İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 


Cəmiyyətinin 
mədəniyyət 
şöbəsi 
tərəfindən 
hörmətli tərcüməçilərin vasitəsilə Azərbaycan dilinə 
tərcümə  edilib  və  buraxılmışdır.
 
Allahdan  bütün 
müsəlmanlara  səadət  və  islam  maarifini  öyrənib 
Quranın  əhkamına  düzgün  əməl  etməkdə  tövfiq, 
bütün  müsəlmanlara  birlik  və  islam  düşmənlərinin 
tezliklə məhv edilməsini istəyirik. 
Ümumdünya əhli-beyt cəmiyyəti 
ön söz 
Hörmətli 
oxucuların 
diqqət 
və 
nəzərinə 
çatdıracağımız  bu  mövzu  böyük  və  əziz  ustadımız 
şəhid 
Mürtəza 
Mütəhhərinin 
elmi 
tədqiqatlarındandır.  O,  imam  Hüseyn  (ə)-ın  qanlı 
inqilabında 
təsirli 
olan 
müxtəlif 
səbəblərin 
barəsində  geniş  tədqiqatlar  aparmış  və  nəhayət  bu 
hərəkatda  əmr  be  məruf  və  nəhy  əz  münkəri  ən 
yüksək  amil  hesab  etmişdir.  Bu  mövzunun  dolğun 
və  əhəmiyyətli  olduğunu  nəzərə  alaraq,  onu 
istifadənizə  təqdim  edəcəyimiz  kitab  şəklində  çapa 
hazırlamağı qərara aldıq. Oxucuları  lazımi faktlarla 
tanış  etmək  məqsədilə  söhbətdə  istifadə  olunan 
mənbələrin  ünvanını  səhifələrin  aşağısında  qeyd 
etmişik.  Arzu  edirik  ki,  Allah-təala  bu  işdə  xidmət 
edən  qardaşların  zəhmətini,  o  cümlədən  mövzuları 
lent  yazılarından  kağız  üzərinə  köçürənlərin, 


 
 


redaktə  və  montaj  edənlərin  və  ümumiyyətlə  bu 
işdə fəaliyyət göstərən bütün qardaşların zəhmətini 
qəbul etsin. Amin...! 
 
 
 
 
 
 
 
 
 
 
 
İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında 
mühüm amillər 
İmam Hüseyn (ə)-ın  inqilabi hərəkatında üç əsas 
amilin mühüm rolu olmuşdur. Ümumiyyətlə həmin 
üç 
mühüm 
amil 
bu 
böyük 
hadisəni 
formalaşdırmışdır.  Bu  mühüm  tarixi  hadisəni  təfsir 
edib  həqiqi  mahiyyətini  başa  düşmək  olduqca 
çətindir.  Tarixdə  də  bu  sahədə  ətraflı  məlumat 
verilməmişdir. 


 
 
10 
10 
Bu  böyük  hadisəyə  sbəbə  olan  amillərin 
mürəkkəbliyinə  hərə  onu  bir  cür  aydınlaşdırmış, 
bəziləri də ondan sui-istifadə etmişlər. 
Biz bu hadisədə müxtəlif məsələlərlə qarşılaşırıq. 
Məsələn,  bir  yerdə  görürük  ki,  imam  Hüseyn  (ə) 
ondan  beyət  etməsini  istəyənlərin  sözünü  rədd 
edərək  bu  təklifə  boyun  əymir,  başqa  bir  yerdə  də 
kufəlilərin dəvətini qəbul edir. Bəzən də görürük ki, 
İmam  beyət  və  dəvət  məsələsini  nəzərə  almayaraq 
hökumətin  mövcud  vəziyyətini  tənqid  edir  və 
fəsadın  geniş  surətdə  yayılmasını  xəbər  verir.  O 
həzrət,  islam  qununlarının  təhrif  olunmasından, 
halal 
işlərin 
haram, 
haramların 
isə 
halal 
edilməsindən 
söz 
açır. 
İmam 
Hüseyn 
əleyhissəlamın 
nəzərincə 
belə 
bir 
şəraitdə 
müsəlman  xalq  bu  kimi  hadisə  və  cərəyanlar 
qarşısında sakit qalmamalıdır. Görürük ki, imam nə 
beyətdən  və  nə  də  dəvətdən  daşınır.  O,  nə  Yezidin 
ondan  istədiyi  beyət  və  nə  də  kufəlilərin  dəvət 
məsələsini  bəyan  edir.  Görəsən  bunun  səbəbi  nə 
imiş? 
Görəsən  məsələ  bəyət  və  dəvət  idi,  yoxsa  çirkin 
əməllərin  yayılmasına  qarşı  etiraz  və  tənqid 
məsələsi?  Görəsən  həqiqət  nə  idi?!  Bu  məsələni 
hansı  nöqteyi-nəzərdən  araşdırmalıyıq?!  Bundan 


 
 
11 
11 
əlavə,  görəsən  Yezidin  dövrü  ilə  Müaviyə  dövrü 
arasında  nə  kimi  fərqlər  var  idi?  Nə  üçün  imam 
Hüseyn  əleyhissəlam  Yezid  ilə  sülh  etməyə  hazır 
olmadı  və  belə  bir  sazişi  heç  bir  şəkildə  qəbul 
etmədi? 
Həqiqət  budur  ki,  qeyd  etdiyimiz  səbəblərin 
hamısı imam Hüseyn əleyhissəlamın hərəkatında öz 
təsirini  göstərmişdir.  İmam  bütün  bu  amillər 
qarşısında  əks-əməl  göstərmişdi.  Onun  həyata 
keçirdiyi  işlər  beyətdən  imtina  etmək,  kufəlilərin 
dəvəti  və  yaxud  fəsad  və  pozğunluğa  qarşı 
mübarizə aparmaq əsasında olmuşdur. 
Birinci amil beyət 
İmam  Həsən  əleyhissəlamın  səhabələri  sarsılıb 
dağılışdıqdan  sonar  İmam  (ə)  Müaviyə  ilə 
müvəqqəti bir sülh müqaviləsi  imzaladı. Bu məsələ 
heç 
də 
Müaviyə 
sülaləsinin 
uzunmüddətli 
hökumətilə  barışmaq  mənasında  deyil,  məhdud  və 
müvəqqəti  bir  müqavilə  ilə  razılaşmaq  idi.  Bu 
müqaviləyə əsasən Müaviyədən sonra müsəlmanlar 
özləri layiq bildiyi bir şəxsi xəlifə seçməli və yaxud 
Peyğəmbər  tərəfindən  təyin  olunmuş  və  inanılmış 
bir şəxsə itaət etməliydilər. 


 
 
12 
12 
Müaviyə zamanına qədər xilafət və hökumət irsi 
bir  məsələ  deyildi.  O  zamanadək  bu  sahədə  yalnız 
iki növ düşüncə tərzi mövcud idi: 
1-Ancaq  Allahın  əmri  və  Peyğəmbərin  vasitəsilə 
təyin olunan şəxs xilafətə layiqdir. 
2-Xalq özü xəlifə seçməkdə azaddır. 
Hər  halda  Müaviyə  zamanınadək  camaat 
arasında  bir  xəlifənin  özünə  canişin  təyin  etməsinə 
təsadüf olunmamışdı. 
İmam  Həsən  əleyhissəlam  sülh  müqaviləsində 
qeyd 
etdi 
ki, 
Müaviyə 
özündən 
sonra 
müsəlmanların taleyi ilə əlaqədar heç bir qərar təyin 
etməyə haqlı deyil. 
Bütün  bu  qərarlara  baxmayaraq,  Müaviyə  elə 
həmin  ilk  günlərdən  etibarən  xilafəti  varislik  yolu 
ilə  oğluna  vermək  qərarına  gəlmişdi.  Tarixçilər 
nəzərincə o, xilafəti səltənət və şahlıq şəklinə gətirib 
çıxarmaq istəyirdi. 
Amma o, belə bir iş üçün hələlik şəraitin əlverişli 
olmadığını duyub bu barədə çox düşündü və bu işlə 
bağlı yaxın dostları ilə məsləhətləşdi. O, bu işin baş 
tutacağına  arxayın  olmadığı  üçün  öz  fikrini  açıq-
aydın  söyləməyə  cürət  etmirdi.  Bəzi  tarixçilərin 
yazdıqlarına 
əsasən, 
Kufənin 
keçmiş 
valisi 
Müğəyrət 
ibni 
Şöbə, 
Müaviyə 
tərəfindən 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə