İmam hüseyn (Ə)-in əxlaqi GÖRÜŞLƏRİ MÜƏLLİF: ƏHMƏd sabiRİ HƏMƏdani



Yüklə 3,77 Mb.
səhifə6/7
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31774
1   2   3   4   5   6   7
ALLAH FİRQƏSİNİN SON QƏLƏBƏSİ
Allah firqəsinin xüsusiyyətlərindən biri də budur ki, həmişə şeytan firqəsinə qalib gəlmiş, axırda iş və mübarizə onun xeyrinə tamam olmuş, döyüş meydanından, bu yolda itkilər versə və xəsarətlər alsa da, başı uca çıxmışdır.

Qur`ani kərim “Maidə” surəsində buyurmuşdur:

“Allah yazmışdır ki, Mən və Mənim elçilərim qalib gələcəyik.”2

Və buyurmuşdur:

“Bizim Öz mürsəl bəndələrimiz üçün əvvəldə bəyan edilmişdir ki, həqiqətən onlara (Allah tərəfindən) kömək olunacaqdır və həqiqətən Bizim qoşunumuz hökmən qalib gələcəklər.”3

Başqa bir ayədə buyurmuşdur:

“Hər kəs Allahı, Onun Peyğəmbərini dost tutsa, (bilməlidir ki,) həqiqətən yalnız Allah firqəsi qələbə çalanlardır.”4
ALLAH FİRQƏSİNİN MÜHÜM XÜSUSİYYƏTİ
Allah firqəsinin və onun faydalı proqramlarının xüsusiyyətlərinin təfsilatı böyük-böyük kitablara sığmaz. Lakin bu yazımızda onun tərəfdarlarının əsas istiqamətini və mövqeyini başqa əyri və qarışıq istiqamətlərdən ayıran ən bariz xüsusiyyətlərindən birinə işarə edirik: bu da Allahın və İslamın düşmənlərilə barışmazlığı, onlara güzəşti, məhəbbəti və dostluğu qəbul etməməsidir və bu cəhət də düşmən üzərində qələbəyə səbəb olmuş və olacaqdır.
DİN DÜŞMƏNLƏRİ İLƏ BARIŞMAZLIQ
Özünü Allah firqəsinin üzvü hesab edən, bu firqənin əsasnaməsini yerinə yetirən bir adam heç vaxt haqq-həqiqət, fəzilət və insaniyyət yolunun düşmənləri ilə dostluq yolunu tutmaz, şeytan firqəsi ilə saziş və barışığı qəbul etməz; O, heç bir yolu İslam yolundan yaxşı hesab etməyəcəkdir. İslam və Qur`anla bağlılığı başqaları ilə hər cür əlaqə və bağlılıqdan üstün hesab edər, İslamın rəhbərliyi xəttindən çəkindirən hər bir amil, hər cür təhdid və satın almaq müqabilində müqavimət göstərər, maddi və mə`nəvi çətinliklər qaşısında İslam Peyğəmbərinin dostları və şəhidlərin seyyidinin ənsarı kimi səbr edər, fikri və əqidə xəttinə inanmadığı hər qrupdan və tayfadan uzaqlaşar, Qur`ani kərimin buyurduğu kimi, onların dostluğuna və məhəbbətinə, hətta ataları, anaları olsalar belə, öz ürəklərində yer verməzlər.

“Allah və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə-dostluq etdiyini görməzsən.

Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar, onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi-məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.”1

ALLAH FİRQƏSİNİN LAZIMİ AYIQLIĞI
Allahın həqiqi bəndələri hər cür işgəncə, əziyyət, iqtisadi, hərbi mühasirə və onlarla bu cür çətinliklər qarşısında həmişə düzgün yol seçmiş və indi də belədirlər. Zülmlə, ədalətsizliklə, cəhalət, xurafat və yüzlərlə ictimai çətinliklərlə mübarizə yolunda düşmənə heç vaxt təslim olmamış, zəiflik göstərməmişlər. Buna görə Allah firqəsinin düşmənləri həmişə mə`yusdurlar; istəyirlər ki, müharibə, hərbi və iqtisadi mühasirə yolu ilə qələbəyə nail olsunlar, Allah firqəsinin fərdlərini, üzvlərini öz torlarına salsınlar; məcburdurlar ki, yeni planlar hazırlasınlar, aldadıcı dostluq və məhəbbət yolu ilə bə`zən ailəvi qohumluq yaratsınlar və istədiklərini əldə etsinlər, Allah firqəsinin inkişafının və inqilabının qarşısını tamamilə alsınlar və ya onu zəiflətsinlər, bə`zən xalq kütlələrinin nəzərində inqilabın simasını dəyişsinlər.

Bu həssas məqamlarda böyük ayıqlıq göstərmək və huşyar olmaq lazımdır. Bu barədə də şəhidlərin sərvəri, Kərbəlanın qanlı döyüşlərinin rəhbəri, eşq və şəhadət məktəbinin əsasını qoyan Həzrət İmam Hüseyn (əleyhissalam)-ın evinə baş vuraq, onun ibrətamiz həyatından, həmişəyaşar əxlaqından siyasət dərsi alaq və bu dastanı diqqətlə oxuyaq.



DOST LİBASINDA DÜŞMƏN
Şeytan firqəsinin rəhbəri Yezid və onun atası Müaviyə yaxşı bilirdilər ki, Zəhra, Əli və Hüseyn (əleyhimussalam)-ın evindən bir inqilabi hərəkət yetişməkdədir, çox çəkməz ki, o, alovlanar, əməvilərin nəhs təbiətli nəslini yandırar.

Müaviyə və onun tərəfdarları yetişməkdə olan bu inqilabın qarşısını almaq və ana bətnində ikən boğmaq üçün hər vasitədən istifadə etdi, zor və zər (rüşvət) silahından istifadə etdi, lakin bir nəticəyə nail olmadı.

Nəhayət, hiylə qapısından daxil oldu, Peyğəmbər xanədanı ilə qohumluq və izdivac təklifini irəli sürdü. Lakin burada da məğlub oldu.
HƏSSAS MÖVQELƏR
Hər kəs və ya hər siyasi və qeyri-siyasi qrup üçün fövqəl-adə həssas və qorxulu, hətta bə`zən müqəddərat həll edəcək, bir millətin tarixi istiqamətini dəyişə biləcək məqamlar qarşıya çıxır. Belə məqamlarda düzgün qərar qəbul etmək əql və qətiyyət nişanəsidir; qəflət və laqeyd münasibət, qəziyyənin dərinliyini görməmək, çox hallarda bir inqilabın aradan getməsinə və məğlubiyyətinə səbəb olur.

Müaviyə İmam Hüseyn (əleyhissalam)-ın inqilabi hərəkatının qarşısını almaq üçün sazişçilik və dostluq qapısından içəri daxil oldu. Bəni Haşim və Bəni Üməyyə arasındakı ixtilafı aradan qaldırmaq üçün ən tə`sirli amil qohum olmağı hesab etdi. Ümid etdi ki, Zeynəbi-Kübranın qızını oğlu Yəzid üçün almaq təklifi, qızın dayısı olan İmam Hüseyn (əleyhissalam)-ın inqilabi əhval-ruhiyyəsində bir dönüş və yumşaqlıq əmələ gətirər və ya heç olmasa, inqilabın qarşısı müəyyən bir müddətə qədər alınar.

Müaviyə Mədinənin hakimi Mərvana məktub yazıb ona göstəriş verdi ki, Abdullah ibni Cə`fərin Zeynəbdən olan qızı Kübranı öz vəliəhdi Yezid üçün elçilik etsin və ona alsın.

Bununla əlaqədar bildirdi ki, o, mehriyyə (başlıq) və münasib bildiyi başqa şərtləri həll etmək üçün tam ixtiyara malikdir. Bütün bunlardan əlavə, kəbin kəsilən zaman bir mühüm və əsas şərti də həll etməli idi və o da Bəni Haşim (Allah firqəsi) ilə Bəni Üməyyə (şeytan firqəsi) arasında saziş bağlamağı, düşmənçiliyə son qoymağı e`lan etmək və iki dəstə arasındakı çəkişmələrə həmişəlik son qoymaqdan ibarət idi.




DƏRHAL QƏRAR QƏBUL ETMƏK
Mədinənin hakimi Müaviyənin məktubunu alandan sonra nəzərdə tutduğu qızın atası Abdullah ibni Cə`fərin evinə yola düşdü. Bəlkə də belə təsəvvür edirdi ki, Bəni Haşim qəbiləsi bu fürsəti tam razılıqla qarşılayacaq və ona xeyir-dua verəcək, başqa dünyapərəstlər kimi sevincə və şadlığa qərq olacaqlar və onun bu xidmətini unutmayacaqlar. Nə isə, məclis quruldu, Müaviyənin şeytan firqəsinin nümayəndəsi bu firqənin üzvlərinin əksəriyyəti üçün mühüm və fövqəl-adə görünən bu təklifini bildirdi, bəlağətli bir xütbə oxudu, həmçinin Peyğəmbər xanədanının nəslini çox tə`riflədi, mehriyyəni və qızın atasının bütün borclarının ödəniləcəyini bildirdi, Yezid ibni Müaviyənin siyasi və ailəvi mövqeyini, iki düşmən-Bəni Haşim və Bəni Üməyyə arasında bağlanacaq barışıq və sazişin bütün şərtlərdən üstün olduğunu bəyan edəndən sonra müsbət cavab eşitmək ümidi ilə oturdu.

Bütün məclisi tam bir sükut bürüdü, heç kəs nəfəs belə çəkmədi. Sadəlövh və təcrübəsiz adamlar şadlıqdan öz dərilərinə sığışmırdı. Bə`ziləri öz ürəyində deyirdi: Nə yaxşı məqamdır, nə qızıl kimi fürsətdir! Bundan atəşkəs və düşmənçiliyə son qoymaq yolunda istifadə etmək lazımdır.

Lakin düşmənin sirli işlərindən, hiyləli planlarından xəbərdar olan, inqilabın böyük, mə`sum rəhbəri, şəhidlərin sərvəri İmam Hüseyn (əleyhissalam) sakit, aram oturmuş və məclisə tamaşa edirdi, bir kəlmə də danışmırdı, təkcə başqalarının fikrini bilmək, onların inqilabi ruhiyyəsini öyrənmək, Allah firqəsini də sınamaq və onların e`tiqadını qiymətləndirmək istəyirdi. Ancaq çox çəkmədi ki, vəziyyət dəyişdi, ümidlər yasa döndü. Müaviyənin şeytani planı faş və özü bir daha rüsvay oldu.

Qızın atası Abdullah ibni Cə`fər Mədinənin hakimi Mərvanın cavabını və qızının ixtiyarını qızın böyük dayısı, o zaman Bəni Haşimin böyüyü və uca məqamlı rəhbəri olan İmam Hüseynin öhdəsinə buraxdı. Hicri 61-ci il Kərbəla Aşurasının qəhrəmanlığının və qanlı inqilabının bünövrəsini qoymuş əziz Hüseyn özü kimi gözəl bir xütbə oxudu, məclis iştirakçılarının gözlədiyinin əksinə olaraq danışdı və siyasətbazların siyasətinin üzərindən pərdəni götürdü, Allah firqəsinin və şeytan firqəsinin hər birinin fikri istiqamətini müəyyənləşdirdi, qartalın kiminsə toruna düşməyəcəyini söylədi, Zeynəbi-Kubranın qızının izdivacı ilə əlaqədar Mərvanın üç şərti barədə belə dedi:

“Biz-Peyğəmbər və risalət xanədanı öz qızlarımızın mehriyəsini anamız Zəhra (əleyha salam)-ın mehriyyəsindən əsla çox müəyyənləşdirmirik; bir də ki, heç vaxt belə olmamışdır ki, Bəni Haşim (xanədanı) kişilərin borclarını qadınların hesabına (onların vasitəsilə) ödəsinlər.

(Bu ona işarədir ki, Bəni Üməyyə (xanədanı) öz həyatlarını qadınlarının vasitəsilə tə`min edirdilər, kişilərin borclarını da bu yolla ödəyirdilər.)

Amma bu iş Yezidin şəxsiyyətini, məqamını ucaltmadı, ona bağlı olan adamlar ancaq nadanlar ola bilərlər.
HAQQLA NAHAQ HEÇ VAXT BARIŞMAZ

İmam Hüseyn (əleyhissalam) izdivacın üçüncü şərti (Bəni Haşim və Bəni Üməyyə arasında barışıq və saziş) və haqla nahaq (batil) arasındakı sülh barədə çox dəyərli və tərbiyəvi bir cümlə buyurdu ki, o bu gün Allah firqəsinin, İran İslam Respublikasında və dünyanın digər müsəlman məmləkətlərində islami hərəkatların, nahaq (batil) əleyhinə mübarizə aparanların əsas fikri istiqaməti, həyat tə`limi və dəyişməz proqramı olmalıdır.

Məsələni belə bəyan etdi:

“Biz-Peyğəmbər xanədanı elə bir nəsildənik ki, Allahın rizası yolunda sizinlə (din düşmənləri ilə) vuruşur və mübarizə aparırıq, dünya və onun mənafeyi üçün heç vaxt sizinlə saziş bağlamarıq, danışıq mizləri arxasında oturmarıq, qohumluq, ailəvi yaxınlıq bu işdə kara gəlməz, bizi sülhə məcbur edə bilməz, hətta hər hansı bir səbəb, izdivac və evlənmək də.”1

Bu axırıncı söz Allah firqəsinin Müaviyənin və onun tərəfdarlarının, başqa sözlə, şeytan firqəsinin müqabilindəki fikri istiqamətini, əsas xəttini aydınlaşdırdı. Bundan əlavə, İmam Hüseyn (əleyhissalam) mərdlərə və böyüklərə məxsus bir iş gördü: O məclisdə Zeynəbi-Kubranın qızının kəbinini Bəni Haşim övladlarından birinə kəsdi və alçaq Yezidin ümidini həmişəlik kəsdi, öz şəxsi əmlakından olan böyük və dəyərli bir bağı bəyə və gəlinə bağışladı, onların birgə həyatını müəyyən dərəcə tə`min etdi.

Mərvan və onun digər yoldaşları xəcil, şərməndə, pərt halda məclisdən çıxdılar və şəxsiyyətlərinin fərqini də gördülər.

Batil və yalnış fikri istiqaməti olanlarla heç bir adla və heç bir səbəb üzündən saziş bağlamayan, onlara dostluq və barışıq əli uzatmayan Allah firqəsinin ən bariz və mühüm xüsusiyyəti budur.

Allah firqəsinin hər bir üzvü Hüseyn (əleyhissalam) kimi düşünməlidir. Düşmən tərəfindən irəli sürülmüş təkliflərə həddən artıq diqqət yetirməli, məsələlərə şəhidlərin sərvərinin bizə öyrətdiyi kimi yanaşmalı, özünü Allah firqəsi kimi təqdim edən o Həzrətin rəhbərliyi ilə əbədi olaraq fəxr etməlidir.

Bu kitabın müqəddiməsinin sonuncu bölməsini şəhidlərin sərvərinin Allah firqəsi ilə əlaqədar atəşin bir xütbəsi ilə bitirməyimiz çox gözəl olardı.

Fədakarların sərvəri, Kərbəla inqilabının və cəsurluğunun böyük rəhbəri, bir gün Müaviyənin məclisində camaatın xahişi ilə bir xütbə oxudu, müsəlmanlar üçün həqiqətləri aydınlaşdırdı, rəhbərliyin və Allah firqəsinin şərtlərinin bir hissəsini (Müaviyə yalandan özünü o şərtlərə layiq hesab edirdi) bəyan etdi və o şərtlərdən birini Qur`anın həqiqətlərindən xəbərdar olmaq və onlara əməl etmək hesab elədi.

İmam Hüseyn (əleyhissalam) fəsahətli və bəlağətli xütbəsini oxuduğu zaman xalqı öz firqəsinin və rəhbərliyinin ardınca getməyə də`vət etdi. Rəhbər seçməkdə və ona itaət etməkdə müsəlmanların üzərinə düşən ağır vəzifəni başa saldı, öz sözlərini belə ifadə etdi:

“Bizik Allah hizbinin qalibləri, Allah Peyğəmbərinin pak itrəti və yaxın Əhli-beyti, bizik iki ağır və çox qiymətli əmanətdən biri Allahın kitabı olan Qur`andır ki, Peyğəmbər bizi Qur`andan sonra ikinci əmanət buyurmuşdur. Hər şeyin bəyanı və təfsilatı onda vardır, onda keçmişə və gələcəyə aid olan heç bir batil söz yoxdur. O elə bir kitabdır ki, onun həqiqətlərini təfsir və bəyan edərkən bizə istinad və e`timad edilməlidir, onun tə`vilini bilmək bizə çətin deyil, Qur`an həqiqətlərinə əməl etməyi həmişə öz fəaliyyət proqramına çevirən bizik, elə isə (bu xüsusiyyətimizə görə) bizə itaət edin ki, bizə itaət etmək sizin hamınız üçün vacibdir. Çünki, Xudavəndi-aləm onu Özünə və Peyğəmbərinə itaət etməyə layiq hesab etmişdir”2



İKİNCİ HİSSƏ
Bu hissədə oxucuların nəzərinə çatdırılanlar şəhidlərin sərvəri Həzrət İmam Hüseyn (əleyhissalam)-dan rəvayət olunmuş və ya o Həzrət tərəfindən öz böyük babası-Allah elçisindən (səlləllahu əleyhi və alihi və səlləm) və ya atası Əmirəl-mö`minin Əliyyül-Murtəzadan (əleyhissalam) nəql edilmiş bir silsilə rəvayətlərdir.

Bu rəvayətləri, toplanmasında çox zəhmət çəkilmiş “Musnədul-İmamil-Hüseyn” kitabından iqtibas etdim. Ümidvaram ki, o kitab tam təkmilləşdiriləndən sonra oxucuların nəzərinə çatdırılacaq ki, bununla da azadlıq sevənlərin sərdarı və şəhidlərin sərvərinin hədis kitablarında və xəbərlərdə rəvayətlərinin olmadığını və ya az olduğunu güman etməsinlər.

O Həzrət (İmam Hüseyn) Allahın elçisinin qiymətli ömrünün axırlarının bir neçə ilində o həzrətlə birgə yaşamaqdan əlavə, 30 il müddətində Peyğəmbərin elm və hikmət şəhərinin darvazası olan atası Əliyyibni Əbi Talib (əleyhissalam)-ın yanında yaşamış, yığıncaqlarda, məscidlərdə, döyüş meydanlarında o Həzrətin sözlərini eşitmiş, həmçinin qırx il Peyğəmbərin böyük nəvəsi İmam Həsən Müctəba ilə bir yerdə olmuşdur. Yüzlərlə səhabə və başqaları maarif, əhkam və əxlaq haqqında Əliyyibni Əbi Talib (əleyhissalam)-dan minlərlə rəvayət nəql etmişlər. Necə ola bilər ki, şəhidlərin seyyidi onları atasından eşitməmiş olsun və ya onların hamısı aradan getmiş olsun? Qətiyyən belə olmamış və belə də deyildir.

Məsələnin həqiqəti budur: Ravilərin Həzrət İmam Hüseyndən nəql etdikləri rəvayətlərin çoxu hədis kitablarında pərakəndə şəkildədir, indiyə qədər heç kəs onları toplamağa sə`y göstərməmişdir və ya bunu lazım bilməmiş və əhəmiyyət verməmişdir.

Ümid edirəm ki, bu məcmuə bu mövzunun daha artıq təhqiq olunması üçün bir yol açar, alimlər tərəfindən o Həzrətin dürlü sözlərindən və dəyərli rəvayətlərindən böyük-böyük kitablar yazılar, onun elmi, hikmətimiz, tə`limi, tərbiyəvi siması, şəhadəti və fədakarlığı kimi, ona sevgi bəsləyənlərin qəlbinə nur çiləyər, daha artıq işıq saçar.

İndi həmin iqtibas olunmuş rəvayətləri ərəb əlifbası sırası ilə möhtərəm oxuculara təqdim edirəm:


“İnsanların ən xəsisi, salam verməyə xəsislik edən kəsdir.” (Babasından rəvayət edir.)1

“Doğru yolda sizin ən möhkəm olanınız sizlərdən mənim Əhli-beytimi ən çox sevənlərinizdir.”2(Babasından rəvayət edir.)

“Ən səxvətli adam, canını və malını Allah yolunda bağışlayandır.”3(Babasından rəvayət edir.)

“İnsanların ən səxavətlisi, ondan heç bir bəxşiş gözləməyən adama bəxşiş verəndir.”4(Atasından rəvayət edir.)

“Dostluqda dostlarınla təmkinli ol; Ola bilər bir gün həmin dostun sənin düşməninə çevirilsin; Düşmənçilikdə düşmənlərinlə də qəddar olma ki, bir gün həmən düşmənin sənin dostun ola bilər.”2(Babasından rəvayət edir.)

“Suda boğulmuş adamı bir gecə-gündüz saxlayın, sonra dəfn edin.”3

“Pərvərdigarın varlığı gözə görünmədiyi kimi, əql və düşüncədən də gizlindir; Yə`ni nə ağıl Onun əzəmətini dərk edə bilər, nə də göz Onun qüdrətini görə bilər.”4 Necə ki, demişlər:

“Ey hikmət sahibi, nə vaxta qədər öz əqlinə güvənərsən? Sənin fikrinlə bu yol başa çıxılmaz. Allahın zatına əql o zaman çatar ki, bir saman çöpü öz-özünə dəryanın dibinə çatsın.”

“İnsanların ən axmağı odur ki, öz yazılarını puç və faydasız mətləblərlə doldurur.”

“Əməldə paklıq və xalis niyyət hər ibadətin me`yarı və ölçüsüdür, yə`ni ibadəti onun paklığı ilə ölçürlər, kəmiyyəti və çoxluğu ilə yox.”5

(Babasından rəvayətdir.)

“Ağıllı bir şəxs çətinliyə düşsə, ehtiyatla qəmin kökünü qazar və çarə tapmaq üçün öz ağlını işə salar.”

“Əgər sizlərdən biri öz övladlarına bir və`də versə, gərək hökmən onu yerinə yetirsin.”6

“Əgər sizlərdən biri bir təmənna və arzu edərsə, sonra (əldə etdiyini) onu xeyir işə sərf etsin və bununla kifayətlənməsin və (Allahdan) daha artığını istəsin; Çünki Xudavəndi-aləm böyük kəramət sahibdir.”7

“Sizlərdən biriniz bir zaman bir qonaqlığa də`vət olunsanız, övladlarınızı özünüzlə aparmayın, çünki, əgər belə iş tutsanız, həmin məclisə günahla daxil olur və haram yemiş olursunuz.”8(Babasından rəvayət edir.)

“Əgər bir kimsənin iş və əməlində yaxşılıq müşahidə edirsinizsə, onun əql və düşüncəsinin gözəlliyinə diqqət yetirin; Çünki hər kəsin əməlinin mükafatı onun əqlinin ölçüsü qədərdir.”9(Babasından rəvayət edir.)

“Əgər bir kəs bir yerdə çətinliyə və yoxsulluğa düçar olursa, o yerdən çıxıb getsin və özünü, ailəsini qəm-qüssəyə düçar etməsin.”10 (Babasından rəvayət edir.)

“Bir kəsin başqa bir şəxsin namusunu və şəxsiyyətini təhqir etdiyini eşitdiyin zaman, çalış səni tanımasın.”11

“Mehdi (Sahibəz-zaman) zühur edərkən, onunla ərəb və Qureyşli arasında qılıncdan başqa bir şey olmayacaqdır.”1

“Əgər günahını böyük sayırsansa; demək Allahı əzəmətli tanıyırsan; Günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.”2 (Atasından rəvayət edir.)

“Əgər bir tayfanın alicənab böyüyü (başçısı) sizin yanınıza gəlibsə, ona ehtirm göstərin.”3

“Əgər dininin düzlüyünü bəyəndiyiniz bir kəs sizin yanınıza elçiliyə gəlsə, onu evləndirin (qız verin); yoxsa sizin yurdunuzda fitnə olacaq və böyük fəsad baş verəcəkdir.”4

“Əgər bir bəndə Peyğəmbəri yad etməyib ancaq Allahı çağırsa (Peyğəmbərə salavat (salam) göndərməsə), duası başının üstündə dolanar; Nə zaman Peyğəmbərin adını çəksə, o duası göylərə qalxar.”5(Atasından rəvayət edir.)

“Qiyamət günü gələn zaman bir səda eşidilər: “Ey insanlar, hər kimin Allah yanında bir əcri var, ayağa qalxsın. Yalnız dünyada xeyir əməlləri olnlar və ehsan əhli olanlar qalxar.”6

“Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun surətinin gözəlliyi ilə maraqlandığı kimi, başının tükü ilə də maraqlansın, çünki saç qadının iki gözəlliyindən biridir.”7(Babasından rəvayət edir.)

“Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun həmin qadınla evlənməyə cəlb edən şeylərə baxmağının eybi yoxdur.”8 (Qadının üzünün və bədəninin gözəlliyi nəzərdə tutulur). (Babasından rəvayət edir.)

“Əgər sizlərdən biriniz öz zövcəsi ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, qadını paklıq cəhətdən bu yaxınlıq üçün hazır olub-olmaması haqda dediyi sözlərə inanmalıdır.”9 Yə`ni qadının cinsi yaxınlıq üçün meyli olub-olmadığını da nəzərə almalıdır, yalnız öz cinsi istəyini üstün tutmamalıdır.(Babasından rəvayət edir.)

Bu barədə kitabın birinci hissəsində dərc olunan məsələlərə müraciət olunsun.

“Əgər sizlərdən biri öz həyat yoldaşı ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, bu işi yerinə yetirərkən tələsməməli və qadını da tələsməyə vadar etməməlidir.”10 (Babasından rəvayət edir.)

“Sizin aranızda xətalar etməyə və çirkin əmələr törətməyə ən çox tələsənlər, qiyamət günü başqalarından daha tez göz yaşı axıdacaqlar.”11 Atasından rəvayətdir.

“Allahı şahid tuturam ki, atam Əlidən eşitdim: Buyurdu ki, Allahı şahid tuturam ki, Peyğəmbər belə buyurdu: “Şərab içən bütpərəst kimidir.”1

“O yerdə ki, haqq səni xoşagəlməz hadisələrə tuş gətirdi, buna səbr et, o yerdə ki, səni şəhvətə çağıran xoşagələn anlar olur, onda özünü qoru.”

“Bizə itaət edin, çünki, bizə itaət etmək vacibdir və o, Allaha və Onun Peyğəmbərinə itaətə yaxındır, bir sıradadır. Allahın buyurduğu kimi: “Allaha itaət edin, Onun Rəsuluna və sizlərdən əmr (ixtiyar) sahiblərinə itaət edin.”2

“İnsanların ən güzəştə gedəni intiqam almağa qadir olduğu halda əfv edəndir.”3

“Xətaların və günahların ən böyüyü bir müsəlmanın malını nahaqdan mənimsəməkdir.”4 (Atasından rəvayət edir.)

“Yaradanın səbəbi ilə məxluqdan ehtiyacsız ol.”5

“Cihadların ən üstünü insanın öz nəfsinə qarşı etdiyi cihaddır.”6 (Peyğəmbərdən rəvayət edir.)

“Cihadların ən üstünü o şəxsin cihadıdır ki, sübhə çıxar və onda bir kimsəyə sitəm və zülm etmək fikri olmaz.” (Babasından rəvayət edir.)

“Ailə ləyaqətinə ziyan gətirən iş xudpəsəndlik (özünü bəyənmək) və özündən razılıqdır.”7 (Babsından rəvayət edir.)

“Mənim ümmətimin ən fəzilətli qadınları o gözəl simalılardır ki, ən az mehriyyə müəyyənləşdirirlər.” (Babasından rəvayət edir.)

“Hər kəsin bir mə`şuqu və məhəbbəti var, bir sevgilisi və bir nəğməsi var, bir ürəyini verdiyi və bir dildarı var: Vurğun insanların ən üstünü o şəxsdir ki, Allaha ibadəti sevir, onu mə`şuqu kimi qucaqlayır, qəlbində əzizləyir və bağrına basır, onu qəbul etməyə hazırlaşır. Əgər bir şəxs belə olsa, gecəni gündüz etməkdən, dünyanın onunla və ya onsuz olmasından heç bir qorxusu olmayacaqdır.”

“Vasitəçiliklə və insanların ehtiyacının rəf` (tə`min) olunmasına kömək etməklə özünüzə mədh və tə`rif qazanın və biganəlik və laqeydliklə özünüzü tə`nəyə, məzəmmətə hədəf etməyin.”8

“Bizim dostluğumuzdan və məhəbbətimizdən uzaq düşməyin, çünkibizə dost olan hər kəs Allahla görüşən zaman bizim şəfaətimizə daxil olacaqdır.”9

“İlahi, bizim şiələrimizə layiqli bir məskən müəyyən et, bizi və onları Özünün daimi rəhmət məkanında cəm elə.”

“Allaha and içirəm ki, qanıma qəltan olub öz Pərvərdigarıma qovuşmayınca, onların (Yezidin ardıcıllarının) heç bir istəyini qəbul etmərəm.”10

“Allah bizim davamçılarımıza (şiələrimizə) elə bir kəramət və əzəmət verəcəkdir ki, yer üzərində olan heç bir şey onlara gizli qalmasın.”1

“Həqiqətən sizlərdən mənə ən yaxın olan, şəfaət etməyə mənə ən vacib olanınız, sözü doğru olanınız əmanətə ən çğx riayt edəniniz, əxlaqı ən gözəl olanınızdır.”2 (Babasından rəvayətdir.)

“Allah xoş rəftarı sevir, ona (xoşrəftar adama) gömək edir, zərifliyi və xoşrəftarı olmayanları isə sevmir.”3 (Babasından rəvayət edir.)

“Həqiqətən, Allah səxavət və bəxşiş sahibidir və səxavətli şəxsi sevir, pis işlərə nifrət edir.”4 (Babasından rəvayət edir.)

“Allah Onun haram buyurduğu şeylərdən pərhiz edən kəslər üçün zamin durar, onu xoşlamadığı şeylərdən uzaqlaşdırar, sevdiyi şeylərə qovuşdurar və gümanı gəlmədiyi yerdən onun ruzisini yetirər.”5

“Həqiqətən, Allah mö`minlərə sağlıqlarında haram buyurduqlarını öləndən sonra da haram buyurmuşdur.” (Burada ona əziyyət verən, şəxsiyyətini (vücudunu) yaralayan, alçaldıcı, təhqiredici, söyüş və hər cür əməllər nəzərdə tutulur. Amma sağlığında caiz olmayan və ya razılıq vermədiyi malının, evinin satın alınması və ya həyat yoldaşı ilə evlənmək məsələsi bu rəvayətin mə`nasını təşkil etmir).6 (Babasından rəvayət edir.)

“Pərvərdigar Öz bəndələrinə şərafətli yerləri, onların sabitqədəmliyi və narhatlıqlara dözdüklərinə görə bəxş edir.”7

(Bu sözləri Kərbəlada bey`ət zamanı öz vəfalı dostlarına buyurmuşdur.)

“Həqiqətən qardaşım (İmam Həsən) insanların arasında Allah və Onun Peyğmbərini ən yaxşı tanıyan və onların arasında Qur`an həqiqətlərini və təfsirlərini ən yaxşı bilənidir.”8

“Həqiqətən, biz (Peyğəmbər xanədanı) elə bir nəsilik ki, sizinlə (Bəni Üməyyə ilə) Allah yolunda düşmənçilik edirik, sizinlə dünya xatirinə əsla sazişə gəlməyəcəyik: Qohumluq və əsl-nəsəb də bu işdə aciz qalmışdır, o ki, ola hər hansı bir səbəb.”9

(Bu sözləri o zaman buyurdu ki, Müaviyə Zeynəbi-Kübranın qızını Yəzidin oğluna almaq və kəbin zamanı bəni Haşim ilə Bəni Üməyyə arasında sülh bağlanmasını şərt olaraq irəli sürmək istəyirdi, lakin İmam Hüseyn (ə) bu bəyanla buyurdu: Bizim düşmənçiliyimiz Allah yolunda olan düşmənçilikdir, haqq və batilin düşmənçiliyidir, maddi və təbii vasitələr onu aradan apara bilməz. Bu haqda kitabın müqəddiməsində qeyd olunmuşdur.)

“Həqiqətən yaxşılıqların daha üstünü odur ki, bir şəxs Allah yolunda şəhid olsun; Hər bir itaətsizlikdən və günahdan daha alçaq pislik odur ki, bir kəs valideynlərindən birini öldürsün.”10

“Həqiqətən mən bu ümmət üçün sənin (Müaviyənin) hökmranlığından və hökumətindən daha böyük bəla və fəlakət görmürəm; Özüm üçün Məhəmmədin dini və ümməti üçün səninlə müharibəyə qalxmaqdan üstün bir fikir (yol) tanımıram və yoxumdur.”2

(Həzrət bu sözləri, onu çətinliklərlə qorxudan Müaviyəyə cavab olaraq yazmışdı.)

“Rəsuli Əkrəm yanında iki övladı olan bir kişi gördü. Uşaqlardan birini öpdü, o birinin yanından keçdi. Həzrət buyurdu: “Nə üçün onları bərabər tutmadın?”3 (Babasından rəvayət edir.)

“Həqiqətən insanın əxlaqi ləyaqətlərindən və dəyərli cəhətlərindən biri, onun qonaqpərvərliyidir.”4

“Sizinlə bir səviyyədə və bir şə`ndə olanlara qız verin və onlardan da qız alın və öz nəsliniz üçün seçin.”5 (Babasından rəvayət edir.)

“Həqiqətən Allahın yanında adamların ən pisi, şərlərinin qorxusundan (amanda qalmaq üçün) ehtiram olunan adamlardır.”6 (Babasından rəvayət edir.)

“Həqiqətən xəsis o adamdır ki, mənim adım onun yanında çəkilir, o isə mənə salavat (salam) göndərmir.”7 (Babasından rəvayət edir.)

“Mən (zamanın iblisi) Yezid ibni Müaviyəyə qarşı qürur, xudpəsəndilik, fəsad törətmək və zülmkarlıq etmək üçün çıxıb qiyam etmədim; əksinə, bu hərəkatda əsas məqsəd yalnız bu idi ki, babamın ümməti arasında və atam Əliyyibni Əbi Talibin ardıcılları içində islahat aparıb onların işini (Bəni Üməyyənin əlaltıları tərəfindən icad olunmuş) puçluqdan və xarablıqdan çıxarıb inkişaf və islah yoluna çəkim.”8

(Bu sözləri qardaşı Məhəmməd Hənifiyyəyə etdiyi vəsiyyətində yazmışdı.)

“Həqiqətən sizi Allahın kitabına və Onun Peyğəmbrinin sünnətinə doğru çağırıram; Çünki xalqın arasında İslam sünnəti öldürülmüş və bid`ət dirçəldilmişdir. Əgər mənim sözlərimi eşitsəniz və əmrimə itaət etsəniz, doğru yolu sizə göstərərəm.”9

(Bu sözləri Bəsrə camaatına yazmışdır.)

“Həqiqətən Rəsuli Əkrəm əgər düşmənlə qarşılaşsaydı, əvvəl piyadaları, süvariləri və dəvə üstəki əsgərlərini döyüşə hazırlayırdı və bundan sonra belə dua edirdi:

İlahi, Sən özün mənim pənahım, köməyim və müdafiəçimsən, Sənin qüvvən və qüdrətinlə hərəkət edir və döyüşürəm.”10(Atasından rəvayət edir.)

“Əgər Allahın elçisinə onu sevindirən bir xəbər çatırdısa, deyirdi: “Allaha şükürlər olsun ki, yaxşılıqlar və xeyir işlər Onun ne`mətləri ilə tamamlanır.” Əgər onu kədərləndirən bir iş baş verirdisə, deyirdi: “Hər halda Allaha şükr olsun.”1 (Atasından rəvayət edir.)

“Həqiqətən Rəsuli Əkrəm məscidə daxil olanda deyirdi: “İlahi, Öz rəhmət qapılarını mənim üzümə aç!” Məsciddən çıxanda deyirdi: “İlahi, Öz ruzi qapılarını mənim üzümə aç.”2 (Atasından rəvayət edir.)

“Həqiqətən Rəsuli Əkrəm həm ərli, həm də ərsiz qadınlara bəzənmək (həna qoymaq, sürmə çəkmək) göstərişi verdi.”3

“Allaha tamah üzündən bəndəlik edən insanların ibadəti tacir ibadətidir; qorxudan Allaha ibadət edənlərin ibadəti qul ibadətidir; minətdarlıq və təşəkkür üçün Allaha ibadət edənlərin ibadəti azad insanların ibadətidir. Bu sonuncusu ən gözəl, ən yaxşı ibadətdir.”4

“Həqiqətən Əli (əleyhissalam) İslami cəhətdən birinci şəxs, elmi cəhətdən insanların ən biliklisi, helm və dözüm cəhətdən onların ən böyüyüdür.”5

“Mən öldürüləcəyim günü, saatı və yeri bilirəm; Məni öldürəcək şəxsi, dəfn olunacağım məkanı da tanıyıram.”6

“Mən ölümü ancaq xoşbəxtlik, zülmkarlarla bir yerdə yaşamağı isə ancaq kədər və sıxıntı sayıram.”7

“Həqiqətən mənim şəxsiyyətim, himmətim və iradəm ölümün qorxusundan zülmü və sitəmi qəbul etməkdən və zalimin iradəsini boynuna götürməkdən çox-çox uzaqdır.”8

“Mən öz əshabımdan daha vəfalı və daha yaxşı dostlar, öz Əhli-beytimdən daha çox bir-birinə bağlı Əhli-beyt tanımıram.”9

(Bu sözləri Aşura gecəsi öz dostlarını və qohum-əqrəbasını sınadığı və onlardan bey`ət aldığı zaman buyurmuşdu.)

“Əgər sizin dininiz yoxdursa və qiyamət günündən də qorxmursunuzsa, heç olmasa öz dünya həyatınızda azadə olun.”10

(Bu sözləri Aşura günü Yezidin qoşunları İmam Hüseyn (əleyhissalam)-ın xeymətlərinə hücum etdikləri zaman Əbu Süfyanın tərəfdarlarına buyurdu.)

“Ey ümmət, əgər siz, biz Peyğəmbər Əhli-beytinə kömək etməsəniz və bizimlə insafla, ədalətlə rəftar etməsəniz, zülmkarlar sizə qalib gələcəklər və İslam nurunu, sizin Peyğəmbərinizin Qur`anının nurunu söndürmək üçün çalışacaqlar.”11

“Dünya həyatının şirinliyi və acılığı rö`ya və yuxu kimidir. Ayıqlıq yalnız axirət aləmindədir.”1

“Həqiqətən sənin varlığın günlərdir. Əgər onlardan bir gün keçirsə, demək, sənin varlığının bir hissəsi yox olmuşdur.”2

Şəhidlərin sərvərinin bu sözlərindən başa düşmək olur ki, zaman da varlıq kateqoriyalarından (ölçülərindən) biridir.

“Həqiqətən ləyaqətli işlər tə`rifə və axırda isə mükafata layiqdir.”

“Başqalarına itaət yalnız bəyənilmiş və halal işlərdə olar, məxluqatdan kiməsə itaət etməkdə Allaha asi olmaq, iataətsizlik etmək olmaz.”3 (Babasından rəvayət edir.)

“Həqiqətən cahillikdəndir ki, insan gecə də yatsın, gündüz də yuxulasın. Yenə cahillikdəndir ki, təəccüb doğurmayan bir işə gülsün.”4 (Babasından rəvayət edir.)

“Əgər sizlərdən biri öz din qardaşını sevirsə, bunu ona desin: Çünki, bu iş o iki nəfərin aralarının yaxşılaşması üçün ən münasib işdir.”5 (Babasından nəql edir.)

“Həqiqətən sizin öz övladınıza birinci hədiyyəniz-onun gözəl adıdır: Ona görə (övladlarınıza) yaxşı adlar seçin.”6 (Babasından rəvayət edir.)

“Sonra üzr istəyəcəyin hər bir əməli eləməkdən çəkin. Çünki mö`min şəxs pislik etmir və üzr də istəmir. Amma münafiq şəxs hər gün pislik edir və üzr istəyir.”7

“Atanın nifrinindən (qarğışından) uzaq olun ki, o, qılıncdan da itidir.”8

“Sənə qarşı Allahdan başqa heç bir köməkçisi olmayan bir kimsəyə zülm etməkdən çəkin.”9

“Cənnətə birinci daxil olacaq kəslər-xeyir və xeyir işlər görənlərdirlər.”10 (Babasından rəvayət edir.)

“Axirətdə ilk ədalət qəbirlərdədir, çünki, onlarda (insanların) şərafətlisi ilə şərafətsizi seçilmir.”11 (Peyğəmbərdən rəvayət edilir.)

“Elmin əvvəli-susmaq, ikincisi-dərsə (deyilənlərə) qulaq asmaq, üçüncüsü-elmi yaymaq, dördüncüsü-öz öyrəndiklərinə əməl etməkdir; susmaq-qızıl, danışmaq gümüş kimidir.”12 (Atasından rəvayət edir.).

Səbirsizlik göstərərək sözə başlama,

Yaxşı söz de, əgər gec deyirsənsə, nə qəm.

Susmaq və danışmaq arasında olan müqayisə o mə`nadadır ki, onlardan heç biri üstünlük və zərurət tələb etməsin. Əks halda ya danışmaq və ya susmaq üstünlüyə malik olacaqdır; Yersiz danışmaq pis olduğu kimi, yersiz susmaq da məzəmmətə layiqdir.

İki şey əqlin kütlüyündəndir;

Danışmaq lazım olanda susmaq, susmaq lazım olanda danışmaq.

“İnsanların ən yaxşı əlaqə yaradanı o kəsdir ki, onunla üzülüşən (əlaqəni kəsən) adamla da əlaqəsi olsun.”1

“Ey oğlum, acı olsa da, haqq sözə döz.”2

(Haqq axtarmağın səni vadar etdiyi yerdə xoşagəlməz hadisələrə səbr et, xoşagələn şeylər səni havayi-həvəsə (şəhvətə) çağırdığı yerdə o xoşagələn şeyləri itirməyinə də döz.)

“Ləyaqətli və ləyaqətsiz adamlar üçün yaxşı işlər gör; Əgər yaxşılıq etdiyin şəxs ləyaqətli və bu işlərə layiqdirsə, demək onun ləyaqətinə yaxşılıq edilib; əgər o, buna layiq deyilsə, sən özün yaxşı işlərə layiqsən.”

“Siz Kufə əhli, düşmənlərin sizin aranızda ədalətin nə olduğunu aydınlaşdırmadığı və ya sizin tamah saldığınız alçaq həyatdan dünyadan sizə verdikləri haramdan başqa sizin üçün heç bir düzgün şey arzulamadığı halda, siz öz övliyanızın əleyhinə qalxaraq, dostların müqabilində dayanan düşmən qüvvəsinə çevrilərək sabaha çıxdınız.”3

(İmam Hüseyn bu sözləri Aşura günü Kufə əhlinə söylədi.)

“Camaatın İmamı namaz qılanların Allah qarşısında nümayəndəsidir; ona görə öz namazınızı qılarkən ən yaxşılarınızı qabağa verin.”4 (Babasından rəvayət edir.)

“Həqiqətən bu ümmətin birinci mənafeyi və xeyri zöhd və inam idi, onun sonrakı məhvi isə tamah, xəsislik və bihudə arzuları olacaqdır.”5 (Babasından rəvayət edir.)

“Mən Allaha və qiyamət gününə inamı olmayan hər azğının və təkəbbür sahibinin fərmanına tabe olmaqdan Allaha pənah aparıram!”6

“Həqiqətən Allah yaxşı işləri sevir, pis işlərdən ikrah edir.”7

“Vücudunuz sağlam ikən xeyir işlər görməyə tələsin.”8

“Gözlərin yaşarması (ağlaması) və ürəklərin müti olması Allahın mərhəmətlərindəndir.”9

“Allah xovfundan ağlamaq-cəhənnəm odundan xilas olmaqdır.”10

“Xəsis o adamdır ki, salam verməyə xəsislik edir.”11

“Yaxşı iş odur ki, o işi görüb qurtaranda insanın nəfsi, qəlbi aram və sakit olur. Lakin günahın və pisliyin nişanəsi odur ki, onu edib qurtaranda ürək tərəddüd edir, dayanır.”12 (Babasından rəvayət edir.)

“Behiştin qiyməti-təkallahlıqdır (tovhiddir).”2

“İnsanlarla dostluq etmək ağlın, onlarla xoş rəftar-həyatın yarısıdır.”3 (Babasından rəvayət edir.)

“Təqva-kəramət, helm-arzu-yumşaqlıq, səbr isə-ən yaxşı nicat gəmisidir.”4 (Babasından rəvayət edir.)

“Mavi gözlü qadınlarla evlənin, çünki onlarda bərəkət və xoşbəxtlik vardır.”5 (Babasından rəvayət edir.)

Cahiliyyət dövrü ərəbləri üçün ən pis rəng mavi rəng idi və onlar mavi gözlü qadınlarla evlənmirdilər. İslamın böyük Peyğəmbəri bu qısa və mə`nalı sözləri ilə o cahilanə adəti aradan götürdü və adamların mavi gözlü qadınlarla izdivac etməsinə rəğbət yaratdı.

“Bakirə qızlarla izdivac edin, çünki, onların ağzı və danışığı daha pakdır, onlar hamilə olmağa, tez tərbiyə olunmağa daha çox hazırdırlar, vəfada və məhəbbətdə daha möhkəmdirlər.”6 (Babasından rəvayət edir.)

Cahiliyyət dövrü ərəblərinin bə`ziləri ailə qurarkən həyat təcrübəsi görmüş dul qadınlarla evlənməyi qızlarla evlənməkdən üstün tuturdular. Lakin Allahın elçisinin nəvəsi Hüseyn ibni Əli (əleyhissalam)-ın rəvayət etdiyi bu bəyan onların (ərəblərin) məntiqini və təfəkkür tərzini dəyşdi.

“Yemək yeyəndən sonra dişlərinizi təmizləyin, çünki bu sizin qabaq və dal dişlərinizin salamat qalmasını tə`min edir.”7 (Babasından rəvayət edir.)

“Bir-birinizlə əl verib görüşün ki, bu dostluğu və məhəbbəti artırr.”8 (Babasından rəvayət edir.)

“İnsanların şərindən qorxduğunuz zamana Allahın itaətinə pənah apar.”9 (Babasından rəvayət edir.)

“Üç şey var ki, onlara əməl etsəniz, sizə bəla üz verməz:

1-İslamın və müsəlmanların düşmənlərinə qarşı cihad etmək; 2-Sizin rəhbərləriniz İslamın hüdudları barədə mühakimə və qəzavət zamanı ədalətli hökmlər versinlər; 3-Cihada hazırlığı tərk etməməlisiniz.”10

“Üç şey vardır ki, mö`min bəndənin qəlbi onlara münasibətdə xəyanət etməməli və küdurət saxlamamalıdır; birincisi, yalnız Allah üçün də`vət və təbliğ; ikincisi, harada olur-olsun, islami işlər övliyasına haqq əməllərdə nəsihət: üçüncüsü, öz dualarında və arzularında bütün mö`minləri və müsəlmanları özünə şərik etmək, çünki dua mö`minləri əhatə edir.”1 (Atasından rəvayət edir.).

“Üç şeydə mö`min şəxs üçün ləzzət və rahatlıq vardır: qardaşlarla görüşmək, oruc tutanlara iftar vermək, gecənin axırınadək ibadət üçün oyaq qalmaq və dua etmək.”2 (Atasından rəvayət edir.).

“Üç şey yaxşılıq qapılarındandır: birincisi, nəfsinin səxavəti və bəxşiş vermək; ikincisi, təmiz (mərdanə) söz söyləmək; üçüncüsü, əziyyətlər və narahatlıqlar müqabilində səbirli və dözümlü olmaq.”3 (Babasından rəvayət edir.)

“Üç qrup adam var ki, Allah onlara mərhəmət nəzəri ilə baxmır: 1-elədiyi yaxşılıqlar müqabilində minnət qoyan şəxs; 2-ata-anasının üzünə ağ olan şəxs; 3-içkini tərk etməyən kəs.”4 (Babasından rəvayət edir.)

“Üç qism adam insanların ən pisi sayılır: 1-nadan və cahil qoca, 2-varlı zalim, 3-xudpəsənd və təkəbbürlü kasıb.” (Atasından rəvayət edir.).

“Üç şey var ki, hər kəs özünü ondan qorusa, hər çətinlikdə şeytanın şərindən xilas olacaqdır: 1-ixtiyarı çatmadığı yad qadınla xəlvət yerdə olmayan adam, 2-padşah yanına getməyən və 3-bid`ət sahibinin bid`ətinə kömək etməyən adam.”5 (Atasından rəvayət edir.)

“İnsanın, onu Allaha asi olmaqdan saxlayan nəfsinə qarşı cihadı-cihadların ən böyüyüdür.”6

“Qonşuluq-yaxınlıq və qohumluqdur.”7

“Bir yerdə çörək yemək bərəkətə bais olur: bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə kifayət edir.”8 (Atasından rəvayət edir.)

“Allaha həmd etmək, hər ne`mətə şükr etməkdir.”9 (Atasından rəvayət edir.)

“Hikmət və bilik mö`min bir şəxsin itirdiyidir, hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olasınız və ona daha çox layiq olasınız.” (Atasından rəvayət edir.).

“Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”10

“Qur`an daşıyıcıları behişt əhlinin arifləridirlər.”11 (Babasından rəvayət edir.)

“Həcc hər bir zəif şəxsin cihadıdır, qadının cihadı isə gözəl ər saxlamaqdır.”

“Hər kəsin ailəvi şəxsiyyəti-onun dinidir, alicənablığı (mürüvvəti)-əqlidir, dözümü-şadlığının vasitəsi və böyüklüyü (kərəmi)-təqvasıdır.” (Babasından rəvayət edir.)

“Sənin ən yaxşı sərvətin odur ki, onun vasitəsi ilə öz abrını və şərəfini qoruyursan.”1

“Xoş xasiyyət-ibadətdir, sükut (susmaq) zinətdir.”2

“Boyunbağı cavan qadınların boynu üçün (yaraşıq) olduğu kimi, ölüm də Adəm övladlarının (alnına) yazılmışdır.”3

“İnsanlar-Pərvərdigarın ailəsidir; Allahın yanında insanların ən sevimlisi odur ki, Allahın ailəsinə, çörək yeyəninə bir xeyir versin və bir ailəni şad etsin.”4

“Allah qorxusu hər hikmətin açarıdır.”

“Beş şey var ki, onlardan istifadə etməyin qarşısını almaq caiz və halal deyildir: su, od, duz, otlaq, elm.”5 (Babasından rəvayət edir.)

“Ən yaxşı əmniyyət, Allah amanıdır.”6

(Bu cümləni: Məkkədə qal, əmniyyətdə olarsan”-deyə yazan Məkkə hakiminin məktubuna cavab olaraq yazmışdı.)

“Ən yaxşı ibadət-”Tovhid–la ilahə illəllah” kəlməsini demək, ən yaxşı söz “istiğfar”dır.”7 (Babasından rəvayət edir.)

“Dünyanın ən yaxşı mətahı-pak və əməlisaleh həyat yoldaşıdır.”8 (Babasından rəvayət edir.)

“Dua etmək-mö`min bəndənin silahı, dinin sütunu, yerlə asiman arasının zinətidir.”9 (Babasından rəvayət edir.)

“Din qardaşı üçün o, yanında olmadıqda edilən dua, qəbul olar”10 (Babasından rəvayət edir.)

“İşsiz və əməlsiz dua edən adam, kamansız ox atan kimidir.”11 (Babasından rəvayət edir.)

“Dua edənlə “amin” deyən əcrdə şərikdirlər.”12 (Babasından rəvayət edir.)

“Səni şübhəyə və tərəddüdə salan hər şeyi bir kənara qoy, səni şübhəyə salmayan işdən tut. Həqiqətən yalan şəkk-şübhəyə səbəb, düzlük və doğruluq isə qəlbin arxayınlığına baisdir.”13

“Elmi bəhs və müzakirələr mə`rifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”14

“Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin (və ya moizə olunan zaman qəbul etsin), öyrənsin və öyrəndiyinə əməl eləsin; O adamdır ki, (əvvəl) yəqin etsin, sonra Allaha itaətsizlikdən qorxsun, gününü çətinlik içində başa vurursa, Allaha şükr və minnətdarlıq etsin və sabaha (salamat) çıxırsa, rahatlıq və xoşluq üçün şükr eləsin.”1

(Atasından rəvayət edir.)

“Evləndiyiniz günü qadınlarınızla gecə cinsi əlaqədə olun, gündüz də təam verin.”2 (Babasından rəvayət edir.)

“Allahın rizası biz Əhli-beytin razı olmasıdır. Çünki Pərvərdigarın bəlasına səbir, ne`mətlərinə də şükr edirik.”3

“Haqq söz danışan, ancaq onun haqq sözlərinə eyb tutulmuş adamlar çox olmuşdur.”4

“Üzr istəməkdən daha yaxşı olan nə çox günahlar vardır.”5 (Məsəldir: Üzrü günahdan betərdir.)

“Allah o ata-analara rəhmət eləsin ki, övladlarının onlara yaxşılıq etməsinə kömək ediblər.”6

“Yaxşı adam yaxşı xəbər gətirər, pis adam pis.”7

“Dünyanı çox istəmək qəm-qüsəni artırar, zöhd isə dünyada insanın qəlbinə, bədəninə rahatlıq və sakitlik bəxş edər.”8
“Sözlərin sərkərdəsi: “La ilahə illəllah”-dır.9

“Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”10

“Babam Peyğəmbərinin belə dediyini eşitmişəm: Xilafət Əbu Sufyan övladlarına haramdır.”11

“Sirlər-əmanətdir, qonşuluq-qohumluqdur, köməklik etmək sədəqə verməkdir.”12

“Susmaq qızıl, danışmaq gümüş kimidir.”13

“Səfər etmək bir parça əzabdır; Sizlərdən hər biriniz vətənə və ailənizə dönmək üçün tələsin.”14 (Babasından rəvayət edir.)

“Səfər edib sağlam olun, oruc tutub savab qazanın, mükafat alın və vuruşun ki, sınaqdan çıxasınız; Həccə gedin ki, ehtiyac içində olmayasınız.”15

“Dişləri fırçalamaq, ağızı təmizləmək və Pərvərdigarı razı salmaqdır.”2 (Babasından rəvayət edir.)

“Xəsislik yoxsuluğa, bəxşiş vermək kimsəyə möhtac olmamağa səbəb olar. İnsanlarla xoş rəftar-əqlin nişanəsidir.”3

“Gözəl saç-Pərvərdigarın sizə bəxş etdiyi xilqət libaslarındandır, onu əziz tutun.”4 (Babasından rəvayət edir.)

“Ağ saqqal nur və aydınlıqdır, onu (qırxmaqla) zay etməyin.”5 (Babasından rəvayət edir.)

“Sabiq ne`mətlərə şükr etmək, gələcək ne`mətləri əldə etməyə hazırlıqdır.”6

“Padşahların ən pis sifətləri-düşmənlərdən qorxmaqları, kasıblara qarşı daşürəkli olmaları, hədiyyə və bəxşiş verdikləri zaman xəsislik göstərmələridir.”7

“Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.”8 (Babasından rəvayət edir.)

“Səbirlə imanın nisbəti-insanın başıyla bədəninin nisbəti kimidir.”9 (Atasından rəvayət edir.)

“Möhtac adam sənə ehtiyacını söylədiyinə görə öz şəxsiyyətini əziz tutmadı; İndi sən öz abrını uca tut və o şəxsin ehtiyacını rədd etməklə onu alçaltma.”10

“Doğru danışmaq izzət, yalan söyləmək-acizlik və zəlillik nişanəsidir.”11

“Sədəqə vermək-pis və çirkin ölümlərin qarşısını alır.”12 (Babasından rəvayət edir.)

“İnsanlardan pünhan şəkildə və kimsənin xəbəri olmadan sədəqə vermək və əl tutmaq-Pərvərdigarın qəzəb atəşini söndürür.”13 (Babasından rəvayət edir.)

“Sədəqə verməyin on, borc verməyin on səkkiz, din qardaşlarına hədiyyə verməyin və yaxşılıq etməyin, get-gəl etməyin iyirmi, ailəyə və qohumlara get-gəl etməyin və ehsan verməyin iyirmi dörd səvabı vardır.”14 (Babasından rəvayət edir.)

Bu rəvayətlərdən borc və hədiyyə verməyin, İslamda qohumlarla get-gəl etməyin–sileyi-rəhimin əhəmiyyəti aydın olur.

“İnamla iki rükət namaz qılmaq, inamsız halda gecə namazına qalxmaqdan daha yaxşıdır.”1 (Babasından rəvayət edir.)

“Qohumlarla əlaqə saxlamaq, get-gəl etmək (sileyi-rəhim)-ömrü uzadır və yoxsulluğu aradan aparır.”2 (Babasından rəvayət edir.)

“Xeyir işlər görmək-pis və çirkin ölümləri dəf edir.”3 (Babasından rəvayət edir.)

“Oruc tutmaq-bütün səbrin yarısıdır.”4 (Babasından rəvayət edir.)

“Səbr edin, ey kəramət səahiblərinin övladları, çünki ölüm sizi qəm-qüssə və çətinliklərdən geniş behiştə və əbədi ne`mətlərə doğru aparan körpüdən başqa bir şey deyildir.”5

(Bu mətləbi Aşura günü öz vəfalı dostlarına, səhabələrinə buyurdu.)

“Xoş o adamın halına ki, Allahdan qorxur və gecələr Allaha ibadət edir.”6

“Uzun-uzadı təcrübələr-ağlın çoxalmasına səbəb olur.”7

“Kişilərə münasib ətir odur ki, rəngi görünməsin və ətri duyulsun; Lakin qadınlara layiq ətir odur ki, rəngi və cilvəsi duyulsun, iyi isə gizli olsun.”8

“Öz övladlarınıza ox atmaq və üzmək öyrədin.”9 (Babasından rəvayət edir)

“İş görmək və sə`y etmək-bir növ təcrübədir.”10

“Xəstəyə, xəstələndikdən üç gün sonra baş çəkmək yaxşıdır.”11 (Babasından rəvayət edir.)

“Qeyrət-imandan bir nişanədir.”12 (Babasından rəvayət edir.)

“Alo bitkisinin şirəsi və sirkə balı çürüdən kimi, qəzəb də imanı çürüdür.”13 (Babasından rəvayət edir.)

“Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi (Allaha) təqva və itaətkarlıqdır.”14

“Sərvətini birinin çiynindəki yükünü yüngülləşdirmək və onu xalq yolunda xərcləmək üçün sərf etmirlərsə, böyük bəlalar zamanı bəxşiş etmirlərsə, onda mənim ümmətim üçün yoxsulluq zənginlikdən daha yaxşıdır.”15

“Sənin öz müsəlman qardaşına iftar verməyin və onun qəlbini şad etməyin, sənin oruc tutmağından daha böyük əcrə malikdir.”16

(Ola bilsin bu hədisin mə`nası budur ki, din qardaşının iftarın sənin açmağının savabı, sənin özünün oruc tutmağının savabından çoxdur. (əlbəttə, müstəhəb ouruc tutmaqdan söhbət gedir.)

“Bu ümmətin Qaimi–qiyam edəcək şəxsi mənim övladlarımdan doqquzuncusudur. Qeyb sahibi odur, özü sağ ola-ola mirası təqsim edilən şəxs odur.”2

“Həyatda qənaət etmək və özünün malik olduğu ilə kifayətlənmək-bərəkətin səbəbidir.”3 (Babasından rəvayət edir.)

“Qur`anı tilavət edənin və onu dinləyənin əcri və savabı bərabərdir.”4

“Qoca və yaşı ötmüş şəxs iki şeyi çox sevir: Uzun ömrü və dünya malını.”5 (Babasından rəvayət edir.)

“Dırnaqlarınızı tutun, bu, sizin üçün gözəl və daha yaxşı bir işdir.”6 (Babasından rəvayət edir.)

“Əgər Allahın elçisinə bir qızın doğulduğu müjdəsini verirdilərsə, buyururdu: “Reyhanədir və ruzisi Allahdandır.”7

“Allahın kitabı dörd şeylə möhkəmdir: Birincisi ibarət ilə, kəlmələrin zahiri ilə, ikincisi, işarə və kinayələrlə, üçüncüsü, zərifliyi, incəlikləri və təfərrüatları ilə, dördüncüsü, övliyaların həqiqətləri və peyğəmbərlərin vaqiələri ilə.”8

İbarətlər və zahir sadə adamlar üçün, işarələr xas adamlar və alimlər üçün, incəliklər övliya və Allahın dostları üçündür, amma həqiqətləri bilmək peyğəmbərlər üçün nəzərdə tutulur. Yalnız mələklər Allahın nə buyurduğunu bilirlər.

“Şəxsin hər hansı bir İslami sünnəti bərpa etmək, qorumaq, təbliğ etmək və yaşatmağı üçün göstərdiyi sə`y əmələrin ən üstünlərindəndir.”9

“Torpağa gömülmüş hər insan-qəribdir.”10

“Var-dövlət sahibinin sərvəti nə qədər artırsa, onun qəm-qüssəsi, çətinlikləri də (bir o qədər) artır.”11

“Öz himayəsi altında olan adamlara diqqət yetirməyən və onların hüququnu za edən insanın günahı ona bəs edər.”12 (Babasından rəvayət edir.)

“Hər bir cavanda ölüm üçün (torpaq üçün) bir bəhrə vardır.”13

“İnsanın imanı nə qədər artırsa, onun xanımlara, qadınlara olan əlaqəsi və ehtiramı daha da artır.”1

Hədisin mə`nasının bu olduğu ehtimal olunur ki, insanın öz həyat yoldaşına bəslədiyi məhəbbət çoxalar. (Babasından rəvayət edir.)

“Dinin kamalı-pərhizkarlıqdır.”2

“Yemək şeylərini ölçün və çəkin, çünki, təamın bərəkəti ölçüdə və çəkidədir.”3

“Böyüklük, ehsan və yaxşılıq, (axirət dünyasında) sorğu-sualdan qabaqdır.”4

“Hər şeyin bir hökm etmək (hökmranlıq) zamanı var, ta ki, əqli cəhətdən insanlar ən layiqli hökmranlığa sərvətə öz əqli gücünə yetişsin.”5 (Atasından rəvayət edir.)

“Hər bir dərdin dərmanı var və günahın dərmanı Allahdan bağışlanmaq diləməkdir.”6

“Qadın özünü əri üçün hazırladığı kimi, sizin hər biriniz də özünü qadınlarınız üçün hazırlamalıdır.”7 (Babasından rəvayət edir.)

Bu rəvayətin məqsədi və zahiri mə`nası budur ki, kişinin ailə həyatında səliqəsi və təmizliyi, qadının bəzəyi, səliqəsi kimi həmişə lazımdır.

“Mənim ləyaqətim ölümdən qorxan şəxsin ləyaqəti kimi deyildir.”8

“İzzət və şərəf yolunda ölmək əbədi həyatdan başqa bir şey deyildir.”9

“Zillət içində yaşamaq-sükunət içində (hərəkətsiz) ölümdən başqa bir şey deyildir.”10

“Mən ölümdən əsla qorxayacağam, həqiqətən mənim ruhum və himmətim ölümdən qorxaraq zülm və sitəmi qəbul etməkdən daha böyük və daha üstündür.”11

“Əməl tərəzisində yaxşı xasiyyətdən, xoş əxlaqdan daha ağır bir şey yoxdur.”12

“Allahdan qorxmağın behiştdən başqa bir nəticəsi və səmərəsi yoxdur.”13

“Sizin canınızın və varlığınızın behiştdən başqa bir qiyməti (dəyəri) yoxdur: Ona görə də onu bundan başqa bir şeyə satmayın.”14

“Torpaq altında yatanlar üçün bir yaxın adam və bir qohum yoxdur.”15

“Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mö`min şəxsin əxlaqi sifətlərindən deyildir.”16

“Müsəlmanlarla təmiz ürəklə (səmimiyyətlə) rəftar etməyən və ya bir müsəlmana xəyanət edən kəs bizdən deyildir.”1

“Yanında olmayan adam üçün qaibanə (xəlvət) edilən duadan daha tez qəbul olunan bir dua yoxdur.”2 (Babasından rəvayət edir.)

“Əgər mən torpaq altında yaşayan heyvanların yuvası kimi bir gizli yerdə olsam da Bəni Üməyyə qanımı tökmək üçün məni ordan çölə çıxardar.”3

Bu mətləbi Bəni Üməyyə nəslnin Peyğəmbər xanədanına bəslədiyi düşmənçiliyin çoxluğunu başa salmaq üçün Abdullah ibni Cə`fərə göndərdiyi məktubda yazmışdı.

“Əgər düşmənlərin şərrindən özümüzü saxlamasaydıq, dostlarımız düşmənlərimizdən seçilməzdi.”4

“Əgər din qardaşlarımızın hüququnu tanımaq olmasaydı, bütün pis işlərə əzab verilərdi.”5

“Allah hifz eləyən hər şey qorunacaqdır.”6

“Allah düzəldən hər iş asan olur.”7

“Qənaətcil olan adam kasıblığa düçar olmur.”8

“Allahın xoş rəftar və yumşaqlıq qərar verdiyi şeylərdə zinət və gözəllik yarandı, çirkin və xoşagəlməzlik qoyulmuş şeylərə yalnız kobudluq və pislik əmələ gəldi.”9

“Hər hansı bir cavan ilk gənclik çağlarında evləndisə, şeytan fəryad edib demişdir: “Vay mənim halıma, vay mənim halıma!” beləliklə, dininin üçdə birini məndən qorudu.”10 (Babasından rəvayət edir.)

“Allahın şəriki olmasını qəbul etmək günahından sonra, halal olmayan qadının bətnində haram nütfənin qərar verməsindən daha böyük bir günah yoxdur.”11 (Babasından rəvayət edir.)

“Allah Öz bəndələrini yalnız Onu tanımaları üçün yaratmışdır; Onlar Allahı tanıdıqları zaman Ona pərəstiş edərlər, hərgah Allaha ibadət etdilər, onda artıq Ondan başqasının qabağında səcdə etməyə ehtiyacları olmayacaqdır.”12
“İzzətə qovuşmaq və haqqı yaşatmaq yolunda ölüm nə qədər asandır.”13

“İmam yalnız o kəs ola bilər ki, Allahın kitabı əsasında hökm etsin, ədaləti bərqərar etsin, Allahın dinini vəfadar qalsın, nəfsini Allahının istək və iradəsi səbəbi ilə öz nəfsinə nəzarət etsin.” (Kufə əhlinə yazdığı məktubdan.)

“Allah ölümdən başqa bir dərdi göndərmişsə, hökmən onun dərmanını da göndərmişdir. Belə isə, dərman fikrində olun.”

“Allahın yanında Ona iman gətirmək, saleh əməl görməkdən və tərk olunmasını istədiyi şeyləri tərk etməkdən daha sevimli br şey yoxdur.”

“Xain (xəyanətçi) olmaqla riyakar olmağın heç bir fərqi yoxdur.”

“Allah hər kəsin taqətini apdısa, hökmən itaət etməyi də ondan götürmüşdür; və hər kəsin qüdrətini aldısa, hökmən onun dini vəzifəsini də aradan qaldırmışdır.”

“Heç kim dünyaya bel bağlayan (e`timad göstərən) bir şəxs kimi ziyana uğramamışdır.”

“Allahın elçisinin bir qrup adama belə buyurduğunu eşitdim: “Həqiqətən Əli hidayət şəhəridir: Onun qapısından girən hər kəs nicat tapdı, hər kəs ondan kənar keçdi, həlak oldu.”1

“Hər kəs ləyaqətlərinə görə daha biliklidir.”2

“Hər kəs Pərvərdigara itaət etsə, Allah ona ucalıq və üstünlük bəxş edər.”3

“Hər kəs Allah üçün öz niyyətini xalis etsə, Allah ona zinət və gözəlllik bəxş edər.”4

“Hər kəs Allaha məxsus olana e`tiqad və iman bəsləsə, Allah onu qane edər.”5

“Hər kəs Allahın əmri qarşısında öz böyüklüyünü və izzətini göstərsə, Allah onu zillətə sürükləyər.”6

“Xoş rəftar və barışqanlıq verilmiş hər kəsə dünya və axirətin xeyri verilmişdir. İnsanlarla xoş rəftardan məhrum olan hər kəs dünya və axirətin xeyrindən məhrum qalır.”7

“Bəd əxlaqa malik olan hər kəs, özünü əziyətə və əzaba salmşdır.”8

“Qəm-‚üssəsi çox olan adamın bədəni xəstəliklərə düçar olar.”9

“Allahı razı sala biləcək bir arzu ilə yaşayan hər kəs öz arzusuna çatmamış ölməz.”10

“Səxavət göstərən adam qüdrətə çatar, xəsislik eləyən adam rəzil olar.”11

“Hər kim bizi Allah rizası xatirinə sevər, biz və o, qiyamət günü baş və orta barmaqlar kimi bərabərik.”12

Bir rəvayətdə də belə gəlib çatmış ki, biz və o, iki bərabər barmaq kimi Peyğəmbərə qovuşarıq.

“Hər kəs bizi sevirsə, babamı sevmiş olur; Bizimlə düşmənçilik edən adam babamla düşmənçilik etmiş olur.”13

“Bizi sevən hər kəs bizdən-Peyğəmbərin Əhli-beytindən olacaqdır.”1

“Hər kəs bizi dünya xatirinə sevirsə, dünya yaxşı əməl sahibinə də, pis əməl sahibinə də çatar.”2

Mə`nası budur ki, bizə bəslənən məhəbbət düyaya olan məhəbbətdən üstün olmalıdır.

“Allahın xeyirləri və ne`mətlərindən yalınız dünyada şad olan adam, alçaq bir şey üçün razı olmuşdur.”3

“Ləyaqət nişanələrindən biri ağıllı adamlarla oturub-durmaqdır.”4

“Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidi yanaşması və fikir, münazirə fənnlərinin həqiqətlərindən xəbrdar olmasıdır.”5

“Sənin bəxşiş və hədiyyələrini qəbul edən hər kəs, sənin kəramətinə və böyüklüyünə kömək etmiş olur.”6

“Səni sevən adam səni pis əməllərdən çəkindirər, səni düşmən sayan adam səni bəd əməllərə vadar edər.”

“Bir şeyi günah və Allaha qarşı itaətsizliklə əldə edən adam, öz ümidlərini daha çox məhv etmiş və qorxduğu şeyə tez düçar olmuş olur.”7

“Öz din qardaşı üçün bir xeyir iş görən adam, sabah (qiyamət günü) əvəzini onun yanına gəldikdə tapacaqdır.”8

“Kim ki, öz din qardaşına yaxşılıq eləyəndə Allahı nəzərdə tutur və o işi Allah xatirinə edir, onun ehtiyacı olduğu zaman Allah əvəzini qaytaracaqdır və onun elədiyindən də artıq çətinliklərini rəf edəcəkdir.”9

“Öz müsəlman qardaşlarıın şərəf və namusunu müdafiə edən adam üçün behişt vacibdir.”

“Hər kəs Allahı ona layiq olduğu şəkildə sevərsə, Allah ona arzıladığından artıq və həddindən çox əta edəcəkdir.”10

“Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyur.”11

“Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyar.”12

“Kim ki, insanların rizasını Allahı qəzəbləndirməklə əldə edirsə, Allah onu insanların ixtiyarına buraxır.”13

“Hər kəs Allaha təvəkkül etsə, qənaət etsə, malik olduğuna razı olsa, istədiyi şeydən ehtiyacsız olacaqdır.”2

Bu ona işarədir ki, yaşayış vasitələri əldə etməkdə tamahkarlıq göstərmək arzu olunmazdır. Allaha təvəkkül etmək, qənaətlə, razılıq və şadlıqla yaşamaq, cahilanə şəkildə rəqabət etməmək bir çox yersiz və artıq sə`ylərin qarşısını alır və Allah da ona kömək edir.

“Bir padşahın tələblərini Allahın əmrlərindən üstün tutan adamdan Allah təqva ruhunu alır və onu (bu dünyada və axirətdə) sərgərdan qoyur.”3

“Kim ki, Allahın haram buyurduğunu halal sayan, Pərvərdigarla bəndəliyi barədə əhd-peymanını sındıran, Allahın bəndələri arasında günah, zülm və ədalətsizliklə rəftar edən zülmkar bir şah və ya hakim görüb, ancaq ona e`tiraz etmirsə, Allah onu (o şəxsin) özünə məxsus yerə (zülmkarların olduğu yerə) salar.”4 (Babasından rəvayət edir.)

İmam Hüseyn (əleyhissalam) bu sözləri Kufə yaxınlığında oxuduğu xütbələrdə buyurdu və ətrafa yazdığı bə`zi məktubların sərlövhələri belə idi: Bu sözlərdən zülmkarlara qarşı mübarizədə müsəlmanların üzərinə düşən ağır məs`uliyyətlər aydın olur.

Həmin məs`uliyyəti hiss etməyin nəticəsi idi ki, şiə dünyasının böyük mərcəye-təqlidi Həzrət Ayətullahul-Üzma İmam Xomeyni (r) Qum şəhərindən meydana çıxaraq uzun müddət İslama və şiəliyə qarşı yönəlmiş napak, minfur niyyətlərini gizli saxlamış, zamanın zülmkarı və dövrünün şahı Məhəmməd Rza Pəhləvi əleyhinə müxalifət bayrağını qaldırdı, heç bir çətinlikdən qorxadı, bu məs`uliyyəti, İslam peyğəmbərinin yolunda zindanları və sürgünləri canı bahasına qəbul etdi, Hüseyn kimi zamanın yezidinə e`tiraz səsini ucaltı. 15 il zindan və sürgün əzablarından sonra İslami İrana İslam Cümhuriyyətini e`lan etdi. Amma şeytanlar tərəfindən neçə-neçə çətinliklər yaradıldı və dünya müstəmləkəçilərinin əlilə nə qədər alimlər və fəqihlər şəhadətə yetirildi? Nəhayət İraq məməlkətinin hakimi, əsrin və zamanın Səddam Hüseyn Əfləqi adlı bir cinayətkarının əlilə İran İslam Respublikası əleyhinə evlər yıxan bir məcburi müharibə başlandı ki, 7 ildir davam edir. Allaha şükr olsun ki, İmam Hüseyn məktəbinin davamçıları dünyada misli görünməyən bir rəşadətlə düşməni İran İslam Cümhuriyyətinin torpağından çıxartdılar. Ancaq müharibə hələ davam edir. Bu günlərdə İran körfəzində müharibə təhlükəsi aramaqdadır. Böyük Allah, əvvəllə olduğu kimi, indi də bizim yardımçımızdır.

“Gecəni gündüz edən (səhərə çıxan), ancaq müsəlmanların işinin fikrini çəkməyə hər kəs, müsəlmanlardan deyildir.”5 (Babasından rəvayət edir.)

“Bir adamın “ey müsəlmanlar” deyə imdada çağırdığını görən və ona cavab verməyən kəs müsəlmanlardan deyildir.” (Babasından rəvayət edir.)

“Hər kəs öz din qardaşının üstünə silah çəkib onu təhdid etsə, məlakələr onu lə`nətləyər o vaxtlara qədər ki, o, öz silahını ondan kənara çevirər.”

“Hər kəs ki, bid`ət qoyanın bid`ətini rədd edər, o, Allah yolunda cihad etmiş kimidir.” (Atasından rəvayət edir.)

“Hər kəs istəyir ki, Allahın yanında öz mövqeyini başa düşsün, gərək Allahın əzəmətindən özündə nə olduğunu bilsin.” (Babasından rəvayət edir.)

“Pərvərdigarın seçdiyinin gözəlliyinə e`timad edən hər kəs, Allahın istəklərindən başqa bir şey arzu etməz.”

“Kim ki, insanlarla insafla rəftar edir, haqq sözü qəbul edir, mübahisəni tərk edir, şübhəsiz, o, öz imanını möhkəmlətmiş olur, yoldaşlığını və dini vəzifələrini yaxşı yerinə yetirmiş və əqlini qorumuş olur.”1

“Pərişanlığın rahat buraxmadığı hər kəs: “Lahövlə vəla qüvvətə illa billah”-sözlərini çox təkrar etsin.”2

“İxtiyarında su, torpaq olan və kasıblığa düçar olan adam, Allahın rəhmindən uzaq olasun.”3

İstehsalın, kənd təsərrüfatının, əkin-biçinin əhəmiyyəti bu rəvayətdən aydın olur və bu, yalnız ayrı-ayrı fərdlərə aid deyildir, eyni zamanda suyu, torpağı olan, əkin-biçinə tam diqqət yetirməyən, yoxsulluğa, iqtisadi zəifliyə düçar olan və ona-buna əl açan hər dövlətə, hökumətə və məmləkətə də aiddir, belələri Allahın rəhmindən uzaqdırlar.

“Bu ümmətin bəlalarından bir budur: Əgər biz onları (bu yola) də`vət ediriksə, qəbul etmirlər, əgər öz başına buraxırıqsa, bizsiz hidayət olunmurlar.”4

“Müsəlman kişinin xoşbəxtliyi-əməli-saleh həyat yoldaşına, geniş mənzilə, mülayim və yol gedə bilən minik vasitəsinə və yaxşı əməl sahibi olan övlada malik olmaqdan ibarətdir.”5 (Babasından rəvayət edir.)

“İnsanın xoşbəxtliyidir ki, pak və düzgün dostları, əməli saleh və mehriban övladı, özünə uyğun və itaətkar həyat yoldaşı olsun və öz şəhərində həyatı da tə`min olunsun.”6

“Allahın ne`mətlərindən kişi üçün (biri də) budur ki, övladı özünə oxşasın.”7

“Hər kəs öz həyat yoldaşını möhtərəm saymalı və əziz tutmalıdır.”

“Hər kəs tük (bığ və saqqal) saxlayırsa, onu yaxşı və təmiz saxlamalıdır.”8 (Babasından rəvayət edir.)

“Təşnə ciyərlərin yanğısını söndürmək və ac qarınları doydurmaq Allah yolunda üstün tutulan əmələrdəndir.”9 (Babasından rəvayət edir.)

“Duasının müstəcab (qəbul) olmasını xoşlayan hər kəs öz qazanc və gəlirini halal etməlidir.”1 (Babasından rəvayət edir.)

“Allahın insana bəxş etdiyi ne`mətlər çoxaldıqca, o, Allaha şükürlərini də artırmalıdır.”2 (Babasından rəvayət edir.)

“Qəm-qüssəsi artan adam, daha çox istiğfar etməlidir.”3 (Babasından rəvayət edir.)

“Hər kəs bizi Allah xatirinə sevirsə, biz və o, Peyğəmbərimizə qovuşacağıq, əgər bizi dünya üçün sevirsə, dünya yaxşı və pis adamlara çatar.”

“İşinin sonunda “la ilahə illəllah”ı dilinə gətirən adam behiştə daxil olar.”4 (Atasından rəvayət edir.)

“Həyatı bir gecənin ibadətilə sona çatan adam behiştə gedir.”

“Həyatı bir bir miskinə təam verməklə sona çatan adam behiştə gedir.”

“Həyatı bir günü oruc tutmaqla sona çatan adam behiştə gedir.”

“Həyatının sonu ümrə əməli ilə başa çatan adam behiştə gedər.”

“Ömrü həcc ilə qurtaran hər kəs behiştə gedər.”

“Həyatında dəvənin bir nəfəs çəkməsi və ya onun südünün sağılması vaxtı qədər olsa belə, cihad etmiş adam behiştə gedir.”5 (Atasından rəvayət edir.)

“Yaxşı əməl və yaxşılıq-mə`rifət və dünyagörüşü qədərincə olur.”6 (Babasından rəvayət edir.)

“Mö`min adam üçün ölüm-qoxuladığı bir dəstə gül kimidir.”7 (Babasından rəvayət edir.)

“Biz bütün insanlar üçün ilahi əzablardan xilas olmaq vasitəsiyik.”8

“Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir, bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz-Peyğəmbər xanədanı-Allahın sirlərinin əhliyik.”9

“Biz-Pərvərdigarın qalib firqəsi, Peyğəmbərin yaxın ailəsi və onun pak əhli-beytiyik və iki çox qiymətli əmanətlərdən biriyik ki, bizi Allahın Peyğəmbəri Qur`anın ardıcılları və (əmanətinin) ikincisi kimi müəyyən etmişdir.”

“Biz-Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) xanədanı sizin üzərinizdə rəhbər olmağa, xilafət sürməyi haqsız olaraq xəlifəlik iddia edənlərdən və aranızda zülm, sitəm və düşmənçilikdə hərəkət edənlərdən daha artıq layiqik.”10

“İnsanlar dünyanın qullarıdırlar, din onların dilində yalamaqları kimi bir şeydir, o zamana qədər onu saxlayarlar ki, onun vasitəsilə xoş bir həyata çatsınlar: əgər çətinliklərlə və bəlalarla sınağa çəkilsələr, dindarlar az olacaqdır.”11

“Elm-imanın yaxşı vəziri, helm isə biliyin layiqli vəziridir.”1

“Toxuculuq-imanlı qadının ən yaxşı məşğuliyyətidir.”2 (Babasından rəvayət edir.)

“Bəyənilən işlərdə bir-birinizlə rəqabət edin, qənimət, qazanc və mənfəətlərini əldə etməyə tələsin, yerinə yetirərkən tələsmədiyiniz yaxşı işi hesaba almayın.”3

“Övladın ata-ananın surətinə məhəbbət və istəklə baxmağı ibadətdir.”4 (Babasından rəvayət edir.)

“İman qardaşının üzünə məhəbbətlə baxmaq ibadətdir.”5

“İslam Peyğəmbəri müşriklərin ölkələrində zəhərli maddələrin səpilməsini qadağan etdi, yə`ni kafirlərin və müşriklərin əleyhinə kimyəvi maddələrdən istifadə etməyə icazə verməmişdir.”6

“İslam Peyğəmbəri qaranlıq otağa çıraqsız girməyi qadağan etmişdir.”7

“İslam Peyğəmbəri bir şəxsin uca bir yerdən və ya dam üstündən peşov etməsini və havanı korlamağını qadağan etmişdir.”8

“Oruc tutan adamın yatmağı ibadət və nəfəs almağı dua etmək təsbih demək savabına malikdir.”9

“Allaha and olsun ki, Xudavəndi-aləm bizə itaət etməyə əmr buyurmadığı heç bir şeyi yaratmamışdır.”10

“Allaha and olsun ki, babamla, atamla, anamla, qardaşımla və bütün köçənlərimlə görüşməyimi Yə`qub peyğəmbərin Yusifi və qardaşlarını görməyə arzuladığından daha artıq arzulayıram. Mənim üçün bir qətlgah vardır ki, gərək onu axtarıb tapam və görəm.”11 (Babasından rəvayət edir.)

“Qonaqlıq (toy və s. kimi) birinci gün haqdır, lazımdır, ikinci gün yaxş işdir; lakin bundan nə qədər çox olduqda, riyakarlıq, öyünmək, zahirpərəstlik və xudpəsəndlikdir.”12 (Babasından rəvayət edir.)

“And olsun Allaha ki, Allahın, yalanı və yalan danışanları sevmədiyini bildiyim gündən heç vaxt yalan danışmaq qəsdinə düşməmişəm.”13

“Allaha and olsun ki, heç vaxt zəlillər kimi, düşmənə biət əlimi vermərəm və bəndələr kimi, döyüş meydanından da qaçmaram.”14

“Yaxşı övlad-behişt güllərindən olan bir güldəstədir.”15

“Vay bizim-Peyğəmbər xanədanının haqqını inkar edənlərin halına!”2

“Məhəmmədin canı əlində olan Allaha and olsun ki, özü tox, qardaşı və ya müsəlman qonşusu ac yatan heç bir bəndə mənim peyğəmbərliyimə iman gətirməz.”3

“Allaha and olsun ki, heç vaxt zəlillər kimi düşmənə bey`ət əlimi vermərəm və qullar kimi döyüş meydanından qaçmaram.”4

“Hədiyyə-küdurəti aradan aparır.” (Babasından rəvayət edir.)”5

“Hədiyyə üç qismdir: mükafat hədiyyəsi, zahiri hədiyyə, Allah xatirinə hədiyyə.”6

“Ey Adəm övladı! Həqiqətən sən və sənin varlığın bir neçə günlükdür: Keçən hər gün sənin bir hissəni yox edir.”7

Bu rəvayətdən başa düşmək olur ki, zaman-bir ölçü vahididir.

“Övlad ata-anaya qarşı ağ olduğu kimi, ata-ana da öz uşaqlarına ağ və asi olur.”8

“Şirki və müşrikləri qiyamət günü gətirirlər və od içinə atırlar.”9 (Babasından rəvyət edilir.)

“Sədaqətli adamlar (səmimi iman sahibləri) qiyamət günü gətirirlər və behiştə daxil edirlər.”10

***


Şəhidlərin sərvərinin risalət, vilayət mənbəlaərindən və o böyük şəxsiyyətin özündən bizə gəlib çatan və əxlaq xüsusunda olan insan yetişdirən rəvayətlərindən toplanmış bu kitab burada sona yetdi.

Ümid edirəm ki, Pərvərdigari-aləm bu işimi səmimyyətlə qəbul edər və iman sahiblərinin duası bu sətirlərin müəllifinə bir kömək olar.



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə