İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
  1   2   3   4   5   6   7   8


İlin doqquz ayı arxada qalır. Bu 

doqquz ayda ölkəmiz uğurla və hərtərəf-

li inkişaf etmişdir. Bütün sahələrdə 

dinamik inkişaf təmin olunmuşdur. 

…Baxmayaraq,  dünya  bazarlarında 

neftin qiyməti hələ də aşağı səviyyədədir, 

bu il biz qarşıya məqsəd qoymuşduq ki, 

valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, 

bizim iqtisadi və siyasi müstəqilliyimizin 

əsas  şərtlərindən  biridir.  Xərclərimizin 

də  artmasına  və  ölkə  qarşısında  duran 

vəzifələrin  də  çoxalmasına  baxmaya-

raq, biz çalışırıq ki, bütün vəzifələri icra 

edək.  Bunu  etmək  üçün  əlbəttə  ki,  ma-

liyyə resursları lazımdır. Valyuta ehtiyat-

larımızdan  qənaətlə  istifadə  etməyimiz, 

eyni  zamanda,  düzgün  investisiya  proq-

ramımızın uğuru, əlbəttə, imkan verib ki, 

biz  valyuta  ehtiyatlarımızı  artıraq.  İlin  9 

ayında  Azərbaycanın  valyuta  ehtiyatları 

artıb, hazırda bu rəqəm 42 milyard dollar 

səviyyəsindədir.  İlin  əvvəlindən  valyuta 

ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bi-

zim siyasətimiz uzunmüddətli siyasətdir. 

Biz  ölkəmizin  gələcəyi,  uzunmüddətli, 

dayanıqlı  inkişaf  haqqında  düşünürük. 

Ona görə bir daha qeyd etmək istəyirəm 

ki,  valyuta  ehtiyatlarımız,  ümumiyyətlə, 

iqtisadi  imkanlarımız  müstəqilliyimizin 

əsas şərtlərindən biridir.

Bu gün biz özümüzü dünya miqyasın-

da müstəqil ölkə kimi təqdim edə bilmi-

şik, müstəqil siyasət aparan ölkə kimi ta-

nınırıq. Əlbəttə ki, bunun təməlində güclü 

siyasi  iradə,  xalq-iqtidar  birliyi,  bir  çox 

başqa  amillər  dayanır.  Onların  arasında 

iqtisadi müstəqillik xüsusi yer tutur. Ona 

görə  4,5  milyard  dollar  həcmində  artan 

valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 

ayın ən uğurlu nəticələrindən biridir.

Doqquz ayda həm Bakıda, həm böl-

gələrdə yeni iş yerlərinin yaradılması pro-

sesi uğurla gedib. Həmin dövrdə 226 min 

yeni iş yeri yaradılıbdır ki, onlardan 171 

mini daimi iş yeridir. Bu da işsizliyin aşa-

ğı  səviyyədə  saxlanmasına  imkan  verir. 

Bu, daimi proses olmalıdır. Çünki bizim 

əhalimiz artır və belə olan halda biz daim 

yeni  iş  yerlərinin  yaradılması  haqqında 

düşünməliyik.

…Bu il beynəlxalq arenada mövqelə-

rimiz  daha  da  möhkəmlənib.  Bizim  xa-

rici  əlaqələrimiz  çoxşaxəlidir.  Biz  bütün 

ölkələrlə  qarşılıqlı  faydalı  və  bərabər-

hüquqlu  münasibətlər  qurmuşuq,  buna 

nail olmuşuq. Bu gün Azərbaycan dünya 

miqyasında çox etibarlı tərəfdaş, ləyaqət-

li ölkə kimi tanınır. Xarici siyasətimiz də 

açıqdır, müstəqildir və bu da dünya birliyi 

tərəfindən böyük rəğbətlə qarşılanır.

…Bu  il  neft-qaz  sektorunda  çox 

əlamətdar  hadisələr  baş  verib.  Xüsusilə, 

neft  sektorunda  “Azəri-Çıraq-Günəşli” 

yatağının  gələcəkdə  işlənilməsi  ilə  bağlı 

yeni  kontrakt  imzalanmışdır.  Kontraktın 

müddəti  2050-ci  ilə  qədər  uzadıldı.  Bu 

kontrakt bizim üçün daha da yaxşı şərtlər-

lə təmin edilmişdir. Baxmayaraq ki, “Əs-

rin kontraktı” da Azərbaycana çox böyük 

faydalar gətirdi. O vaxt üçün mümkün qə-

dər ən gözəl şərtlər təmin edilmişdir. An-

caq  indiki  şərtlər  bizim  üçün  daha  əlve-

rişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas 

mahiyyəti ondan ibarətdir ki, Azərbayca-

nın iştirak payı 11 faizdən 25 faizə qaldı-

rılır. Mənfəət neftinin 75 faizi Azərbaycan 

tərəfinə  veriləcəkdir.  Dövlət  Neft  Şirkəti 

yeni  kontraktın  podratçısı  kimi  iştirak 

edəcək və ölkəmizə xarici neft şirkətləri 

tərəfindən 3,6 milyard dollar bonus ödə-

niləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin 

kontraktı”nın uzadılması, yeni kontraktın 

imzalanması tarixi hadisədir.

Digər  nəhəng  layihə  “Cənub  Qaz 

Dəhlizi”  layihəsidir.  Bu  istiqamətdə  də 

işlər  yaxşı  gedir.  “Şahdəniz-2”  layihəsi-

nin icrası 96 faiz səviyyəsindədir. Cənubi 

Qafqaz  kəməri,  hansı  ki,  qazımızı  Gür-

cüstana qədər çatdırır, 98 faiz səviyyəsin-

də icra edilibdir. TANAP layihəsi 82 faiz, 

TAP layihəsi isə 53 faiz səviyyəsində icra 

edilibdir. Bu rəqəmlər əslində göstərir ki, 

kontraktın uğurlu icrası təmin edilir.

Digər  vacib  olan  sahələrdə  də  yax-

şı  nəticələr  var.  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun tikintisi demək olar ki, başa ça-

tıb. Yaxın  vaxtlarda  bu  yolun  rəsmi  açı-

lışı  nəzərdə  tutulur.  Bu  da  tarixi  layihə-

dir.  Yəni,  Azərbaycanın  iştirak  etdiyi 

və  bir  çox  hallarda  təşəbbüskarı  olduğu 

layihələr qlobal xarakter daşıyır. Onların 

əsas məqsədi və mahiyyəti ondan ibarət-

dir  ki,  bu  layihələr,  bu  kontraktlar  ölkə-

mizi  gücləndirir.  Azərbaycanın  qüdrəti, 

iqtisadi potensialı, siyasi çəkisi, regional 

müstəvidə  rolu  artır  və  bu  kontraktlar 

bizə böyük iqtisadi mənfəət, səmərə verir. 

Təsəvvür  etmək  mümkün  deyil  ki,  əgər 

“Əsrin  kontraktı”  imzalanmasa  idi,  biz 

indi  hansı  vəsaitlə  bütün  bu  abadlıq-qu-

ruculuq işlərini görə bilərdik. Düzdür, bu 

gün  əsas  məqsədimiz  qeyri-neft  sekto-

runun inkişafıdır və biz əsas gücü bu is-

tiqamətə yönəldirik. Ancaq onu da hamı-

mız bilməliyik ki, əgər neft gəlirlərindən 

səmərəli şəkildə istifadə etməsəydik, Neft 

Fondunda böyük vəsaiti yığmasaydıq, in-

frastruktur layihələrinə və digər layihələrə 

yönəltməsəydik, əlbəttə, bizim indiki və-

ziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.

Biz  bütün  bu  işləri  düşünülmüş  şə-

kildə görmüşük, neftdən və qazdan gələn 

gəlirlər  insan  kapitalına  yönəldilib,  inf-

rastruktur layihələrinin icrasına, özəl sek-

torun  inkişafına  istiqamətləndirilib.  Eyni 

zamanda,  bu  layihələr  ölkəmizin  bey-

nəlxalq arenadakı rolunu, çəkisini artırır. 

Bu gün bizim iştirakımız olmadan bu re-

gionda heç bir layihə, hətta heç bir siyasi 

təşəbbüs reallaşa bilməz. Azərbaycan bu 

gün dünya miqyasında özünü güclü döv-

lət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim 

hamımızı  çox  sevindirir.  Növbəti  illərdə 

ölkəmizin qüdrəti daha da artacaq.

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti

(Oktyabrın 9-da Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyevin sədr-

liyi  ilə  Nazirlər  Kabinetinin  2017-ci  ilin 

doqquz  ayının  sosial-iqtisadi  inkişafının 

yekunlarına  və  qarşıda  duran  vəzifələrə 

həsr olunmuş iclasındakı nitqindən) 

Dörd il bundan öncə 

iqtisadiyyatda köklü struktur 

islahatlarının davamı kimi 

mühüm addım atıldı. Bu dəfəki 

addım  gəmiçilik sahəsində 

yerli və beynəlxalq daşımaların 

artırılması, ölkənin rəqabət 

qabiliyyətinin,  tranzit po-

tensialının gücləndirilməsi 

məqsədi daşıyırdı. Konkret 

desək, Prezident cənab İlham 

Əliyevin 22 oktyabr 2013-cü il 

tarixli Sərəncamı ilə mövcud  

iki donanma  – Azərbaycan 

Dövlət Xəzər Dəniz Gəmiçi-

liyi və Azərbaycan Respub-

likası Dövlət Neft Şirkətinin 

Xəzər Dəniz Neft Donanması 

birləşdirilərək yenidən təşkil 

olundu. Yeni yaradılan qurum 

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC adı ilə fəaliy-

yətə başladı.

Ötən dörd il müddətində az 

iş görülmədi.  Strateji inkişaf istiqamətlə-

rinə əsasən  ilk beş ildə həyata keçirilməsi 

planlaşdırılan  bir çox hədəflərə qrafikdən 

əvvəl  müvəffəqiyyətlə nail olundu.



BEYNƏLXALQ SERTİFİKAT

Qazanılan  ən mühüm nailiyyətlərdən 

biri  gəmiçilik fəaliyyəti üzrə beynəlxalq 

sertifikatların  alınması  oldu.  Məhz,  ser-

tifikatların alınması,  ən əsası həmin ser-

tifikatların  tələblərinə  uyğun  fəaliyyətin 

təşkili  məqsədilə  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” 2014-cü ildə bu sahə-

də  beynəlxalq  təcrübəyə  malik  Ameri-

ka  Gəmiçilik  Bürosunu  ölkəmizə  dəvət 

etdi.  Bununla  da  sertifikatların  alınması 

üçün tələb olunan prosedurların Gəmiçi-

likdə  tətbiqinə  başlanıldı.  Personal  üçün 

çoxsaylı təlimlər keçirildi. Büro Gəmiçi-

liyin  fəaliyyətinin  beynəlxalq  idarəetmə 

standartlarına  uyğunluğunun  yoxlanması 

üçün auditlər apardı. 

2016-cı  ilin  yanvarında  Gəmiçiliyə 

beş illik müddətə uyğunluq sertifikatı ve-

rildi.  Bu  da  o  deməkdir  ki, Azərbaycan 

gəmiçiliyi  və  onun  gəmiləri  İSO  -9001 

(keyfiyyətin  idaəedilməsi),  İSO  -14001 

(ekoloji  idarəetmə),  OHSAS  -18001 

(peşə təhlükəsizliyi və əməyin mühafizə-

sinin  idarə edilməsi) və İSO-50001(ener-

ji  səmərəliliyi  menecmenti)  üzrə  önəmli 

sertifikatlara  malikdir.  Bununla  yanaşı,  

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin    tabeliyində  olan  Azərbaycan 

Dövlət Dəniz Akademiyası və Təlim-Təd-

ris Mərkəzi də Amerika Gəmiçilik Büro-

sunun  sertifikatlarına layiq görüldü.



ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ  

UYĞUN FƏALİYYƏT

Bu  gün    “Azərbaycan  Xəzər  Də-

niz  Gəmiçiliyi”  QSC    öncül  beynəlxalq 

şirkətlər arasında xüsusi çəkiyə malikdir.  

Qabaqcıl  texnologiya  və  sistemlərin  tət-

biqi hər zaman ön planda durub. Bunun 

nəticəsidir ki, hazırda AXDG-də korpora-

tiv idarəetmə sistemi uğurla tətbiq olunur. 

Tam  əminliklə  demək  olar  ki,  indi  Gə-

miçilikdə  beynəlxalq  və  geniş  təcrübəyə 

malik güclü komanda çalışır. Həmin ko-

mandanın  böyük  hissəsi  isə    gənclərdən 

ibarətdir.

(Ardı 2-ci səhifədə)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

26  oktyabr  2017-ci il    № 73-76 (9167) 

www.seanews.az

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

“BƏRDƏ”  gƏMİ-BƏRƏSİNİN YENİDƏN 

TRANSXƏZƏR BEYNƏLXALQ NƏQLİYYAT 

MARŞRUTUNDA İSTİSMARINA START VERİLİB

gƏMİçİLİKDƏ “TƏhLüKƏSİZLİK 

güNü” KEçİRİLİB

"Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi" 

QSC-də "Təhlükəsizlik 

günü" keçirilib.

Tədbirdə keçən rüb 

yazılmış “Müşahidə kart-

ları”nın nəticələri əsas 

müzakirə mövzusu olub. 

KURIK LİMANINDAN BAKI LİMANINA 

göNDƏRİLƏN YüKüN hƏcMİ BİR 

MİLYoN ToNA çATDIRILIB

Həqiqətən də dənizçi 

olmaq asan deyil. Duma-

nı var, fırtınası var, həsrə-

ti var... Hər kəs bacarmır 

bu işi. Dənizi sevməyənlər 

ümumiyyətlə bacarmır, 

bacarmazlar da...

Elə müsahibim - 

Azərbaycan Xəzər Dəniz 

gəmiçiliyinin qabaqcıl 

kapitanlarından olan 

Şakir Dadaşov da bu 

qənaətdədir. hesab edir ki, dənizi 

sevmək başlıca şərtdir. 

İTALİYADA AZƏRBAYcANIN  İPƏK  YoLUNUN 

BƏRPASINA  VERDİYİ  TöhFƏLƏRDƏN  DANIŞILIB

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-

nin Nəqliyyat donanma-

sına  məxsus “Bərdə” 

gəmi-bərəsinin  təmiri 

yekunlaşıb. Gəmi sınaq 

üzüşündən uğurla çıxıb.  

Gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexa-

nizmləri, müxtəlif təyinatlı nasoslar

köməkçi və baş  mühərriklər əsaslı 

təmir olunub. Bəzi detallar yeniləri 

ilə əvəzlənib. 



21-22 oktyabrda Sərhədçi Olim-

piya İdman Kompleksində  Azər-

baycan Kikboksinq Federasiyası və 

Bakı Şəhəri Gənclər və İdman Baş 

İdarəsinin təşkilatçılığı ilə Kikbok-

sinq üzrə Açıq Bakı Çempionatı 

keçirilib. 

Roma şəhərində 

Türk Mədəniyyət 

Mərkəzi - Yunus 

Əmrə İnstitutunun 

İtaliya təmsilçiliyi, 

“Fondazione Ugo 

Spirito e Renzo De 

Felice” Fondu və 

“Eurosis Consulting” şirkətinin birgə 

təşkilatçılığı ilə “Yeni İpək yolu: İqti-

sadi və mədəni şəbəkənin qurulması” 

mövzusunda konfrans keçirilib.

Qazaxıstanın Kurık 

limanından Bakı Bey-

nəlxalq Dəniz Ticarət 

Limanına göndərilən 

yüklərin həcmi bir mil-

yon tona çatdırılıb.

Səh. 3

Səh. 6

“KAPİTANLIQ FƏTh ETMƏK 

İSTƏDİYİM ƏN UcA ZİRVƏ İDİ”

Səh. 8

Səh. 4

Səh. 5

Səh. 2

DƏNİZçİ XANIM KİKBoKSİNQ 

üZRƏ çEMPİoN oLDU

YENİ ZİRVƏLƏRƏ DoĞRU

“AZƏRBAYcAN XƏZƏR DƏNİZ gƏMİçİLİYİ” 

QSc-NİN YARANMASINDAN DöRD İL öTüR


Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə