İLLİ KÜLTÜRÜ İslam türk döVRÜNDƏ TÜrk küLTÜRÜ(*)



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix15.03.2018
ölçüsü0,83 Mb.
#31563
1   2   3   4   5   6   7   8   9   ...   34

TÜRK M

İLLİ KÜLTÜRÜ

 

üçün, 



dövlət  üçün) düsturu arasında  müvazinət  qurulmaq  surətilə  yeni  bir 

şüncə tərkibi ("dinü dövlət, mülkü millət") meydana gəlmişdir ki, bu, bilin-



diyi 

üzrə, fütuhatı xristian dünyasına dönük son Osmanlı imperatorluğunda 

öz inkişafının zirvəsinə çatmıştır. 

ç. Ö l k 

ə n i n  “t ə q s i m i"  m ə s ə l ə s i 

 

İslam-türk dövlətlərində bir bölgənin idarəsini alan xanədan üzvləri 



"m

əlik" adlandrılırdı. Bunlar imperiya paytaxtındakına bənzər bir hökumət 

q

uruluşuna, dolayısıyla ayrı "vəzir"lərə, ayrı hərbi qüvvələrə sahib olmaqla, 



xəlifə, sultan və öz adlarına xütbə oxutmaqla, "növbət" çaldırmaqla və izin 

alaraq  pul 

kəsdirməklə bərabər, mərkəzdəki sultan tərəfindən təmsil edilən 

yüks


ək iqtidarı tanıyır, savaşlarını və siyasi təmaslarını imperiya tərəfindən 

düz


ənlənən ana siyasət çərçəvəsində yürüdürdülər. Başqa cür hərəkət edən-

l

ər təqib edilirdi. Məliklər dəyişdikcə və ya bölgələrində daralma və ya ge-



ni

şləmə olduqca vəzifə, yetki və sahələrinə aid fərmanların sultan tərəfindən 

yenil

ənməsi  lazımdı. Vəliəhdlik müəssisəsi  bozqır  dövründən  bəri  (atadan 



oğula, oğul yaramırsa qardaşa) davam etməklə birlikdə xanədan mənsubları 

ail


ədən intiqal edən qutun özlərində də mövcud olduğu ("xarizmatik vəra-

s

ət", bax: yux. III fəsil, Vəliəhd) düşüncəsi ilə  yüksək iqtidarı almaq qey-



r

ətinə girişirdilər ki, hüzursuzluqlara yol açan bu mücadilələr sonunda taxta 

fel

ən sahib olanın gerçək "qut" ilə təchiz edilmiş olduğu inancı ilə onun ət-



raf

ında toplanırdılar.  Beləliklə,  gerçəkləşmiş  bir düzənə  qarşı  dirənənlər 

"asi" say

ılaraq  təqibinə  çalışılırdı. Bu etibarla qaraxanilərdə,  səlcuqlularda 

və xarəzmşahlarda sıx görünən taxt qovğalarının mexanizmi  yanlış anlaşıl-

mamal


ı və istiqrarlı dövlət nizamının qurulduğu zamanlarda müxtəlif bölgə-

l

ərin başında bulunan xanədan üzvləri yüksək iqtidara bağlı məliklər olaraq, 



imperiyan

ın idarəsində və fütuhatda ortaq məsuliyyət daşıyan idarəçilər sa-

y

ılmalıdır. Necə  ki  Sultan Mətikşahın  vəfatı  (1092)  ilə  mərkəzdə  iqtidar 



boşluğu  hasil  oluncaya  qədər  imparatorluqda  hökmranlıq  zədələnməmiş, 

döv


lət  bütünlüyü  pozulmamışdır.  Hətta  bir nəsil sonra belə  Sultan Səncər 

(1119-1157) Anadolu  

səlcuqlu hökumətini hüquqən özünə bağlı düşünmüş

31



dani

şmənd bəyi Qazinin "məlik" ünvanını təsdiq etmiş

32

 və məsələn, Anadolu  



səlcuqlu sultanı II Qılıc Arslan 1185-ci ildə ölkəsini 11 oğlu arasında güya "bö-

31

 



Bax: M. A. Köymen, Büyük Selçuklu İmparatorluğu, II, 1954, s. 402. 

32

 



Bax: İA, mad. Danişmendliler. 

397 


                                                 


TÜRK M

İLLİ KÜLTÜRÜ

 



şdürdüyü" halda Anadolu 11 dövlətə ayrılmamışdır. Ancaq eynən bozqır elin-

d

ə olduğu kimi, mərkəzi iqtidar ortadan qalxdığı və ya istiqlalını itirdiyi zaman-



larda parçalanma görünm

əkdədir. İslam dünyasında 4 səlcuqlu dövləti, Şərqi 

Anadolu türkm

ən bəylikləri və atabəyliklər mərkəzi iqtidar zəifləyib çökdüyü 

üçün  meydana  g

əlmişlər,  sonrakı  Anadolu bəylikləri  də  Anadolu    səlcuqlu 

döv

lətinin monqol təhəkkümü altına düşməsi nəticəsində bu istilaçıları uzun 



müdd

ət tanımağa razı olmayan uc türkmənləri tərəfindən inkişaf etdirilmişlər; 

eynən 630-cu ildə Çin hakimiyyətinə girən göytürk dövləti içində özbaşlarına 

dövl


ətlər  qurmağa  girişən  uyğurlar,  xəzərlər,  oğuzlar,  qarluqlar,  türgişlər  və 

bul


ğarlar kimi. Yalnız Hindistanda və Misirdə durum bir az fərqli görünür. 

Dehli  sultanl

ığında  (1206-1413)  idarə  başına  bir-biri  ardınca bir  neçə  ailə 

g

əlmiş, Misir dövlətində (1250-1382) də qabiliyyətli şəxsiyyətlər ordunun təs- 



vibi il

ə sultanlığa yüksəlmiş və ancaq Kalavundan sonra davamlı bir xanədan 

qurula  bil

mişdir. Bunlar hər  halda  birinin  Türküstandan,  digərinin  qıpçaq 

bozqırlarından davamlı olaraq gələn qüvvələrlə bəslənməsinin nəticəsində döv-

lətdə yeni-yeni güclərin meydana çıxmış olması ilə açıqlana bilər. Necə ki tülu-

ni

lər  (875-905) və ağşidilər (935-969) belə bir ikmal dəstəyindən məhrum ol-



duqlar

ı üçün ömürləri qısa sürmüş, buna qarşılıq  səlcuqluların ilk dövrlərində 

çox

saylı türkmən kütlələrinin qərbə axışı



33

 burada  türk dövlətinin istiqrarını 

təmin  etmiş, Anadolunun sürətlə  türkləşməsini  mümkün  qılmış,  lakin  Orta 

Asiyada Teymur iqtidar

ının qurduğu baraj üzündən ikmalsız qalan Dehli sul-

tanl


ığında hakimiyyət yabançılara keçmişdir. Misirdə isə getdikcə azlıqda qalan 

türk ünsürün

ə qarşılıq bilxassə çərkəzlərin çoxalması iqtidarın dəyişməsi nə-

ticəsini doğurmuşdir. 

 

 

 



 

 

 

 



 

 

33



 

Yalnız Anadoluya 550-600 min civarında, bax: M. H. Yınanç, Anadolu'nun Fethi, 1944, 

s. 174 v

ə ardı. 


 

398 


                                                 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə