İmam Əhməd əl-Həsənin (ə) Buyurduğu Şəkildə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü1,18 Mb.
#74968


 

 

NAMAZ 



 

 

 




Ahmedalhasan313.wordpress.com 



 



 

İmam Əhməd əl-Həsənin (ə) Buyurduğu Şəkildə  

NAMAZ 


 

 

 

 

 

 

 

 

 

Ansarullah Production 

2017 



Ahmedalhasan313.wordpress.com 



Mündəricat 



AZAN ........................................................................................ 3 

İQAMƏ

 ...................................................................................... 4 

NAMAZIN VACİBATI

 ................................................................. 5 

NAMAZ ..................................................................................... 6 

NİYYƏT

 .................................................................................. 6 

TƏKBİRATUL İHRAM

 ............................................................. 6 

BİRİNCİ RÜKƏT

 ..................................................................... 7 

İKİNCİ RÜKƏT

 ........................................................................ 9 

ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ RÜKƏTLƏR

 .............................. 10 

ƏLAVƏ MƏLUMATLAR

 ........................................................... 11 

FATİHƏ SURƏSİNİN OXUNUŞU

 .......................................... 13 

FATİHƏ SURƏSİ YOXSA TƏSBİHAT?

 ................................. 13 

QƏDR SURƏSİNİN OXUNUŞU

 ............................................ 13

 

 



 

 

 



 

 

 




Ahmedalhasan313.wordpress.com 



AZAN 



 

Allahu Əkbər (4 dəfə) 

Əşhədu əllə iləhə illəllah, Əşhədu əllə iləhə illəllah 

Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə) 

Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah (2 dəfə) 

Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah (2 dəfə) 

Həyyə ələssaləh, həyyə ələssaləh 

Həyyə ələl fəlah, həyyə ələl fəlah 

Həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl 

Allahu Əkbər Allahu Əkbər 

Lə iləhə illəllah Lə iləhə illəllah 

Müstəhəbdir  ki,  Azanla  İqamə  arasında  iki  rükət  namaz  qılınsın,  yaxud 

oturulsun yaxud da səcdə edilsin, Məğrib namazı xaric. Məğrib namazın-

da  isə  bunların  yerinə  bir  addım  önə  atılması  və  ya  sükut  edilməsi 

müstəhəbdir. 



Ahmedalhasan313.wordpress.com 



İQAMƏ 



 

Allahu Əkbər Allahu Əkbər 

Əşhədu əllə iləhə illəllah 

Əşhədu əllə iləhə illəllah 

Əşhədu ənnə Muhəmmədən Rəsulullah 

Əşhədu ənnə Muhəmmədən Rəsulullah 

Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah 

Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah 

Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah  

Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah 

Həyyə ələssaləh, həyyə ələssaləh 

Həyyə ələl fəlah, həyyə ələl fəlah 

Həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl 

Qad qamətis səlah, qad qamətis səlah 

Allahu Əkbər Allahu Əkbər 

Lə iləhə illəllah 

 

 

 

 

 

 

 


Ahmedalhasan313.wordpress.com 



NAMAZIN VACİBATI 

 

Namazda 8 vacib əməl var: 



1. Niyyət 

2. Təkbiratul İhram (Allahu Əkbər) 

3. Qiyam 

4. Qiraət 

5. Rüku 

6. Səcdə 

7. Təşəhhüd 

8. Təslim (Salam) 




Ahmedalhasan313.wordpress.com 



NAMAZ 

 

NİYYƏT 

Allahummə  nəvəytu  ən  usalli  səlatəl  _______  (fəcr/zöhr/əsr/məğrib/işa) 

fərzən (fərz olmayan namazlarda “fərzən” deyilmir) qurbətən iləllah. 

TƏKBİRATUL İHRAM 

Namaza Təkbiratul İhram ilə başlanır və ondan sonra 6 təkbir deyilir. Bu 

6 təkbiri, cüt-cüt  demək və son iki təkbir xaric, hər iki təkbirdən bir  dua 

oxumaq müstəhəbdir.  

 



Ahmedalhasan313.wordpress.com 



BİRİNCİ RÜKƏT 



Qiyam 

Qiraət:  İlk  iki  rükətdə  Fatihə  surəsi  və 

ardınca hər hansı bir surə oxunur, 3 və 4 

rükətli  namazlarda  3cü  və  4cü  rükətlər-

də  sadəcə  Fatihə  oxunur.  Zöhr  və  Əsr  

namazlarının  ilk  iki  rükətində  Qiraət 

yüksək  səslə  oxunmur,  Fəcr  (Sübh), 

Məğrib  və  İşa  (Xiftən)  namazlarında  isə 

səsli  oxunur.  3  və  4  rükətli  namazlarda 

isə 3cü və 4cü rükətin qiraəti də uca səslə 

oxunmur. 

 

 

Rüku  



Rükuda ən azı bir dəfə bu təsbihlərdən biri 

oxunur:  

Subhanə Rabbi əl-Azimi və bihəmdih” 

və ya 


Subhanə  Rabbi əl-Aliyyi və bihəmdih” 

İmamın  (namaz  qıldıran  şəxsin)  Rükunun 

zikrini uca səslə deməsi sünnətdir. 

Rükudan qalxdıqdan sonra “Səmi Allahu limən həmidəh” deyilir. 

 

 

 



 

 



Ahmedalhasan313.wordpress.com 



Səcdə 

 

Rükudan sonra səcdəyə gedilir və iki dəfə ard-arda səcdə edilir. Səcdədə 



ən azı bir dəfə bu təsbihlərdən biri oxunur:  

“Subhanə Rabbi əl-Aazam və bihəmdih” 

və ya 


“Subhanə Rabbi əl-əla və bihəmdih” 

Səcdədə  bədənin  7  hissəsi  yerə  toxunmalıdır:  Alın,  əllərin  içi,  dizlər  və 

ayaqların  baş  barmaq  ucları.  İki  səcdə  arasında  bir  neçə  saniyə  oturmaq 

lazımdır. Müstəhəbdir ki, ilk səcdədən qalxdıqda “Əstəğfirullahə  Rəbbi 



və ətubu ileyh” deyilsin və ardınca ikinci səcdəyə gedilsin. Səcdələr bitən 

kimi dərhal ayağa qalxılır və bununla da birinci rükət başa çatır.  

 

 

 



 


Ahmedalhasan313.wordpress.com 



İKİNCİ RÜKƏT 

İkinci  rükət  də  eynilə  birinci  kimi  qılınır,  lakin  birinci  rükətdən  fərqli 

olaraq ikinci rükətdə Qiraətdən sonra Qunut tutulur.  



Qunut  

 

Qunut  müstəhəb  əməllərdəndir.  Namazların  ikinci  rükətində  rükudan 



əvvəl dua niyyəti ilə əllər sinədən yuxarı qaldırılaraq bitişdirilir və əllərin 

içinə  baxılaraq  dua  oxunur.  Qunutda  istənilən  dildə  istənilən  duanı  edə 

bilərsiniz. Müstəhəbdir ki, Əhlibeyt (ə) buyurduğu dualar oxunsun. 

Təşəhhüd  

Birinci  rükətdən  fərqli  olaraq  ikinci  rükətdə, 

ikinci  səcdədən  qalxıb  oturmaq  lazımdır.  Buna 

təşəhhüd oturuşu deyilir. Təşəhhüd oturuşunda 

və həmçinin iki səcdə arasında sol tərəfə  meylli 

oturaraq  sağ  ayağı  sol  ayağın  üzərinə  qoymaq 

müstəhəbdir. Bəzən insanlar müəyyən səbəblər-

dən  sol  tərəfə  meylli  otura  bilmirlər.  Bu  zaman 

sağ  ayaq  sol  ayağın  üstünə  qoyulmaq  şərtilə, 

ayaqların üzərində oturulması lazımdır. 




Ahmedalhasan313.wordpress.com 

10 


Təşəhhüdə  başlamazdan  əvvəl  Əhlibeyt  (ə)  hədislərində  keçən  xüsusi 

dualar vardır və oxunması müstəhəbdir. 



Əlhəmdulillahi,  Əşhədu  əllə  iləhə  illəllah,  vəhdəhu  lə  şərikələh,  və 

əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh. (Müstəhəb: və Əşhədu 

ənnə  Əliyyən  vəliyullah).  Allahummə  səlli  əla  Muhəmmədin  və  Al-i 

Muhəmməd, əl-Əimmə vəl-Məhdiyyin və səllimə təslima. 

Təslim 

Təşəhhüdü bitirdikdən sonra başı sağa və ya sola çevirmədən, gözucu sağ 

əlin üstünə baxaraq “Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh” 

deyilir.  

Təslimdən  (salamdan)  əvvəl  3  dəfə  əlhəmdulillah,  salamdan  sonra  isə  3 

dəfə əlləri sinəyə qaldıraraq Allahu Əkbər demək müstəhəbdir. 



ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ RÜKƏTLƏR 

Üç  və  dörd  rükətli  namazlarda,  ikinci  rükətin  təşəhhüdü  deyildikdən 

sonra salam demədən 3cü rükəti qılmaq üçün ayağa qalxılır. Bu rükət də 

eynilə birinci rükət kimi qılınır, bir fərqlə ki, bu rükətdə Fatihədən sonra 

heç bir surə oxunmadan rükuya gedilir. 

Əgər  namaz  4  rükətlidirsə  (zöhr,  əsr  və  işa),  bu  zaman  3cü  rükətin  son 

səcdəsindən sonra dərhal ayağa qalxılır və eynilə ikinci rükət kimi qılınır, 

bir fərqlə ki, burada da Fatihədən sonra heç bir surə oxunmadan rükuya 

gedilir.  Beləliklə,  üç  və  dörd  rükətli  namazlar  da  bu  cür  qılınıb  tamam-

lanır.  


Qeyd:  Bildiyimiz  kimi  günümüzdə  Fatihənin  hər  ayəsinin  7  cür  qiraət 

şəkli mövcuddur. Və Əhməd əl Həsən (ə) bu qiraət şəklini təsdiqləmişdir. 

 

 

 




Ahmedalhasan313.wordpress.com 

11 


ƏLAVƏ MƏLUMATLAR 

Bəzi  şəxslər  deyirlər  ki,  “nəyə  görə  namaza  yeddi  təkbirlə  başlayırsınız, 

təşəhhüddə üç deyil, bir salam verirsiniz, üçüncü və dördüncü rükətlərdə 

təsbihatul-ərbəə  deyil,  Fatihə  surəsini  oxuyursunuz  və  oturuşlarda  müc-

tehidlərimizin buyurduğundan fərqli şəkildə oturursunuz? Bu Əhlibeytin 

(ə)  buyurduğu  namaz  qılma  şəkli  deyil!”.  Onların  bu  iddialarının  yalan 

olduğunu  haqq  arayışında  olanlara  təqdim  etmək  üçün  sizlərlə  Əhlibeyt 

(ə) hədislərində buyurulan namaz qılma qaydasına aid hədislərdən bəzi-

lərini  paylaşacağıq.  Əhməd  əl  Həsən  (ə)  ənsarlara  yuxarıda  buyurulan 

şəkildə  namaz  qılmalarını  buyurdu.  Gəlin  baxaq  görək  hədislərdə  bu 

haqda nə bilgilər vardır.  

İmam Əli (ə) İmam Həsən (ə)'a vəsiyyət edərək dedi: “Yeddi təkbir gətir, 

çünki  bunu  məndən  sonra,  mənim  övladlarımdan  axırzamanda  ortaya 

çıxacaq  olan  bir  nəfərdən  başqası  əmr  etməyəcək  və  o  şəxs  həqiqətdəki 

nöqsanları düzəldəcək.” [Biharul-Ənvar, c.42, s.215] 

Əmirəl  Möminin  İmam  Əli  (ə)  buyurur:  “Təkbirətul  İhrama  qədər  ilk 

təkbirin mənası budur ki, “Allahu Əkbər» dedikdə, bu, Allahın qiyam və 

ya  quud  (qalxmaq  və  ya  oturmaq)  ilə  vəsifləndirilməkdən  daha  böyük 

olduğunu  qəlbindən və ruhundan keçirməyindir. İkinci təkbirdə Allahın 

hərəkətdə  və  ya  sükunətdə  (hərəkətsiz)  olaraq  səciyyələndirilməkdən 

daha böyük olduğunu qəlbindən keçirməyindir. Üçüncü təkbirdə isə Onu 

cisim  ilə  səciyyələndirilməkdən,  bir  şeyə  bənzətməkdən  və  ya  bir  şeylə 

müqayisə  edilməkdən  daha  böyük  olduğunu  bilməyindir.  Dördüncü 

təkbirdə Onu hər hansı bir şeyə məruz qalmaqdan və xəstəliklərin özünü 

incitməsindən  daha  böyük  bilməyindir.  Beşinci  təkbirdə  isə  Onun  hər 

hansı  bir  cövhər  və  ya  ərəz  (söz  və  ya  ilinək)  ilə  səciyyələndirilməkdən, 

hər  hansı  bir  şeyə  hulul  etməsindən  və  ya  heç  bir  şeyin  özünə  hulul 

etməsindən daha uca olduğunu bilməyindir. Altıncı təkbirdə Onda zəval, 

bir yerdən digər yerə nəql və hadis (yəni sonradan əmələ gəlmiş), varlıq-

larda  var  olan  dəyişikliklərin  caiz  olmadığını  qəlbindən  keçirməyindir. 

Yeddinci təkbirdə isə beş duyğu hissinin onu hiss eləməsindən daha uca 

bilməyindir.  




Ahmedalhasan313.wordpress.com 

12 


Rukuda  boynunu  uzatmağın  təvili  isə  özün-özünə  belə  deməyindir: 

“Əgər  boynumu  vursan  da  yenə  sənə  iman  gətirərəm”.  Rukudan  başını 

qaldırmağın  və  “səmiəllahu  limən  həmidəh”  (Allah  həmdləri  eşidər) 

cümləsinin  təvili  isə  budur:  “Məni  yoxluq  səhnəsindən  varlıq  səhnəsinə 

çıxarandır.  

İlk səcdənin təvili isə səcdə halında, “məni torpaqdan yaratdın” mənasını 

qəlbindən  keçirməyindir.  İlk  səcdədən  başını  qaldırmağın  təvili  isə  bu-

dur: “Məni torpaqdan yaratdın». İkinci səcdənin mənası isə budur: “Məni 

torpağa  geri  döndərəcəksən”.  İkinci  səcdədən  başını  qaldırmaqda  isə 

“yenidən məni torpaqdan çıxaracaqsan” deyə qəlbindən keçirməyindir.  



Sol  tərəfə  oturmağın,  sağ  ayağı  sol  ayağın  üzərinə  qoymağın  təvili  isə 

“Allahım!  Mən  haqqı  ayaq  üstə  tutdum  və  batili  öldürdüm”  deyə 

qəlbindən keçirməyindir. Təşəhhüdün təvili isə bundan ibarətdir: “İmanı-

nı  təzələmək,  İslamını  təkrarlamaq  və  ölümdən  sonra  yaradılışı  iqrar 

etməkdir.  Salam  verməyin  təvili  isə  münəzzəh  olan  Rəbbini  ucaltmaq, 

onu zalımların öz-özü haqqında söylədiklərindən, səhv əqidədə olanların 

səciyyələndirməsindən  daha  üstün  bilməkdir.  “Əssələmu  əleykum  və 

rahmətullahi  və  bərakətuh»  cümləsinin  təvili  isə  rəhmət  və  münəzzəh 

olan Allahın sevgisini tələb etməkdir. Bu isə sizin qiyamət günü əzabdan 

amanda  qalmağınız  mənasındadır.  Hər  kim  namazın  təvilini  bu  şəkildə 

bilməzsə namazı naqisdir.” [Mizanul-Hikmət, cild 7/hədis: 1066] 

Bir  məsələni  də  vurğulamaq  lazımdır  ki,  bugünki  təqlidçi  “şiələrin” 

üstünlük  verdikləri  namazdakı  oturuş  tərzi,  yəni  sağ  ayağı  sol  ayağın 

üstünə qoyaraq oturulması bidət deyil və bu cür oturuş tərzi düzgündür. 

Amma  keçmiş  dövrdə  yaşamış  Əhli-Beyt  (ə)  şiələri,  namazda  daha  çox 

yuxarıda  bildirilən  şəkildə  oturmuşlar.  Və  hər  bir  halda,  yuxarı-da  izah 

edilmiş  oturuş  tərzi  vacib  deyildir.  Bu  iş,  müstəhəb  hökmündədir.  Və  o 

cür  otura  bilməyənlər  və  ya  buna  öyrəşə  bilməyənlər,  sadə  şəkildə 

ayaqları alta yığıb, ombanı ayaq dabanları üstə qoyaraq, düz formada və 

sağ ayağı sol ayağın üzərinə qoyaraq da otura bilərlər. 




Ahmedalhasan313.wordpress.com 

13 


FATİHƏ SURƏSİNİN OXUNUŞU 

Bismillahir Rahmənir Rahim. Əlhəmdulilləhi Rəbbil Aləmin. Ərrahmənir 

Rahim.  Məliki  Yəvmiddin.  İyyəkə  nəbudu  və  iyyəkə  nəstəin.  İhdinəs 

siratəl mustəqim. Siratəlləzinə ən əmtə ələyhim. Ğəyril məğdubi ələyhim 

və ləddallin. 

FATİHƏ SURƏSİ YOXSA TƏSBİHAT? 

İmam Məhdi (ə) buyurur: Fatihə surəsi Təsbihati-Ərbəəni nəsx etmişdir! 



[İhticac, cild 2/səhifə 264. Vəsailuş-Şiə, cild 4/səhifə 794, hədis: 7525] 

Qeyd: Nəsx etmək, ləğv etmək deməkdir. Yəni, artıq Təsbihat yox, ancaq 

və ancaq Fatihə oxunmalıdır.  

QƏDR SURƏSİNİN OXUNUŞU 

Qədr  surəsində  dördüncü  ayədə  Əhlibeyt  (ə)  hədislərinə  istinadən 

“Tənəzzəlul  məlaikəti  vər-ruhu  fiha  bi  izni  Rəbbihim  bi  kulli  əmr” 

şəklində  oxunur,  “min  kulli  əmr”olaraq  yox.  Və  Əhməd  əl  Həsən  (ə)  da 

bu qiraəti təsdiqləmişdir. Gəlin bu qiraətin buyurulduğu hədisə baxaq: 

Əbu  Bəsir  nəql  edir,  Əbu  Abdullah  (ə)  Allahın  bu  buyruqları  haqqında 

buyurdu: [Min aydan daha xeyirli] “Bəni-Üməyyənin hökumətindən” [O 

gecə  mələklər  və  Ruh  Rəbbinin  izni  ilə  enərlər]  “Yəni  Rəblərindən 

Muhəmməd və Al-i Muhəmməd (ə) üzərinə, hər əmr ilə.”  

[Təvilul-Ayət 2/820 h.8, Burhan c.5, h.11784, Biharul-Ənvar 25/70, h.59] 

Abdullah ibn İklan Sükuni nəql edir, Əbu Cəfər (ə) buyurdu: “İmamların 

evlərindən hər ev, mələklər üçün bir yüksəlmə yeridir. Zira Allah-u Təala 

buyurur:  [O  gecə  mələklər  və  Ruh  Rəbbinin  izni  ilə  hər  əmr  ilə  (bi  kulli 

əmr)  enərlər.]”  Mən  dedim  ki:  [Hər  əmrdən  (min  kulli  əmr)]?!  O  (ə) 

buyurdu: [Hər əmr ilə.] Mən dedim ki: “Bu, onun endirildiyi şəklidirdir?” 

O (ə) buyurdu: “Bəli.”  

[Təvilul-Ayət 2/287, h.2, Burhan c.5, h.11789, Biharul-Ənvar 25/97, h.70] 

Həmçinin namazın qılınma qaydasını aşağıdakı linkdə izləyə bilərsiniz: 



https://www.youtube.com/watch?v=0Otgrsd2d_g&t=450s

 

Document Outline

  • AZAN
  • İQAMƏ
  • NAMAZIN VACİBATI
  • NAMAZ
    • NİYYƏT
    • TƏKBİRATUL İHRAM
    • BİRİNCİ RÜKƏT
    • İKİNCİ RÜKƏT
    • ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ RÜKƏTLƏR
  • ƏLAVƏ MƏLUMATLAR
    • FATİHƏ SURƏSİNİN OXUNUŞU
    • FATİHƏ SURƏSİ YOXSA TƏSBİHAT?
    • QƏDR SURƏSİNİN OXUNUŞU

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə