58
İlkin Əsgər
raykom-rayon komitəsi, partkom-partiya komitəsi, zavkom-zavod
komitəsi. Müasir Azərbaycan dilində tədricən şəkilçiləş-
məyə doğru gedir
. Təmizkom, sinifkom, bazarkom kimi
sözlərdə rast gəlirik.
-əri. Həm sifət, həm də zərf düzəldən qeyri-məhsuldar
omonim şəkilçidir. Məsələn
: içəri, köçəri, ötəri, gedəri və s.
Qız içəri girdi.(İ.Şıxlı)
-ra. Bu şəkilçi dilimizdə əsasən yer, məkan, qismən də
işarə mənalı leksik vahidlər əmələ gətirir. Məsələn:
ora,
bura.
Bu şəkilçi haqqında dilçilikdə müxtəlif meyarlar əsa-
sında tədqiqatlar aparılmış, mülahizələr söylənmişdir
. –ra
şəkilçisi vasitəsilə əmələ gəlmiş
ora, bura kimi sözlər də
gah isim, gah əvəzlik, gah da ki yer zərfi kimi tədqiq olun-
muşdur. Şəkilçi haqqında professorlardan H.Mirzəzadə,
M.Hüseynzadə, Y.Seyidov, F.Cəlilov, Q.Kazımov, Ə.Tanrı-
verdi, Ə.Rəcəbli kimi dilçi alimlər elmi fikirlər söyləmişlər.
Prof.Ə.Tanrıverdi
“Azərbaycan dilinin tarixi qrammatikası”
kitabında Y.Seyidovdan sitat gətirərək yazır:
“Ora, bura yer
bildirir və həm də yer bildirən isimlərdən fərqli olaraq, konkret
yer adı deyil, ümumən, mücərrəd mənada yer bildirir...ora, bura
sözlərində isə işarə etmə güclü amildir. Üstəlik bu sözlər
əvəzetmə roluna malikdir...belə hesab edirik ki,
ora, bura
sözləri
zərf deyil, əvəzlikdir.”
(35.,324)
F.Cəlilov isə şəkilçinin yaranmasını
“ara” və
“yerə” söz-
lərinin transformasiyası kontekstində izah etmişdir. Bu şə-
kilçi müasir dilimizdə zəif, yaxud da daşlaşmış formada
işlənsə də, dilin tarinin ilkin mərhələlərində daha işlək və
məhsuldar olmuşdur. Hətta qədim türk yazısı abidələrinin
dilində də bu şəkilçi vasitəsilə düzəlmiş
“içrə, asra, kisrə,
önrə, taşra” kimi düzəltmə zərflərə rast gəlmək mümkün-
dür.(bax: 36.,613)
59
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Prof. Q.Kazımov isə
ora, bura sözlərindəki
–ra şəkilçi-
sini tarixən işlənmiş yönlük hal şəkilçisi kontekstində izah
edərək, linqvistik təhlil müstəvisinə gətirir. Professor bu
münasibətlə yazır:
“Qeyd olunan şəkilçilər (-ru,-qaru,-ra,-rə
şəkilçisi nəzrdə tutulur –İ.Ə) tarixən istiqamət halının şəkil-
çiləri olduğundan istiqamət mənası həmin sözlərdə qalmışdır, ona
görə də çox vaxt bu sözlərə yönlük halın şəkilçisini əlavə etmək
lazım gəlmir. Bu cür sözləri həm yönlük halın şəkilçisi ilə, həm
də şəkilçisiz işlədə bilirik...Ora, bura, içəri sözlərinin düzəltmə
söz olduğunu qeyd etmək olar. Bunlar o, bu, iç sözlərinə -ra,-ə-
ri(-qaru) şəkilçilərinin artırılması ilə əvəzlik və isimlərdən ya-
ranmış sözlərdir”.(48.,327-328)
Şəkilçi
hara, sonra sözlərinin tərkibində daşlaşmışdır
-ərgi. Şəkilçi qeyri-məhsuldar olub
, ötərgi, keçərgi sözlə-
rinin tərkibində işlənir.
-t. İsimdən isim düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir. Məsələn:
Növbət, urvat və s. Süfrəmiz
urvatsız,
duzsuz olmasın.(V.Dumanoğlu)
-t şəkilçisi qeyri-məhsuldar olsa da, dilin tarixinin ilkin
mərhələlərindən üzü bəri dilimizdə işlənmişdir. Bu şəkil-
çi vasitəsilə əmələ gəlmiş
“növbət” sözünə həm erkən orta
əsrlərə, həm də XIX-XX əsrlərə aid bədii mətnlərdə rast gə-
linir. “Kitabi-Dədə Qorqud dastanları”nda - “Basat Dəpə
gözi öldürdügi boyı bəyan edər, xanım, hey” adlı səkkizin-
ci boyda da bir neçə dəfə işlənmişdir. Məsələn:
Gerü növbət
dolanıb, aŋa gəlmişdi...İki oğlancığım vardı. Birin verdim, biri
qaldı. Çevrildi, növbət gerü-maŋa gəldi.
Növbət sözü müasir Azərbaycan ədəbi dilində də işlənir.
Lakin Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini
tapmamışdır. Bu sözün varlığını dilimizin fəal lüğət fon-