İmam əLİYYƏn-nəQİ ƏleyhiSSƏlamin həyati



Yüklə 0,72 Mb.
səhifə6/6
tarix14.05.2018
ölçüsü0,72 Mb.
#43464
1   2   3   4   5   6

Qulatlarla64 mübarİzə


İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə fəaliyyət göstərən azğın, batil və yanlış firqə və məzhəblərdən biri də Qulat məzhəbi olmuşdur. Onlar əsassız və boş əqidələrə malik olub özlərini şiə kimi qələmə verirdilər. Onlar İmam barədə ifrat dərəcəsinə vararaq, onu Allah kimi qələmə verir və bə’zi vaxtlar özlərini İmamın nümayəndəsi adlandırıb bu yolla şiə məzhəbini digər məzhəblər yanında ləkələyirdilər. İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu firqəyə qarşı öz e’tirazını bildirib onlarla mübarizə aparır, onları rədd etməklə şiə məzhəbinin ləkələnməsinin qarşısını almağa çalışırdı. Bu məzhəbin puç və əsassız əqidəsinin yaranmasına bəlkə də, aşağıdakı məsələlər şərait yaratmışdır:

1) İmamdan müşahidə olunmuş kəramət, qeybdən xəbər vermə və bəşər qüdrətindən xaric olan işləri düzgün anlamaq qüdrətində olmayan bu məzhəb nümayəndələri onları (bu hadisələri) bid’ət, mövhumat və İslama zidd olan hərəkətlərinə bəhanə qərar verirdilər.

2) Bu məzhəbə xidmət edən şəxslər İslam qayda-qanunlarını, şəriəti, İslami hökmlərini ayaq altına alıb öz istədikləri kimi hərəkət etmək istəyirdilər. Buna görə də, İslamın (şəriətin) haram buyurduğu bütün şeyləri halal sanırdılar.

3) Onlar camaatın malına tamah salaraq şiələrin İmama verdikləri şər’i vergiləri birtəhər ələ keçirmək istəyirdilər.

Qulat məzhəbi sözün əsl mə’nasında çox təhlükəli və adamı yoldan çıxaran bir məzhəb olmuşdur. Bu məzhəbin başçıları sırasında aşağıda adları çəkilmiş şəxsləri göstərmək olar:



1) Əli ibn Həsəkə Qummi;

2) Qasim Yəqtini;

3) Həsən ibn Məhəmməd ibn Baba Qummi;

4) Məhəmməd ibn Nüseyr Fəhri;

5) Faris ibn Hatəm.

Misal üçün qeyd edək ki, Əli ibn Həsəkənin əqidəsi belə olmuşdur:



a) İmam Əliyyən-Nəqi (əleyhissəlam) Allah, yaradan və dünyanı idarə edəndir.

b) İbn Həsəkə (özü) İmam tərəfindən camaatın hidayət olunması üçün göndərilmiş peyğəmbərdir.

v) Zəkat, həcc, oruc və bu kimi İslami hökmlərin heç biri vacib deyil.

Məhəmməd ibn Nüseyr Fəhri isə deyirdi:



a) İmam Əliyyən-Nəqi (əleyhissəlam) Allah və dünyanın yaradanıdır.

b) Ana, bacı, insanın öz qızı və insana məhrəm sayılan bu kimi şəxslərlə evlənmək olar.

v) Ləvat caizdir və Allah heç də, onu haram etməmişdir.

q) Ölülərin ruhu sonrakı insanlara keçir.65

Şiələrin bu barədə olan suallarına cavab verən məktublar göndərən İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu məzhəbdə olanları azğın və kafir tanıtdırıb şiələri onlardan uzaq olmağa də’vət edirdi. O Həzrət, İbn Həsəkə və onun azğın fikirləri haqqında sual etmiş şiələrdən birinə belə yazır: “(Allahın lə’nətinə gəlmiş) İbn Həsəkə yalan deyir. Mən onu öz dostlarımdan hesab etmirəm, o nə danışır? Allah ona lə’nət etsin! And olsun Allaha ki, Allah-taala Məhəmmədi (səlləllahu əleyhi və alih) və eləcə də, ondan qabaqkı peyğəmbərləri ancaq təkallahlığa, namaz qılıb zəkat verməyə, həccə getməyə və camaata rəhbərlik etməyə göndərmişdir. Məhəmməd (səlləllahu əleyhi və alih) camaatı yalnız şəriksiz olan tək Allaha e’tiqad bəsləməyə də’vət etmişdir. Biz də onun canişini olub Allahın bəndələriyik və Allaha şərik qoşmuruq. Əgər Ona itaət etsək, Onun mərhəmətinə nail olacağıq, ancaq Onun əmrlərindən çıxsaq, onda Onun əzabına düçar olacağıq. Bizim yox, əksinə, Allahın bizim və bütün məxluqatın boynunda haqqı və hüccəti var. Mən bu cür sözlər deyən şəxsə (İbn Həsəkəyə) nifrət edir və bu cür sözlərdən Allaha pənah aparıram! Siz də onlardan uzaq olun, onları çətinliklərə, təzyiqlərə mə’ruz qoyun və onların biri əlinizə düşəndə, daşla vurub başını yarın.”66

Həmçinin, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Übeydiyə yazdığı məktubda Fəhri və İbn Babaya nifrət etdiyini bildirmiş və onlar barədə belə yazmışdır: “Mən (Məhəmməd ibn Nüseyr) Fəhri və Həsən ibn Məhəmməd ibn Baba Qummiyə nifrət edirəm! Səni və bütün şiələrini də onun fitnə-fəsadından uzaq olmağa çağırır, onlara lə’nət edirəm! Bu iki nəfər camaatın malını bizim adımızla yeyir və fitnə-fəsad törədib camaata mane olurlar. Allah onlara bəla verib müsibətə düçar etsin!

İbn Baba belə güman edir ki, guya mən onu Peyğəmbər seçmişəm və o, camaatla mənim aramda bir vasitədir. Allah ona lə’nət etsin! Şeytan onu yoldan çıxarıb. Bacarsan, onun başını daşla yar. O, məni əziyyətə salıb. Allah onu dünya və Axirətdə əzaba salsın!”67



Qulatların rəhbərlərindən biri olduğunu dediyimiz Faris ibn Hatəm də İmam Əliyyən-Nəqi (əleyhissəlam) tərəfindən lə’nətlənmiş, onunla Əli ibn Cə’fər68 arasında yaranmış ixtilafda İmam (əleyhissəlam) onu təkzib edərək Əli ibn Cə’fəri haqlı hesab etmişdir. Farisin azğınçılıq və fitnə-fəsadı o dərəcəyə çatmışdı ki, İmam onun öldürülməsi barədə hökm vermiş və onun qatilini Cənnətlə müjdələyərək yazmışdır: “Faris mənim adımdan istifadə edib camaatı aldadır, onları dində bid’ətə çağırır. Onun qanı halaldır (öldürənə günah yoxdur). Onu öldürməklə kim məni rahat edər? Mən isə bunun müqabilində ona Cənnəti müjdə verirəm.” İmamın dostlarından olan Cüneyd adlı şəxs İmamın əmrini yerinə yetirərək onu öldürməklə İslam cəmiyyətini onun şərrindən xilas etdi.69

Qur’anın məxluq olması fitnəsi


İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə haqqında möhkəm söz-söhbət gedən, elmi məclislərdə hökm sürən əqidəvi məsələlərdən biri də Qur’anın məxluq olub-olmaması məsələsi haqqında mübahisə olmuşdur. Yalnız ağıla arxalanan və bütün əqidəvi məsələlərdə ağıla həddən artıq müraciət edən mö’təzilə məzhəbindən olanlar Qur’anın məxluq olması70 məsələsini Allahın sifətləri ilə əlaqələndirib əşairə məzhəbinin irəli sürdüyü “Qur’anın əzəli olması” (məxluq olmaması) nəzəriyyəsinə qarşı çıxış edirlər. Beləliklə də, bu iki dəstə arasında mübahisə başlayır. Tədqiqatçıların dediyinə görə Qur’anın məxluq olması haqqında söz-söhbət Bəni-Üməyyə hakimiyyətinin sonlarında (hicrətin ikinci əsrinin əvvəllərində) meydana çıxmışdır.71 Bu barədə ilk dəfə İslami məclislərdə söhbət açmış şəxs sonuncu Əməvi xəlifəsi Mərvan ibn Məhəmmədin müəllimi Cə’d ibn Dirhəm olmuşdur. O, bu məsələni Əban ibn Səm’andan, Əban isə Talut ibn Ə’səm adlı yəhudi bir şəxsdən öyrənmişdir. Cə’d bu fikri irəli sürdükdən sonra tə’qib edilmiş və bunun nəticəsində Kufəyə qaçaraq bu nəzəriyyəni Cəhm ibn Səfvan Tirmiziyə öyrətmişdir. Bə’ziləri belə fikirləşirlər ki, Qur’anın əzəli və qeyri-məxluq olması fikri İslam cəmiyyətinə məsihiyyətdən keçmişdir. Çünki onlar (məsihilər) Həzrət Məsihi (İsa əleyhissəlamı) “Allah kəlməsi” bilir, nəticədə onların fikrincə bu “Allah kəlməsi” əzəli hesab olunur. Bu məsələni Mə’munun Bağdad hakimi İshaq ibn İbrahimə yazdığı məktub da təsdiq edir. Məktubda Mə’mun əşairə məzhəbini (Qur’anı əzəli hesab edənləri) Qur’an barədə eynilə məsihilərin İsa (əleyhissəlam) barədə dedikləri sözləri demələrində töhmətləndirmişdi. Harunun hakimiyyəti dövründə isə deyilənlərə görə yəhudi Bişr Mərisi bu məsələni davam etdirmiş və qırx il Qur’anın məxluq olması fikrini təbliğ etmişdir. Harunun onun sözlərini eşitməsini və onu ölümlə hədələməsini bildikdə, qaçıb aradan çıxmışdır. İki məzhəb arasında bu mübahisənin davam etdiyi bir halda Mə’mun da məsələyə qoşularaq ixtilafı daha da gücləndirdi. O, alim, fəlsəfə, fiqh, ərəb ədəbiyyatından xəbərdar və elmi mübahisə tərəfdarı olduğundan, gənc yaşlarında ikən mö’təzilə məzhəbinə üz tutmuş və Qur’anın məxluq olması fikrini müdafiə etmişdir. Fəqih və alimlər onun gələcəkdə xəlifə olub bu fikri təbliğ edəcəyindən bərk narahat idilər. Hətta Füzeyl ibn Əyaz aşkar şəkildə deyirdi ki, mən Mə’munun xəlifəlik şərrindən uzaq olum deyə, Haruna Allahdan uzun ömür diləyirəm.72

Onların ehtimalı tamamilə doğru idi. Mə’mun hakimiyyətə gəldikdən sonra rəsmi surətdə mö’təzilə məzhəbini və bunun da nəticəsi olaraq Qur’anın məxluq olması fikrini himayə etməyə başlayaraq mö’təzilə məzhəbini rəsmi məzhəb e’lan edir. Bu məzhəbin əleyhinə olanlara qarşı isə ciddi tədbir görməyə başlayır. Bu məzhəbin sünnə əhli olan müxalifləri ona qarşı ciddi mübarizəyə qalxdığı üçün böhran kulminasiya mərhələsinə çatır və bu məsələ öz elmiliyindən kənara çıxaraq böyük cəncəl və siyasi bir məsələyə çevrilir. Artıq hər yerdə, hətta savadsız kütlələr arasında da bu məsələ barədə söz-söhbət başlayır və əsas diqqət mərkəzinə çevrilir.

Mə’mun hicrətin iki yüz on səkkizinci ilində Bağdad hakimi İshaq ibn İbrahimə məktub yazaraq əmr edir ki, bütün hakimlər çağırılıb yoxlanılmalıdır. Qur’anın məxluq olması fikrində olanlar öz işlərində saxlanılmalı, bu fikirdə olmayanlar isə vəzifəsindən azad edilməlidir.73 Əslində bir növ əqidə təftişi sayılan bu hərəkət tarixdə “Qur’an yoxlanışı” kimi tanınmışdır.

Mə’munu (eləcə də, ondan sonra ardıcıl olaraq xəlifə olmuş Mö’təsim və Vasiqi) bu işə cəlb edən şəxs sarayın məşhur qazısı İbn Əbu Duad olmuşdur. O, baş qazı Yəhya ibn Əksəm vəzifəsindən azad edildikdən sonra sarayın baş qazısı vəzifəsinə tə’yin edilmişdi. Onun elmi məqamı hər tərəfə səs salmış və Abbasilər sarayındakı nüfuzuna, mərhəmət və səxavətinə görə Bərməkilər nəsli ilə müqayisə olunurdu. “Qur’anın yoxlanılması” məsələsində onun böyük rolu olmuş, bə’zilərinin dediyinə görə hətta bu nəzəriyyənin banisi məhz o olmuşdur. (Əlbəttə, bu heç də belə deyil.)

Abbasi hökumətinin müxaliflərə qarşı təzyiqi o dərəcəyə çatır ki, artıq bu fikrə qarşı çıxanlar döyülərək həbs edilirdi. Öz əqidəsindən dönməyən Əhməd ibn Hənbələ şallaq vurdurulur.74 Vasiqin hakimiyyəti zamanı Əhməd ibn Nəsr Xəzai qətlə yetirilir, Şafeinin şagirdi Yusif ibn Yəhya Büreyti ciddi təzyiqlərə mə’ruz qalaraq Misir zindanında həlak olur.

Görkəmli tarixçi Yə’qubi bu barədə maraqlı bir əhvalat qeyd etmişdir. O yazır: “Roma imperatoru Abbasi xəlifəsi Vasiqə məktub yazaraq bildirir ki, çoxlu sayda müsəlman əsir tutmuşam. Əgər xəlifə onları azad etmək üçün fidyə verərsə, mən onları buraxmağa hazıram. Vasiq bu təklifi qəbul edib sərhədə bir neçə nümayəndə göndərir. Xəlifənin nümayəndələri əsirləri bir-bir təhvil alaraq onlardan Qur’anın məxluq olub-olmaması barədə fikirlərini soruşurdular. Müsbət cavab verənləri azad edib onlara pul və geyim verirdilər. (Müsbət cavab verməyənləri isə azad etmirdilər).”75

Bu kimi təzyiqlər camaatda Mö’təzilə məzhəbinə qarşı nifrət hissi yaradırdı. Buna görə də, Mütəvəkkil hakimiyyətə gəldikdən sonra hədis yolunu tutub Qur’anın yoxlanılmasına son qoyur. Ancaq bu məsələ elə bu tezlikdə yaddaşlardan silinmir və bir müddət İslam cəmiyyəti arasında öz mövqeyini qoruyub saxlayır.76

İmam Əliyyən-Nəqi əleyhissəlamın mövqeyi


Əsl İslami əqidəyə rəhbərlik edən mə’sum İmamlar bu cür fikri mübahisələr qarşısında sükut etməyib bu kimi azğın fikirlərin üstündən qırmızı xətt çəkərək həqiqəti olduğu kimi tə’yin edir, öz həqiqi və hidayətedici əqidəsini bəyan etməklə müsəlmanları bu cür boş və faydasız mübahisələrdən uzaq olmağa çağırırdılar. Rəyyan ibn Silət İmam Riza əleyhissəlama deyir: “Qur’an barədə sizin fikriniz nədir?” O Həzrət buyurur: “Qur’an Allah kəlamıdır, vəssəlam. Bu barədə bundan artıq bəhs etməyin, yoxsa yolunuzu azarsınız!”

İmam Əliyyən-Nəqi əleyhissəlamın bu barədə buyurduğu ifadə daha geniş və aydın məfhuma malikdir. O Həzrət Bağdad şiələrindən birinin sualına cavab olaraq yazır: “Bismillahir-rəhmanir-rəhim. Allah bizi və səni bu fitnəyə düçar olmaqdan qorusun! Belə olarsa, onda O, (Allah) bizə ən böyük ne’mət bəxş etmiş olar. Əks təqdirdə azğınlaşıb həlak olarıq. Bizim fikrimizcə Qur’an barədə (onun məxluq, yoxsa əzəli olması barədə) sual etmək bir bid’ətdir. Bu günahda həm sual verən, həm də cavab verən şərikdir. Çünki sual verən səlahiyyəti çatmadığı bir şey haqqında soruşur, cavab verən isə heç özünün başa düşmədiyi əbəs bir şey haqqında düşünür.

Yaradan məhz Allahdır və Ondan başqa hamı məxluqdur (yaranmışdır). Qur’an da Allah kəlamıdır. Özündən onun üçün başqa bir ad çıxarma, yoxsa yolunu azarsan. Allah bizi və səni O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədikləri halda qorxar Qiyamətdən lərzəyə gələrlər77 - deyə buyurduğu şəxslərin sırasına qatsın.”

İmamların belə bir mövqedə durması şiələrin bu cür boş və mə’nasız mübahisələrdən uzaq olub bid’ətə və azğınçılığa düşməməsinə səbəb olur.78


İmam Əliyyən-Nəqi əleyhissəlamın şagirdləri


İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə, o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam), xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət, belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər, məktublar, müşkülatı həll etmək, suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi, alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər. İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının yüz səksən beş nəfər olduğunu qeyd etmişdir.79 Bu şagirdlər arasında Fəzl ibn Şazan, Hüseyn ibn Səid Əhvazi, Əyyub ibn Nuh, Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir, Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mə’nəvi simalar olmuşdur. Bunlardan bə’ziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış, onların yazdığı əsərlər, göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır.

İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti


İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Mə’lum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mö’təzzin hakimiyyəti dövründə zəhərlənərək80 hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.81


1 E’lamül-vəra, səh.355.

2 E’lamül-vəra, səh.355.

1 Həmin mənbə.

1 Məqatilüt-talibin, səh.395.

2 Əl-Kamilu fit-tarix, c.7, səh.55.

3 Biharül-ənvar, c.50, səh.176.

4 Biharül-ənvar, c.50, səh.185.

5 Əmali, Şeyx Tusi, səh. 276.

6 Əli İbn Hüseyn İbn Əbdürrəbbih hicrətin 229-cu ilinə qədər İmamın Məkkədəki vəkili olmuş, vəfat etdikdən sonra İmam, Əbu Əlini onun yerinə vəkil tə’yin etmişdir (İxtiyari-mə’rifətir-rical, səh.510.).

7 İxtiyari-mə’rifətir-rical, səh.513.

8 İxtiyari-mə’rifətir-rical, səh.514.

9 İxtiyari-mə’rifətir-rical, səh.513–514.

10 İxtiyari-mə’rifətir-rical, səh.607.

11 Tənqihül-məqal, c.3, səh.271.

12 Tənqihül-məqal, c.3, səh.271.

13 İxtiyari-mə’rifətir-rical, səh.611–612.

14 İxtiyari-mə’rifətir-rical, səh.603–607.

15 Biharül-ənvar, c.50, səh.200.

16 Biharül-ənvar, c.50, səh.200.

17 Yenə orada, səh.129.

18 Türk Vasif Mütəvəkkilin sarayında nə nüfuzlu şəxslərdən biri olmuşdur.

19 Təzkirətül-xəvass, səh.359–360.

20 Əl-İrşad, səh.334.

21 Biharül-ənvar, c.50, səh.161.

1 Mürucuz-zəhəb, c.4, səh.11.

22 Biharül-ənvar, c.50, səh.194.

23 Kəşfül-ğümmə, c.3, səh.184.

24 Məqatilüt-talibin, səh.397, 418.

25 Məasirül-anifə fi məalimil-xilafə, c. 1, səh. 231.

26 Məqatilüt-talibin, səh.395; Mürucuz-zəhəb, c. 4, səh. 51; Tarixül-xüləfa, səh. 347; Əmali (Şeyx Tusi), səh. 326-328.

27 Məqatilüt-talibin, səh.396.

28 Tarixül-xüləfa, səh.347; Əmali, səh, 329.

29 Onun əsl adı Yə’qub, atasının adı isə İshaq olmuşdur.

30 Tarixül-xüləfa, səh.348.

31 Bağdad tarixi, c.13, səh.289.

32 İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.292.

33 On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.82.

34 On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.

35 On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.

36 Əl-Kamilu fit-tarix, c.3, səh.511.

37 İmam Kazim əleyhissəlamın həyatı, c.1, səh.369.

38 Tətimmətül-müntəhil-amal, səh.238.

39 Yenə orada, səh.239.

40 Fədəkdə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz əli ilə əkdiyi on bir xurma ağacı var idi. Həzrət Fatimənin (səlamullahi əleyha) övladları bu xurmalardan hacılara hədiyyə verir və bunun bərəkəti nəticəsində də, onlara çoxlu sərvət və mənfəət nəsib olurdu. Əbdullah ibn Ömər Bazyar, Bəşran ibn Əbu Üməyyə Səqəfini xurma ağaclarını kəssin deyə, Mədinəyə göndərir. O, tapşırığı yerinə yetirib Bəsrəyə qayıdır. Bu işi gördüyünə görə o, sonradan iflic olur. (Fədək, səh.195).

41 On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.

42 Həmin mənbə.

43 Tarixi-Yə’qubi, c.3, səh.223.

44 Ali-Bəviyyə, səh.415.

45 İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.309, 315.

46 Ölçü vahididir.

47 Ali-Bəviyyə, səh.417.

48 Tarixül-xüləfa, səh.350.

49 Murucuz-zəhəb, c.4, səh.40.

50 Ancaq bu dünyaya e’tiqad bəsləyib deyirlər ki, bizim həyatımız ancaq bu dünyadadır.

51 Axırıncı şəxs zurnaçı və ney çalan olmuşdur.

52 Rəsail, səh.76-83; Zühəl-İslam, c. 3, səh. 297-298.

53 Murucuz-zəhəb, c.4, səh.38.

54 Həzrət Əli (əleyhissəlam) kök olduğundan Übbadə özünü ona oxşadaraq o Həzrətə rişxənd edirdi.

55 Əl-Kamilu fit-tarix, c.7, səh. 5–6;

56 Məasirül-ənafət fi məalimil-xilafət, c.1, səh.230-237.

57 Əl-Kamilu fit-tarix, c.7, səh.116.

58 “Qafir” (“Mu’min”) surəsi, 84–85.

59 Vəsailuş-şiə, c.18, səh.408.

60 “Tövbə” surəsi, ayə 25.

61 Təzkirətül-xəvass, səh.360; Əl-ənsab (Əbu Sə`d Əbdülkərim Təmimi Səm`ani) c. 4, səh. 196 (Əskəri ləfzinin şərhi).

62 İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.130.

63 Tühəfül-üqul, səh. 458–475.

64 Qulat batil və yanlış məzhəblərdən biridir. Bu məzhəbə xidmət edənlər İmamların məqamını həddən artıq şişirdərək, ifrat dərəcəsinə varıb onları Allah, Peyğəmbər, yaxud da mələk hesab edirlər. Xüsusən də, Əli əleyhissəlamı Allah hesab edirlər.

65 İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.335.

66 İtxiyari-mə’rifətir-rical, səh.519.

67 İxtiyari-mə’rifətir-rical, səh.520.

68 Əli ibn Cə’fər İmam Əliyyən-Nəqi əleyhissəlamın ən əsas nümayəndələrindən biri olmuşdur.

69 İxtiyari-mə’rifətir-rical, səh.524.

70 Bu, o deməkdir ki, guya Qur’an Peyğəmbərə (səlləllahu əleyhi və alih) Allah tərəfindən nazil olmamış və yalnız sonradan meydana çıxmışdır.

71 Əl-kamilu fit-tarix, c. 7, səh. 75.

72 İslam mədəniyyətinin tarixi, c.3, səh.214.

73 Əl-Kamilu fit-tarix, c.6, səh.423.

74 Mürucuz-zəhəb, c.3, səh.464.

75 Tarixi-Yə’qubi, c.3, səh.215.

76 Tarixül-xüləfa, səh. 306–312.

77 “Ənbiya” surəsi, ayə 49.

78 İmam Sadiq (ə)-ın Ə`məşə buyurduğu hədis bu mövzu ilə münasibdir: “Qur`an Allahın kəlamıdır, nə xaliqdir, nə də məxluq (Xisal, c. 2, səh. 609; Bihar, c. 10, səh. 228).

79 Ricali-Tusi, səh. 409–429.

80 Nurul-əbsar, səh.166.

81 Əl-İrşad. səh.334.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə