal  bazarının  coğrafi  sərhədlərinin  müəyyənləşdirilməsi 

vacibdir.  Çünki  coğrafi  aspektdən  hər  hansı  məhdudiyyət  qoyulmadan 

müvafiq  malın  ticarət  sisteminin  bütün  sahələrinə  aid  edilməsi  iqtisadi 

həqiqətlərə  zidd  olduğu  kimi,  Rəqabət  hüqunun  məqsədilə  də  bir  araya 

sığmır. Məsələn, zəruri tələbat malları bazarındakı qiymət ortalaması demək 

olar ki, Azərbaycanın bütün yerlərində eynidir. Lakin qış vaxtı Qubanın ucqar 

kəndlərində  qar  uçqunu  və  digər  fövqəladə  halların  yaratdığı  problemlər 

yolların bağlı qalması və bunun nəticəsində əhalinin zəruri tələbat mallarını 

digər  ərazilərdən  (qonşu  kəndlərdən)  əldə  edə  bilməməsi  həmin  coğrafi 

bazarda təsərrüfat subyektinin hökmran mövqeyini müəyyənləşdirən zaman 

nəzərə alınmalıdır. 

c. Avropa İqtisadi Birliyinin qurucu müqaviləsi olan Roma müqaviləsində

müvafiq bazarın mal və coğrafi meyarı ilə yanaşı zaman (müddət) meyarının 

olduğu  da  qəbul  edilir.  Müvafiq  bazarın  zaman  meyarı  təhlil  edilən  mal 

bazarının  müxtəlif  zaman  kəsiklərində,  rəqabət  hüquq  qaydalarında  ciddi 

fərqliliklər  göstərməsi  halında  əhəmiyyət  kəsb  edir.  Xüsusilə,  fəsil 

dəyişikliyinin  və  fövqəladə  halların  meydana  çıxardığı  fərqli  rəqabət 

qaydaları  bəzi  mal  bazarlarının  həmin  dövrə  uyğun  olaraq  ayrıca 

qiymətləndirilməsinə ehtiyac yarada bilər.  

  Təsərrüfat  subyektinin  iqtisadi  gücü  hökmran  mövqenin  müəyyən 

edilməsində nəzərə alınan faktorlardandır. İqtisadi gücün sərhəddi və onun 

aşılması həddi rəqəm olaraq göstərilə bilmir. Təsərrüfat subyektinin iqtisadi 

gücü onun mənsub olduğu ölkəyə, sektora görə dəyişir.  



2. Daimilik

  Təsərrüfat subyektinin hökmran mövqedə sayıla bilməsi üçün təkcə bazar 

payının  həcmi  deyil,  eyni  zamanda  onun  bazarda  hakimiyyətinin  davamlı 

olması şərti də vacib amildir. Müvəqqəti hakimlik hökmran mövqedə olma 

kimi qiymətləndirilə bilməz. Bir təsərrüfat subyekti tək başına bazara sahib 

olsa da, əgər bu bazara yeni girişlər mümkündürsə, belə müvəqqəti vəziyyət, 

hökmran  mövqedə  olma  kimi  göstərilə  bilməz.  Daimilik  müddətinin  hər 

hansı  konkret  həddi  müəyyən  edilməmişdir.  Hökmran  mövqedə  olma 

müddətinin minimum həddi Avropa İqtisadi Birliyi ölkələrində 5 il müəyyən 

edilmişdir. Müddətlər konkret işin hallarına uyğun olaraq hesablanır. 



3. Rəqabət Ölçüsü

 

Hakim  mövqenin  müəyyən  edilməsində  sadəcə  məlum  təsərrüfat 

subyektinin  deyil

,  eləcə  də  digər  rəqib  firmaların  bazar  payı  və  məlum 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 90 –


subyektin bu firmalarla rəqabət etmək qabiliyyəti nəzərə alınır. Bazar payının 

həcminin  çox  olması  hökmran  mövqe  üçün  kifayət  etmir,  eyni  zamanda 

bazardakı  təsərrüfat  subyektlərinin  öz  aralarındakı  rəqabət  qabiliyyəti 

hökmran mövqenin təyinində əsas götürülür.  

  Rəqabət  qabiliyyəti  mövcud  rəqabət  qabiliyyəti  və  potansial  rəqabət 

qabiliyyəti  olmaqla  iki  cür  təsnifləşdirilir.  Mövcud  rəqabət  qabiliyyəti 

müvafiq  bazarın  müəyyən  edilməsində  nəzərə  alınmır,  sadəcə  hökmran 

mövqenin təyin edilməsində əsas meyar rolunu  oynayır. Potansial rəqabətdə 

əsas əhəmiyyət kəsb edən amil bu rəqabətin reallaşma  ehtimalı və mövcud 

rəqabətə  çevrilməsi  üçün  tələb  olunan  müddətdir.  Potansial  rəqabətin 

reallaşma  ehtimalı  və  reallaşma  müddəti  aydınlaşdırılarkən  hüquqi 

maneələr,  investisiyanın  həcmi,  paylama  və  xidmət  şəbəkəsinin  qurulması, 

marka,  uzun  müddətli  tədarük  müqavilələri,  xammala  çatımlılıq,  qonşu 

bazarlardan  gələn  rəqabət,  digər  coğrafi  bazarlardan  təmin  edilən  idxalat 

kimi hallar nəzərə alınmalıdır. 



II. Sui-istifadə anlayışı və

sui-istifadə hesab edilən hallar 

A. Sui-istifadə anlayışı 

Bazarda  təsərrüfat  subyektinin  hökmran  mövqedə  olması  hüquqa  zidd 

hesab edilmir, lakin bu mövqedən sui-istifadə edərək öz öhdəliklərini pozma, 

bazardakı  mövcud  rəqabət  qaydalarını  aradan  qaldırmağa  çalışma,  habelə 

əhəmiyyətli  dərəcədə  mənfi  yöndə  dəyişdirmə  və  ya  buna  cəhd  etmə 

subyektin hüquqi məsuliyyətini yaradır. 

Hüquqazidd hesab edilən sui-istifadə anlayışı olduqca geniş və mücərrəd 

anlayışdır.  Ümumi  mənada,  sui-istifadə  bir  hərəkətin,  səlahiyyətin  yaxud 

hüququn  dürüstlük  və  əxlaq  qaydalarına  zidd,  başqalarını  istismar  etmək 

şəkilində  və  ya  həmin  səlahiyyətin  yaxud  hüququn  məqsədinə,  təyinatına 

zidd  olaraq  istifadə  edilməsidir.  Rəqabət  hüququ  baxımından  sui-istifadə 

hökmran  mövqedə  olan  təsərrüfat  subyektinin  rəqabəti  məhdudlaşdıran, 

aradan qaldıran və ya onun qarşısının alınmasına yönələn, haqsız qazanc və 

üstünlük  əldə  edilməsinə  səbəb  olan  hərəkətləridir.  Bu  tip  hərəkətlərin 

edilməsi  bazarda  fəaliyyət  göstərən  bütün  təsərrüfat  subyektlərinin  deyil 

yalnız hökmran mövqedə olan təsərrüfat subyektinin məsuliyyətini yaradır. 

Belə  izah  etmək  olar  ki,  hökmran  mövqedən  sui-istifadə  edilməsi  hökmran 

mövqedə  olan  təsərrüfat  subyektinə  məxsus  olub,  yalnız  onun  tərəfindən 

törədilə bilər.  

Səbəbli əlaqə: 

  Hökmran  mövqedən  sui-istifadənin  müəyyən  edilməsində  hökmran 

mövqe  ilə  sui-istifadə  arasında  səbəbli  əlaqə  axtarılır.  Səbəbli  əlaqə 

axtarılarkən diqqət yetirilməli olan məsələ odur ki, səbəbli əlaqənin harada? 

sui-istifadə nəticəsində yaranan mənfi hallarla hökmran mövqe arasında, yoxsa 




Dekabr | 2015

Rəqabət hüququ

– 91 –

təsərrüfat  subyektinin  sui-istifadəyə  yol  açan  davranışı  ilə  hökmran  mövqe 

arasında axtarılmasıdır. 



(a) 

Sui-istifadə  nəticəsində  yaranan  mənfi  hallarla  hökmran  mövqe 

arasında səbəbli əlaqə: 

  Təsərrüfat  subyekti  tərəfindən  öz  hökmran  mövqeyindən  sui-istifadə 

etməklə qiymət manipulyasiyaları

20

 aparılması bazarda həm istehlakçıların, 



həm  də  rəqiblərinin  vəziyyətini  ağırlaşdıraraq  haqsız  rəqabətə  yol  açır. 

Məsələn, əsas bazarda hökmran mövqedə olan təsərrüfat subyektinin digər 

qonşu  bazarlarda  da  mövqe  tutmaq  istəməsi  və  bu  istəyi  reallaşdırmaqdan 

ötrü əsas bazardakı hökmran mövqeyinin yaratdığı iqtisadi gücdən istifadə 

edərək  qonşu  bazarlara  qiymət  manipulyasiyası  etməklə  girməsi  həmin 

bazarlarda olan rəqabət mühitini alt-üst edir. Hökmran mövqe əsas bazarda 

olsa da, qiymət manipulyasiyası qonşu bazarlarda həyata keçirilir və mənfi 

hallara  yol  açır.  Təsərrüfat  subyektlərinin  rəqabət  qaydalarını  pozan  belə 

hərəkətlərinin,  hökmran  mövqe  və  ondan  sui-istifadə  edilməsi  arasında 

səbəbli  əlaqəni  verilən  bu  misalda  aydın  görmək  olur.  Belə  ki,  qiymət 

manipulyasiyasının  edilməsi  digər  bazarda  həyata  keçirilsə  də,  ona  şərait 

yaradan  əsas  bazardakı  hökmran  mövqe  olmuşdur.  Təsərrüfat  subyektinin 

belə  mövqeyi  olmasaydı,  o  zaman  o,  qonşu  bazarlarda  bu  tip 

manipulyasiyalar  həyata  keçirmək  iqtidarında  olmazdı.  Beləliklə,  qiymət 

manipulyasiyası  (sui-istifadə)  və  hökmran  mövqe  arasında  səbəbli  əlaqə 

yaranmış olur.   



(b) 

Təsərrüfat subyektinin sui-istifadəyə yol açan davranışı ilə hökmran 

mövqe arasında səbəbli əlaqə: 

  Təsərrüfat  subyektinin  öz  hökmran  mövqeyindən  istifadə  etməklə 

kontragentə  sərfəli  olmayan  və  ya  müqavilələrin  məzmununa  aid  olmayan 

müqavilə  şərtlərinin  ona  məcburi  qəbul  etdirməsi  zamanı  əlavə  öhdəlik 

müqavilələrinin  bağlanmasını  nümunə  kimi  göstərmək  olar.  Təsərrüfat 

subyekti  hökmran  mövqedə  olmasaydı,  o  bu  müqavilələri  rahatlıqla  öz 

müştərilərinə  imzalada  bilməzdi,  başqa  sözlə  desək,  müştəri  belə 

müqavilədən  imtina  edə  bilərdi.  O  səbəbdən  subyektin  belə  sui-istifadə 

hallarına yol açan hərəkətləri ilə hökmran mövqedə olması arasında səbəbli 

əlaqə vardır.  

B. Sui-istifadə hesab edilən hallar 

  Hökmran  mövqedən  sui-istifadə  edilən  hallar  öz  içərisində  iki  cür 

təsnifləşdirilir.  Bunlara  1)  Rəqabətə  zidd  olan  sui-istifadə  halları  və  2) 



İstismar  şəklində  edilən  sui-istifadə  halları  aiddir.    Belə  təsnifləşdirmənin 

əsasında  duran  məsələ  hökmran  mövqedən  sui-istifadənin  məqsədini 

20

 “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 



 Qanunu,

Maddə 8: “Qiymət manipulyasiyası bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərin



yüksədilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır

.” (4 mart 1993)

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 92 –


aydınlaşdırmaq 

və 


bilavasitə 

kimləri 


hədəf 

olaraq 


seçdiyini 

müəyyənləşdirməkdir.  

  Təcrübədə  hökmran  mövqedən  sui-istifadə  edilməsi  hallarının  həddən 

artıq  geniş  olmağını  nəzərə  alaraq  onlara  bir  neçə  kazus  tipli  nümunə 

göstərməklə kifayətlənirəm.  

1. Qiymət manipulyasiyası:

  Qiymət  manipulyasiyası  hökmran  mövqedə  olan  təsərrüfat  subyektinin 

iqtisadi  gücünə  arxalanaraq  potansial  rəqiblərinin  rəqabət  aparmaq 

qabiliyyətlərinin  aradan  qaldırılması  şəkilində  qiymətləri  azaldaraq  onların 

bazarda  qala  bilməmələrini  təmin  etməsi,  bazardan  çıxardıqdan  sonra  isə 

qiymətləri  yüksəldərək  həmin  dövrdəki  zərərini  kompensasiya  etməsidir. 

Avropa  Komissiyasının  ECS-AKZO

21

  işi  üzrə  çıxardığı  qərarında  kimya 



sənayəsi  nəhəngi  AKZO  öz  bazar  fəaliyyətini  genişləndirmək  istəyən  ECS-

yə  qarşı  tətbiq  etdiyi  qiymət  manipulyasiyasına  görə  cərimə  edilmişdir. 

1979-cu  ilə  qədər  sadəcə  benzoil-peroksid  istehsal  edən  ECS,  polimer 

bazarına  giriş  əldə  etmək  istəyərkən  AKZO  tərəfindən  ona  xəbərdarlıq 

edilmiş,  lakin  ECS  bu  xəbərdarlığa  məhəl  qoymamış,  buna  cavab  olaraq 

AKZO,  benzoil-peroksid  bazarında  qiymətləri  kəskin  surətdə  azaltmışdır. 

Komissiya  AKZO  şirkətinin  bu  hərəkətini  hökmran  mövqedən  sui-istifadə 

kimi qiymətləndirmişdir. 



2. Mal verməkdən/xidmət göstərməkdən imtina:

  Hökmran  mövqedə  olmayan  subyektlərin  müqavilə  azadlığı  prinsipi 

çərçivəsində  istədikləri  vaxt  bazarın  digər  subyektlərinə  mal  verməkdən 

(xidmət göstərməkdən) imtina etmək hüquqları olsa da, hökmran mövqedə 

olan təsərrüfat subyektinin uzun müddət mal verdiyi (xidmət göstərdiyi) hər 

hansı  bir  subyektə  haqlı  səbəb  olmadan  mal  verməkdən  (xidmət 

göstərməkdən)  imtina  etməsi  öz  mövqeyindən  sui-istifadə  kimi 

qiymətləndirilir  və  rəqabətin  pozulmasına  səbəb  olur.  Əgər  hökmran 

mövqedə olan subyektin verəcəyi mal (göstərəcəyi xidmət) müvafiq bazarda 

fəaliyyət  göstərilməsi  üçün  həyati  əhəmiyyət  kəsb  edirsə,  daha  əvvəldən 

ticarət  əlaqələri  olan  subyektlərlə  yanaşı  bazara  yeni  girmək  istəyən 

subyektlərə də mal verməkdən imtina etməsi hökmran mövqedən sui-istifadə 

kimi qiymətləndirilir.  

  Mal və ya xidmət verilməsindən imtina ilə bağlı Avropa Ədalət Divanının 

verdiyi  ilk  qərar  Commercial  Solvents

22

  işi  üzrə  olmuşdur.  Vərəm 



21

 Commission Decision of 14 December 1985 relating to a proceeding under Article 86 of 

the EEC Treaty (IV/30.698 - ECS/AKZO) (Only the Dutch text is authentic) (85/609/EEC)- 

http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:31985D0609&from=EN 

(son baxış 30 

noy. 2015)

 

22

 Judgment of the Court of 6 March 1974. -Istituto Chemioterapico Italiano S.p.A. and 



Commercial Solvents Corporation v Commission of the European Communities - Joined 


Dekabr | 2015 

Rəqabət hüququ

– 93 –

xəstəliklərinin müalicəsində istifadə edilən dərmanın xammaddəsinin təşkil 



edilməsində bazarda hökmran mövqeyə sahib olan Commerical Solvents bu 

dərmanın istehsalçısı olan Zoja adlı subyektə, özünün də bu dərmanı istehsal 

etmək  niyyətinin  olması  səbəbilə,  dərmanın  xammaddəsini  satmaqdan 

imtina  etmişdir.

23

    Ədalət  Divanı  Commercial  Solvents’in  bu  hərəkətini 



dərman  bazarındakı  rəqiblərin  “rəqabət  qabiliyyətini  aradan  qaldıran  hal” 

kimi qiymətləndirmiş və bunu rəqabət qaydalarına zidd saymışdır.   

  Məlumat verməkdən imtina ilə əlaqədar İTT Promedia/Belgacom

24

 işi üzrə 



Avropa  Komissiyasının  vermiş  olduğu  qərarda,  Belçikada  hakim  mövqedə 

olan telekommunikasiya operatorunun, mobil rabitə operator bazarına giriş 

əldə etmək istəyən subyektə məqbul şərtlərin olmasına baxmayaraq, telefon 

xidmətindən  faydalanan  müştərilər  barədə  məlumat  verməkdən  imtina 

etməsi hökmran mövqedən sui-istifadə kimi qiymətləndirilmişdir. 

3. Rəqiblərin istehsal xərclərinin yüksəldilməsi və rəqabətdə

əlverişsiz vəziyyətə gətirmə:

  Rəqabətin  ziddinə  yönələn  sui-istifadə  hallarının  demək  olar  ki,  hamısı 

rəqiblərin  istehsal  xərclərini  yüksəltməklə  onları  rəqabətdə  əlverişsiz 

vəziyyətə  gətirir.  Məsələn,  mal  və  ya  xidmətdən  imtina  zamanı  rəqiblər 

alternativ  tədarük  qaynaqları  axtarmağa  başlayırlar  ki,  bu  da  onları  əlavə 

xərclərlə üz-üzə qoyur. Oxşar şəkildə qiymət manipulyasiyaları da rəqibləri, 

rəqabət  apara  bilmək  üçün  öz  maliyyə  xərclərindən  aşağı  səviyyədə  satış 

aparılması tendensiyası ilə üz-üzə qoyur. Nəticədə hökmran mövqedə olan 

təsərrüfat  subyekti  qədər  iqtisadi  gücə  sahib  olmayan  subyektlər  bazardan 

silinib  gedir,  bazara  girmək  istəyən  potansial  rəqiblər  isə  bazara  girişdə 

maneələrlə qarşılaşır.  

  Rəqiblərin  xərclərinin  yüksəldilməsinə  yönələn  hərəkətlərdən  biri  də 

yüksək  məbləğli  reklam  və  təqdimat  tipli  taktiki  üsullarla  hələ  bazara 

girməmiş  subyektlərin  belə  xərcləri  ödəmək  məcburiyyətində  qoyulması 

halıdır. Hökmran mövqedə olan təsərrüfat subyekti böyük məbləğdə maliyyə 

vəsaiti olması səbəbilə reklam işlərinə külli miqdarda vəsait xərclədiyindən 

hələ bazara giriş əldə etməyən subyektlərin bazarda fəaliyyət göstərə bilməsi 

üçün  onların  da  belə  böyük  maliyyə  həcmli  reklam  işləri  aparmaları  lazım 

gəlir. Qeyd edilən bu hal rəqabət hüquq qaydaları ilə ziddiyyət təşkil edir və 

hökmran mövqenin sui-istifadə edilməsi halı kimi qiymətləndirilir.  

cases 6 and 7-73, http://eur-lex.europa.eu/legal-

content/EN/TXT/HTML/?uri=CELEX:61973CJ0006&from=EN (son baxış 30 noy

. 2015)

 

23



 Ulaş, ss. 81

   -82 


 

24

 Judgment of the Court of First Instance (Fourth Chamber, extended composition) of 17 



July 1998, ITT Promedia NV v Commission of the European Communities , Case T-111/96,  

http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61996TJ0111&from=EN

(son baxış 1 de

k. 2015)


 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 94 –


4. Əlavə öhdəliklərin müəyyən edilməsi:

  Hökmran mövqedəki subyektin bir mal və ya xidmətlə birlikdə digər bir 

mal  və  ya  xidmətin  satılmasını  əlavə  öhdəlik  kimi  irəli  sürməsi  hökmran 

mövqenin  istismar  yönümlü  sui-istifadə  edilməsidir.  Müqavilənin 

qurulmasını,  ticarət  və  işgüzar  qaydalarla  heç  bir  əlaqəsi  olmayan  əlavə 

öhdəliklərə bağlayan şərtlər “qandallama şərtləri”

25

 adlandırılır. Bir-birindən 



ayrıla bilən iki növ mal və ya xidmətin bir müqavilədə əlavə öhdəlik şəkilində 

nəzərdə  tutulması  hökmran  mövqedən  sui-istifadə  edilməsi  kimi 

qiymətləndirilir. Məsələn, hökmran mövqedə olan dondurma istehsalçısının 

malların  bazara  paylanmasını  həyata  keçirən  şəxslə  bağladığı  müqavilədə 

dondurma  ilə  yanaşı  təsərrüfat  subyektinin  emblemini  özündə  əks  etdirən 

soyuducunun  da  bazar  qiymətinə  uyğun  olaraq  alınmasını  tələb  etməsi 

hökmran  mövqedən  sui-istifadə  halı  yaratmasa  da,  dondurma  ilə  birlikdə 

limonad alınması və ya soyuducunun bazar qiymətindən 20 qat daha artıq bir 

qiymətə  satılması  şərti  əlavə  öhdəlik  yaradır  və  hökmran  mövqedən  sui-

istifadə halıdır. 



5. Ayrı-seçkilik:

  Hökmran  mövqedə  olan  təsərrüfat  subyektlərinin  ən  geniş  tətbiq  etdiyi 

sui-istifadə  halı  eyni  səviyyədə  olan  alıcılara  bərabər,  eyni  növ  hüquq  və 

öhdəliklər  üçün  fərqli  şərtlər  irəli  sürərək  birbaşa  və  ya  dolayı  yolla  ayrı-

seçkilik etmələridir. Ayrı-seçkiliyin rəqabət qaydalarının pozulmasına təsiri 

iki cür ola bilər. Birincisi, hökmran təsərrüfat subyektinin, alıcıları özündən 

asılı  vəziyyətə  salaraq  rəqib  subyektlərin  onlara  mal  və  ya  xidmət 

göstərməsinə  maneə  törətməsi  şəkilində,  ikincisi  fərqli  şərtlər  tətbiq  edərək 

alıcılar arasındakı rəqabət mühitini pozması şəklində mövcud ola bilər. 



Nəticə 

Rəqabət  hüququnda  təsərrüfat  subyektinin  hökmran  mövqedən  sui-

istifadə  etməsini  müəyyənləşdirərkən  ən  birinci  təsərrüfat  subyektinin 

varlığını,  ikinci  müvafiq  bazarı  və  müvafiq  coğrafi  bazarı  müəyyən  etmək 

lazımdır.  Daha  sonra  rəqabət  hüququnun  qaydalarının  pozulub-

pozulmadığının  aydınlaşdırılması  üçün  təsərrüfat  subyektinin  müvafiq 

bazarda  hökmran  mövqedə  olub-olmaması  məsələsi  həll  edilməlidir. 

Hökmran  mövqenin  müəyyənləşdirilməsində  başlıca  meyar  təsərrüfat 

subyektinin  rəqiblərindən  və  müştərilərindən  müstəqil  olaraq  müvafiq 

bazardakı  iqtisadi  parametrləri  təyin  etmək  iqtidarında  olub-olmamasıdır. 

Bununla  yanaşı  müvafiq  bazardakı  bazar  payı  (mövcud  qanunvericilik 

baxımından 35% və daha yuxarı) hökmran mövqenin olmasını göstərən əsas 

faktordur.  Xüsusilə,  oliqopoliya  (sadəcə  3-4  təsərrüfat  subyektinin  aktiv 

25

 Ulaş, s. 111 




Dekabr | 2015 

Rəqabət hüququ

– 95 –

olduğu) bazarlarında tək başına olmasa da, birlikdə hökmran mövqenin olub-



olmamasına diqqət yetirilməlidir.

  Hökmran  mövqenin  təyin  edilməsi  hələ  təsərrüfat  subyektinin  hüquqi 

məsuliyyətini  yaratmır.  Belə  məsuliyyətin  yaranması,  onun  bu  mövqedən 

rəqabət  hüququnun  qaydalarının  ziddinə  istifadə  edib-etmədiyi  halının 



aydınlaşdırılmasından sonra mümkündür. 

Yüklə 142,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə