İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 
 
67 
67 
arxasında  qılırdı.  Münasib  bir  fürsət  əldə  etdikdə 
camaat  namazında  iştirak  edərkən  paltarlarını 
soyunub  çiyninə  bir  əba  salardı...  Bir  müddətdən 
sonra onu daha görmədik, səfərə getdiyini təsəvvür 
etdik.  Bir  xeyli  soraqlaşdıqdan  sonra  dostlar  “o, 
buradadır, özü gəlmir”-dedilər. 
Nəhayət məlum oldu ki, o həm camaat namazını, 
həm  də  bizi  tərk  etmişdir.  Bu  mömin  kişinin 
birdəfəlik  dindən  üz  döndərməsinin  səbəbini 
öyrənmək məqsədi ilə tədqiqat aparmağa başladıq. 
Bu macəra ilə maraqlanaraq nəhayət öyrəndik ki, 
həmin  şəxs  camaat  namazında  iştirak  edib 
dördüncü,  beşinci  sıralarda  dayanırmış.  Bir  gün 
pişnamazın  arxasında  və  birinci  sırada  dayanmış 
mürtəce  şəxslərdən  biri  namaz  vaxtı  ön  sıradan 
durub  sıraları  keçərək  beşinci  sıraya  gəlib  çatır  və 
bu kişi ilə üzbəüz oturub deyir: 
Sizə bir sual vermək istəyirəm, siz müsəlmansınız 
yoxsa...? 
Bu kişi: 
Bu sual nədir ki, məndən soruşursunuz? 
Mürtəce kişi: 
Xahiş  edirəm,  buyurasınız  ki,  siz  müsəlmansınız 
ya yox? 
O, dedi: 


 
 
68 
68 
Sən  nə  demək  istəyirsən,  əlbəttə  ki,  mən 
müsəlmanam,  əgər  müsəlman  olmasaydım  buraya 
gəlməzdim. 
Mürtəce və özünü müqəddəsliyə vuran kişi: 
əgər  müsəlmansansa,  bəs  niyə  üzünü  qırxıb  bu 
kökə salmısan?-deyə soruşdu. 
Söz buraya yetişdikdə o kişi: 
Bu məscid, bu camaat namazı, bu din və məzhəb 
özünüzün  olsun,  mən  getdim-deyə  ayağa  qalxıb 
yola düzəlir. 
Bu  da  üzdəniraq  nəhy  əz  münkərin  başqa 
nümunəsidir.  Xalqı  dindən  qaçırtmaq  və  din 
düşmənlərinin  sayını  artırmaq  üçün  bundan  da 
təsirli bir səbəb tapmaq olarmı? 
Bir  gün  xarici  bir  jurnalda  dindar  bir  qızın 
hekayəsini oxuyurdum: 
Şahzadələrin  biri  ona  vurulmuşdu.  O,  çox 
şəhvətpərəst  olduğuna  görə,  qızı  tora  salmaq 
istəyirdi. Bu dindar, ismətli və nəcabətli qız heç cürə 
ona təslim olmurdu. 
Nəhayət  şahzadə  məyus  olub  qızdan  əl  çəkdi. 
Neçə  gündən  sonra  bir  nəfər  qızın  tərəfindən  ona 
xəbər gətirib dedi: 
“O qız bir müddət səninlə xoş güzəran keçirməyə 
hazırdır və...” 


 
 
69 
69 
Şahzadə  təəccüblənib  bu  barədə  tədqiqat 
aparmaq  qərarına  gəlir,  görəsən  nə  üçün  belə  bir 
nəcabətli  və  iffətli  qız  birdən-birə  əyyaşlıq  və 
xoşgüzəranlığa meyl salmışdır?! 
Bir  qədər  maraqlandıqdan  sonra  məsələnin 
səbəbini öyrənir. O macəra bundan ibarət idi ki, bir 
keşiş  bu  qızın  yüksək  dini  əhval-ruhiyyəyə  malik 
olduğunu  duyub,  onun  əqidəsini  daha  da  artırmaq 
qərarına  gəlir.  Bir  gün  o,  qızın  yanına  gedir  və ona 
müraciətlə: 
Sənə bir hədiyyə gətirmişəm,-deyir. 
Onlar  üzbəüz  oturarkən  ruhani  keşiş  töhfəni 
qızın  qarşısında  yerə  qoyur  və  örtüyü  onun 
üstündən  çəkir.  Qız  qarşısında  bir  ölünün  kəlləsini 
gördükdə diksinərək “bu nədir?”-deyə soruşur. 
Keşiş:  “Onu  qəbristanlıqdan  gətirmişəm,  sən 
onun  barəsində  dərindən  fikirləşsən,  dünyanın  nə 
qədər vəfasız olduğunu duyacaqsan...” 
Keşiş  bu  işi  ilə  qızın  ürəyində  dinə  qarşı  elə  bir 
nifrət yaratdı ki, o: 
“Dünyanın  sonu  belə  olacaqsa,  bəs  nə  üçün  bu 
beşgünlük  yaşayışı  özümə  haram  edim?”-deyə, 
əyyaşlıq və pozğunluğa qurşanır. 


 
 
70 
70 
Bu da yanlış öyüd-nəsihətin başqa bir nümunəsi. 
Biz  artıq  bu  kimi  tövsiyə  və  nəsihətlərin  təsirinin 
mənfi olduğuna inanmalıyıq. 
Bu  mövzu  ilə  əlaqədar  mənim  özümün  bir 
xatirəm vardır: 
Qumda  olarkən  yenicə  işə  başlamış  məşhur  bir 
şirkətin maşını ilə səfərə çıxdım.. 
Vəramin  şəhərində  sürücünün  ürəyində  mənə 
qarşı  ikrah  hissi  oyandığını  duydum,  əlbəttə  biz 
əvvəldən bir-birimizi tanımırdıq. Az sonra ondan: 
Maşını harada saxlayacaqsınız?-deyə soruşdum? 
Bilmək  istəyirdim  ki,  maşın  yol  üstündəki 
yeməkxanalarda  saxlayarkən  namaz  qılmağa  vaxt 
olacaq ya yox. O, cavabımı elə bir tərzdə qaytardı ki, 
Məşhədə  kimi  bir  kəlmə  də  olsun  belə,  danışmağa 
cəsarətim  çatmadı.  öz-özümə  dedim,  bu  şəxs 
müsəlman  deyil,  yəhudidir.  Simnan  şəhərində 
maşın  dayandı.  Mən  dəstəmaz  alarkən  gördüm  ki, 
sürücü  ayaqlarını  yuyur,  mən  onun  dəstəmaz  alıb 
namaz  qıldığını  gördüm.  Mən  onun  müsəlman 
olduğunu  və  namaz  qıldığını  yəqin  etdim.  Onun 
bizimlə  rəftarı  qabaqkı  kimi  idi.  Məndən  bir 
oturacaq arxada iki nəfər Türbətli tələbə əyləşmişdi. 
Sürücü  onlara  məhəbbət  göstərirdi.  Yuxulamasın 
deyə  tələbələrin  birini  çağırıb  öz  yanında  oturtdu. 


 
 
71 
71 
Nəhayət  bu  müəmma  mənim  üçün  həll  oldu.  O 
sürücü  bütün  bədbəxtliyinin  səbəbini  mollalarda 
görürdü.  Bu  kimi  təsəvvürlər  bir  yalnış  və  yersiz 
əmr  be  məruf  və  nəhy  əz  münkərin  nəticəsində 
yarana bilər. 
Bu  işlər,  xalqı  dindən  uzaqlaşdıraraq,  onları 
bədbəxt  etmək,  dinə  və  ruhaniyyətə  qarşı  düşmən 
yaratmaqdır.  öz-özümə  dedim,  Allah  atasına 
rəhmət  eləsin,  mollalarla  düşmən  olsa  da,  islamla 
düşmən  deyil,  namaz  qılır,  oruc  tutur,  imam  Rza 
(ə)-ın ziyarətinə gedir və s... 
əmr be məruf və nəhy əz 
münkərin növləri
 
Dediyimiz  kimi,  əmr  be  məruf  və  nəhy  əz 
münkər  iki  hissəyə  bölünür:  Nəzəri  və  əməli. 
Bunların  hər  birisi  özü-özlüyündə  müstəqim  və 
qeyri-müstəqim hissəyə ayrılır. 
Siz  qeyri-müstəqim  yolla  əmr  be  məruf  və  nəhy 
əz  münkər  etmək  istəsəniz,  ilk  mərhələdə  saleh, 
təqvalı,  pəhrizkar  və  öz  elminizə  əməl  edən 
müsəlman  olmalısınız.  əməlin  təsir  dairəsi  başqa 
amillərdən  olduqca  genişdir.  Söz  əməl  qədər  təsir 
göstərə  bilməz.  Xalqın  filosoflara  deyil,  Peyğəmbər 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə