İmam hüSƏyn (ə) VƏ AŞura qiyami kitab haqqinda


Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?



Yüklə 417,39 Kb.
səhifə14/25
tarix06.10.2018
ölçüsü417,39 Kb.
#72898
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?


Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:

1-Məhəbbət

 Qurani-Kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd Peyğəmbərİn Əhlİ-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23-cü ayədə buyurulur: «(Ya Məhəmməd) De ki, Əhli-beytimə məhəbbət sevginizdən başqa sizdən heç bir şey istəmirəm!»

Və həmçinin Peyğəmbərimiz (s) buyurur: «Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur.»(1)

Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü

səh:127
1- [1] . «Möc ə mül-k ə bir», c. 22, s ə h. 247; «K ə nzül-ümmal», c. 13, s ə h. 662.

və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. (1) Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə tə`kid edilmişdir. Həzrət Əli (ə) buyurur: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. (2)

Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır.

2-Mənəvi tərbiyə

 Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mə`nəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla «nümunəvi insana» xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. Və İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mə`nəvi islahata sarı meyllənir. Necə ki, İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir.»(3)

Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə, yalnlz insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mə`nəvi dəyərlərin hakim olmasına xidmət göstərir.

Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt və`d

səh:128
1- [1] . « Ə l- M ə h ə bb ə fil-kitab v ə s-sünn ə », s ə h. 169-170; «Suallar v ə cavablar», s ə h 166.

2- [2] . «Biharül- ə nvar», c. 44, s ə h. 287.

3- [3] . «Biharül- ə nvar», c. 44, s ə h. 291; «Kamilüz-ziyarat», s ə h. 100.

edilmişdir.(1) Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. (2)

Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq,  daxilimizdəki mə`nəvi boşluğun hökm sürdüyü bir zamanda,  onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayarıq.

3- İlahi xatirəni əbədiləşdirmək

Kərbəla müsibəti olduqca əzəmətli  İlahi bir şüar və xatirə sayılaraq,  dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə vacib edilmişdir: «Hər kəs  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.» (Həcc surəsi, ayə 32)

Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək,  İlahi şüara çevrildi. Deməli Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu  İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.

səh:129
1- [1] . «Kamilüz-ziyarat», s ə h. 173; «Biharül- ə nvar», c. 44, s ə h. 291

2- [2] . «Kamilüz-ziyarat», s ə h. 171.

4- Milli – mə`nəvi dəyərlərimizin qorunması

Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük tə`sir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamaqla, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim uğrunda canından və hətta əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

səh:130

Nə üçün Aşura məclislərini əzadarlıqla qeyd edirik?


Bəzən sual verirlər ki, nəyə görə İmam Hüseynin (ə) xatirəsini başqa dahi şəxsiyyətlərə keçirtdiyimiz il dönümləri və digər dövlət səviyyəsində qurulan konfrans və seminarlar şəklində qeyd etmirik? Bu suallara belə cavab veririk ki, İmam Hüseynin (ə) şəxsiyyəti barəsində elmi və mədəni yığıncaqların keçirilməsi çox yaxşı və gərəklidir. Hətta belə yığıncaqların davamlı şəkildə olması, cəmiyyətimizin Kərbəla hadisəsinə baxışlarının elmi cəhətdən formalaşmasına səbəb ola bilər. Ancaq, bu hadisəni sırf elmi və mədəni formada cəmiyyətə çatdırmaqla, istənilən nəticəni əldə etmək olmaz. Ona görə ki, insanın zahiri rəftarları təkcə elmi və agahlıq üzündən baş vermir. Əksinə, bu rəftarların böyük bir qismi həyəcanlar və daxili hisslər nəticəsində həyata keçir. Məsələn, biz bilirik ki, yağı düşmənlərimiz, ölkəmizin ən gözəl guşəsi olan Qarabağı əlimizdən almış və minlərlə igidlərimizi qətlə yetirmiş, uşaq və qocalarımız yandırmaq və doğramaqla işgəncə verib, qadınlarımızı əsir götürmüşlər. Bu hadisəni eşitmək və bilmək hər bir insan

səh:131


üçün ağır və narahatedici haldır. Lakin əyani şəkildə günahsız bir körpəni erməni quldurlarının əli ilə yanmasını görmək, hətta bu hadisəni film vasitəsilə belə müşahidə etmək hər bir azərbaycanlının qeyrətini coşdurur, xalqına və vətəninə olan eşqi, onu düşmənlə amansız şəkildə mübarizə etməyə vadar edir. Deməli, bizim əməl və rəftarlarımızın çoxu elm və agahlığımızla yox, müşahidələrimiz və daxili hisslərimizlə əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan müstəsna deyil. Özümüz dəfələrlə İmam Hüseynin (ə) şəhadətini və Aşura hadisəsini minbər və moizə vasitəsilə eşitmişik. Və artıq demək olar ki, bu hadisə bizim zehnimizdə həkk olunmuşdur. Lakin görürük ki, təkcə bilməklə nə gözümüzdən yaş axır, nə ürəyimiz yanır və nə ülvi hisslərimiz oyanır. Halbuki, yanıqlı bir mərsiyə sədası eşitmək və qəlbləri eşqlə dolmuş bir dəstə cavanın sinə vurmalarını görmək insanın dininə və vətəninə olan duyğularının coşqunlaşmasına səbəb olur. Doğrudan da, qara libas geymiş əzadarların gözlərindəki yaş, onların mə`nəvi saflıqlarından xəbər verir. Bunlar hamısı İmam Hüseyn (ə) adına qurulan məclislərin bərəkətindəndir. Hətta Məhərrəm ayında ölkəmizdə olan əhval-ruhiyyəni və cəmiyyətimizdəki şəfqət və mərhəməti başqa aylarda müşahidə etmək qeyri-mümkündür.

Beləliklə məlum olur ki, ata-babalarımızdan yadigar qalmış əzadarlıq məclisləri, bizləri Kərbəla faciəsi haqda məlumatlandırmaqla yanaşı, imanımızın möhkəmlənməsi və ruhumuzun paklaşmasında mühüm rol ifa edir.

səh:132


Yüklə 417,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə