İLLİ KÜLTÜRÜ İslam türk döVRÜNDƏ TÜrk küLTÜRÜ(*)



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix15.03.2018
ölçüsü0,83 Mb.
#31563
  1   2   3   4   5   6   7   8   9   ...   34


TÜRK M

İLLİ KÜLTÜRÜ

 

 



 

 

 

İSLAM - TÜRK DÖVRÜNDƏ TÜRK KÜLTÜRÜ(*) 

 

 



Türk  tarixinin  bu  s

əfhəsində  qurulan siyasi  təşəkküllər artıq  tam  bir 

"boz

qır eli" sayılmaz. Sosial durum, iqtisadi həyat, idari və hərbi yönlərdən ol-



duğu kimi, dil, ədəbiyat, sənət etibarilə də türklər yeni bölgə və kültür şərtləri-

nin g


ərəklərinə uymuşlar, dolayısıyla əskisindən olduqca fərqli bir hüviyyətə bü-

rünmü


şlər. Bu şərtlərdən biri islamiyyətin dünyəvi fəaliyyəti nizamlayan kitablı 

bir din olmas

ı, digəri də yerli xalqın islami əqidə və müəssisələrlə birlikdə əski 

İran (sasani) gələnəklərindən bir qismini yaşatmaqda davam etməsidir. Türklər 

yuxar

ıda dəfələrcə qeyd edildiyi kimi, davranışlarını çevrənin siyasi, sosial və 



kültür

əl durumuna görə nizamlamaqda mahir olduqlarından idarə etdikləri böl-

g

ələrdə müsləman kütlələrin alışmış olduğu gələnək və quruluşlara müdaxilə et-



m

əmişlər. Bu münvalla sosial təbəqələşmənin davamı, xalq dili olan farsca ilə 

Quran dili olan 

ərəbcənin danışma və yazışmada, ədəbiyatda, dini və elmi əsər-

l

ərdə işlədilməsi, türk idarəçilər tərəfindən islami adlar, ünvan və ləqəblər götü-



rülməsi, mövcud hökumət təşkilatının qorunması, dövləti qoruma xidmətinə yerli 

ünsürlərin cəlb edilməsi, islami inanc və idealların dövlətdə üstün mənəvi güc du-

rumuna yüks

əlməsi bu türk siyasi təşəkküllərinin özəllikləri olmuşdur. 

F

əqət  bu  türk  dövlətləri  tam bir "islam dövləti" də  deyildir. Aradakı 



f

ərqlər təməldə  və  özdə  olduğu  üçün  mühümdür.  Türk-islam dövlətinin islam 

_______________ 

(*) 


Burada XIV 

əsrə qədər olan islam-türk dövlət və topluluqlarındakı türk kültürünün is-

lam  çevr

əsində  göstərdiyi  inkişafa  qısaca təmas edilmişdir.  Ancaq  türk  aydınlarının  ol-

duqca y

axşı  bildiyi  və  ehtiyac  halında  "İslam  Ensiklopediyası"ndan  və  digər  türkcə 



n

əşrlərdən  çox  geniş  bilgi  almaq  mümkün olduğu  üçün bu  dövr haqqındakı  tarixi  mə-

lumat t

əkrarlanmamış, sadəcə bəzi mühüm yeni biblioqrafiya verilmişdir. Buradakı açıqla-



malar

ımıza dayanılaraq XIV əsrdən sonrakı  türk-islam siyasi  quruluş  və  topluluqlarında 

davam ed

ən milli kültürün sosial, hərbi, iqtisadi, dini, hüquqi yanları ilə asanlıqla təsbit 

edil

ə biləcəyi qənaətindəyik. 



 

386 



TÜRK M

İLLİ KÜLTÜRÜ

 

dövl



ətindən ayrıldığı nöqtələr özəlliklə hökmranlıq anlayışı, dövlətdə hərbi xa-

rakter, dini davran

ış, torpaq rejimi və sosial haqlarda özünü göstərir. O halda bu 

türk dövl

ətləri islam dininin hakim olduğu ölkələrdə mövcud "kültür çevrəsi" 

d

əyərləri ilə bozqır türk siyasi, sosial, hüquqi örf və gələnəklərinin bir-biri ilə 



q

aynaşdığı, öxünəməxsus xarakterə sahib olduğu təşəkküllərdir. 

Bu q

aynaşma əslində çox da asan olmamış, uzun bir keçid mərhələsini 



g

ərəkdirmişdir. Türklərin tək-tək və ya kiçik ailələr halında xilafət xidmətinə 

girm

ələri bir yana buraxılsa, ilk islam-türk siyasi quruluşu olan qaraxanilər za-



man

ı bu keçidin dövlət səviyyəsindəki dövrəsini təşkil edir. Gerçəkdən də Orta 

Asiyada 

xalqı yüzdə-yüzə yaxın türk əsilli bir sahədə qurulduğu üçün siyasi

ictimai 

və hüquqi yöndən türk olan bu dövlət dini baxımdan islamiyyəti təmsil 

etm

əklə türk-islam cəmiyyəti tipinə doğru körpü vəzifəsini yerinə yetirmiş olur-



du. 

İnkişaf səlcuqlularla tamamlandı. Öncəki qəznəvi dövlətində bu nəticə alı-

na bilm

əzdi, çünki yabançı etnik kütlə üzərində ancaq incə bir təbəqə meyda-



na g

ətirən və islam dünyasının kənarında fəaliyyətə keçən qəznəvi idarəçiləri-

nin bir yandan yerli 

ünsürə dayanmaq məcburiyyəti, digər tərəfdən siyasətlə-

rinin daha çox d

ışa (Hindistana) dönük olması onları belə bir imkandan məh-

rum buraxm

ışdı. Halbuki səlcuqlu dövləti müsəlman ölkələrin ortasında qurul-

muş və bütün siyasi, iqtisadi, dini icraatı doğrudan-doğruya bu məmləkətlərin 

m

əsələlərinə, türk və yerli müsəlman xalqın arzu və ehtiyaclarının təmin edil-



məsinə yönəlmişdi. Beləliklə, bu qaynaşmanı gerçəkləşdirmək surətilə türk-is-

lam 


dövlət və cəmiyyətini meydana gətirməyi bacaran Böyük Səlcuqlu impe-

riyası


1

 sonrak


ı min illık tarixə damğasını vuran bir böyük çağ vəsfini daşımaq-

dad


ır. 

 

 



 

 

 



 

 

 



 

1

  Bu q



aynaşmanı XI əsrin ikinci yarısından etibarən toplum həyatının hər səfhəsində: döv-

l

ət anlayışı, təşkilatı, dil (bax: DLT), iqtisadi fəaliyyət və s. görmək mümkündür. 



387 

                                                 




TÜRK M

İLLİ KÜLTÜRÜ

 

 



 

 

 



1.HÖKMRANLIQ 

 

 



a.Ü m u m i   v 

ə z i y y ə t 

 

Qaraxani 

dövlətində "arslan xan" ünvanlı "böyük xaqan" ölkənin şər-

qini, onun yüks

ək hakimiyyəti altında "buğra xan" ünvanlı digər bir xan da qər-

bi idar


ə edirdi. Buğra xan tamğaç (tafğaç, tabğaç) xan ünvanını daşıyırdı. Son-

ra "ilig (elig) " 

və "təgin" deyə anılan şahzadələr gəlirdi. Sonuncular arasında yı-

nal-t


əgin, yığan-təgin kimi qədəmələr vardı. Təginlikdən eligliyə, sonra buğra 

xan


lığa  və  nəhayət arslan xanlığa  yüksəlmək  surətilə  məmləkəti  idarə  edən 

xan


ədan  üzvləri  bölgələrinin mərkəzlərində  (Balasağun, Özkənd, Kaşğar, 

Say


ram, İlak, Buxara və s.) hərbi qüvvə saxlayır və mərkəzi hökumətin izni 

il

ə  öz  adlarına pul  kəsdirirdilər.  Paytaxtda  xaqanlara vəkalət edənlər  ərkin



sağun kimi ünvanlar alırdılar. Kaşğarinin verdiyi bilgiyə görə

2

,  b



aşında xalq 

aras


ından yetişmiş  vəzirlərə  verilən  "yuğruş"  ünvanlı

3

 bir  zat



ın  durduğu  bir 

döv


lət  məclisi  vardı.  Bu  heyət  ilə  xaqan arasındakı  irtibatı  tayanğu

4

 



təmin 

edir, m


əmləkət içi və dışı yazılı münasibətlər bitigçi tərəfindən, maliyyə işləri 

ağıçı  tərəfindən düzənlənirdi.  Hətta  əski  "ügə"  ünvanı  belə  davam  etməkdə 

idi

5

.  Xatun  da  xaqan 



qədər söz sahibi  idi

6

.  Görünür ki,  qaraxani 



dövlətində 

idar


ə  bozqır  elinin davamı  mahiyyətində  idi. Yalnız təşkilatın  üst  qədəmələ-

rind


ə  əski  xaqan  yerinə  arslan  xan,  yabğu yerinə  buğra  xan,  şad  yerinə  ilig 

(yilig, elig) xan kimi 

bəzi istilah dəyişikliyi olmuşdu. İslami baxımdan görünən 

2

 DLT, III, s. 41. 



3

 

Bax: M.F. Köprülü, Eski Türk Unvanlarına Âit Notlar, THİT Mec. II, s. 25-28, Alman-



cası, KCsA Suppl., 1939, s. 327-344. 

4

 



Hâcib,  ulu  hâcib,  bax:  İ.  Kafesoğlu,  Harezmşahlar  Devleti  Tarihi,  s.  158,  qeyd  99;  G. 

Clauson, Turkish, s. 570a. 

5

 Bax: Abû'l Fazl Bayhakî, Târih-



i Bayhakî, neşr. Ganî-Fayyâz, Tahran, 1324. s. 496; G. 

Doerfer, Die Türkische und..., I, s. 157. 

6

 Bax: KB, beyt, 109; Nizâmül-mülk, Siyâset-



nâme, neşr. M. A. Köymen, Ankara 1976,  s. 

164 v


ə ardı. 

388 


                                                 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə