Имам ҹӘФӘр садиг әЛЕЈҺиссәламын һӘЈаты


Nə üçün İmam Sadiq (ə) Abbasilərin başçılarının təklifini rədd etdi?



Yüklə 1,97 Mb.
səhifə8/14
tarix05.10.2017
ölçüsü1,97 Mb.
#3335
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Nə üçün İmam Sadiq (ə) Abbasilərin başçılarının təklifini rədd etdi?


Deyilənlərə diqqət yetirərkən ilk baxışda İmam Sadiq əleyhissəlamın Əbu Müslim və Əbu Sələmənin təklifləri qarşısındakı mövqeyi bir az anlaşılmazlıq yaradır. Ancaq bu məsələyə bir az diqqətlə yanaşdıqda, İmam əleyhissəlamın belə bir mövqedə durmasının səbəbi çox aydın şəkildə məlum olur. İmam Sadiq (əleyhissəlam) çox yaxşı bilirdi ki qiyam başçılarının hakimiyyətə gəlməkdən başqa bir fikri yoxdur. Əhli-beytin tərəfdarlığı şüarını irəli sürmələri isə müxtəlif kütlələri özlərinə tərəf cəlb etməkdən ötrüdür.

Tarixi rəvayətlər sübut edir ki Xorasan qoşunu Kufəyə gəldikdən sonra Əbu Sələmeyi Xəllal siyasi işləri öz əlinə alıb ətrafındakı siyasi və nizami təşkilatları genişləndirməyə başladı. O istəyirdi ki Əli əleyhissəlamın nəslindən bir nəfər xəlifə seçilməklə dövlətin əsas qüdrətini özü ələ alıb son qərarı özü çıxartsın xəlifənin ancaq adı olub zahirdə görünsün.45

İmam Sadiq (əleyhissəlam) bilirdi ki Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan tanınmış bir nəfər rəhbər təyin etməklə öz məqsədlərinə çatmaq fikrindədirlər. İmam (əleyhissəlam) bilirdi ki onlar onu İmam kimi tanımır. Əgər onu İmam kimi tanısaydılar onda eyniməzmunlu məktubu Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan üç nəfərə niyə yazırdılar?

İmam Sadiq (əleyhissəlam) son dərəcə qətiyyətlə bilirdi ki qiyamın əsas təşkilatçıları Abbasilərdir onların da hakimiyyətə gəlməkdən başqa bir məqsədləri yoxdur. Əbu Müslim və Əbu Sələmə kimilər isə yalnız bir vasitədirlər. İmam Sadiq (əleyhissəlam) bilirdi ki Abbasilər daha onlara lazım olmayan və yaxud da, onlara mane olan şəxsləri tezliklə aradan götürəcəklər. Elə belə də oldu. Əbu Müslim Əbu Sələmə Süleyman ibn Kəsir və tezliklə başqaları aradan götürüldülər. İmam (əleyhissəlam) qətiyyətlə bilirdi ki Əbu Müslim və Əbu Sələmə kimilər aldadılmışlardır və onlar heç də İslam və Əhli-beyt yolunda deyillər. Buna görə də, onlarla həmkarlıq etməyə və onların gördüyü işlərə şəri bəraət verməyə razı olmurdu. Çünki qiyam başçıları onun məktəbinin şagirdləri deyildilər. Onlar intiqam hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda çox ifrata varmış və elə işlər görmüşdülər ki özünü müsəlman bilən şəxs onların gördüyü bu işləri əsla təsdiqləyə bilməzdi.


İbrahimin Əbu Müslimə söylədiyi dəhşətli vəsiyyətlər


Tarixə nəzər saldıqda Abbasilər qiyamının əvvəllərində İbrahimin Əbu Müslim Xorasaniyə yazdığı vəsiyyətin mətninə rast gəlirik.

Əmiri-Ali-Məhəmməd46 (səlləllahu əleyhi və alih) ləqəbi almış tanınmış qəhrəman Əbu Müslim Xorasani Məkkəyə səfəri zamanı İbrahimlə görüşdü. İbrahim öz vəsiyyətlərini ona deyib sonralar Abbasilərin simvolu olmuş qara bir bayrağı da ona verərək onu Xorasanda qiyam qaldırmaq üçün göndərdi. Bu vəsiyyət İbrahim Əbu Müslim və sair qiyam başçılarının əsl simasını açıb söylədiyi üçün onu olduğu kimi burada qeyd edirik.

İbrahim bu fərmanın (vəsiyyətin) əvvəlində Əbu Müslimi - bu təcrübəsiz cavanı daha çox aldatmaq üçün deyir: “Sən bizim ailəmizdən olan bir şəxssən. Sənə nə deyirəmsə ona əməl et... (Bizə qarşı vəfalı olmaqda) kimdən şübhələnsən onu qətlə yetir əgər bacarsan, Xorasanda bir nəfər də olsun belə ərəb qoyma (Xorasanda olan bütün ərəbləri öldür.) Hətta beş qarış boyunda bir uşaqdan da şübhələnsən öldür.”47

Beləliklə, İbrahim öz vəsiyyətində Əbu-Müslimə açıq-aşkar qətl fərmanı verir.

Muqrizi deyir: “Əgər İbrahim Əbu-Müslimi qeyri-müsəlman bir vilayətin əhalisini İslama dəvət etmək üçün göndərsəydi bu cür bir hökm verməsi əsla caiz olmazdı. Halbuki, o Əbu-Müslimi müsəlman vilayətinə göndərib ona belə bir qırğın əmri verdi.”48

Əbu Müslimin cinayətləri


Çox təəssüflə qeyd etməliyik ki Əbu Müslim verilmiş bu əmrə son dərəcə xırdalıqlara qədər əməl edib onu həyata keçirtdi. Hətta iş o yerə çatdı ki o Yafeinin dediyinə görə öz dövrünün Həccacına çevrilib Abbasilərin hakimiyyətinin möhkəmlənməsi uğrunda saysız-hesabsız adamlar qırdı.49

Tarixçilər yazırlar: “Əbu Müslimin öz hakimiyyəti dövründə öldürdüyü adamların sayı altı yüz min nəfər olmuşdur.”50

Əbu-Müslim özü bu cinayətlərinə etiraf edirdi. O Mənsur tərəfindən hədələnərkən ona bir məktub yazıb bildirdi: “Qardaşın (Səffah) mənə əmr verdi ki qılınc çəkib şübhələndiyim şəxsi həbs edim kiçik bir ittiham vasitəsilə qətlə yetirim heç bir bəhanəni qəbul etməyim. Mən də onun əmrinə itaət edib Allahın hörmət olunmasını vacib buyurduğu bir çox şeylərin hörmətini pozdum Allahın hörmətinin saxlanılmasını vacib buyurduğu bir çox qanlar axıtdım hakimiyyəti onların əlindən alıb başqasına verdim...”51

Mənsur da onun dediklərini təsdiqlədi. O Əbu Müslimi edam etməzdən qabaq onun törətdikləri cinayətləri sayarkən qeyd etdi ki nə üçün altı yüz min nəfəri əzab-əziyyətlə qətlə yetirdin? Əbu-Müslim bu dəhşətli faciəni inkar etmədən cavab verdi ki bunların hamısını sizin hakimiyyətinizin möhkəmlənməsi üçün yerinə yetirmişəm.52

Başqa bir yerdə Əbu Müslim döyüşənlərdən başqa öldürdüyü şəxslərin sayını yüz min nəfər qeyd edir.53

Əbu Müslim öz keçmiş dostlarına belə rəhm etmirdi. Belə ki “Vəziri-Ali-Məhəmməd54 (səlləllahu əleyhi və alih)” ləqəbi ilə tanınmış öz dostu və həmkarı Abbasilərin qalib gəlməsində böyük rolu olmuş ümumiyyətlə, qiyamın əsas iqtisadi dayağı olmuş Əbu Sələmeyi-Xəllalı öldürdü.55

Buna əsasən, əgər tarix səhifələrində Əbu Müslim həccə gedərkən bədəvi ərəblərin onun yolundan qaçıb uzaqlaşdığını oxuyuruqsa heç də təəccüblənməməliyik. Çünki onlar Əbu Müslimin qəddarlığı barədə çox eşitmişdilər.56

Seçim və proqramlaşdırma


İmam Sadiq əleyhissəlamın Abbasilər qiyamının başçılarının təklifini qəbul etməməsi barədə dediklərimizi qısa şəkildə belə demək olar ki təklif edənlər həqiqi və əsl bir qiyam üçün lazım olan səlahiyyətə malik olmamışlar. Onlar əsas qüvvələr deyildi ki onların vasitəsi ilə əsl İslami bir hərəkata başçılıq etmək mümkün olsun. Əgər İmam Sadiq əleyhissəlamın ixtiyarında kifayət qədər əsas qüvvə olsaydı şübhəsiz ki İmam qiyamın başçılığını öz öhdəsinə götürərdi. Başqa sözlə desək millətin fikri və əməli vəziyyətindən eləcə də siyasi-ictimai durumundan xəbərdar olan İmam Sadiq (əleyhissəlam) siyasi mübarizə aparmaq üçün əlində olan imkan və qüdrəti silahlı qiyam edib əsl İslam hökuməti yaratmaq üçün qələbə qazanmağa kafi bilmir və imkanatın məhdud olduğunu yaxşı bilirdi. Çünki əsl İslam hökuməti qurmaq üçün təkcə nizami qüvvə hazırlamaq kifayət etmir əksinə ondan qabaq İmamın məsum iman və mərifət sahibi olduğuna sidq ürəkdən inanan onun böyük fikirlərini başa düşən hakimiyyət sahəsində onun qurduğu sistemi müdafiə edib millət üçün ələ gəlmiş nəticələri qoruya bilən əqidəvi bir ordu qurmaq lazım idi.

İmam Sadiq əleyhissəlamın səhabələrindən biri ilə etdiyi söhbət də yuxarıda deyilənləri təsdiq edir. Südeyr Seyrofi deyir ki İmam Sadiq əleyhissəlamın yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr məgər nə hadisə baş vermişdir?”

Dedim: “Dost şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.”

— Səncə onlar neçə nəfər olar?

— Yüz min nəfər.

— Yüz min nəfər?

— Bəli bəlkə də iki yüz min.

— İki yüz min?

— Bəli bəlkə də dünyanın yarısı.”

Bu söhbətdən sonra İmam Sadiq (əleyhissəlam) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı biz sakit oturmazdıq.”57

Bu hədisdən belə nəticəyə gəlirik ki İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki təkcə hakimiyyətə gəlmək kifayət etmir nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimi qurmaq qeyri-mümkündür. Xalq kütlələri elə olmalıdırlar ki hökumətin məqsəd və fikirlərini başa düşməli hökumətin fikri ilə həmfikir olmalı onun irəliləməsi sahəsində addım atmalı camaat üçün hökumətin tutduğu mövqeləri açıqlamalı və çətinliklərlə üzləşdikdə, dözümlü olub səbr etməlidirlər. İmam Sadiq əleyhissəlamın söhbətindən belə başa düşürük ki əgər o Həzrətin ixtiyarında düşmənə silahlı mübarizə yolu ilə qalib gəldikdən sonra İslami məqsədlərini həyata keçirə biləcək dost və tərəfdarları olsaydı yəqin ki silahlı mübarizəyə başlayardı. Ancaq zamanın şərait və vəziyyəti İmam əleyhissəlama bu fürsəti vermirdi. Çünki bu iş elə bir iş idi ki əgər yüz faiz məğlub da olmasaydı yenə onun nəticəsi zəmanət olunmamışdı. Başqa sözlə desək mövcud olan belə şəraitlə hərəkat məğlubiyyətə uğramasaydı da, onun qələbə ilə nəticələnəcəyi də qəti deyildi.58


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə