İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
111 
111 
Allahın  mərhəməti  olduqca  genişdir.  O,  hər  şeyi 
biləndir!” 
Quran  infaqın  başqa  bir  nümunəsinə  də  işarə 
edir: 
¸¸ 
“Onların  bu  dünyada  sərf  etdikləri  şey  özünə 
zülm edən bir qövmün əkinlərini məhv edən soyuq 
bir küləyə bənzər. 
Allah  onlara  zülm  etməyib,  lakin  onlar  öz-
özlərinə zülm etdilər.” 
Beləliklə, əgər biz Allah və Peyğəmbərin yanında 
üzü  ağ  olmaq  və  başqa  ümmətlərin  yanında  fəxr 
etmək  istəsək,  əmr  be  məruf  və  nəhy  əz  münkər 
məsələsini unutmamalıyıq. 
Sizin  fikrinizcə,  əgər  Peyğəmbər  diri  olsaydı  nə 
kimi  məsələlər  haqqında  düşünərdi.  Mən  and  içə 
bilərəm  ki,  Rəsuli-əkrəm  öz  mübarək  məzarında 
Fələstin  (Qarabağ.  Red.)  məsələsindən  narahat  və 
nigarandır. 
Fələstin  məsələsi  bir  islami  ölkə  ilə  yox,  bir 
ümmətlə (islam ümməti ilə) əlaqədardır. 
Yəhudilər iddia edirlər ki, üç min il bundan əvvəl 
bu ölkədə hökumət etmişlər. Onların biri Süleyman 
və digəri isə Davuddur. Siz tarixi oxuyub görün ki, 
Fələstin  iki  min  il  bundan  əvvəldən  indiyə  kimi  nə 


 
 
112 
112 
vaxt  yəhudilərin  olmuşdur.  Yəhudilər  nə  vaxt 
Fələstin yerli əhalisinin əksəriyyətini təşkil etmişlər? 
Fələstin nə islamdan əvvəl və nə də islamdan sonra 
yəhudilərə mənsub olmamışdır. 
Fələstin müsəlmanlar tərəfindən fəth olunan gün 
yəhudilərin  deyil,  xristianların  ixtiyarında  idi. 
Təsadüfən  müsəlmanlarla  xaçpərəstlər  arasında 
bağlanan  sülh  müqaviləsinin  bir  maddəsi  bundan 
ibarətdir  ki,  müsəlmanlar  yəhudiləri  Fələstin 
ölkəsinə  buraxmasınlar.  Bizim  narahatlığımıza 
səbəb  olan  məsələlərin  biri  də  budur  ki,  bu  əsri 
yalandan  insan  hüququ,  azadlıq  və  insaniyyət  əsri 
adlandırmışlar. 
Yəhudilər  dünyanın  müxtəlif  ölkələrində,  o 
cümlədən  Rusiyada,  Almaniyada,  Polşada  və  sair 
yerlərdə  müxtəlif  işgəncə  və  sıxıntıya  məruz 
qalırdılar.  Yəhudi  başçılarının  bir  dəstəsi  bu  fikrə 
düşdülər  ki,  nə  üçün  biz  yəhudi  millətinin  taleyi 
belə olmalıdır? Hamımız bir yerə toplaşıb vahid bir 
hökumət təşkil etməliyik. 
Birinci  ümumdünya  müharibəsində  müttəfiq 
qoşunlar 
osmanlılarla 
vuruşdular... 
Mən 
osmanlıların  çatışmaz  cəhətlərini  qəbul  etməklə 
yanaşı  onların  islam  dünyasına  nəzarətini  və  vahid 
bir hökumət olmalarını müsbət qiymətləndirirəm. 


 
 
113 
113 
İngilislər  ərəblərə  müttəfiqləri  himayə  etdikləri 
surətdə  onlara  istiqlaliyyət  verəcəklərinə  dair  söz 
vermişdilər. 
Osmanlı 
hökumətindən 
cana 
gəlmiş 
və 
müttəfiqlər  tərəfindən  təhrik  olunmuş  sadəlövh 
ərəblər 
ingilis 
hiyləsinə 
aldanaraq 
Osmanlı 
hökumətinə qarşı mübarizə aparmağa başladılar... 
Eyni  halda  ingilislər,  yenicə  təşkil  olunmuş 
sionistlərlə 
bağladıqları 
əhd-peymanı 
möhkəmləndirərək “Fələstin sizin olsun” dedilər! 
Bu  məsələlərin  ardınca  millətlər  təşkilatı  belə  bir 
qanun  qəbul  etdi  ki,  dünyanın  bir  çox  millətləri,  o 
cümlədən  osmanlılar  inkişaf  etməmişlər,  biz  onlara 
başçı 
təyin 
edib 
vəziyyətlərini 
sahmanlaşdırmalıyıq... 
Onlar  bu  siyasətlə  Osmanlı  dövlətinin  irsini 
bölmək 
istəyirdilər 
və 
nəhayət 
onlar 
öz 
məqsədlərinə 
nail 
ola 
bildilər. 
Osmanlı 
imperatorluğunu 
bölüşdürüb 
bir 
hissəsini 
İngiltərəyə  və  başqa  bir  hissəsini  də  Fransaya 
verdilər.  Fələstin  İngiltərənin  ixtiyarına  verilmiş 
hissədə  idi.  İngiltərə  Fələstin  ölkəsini  yəhudilərə 
verdi.  Dünyanın  müxtəlif  ölkələrində  yaşyan 
yəhudilər  və  hətta  İsrail  tayfasına  mənsub 
olmayanlar  da  gəlib  orada  məskunlaşdılar.  Onların 


 
 
114 
114 
müqəddəs  kitabları  məqsəd  uğrunda  hər  bir 
rəhmsizliyə  icazə  vermişdi.  Fələstində  yerli  əhali 
arasında  yəhudilərin  sayı  ancaq  50000  nəfərə  çatır. 
İndi bu bədbəxtlər çox fəlakətlə yaşayırlar. Amerika 
və 
Avropadan 
gəlmiş 
yəhudilər 
ingilislərin 
himayəsi  ilə mülk almağa başlayıb,  yerli yəhudiləri 
də  oraya  köçməyə  vadar  etdilər...  Bir  sıra  qiyam 
edən  ərəb  ziyalılarını  da  tutub  edam  etdilər.  Yerli 
müsəlman  əhalisini  silah  gücü  ilə  öz  doğma 
vətənlərindən  qovub  didərgin  saldılar  və  onların 
əvəzinə  avropalı  yəhudilərin  Fələstinə  köçmələrinə 
zəmin  yaratdılar.  Bu  gün  üç  milyon  müsəlman  öz 
ev-eşiklərindən  didərgin  düşüb,  Fələstin  çöllərində 
avara  olmuşlar.  Onların  məqsədi  ancaq  bir  kiçik 
hökumət təşkil etmək idimi? Xeyr, heç də belə deyil, 
onlar  Nil  çayı  ilə  Fərat  çayı  arsında  yerləşən  çox 
böyük  bir  ərazidə  böyük  bir  İsrail  yaratmaq 
istəyirlər. əbdür-rəhman Fəramərzi demişkən: 
Mən  tanıdığım  İsrail  sabah  sizin  şairlər  yurdu 
qədim  Şirazı  Süleyman  mülkü  adlandıraraq,  bura 
bizimdir-deyə  iddia  edəcəklər.  Onların  cavabında 
bu ancaq bir təşbihdir desən, onlar: “Nə üçün qədim 
zamanlardan 
buranı 
Süleyman 
mülkü 
adlandırmışlar? Buna əsasən bura indi də Süleyman 
mülküdür!!!” 


 
 
115 
115 
Məgər  onlar:  “İraq,  Mədinə,  Xeybər  və  başqa 
müqəddəs yerlər bizimdir”-deyə iddia etmirlər? 
Məgər  vaxtilə  Ruzvelt,  Səudiyyə  ərəbistanının 
şahına  bu  ölkənin  müqəddəs  yerlərini  İsrailə 
satmaqlarını təklif etməmişdi? 
Allaha  and  olsun,  biz  bu  məsələlər  qarşısında 
məsuliyyət  daşıyırıq.  Bu  hadisələrə  görə  Hüseyn 
ibni  əli  və  Rəsuli-əkrəmin  ürəyi  qana  dönmüşdür. 
Görəsən  əgər  bu  gün  imam  Hüseyn  əleyhissəlam 
diri olsaydı, nə buyurardı? Şübhəsiz, o buyurardı ki, 
“Sizin  şüarınız  Fələstin  olmalıdır.  Muşediyan  bu 
günkü  Şimrdir.  1300  il  bundan  əvvəlki  Şimr  ölüb 
getdi, öz zamanının Şimrini tanı!” Vallah biz qafilik. 
Onlar  bizə  yalan  demişlər  ki,  bu  ancaq  ərəblər  və 
İsraillə 
əlaqədar 
olan 
dixili 
bir 
məsələdir. 
əbdürrəhman Fəramərzi demişkən: 
“əgər  bu  dini  bir  toqquşma  deyilsə,  bəs  niyə 
dünyanın  müxtəlif  yerlərində  yaşayan  yəhudilər 
İsrailə pul göndərirlər?” 
Bir  neçə  il  bundan  əvvəl  dünya  yəhudiləri  500 
milyon  dollar  yığıb  İsrailə  göndərdilər.  İsrail  də  bu 
pullarla  təyyarə  alıb  müsəlmanların  başına  od 
yağdırdı. 
Elə həmin öz İranımızda yaşayan yəhudilər bir il 
iki  fantomun  (bir  növ  təyyarə)  pulunu  (36  milyon 


 
 
116 
116 
dollar)  İsrailə  göndərdilər.  Və  çox  fəxrlə  onun 
qəbzini  Muşediyandan aldılar. Amerikalı yəhudilər 
İsrailə gündə bir milyon dollar kömək edirlər. 
Biz müsəlmanlar bu sahədə neyləmişik? İslam və 
Peyğəmbərə verməyə cavabımız varmı? 
Mən  yəhudiləri  yox,  özümüzü  məzəmmət 
edirəm. Necə də utanmır və özümüzü müsəlman və 
əli (ə)-ın şiəsi adlandırırıq. 
Bir gün əli (ə) düşmənin islami ölkələrin birisinə 
həmlə etdiyini eşidərkən buyurdu: 
Mən eşitmişəm ki, onlar islam dövləti pənahında 
yaşayan arvad-uşağa da rəhm etməmişlər və... 
Allaha  and  olsun  eşitmişəm  ki,  düşmən  belə  bir 
hörmətsizlik  edib,  kişiləri  öldürüb  və  ya  əsir  edib, 
qadınlara  təcavüz  edərək  sırğalarını  qulaqlarından 
çıxarıb və... 
əgər  bir  müsəlman  bu  xəbəri  eşidib,  ürəyi 
partlasa onu qınamamalıyıq. 
Görəsən  biz  də  müsəlmanıqmı?  Onlara  maddi 
yardım  göstərmək  bizim  borcumuz  deyilmi? 
Fələstində  ölənlər  müsəlman  deyillərmi?  əzizlərini 
itirmirlərmi?  öz  şəri  hüquqları  üçün  qiyam 
etməmişlərmi? 
Kim  iddia  edə  bilər  ki,  ev-eşiklərindən  didərgin 
düşmüş 
fələstinlilər 
öz 
doğma 
vətənlərinə 


 
 
117 
117 
qayıtmağa  haqlı  deyillər?  Allaha  and  olsun,  adam 
bunları  eşidib  görəndə  od  tutub  yanır.  Mən  həcc 
səfərində  olarkən  bir  çox  fələstinli  gəncləri  görüb 
onlarla danışdım. 
Onlar  deyirdilər  ki,  bizim  ümidimiz  ancaq 
şəhidlər qanınadır. 
Onların  geymək  üçün  paltarı  yoxdur,  amma 
bununla belə yenə də vuruşurlar. 
Mən bir zaman hesabladım ki, əgər dünyanın 700 
milyon  müsəlmanı,  hərəsi  İran  pulu  ilə  gündə  bir 
riyal  kömək  etsələr  köməklərinin  cəmi  ildə  250 
milyard tümən olar və əgər 98 faizi müsəlman olan 
İran  xalqı  hərəsi  gündə  bir  riyal  onlara  kömək 
etsələr,  bu  pulların  cəmi  ildə  bir  milyon  tümən 
hüdudunda olar... 
Quran buyurur: 
“Allah-təala öz mal və canları ilə cihad edənlərə 
bu  işi  tərk  edənlərdən  mühüm  üstünlüklər 
vermişdir.” 
“Allaha iman gətirənlərin, Allah yolunda hicrət 
edənlərin  və  Onun  yolunda  öz  mal  və  canları  ilə 
cihad  edənlərin  məqamı  çox  yüksəkdir.  Onlar 
qələbə çalanlar və nicat tapanlardır.” 
Maddi  yardım  göstərməyə  imkanı  olanlara  bu  iş 
namaz kimi vacibdir. ölümdən sonra verilən ilk sual 


 
 
118 
118 
budur  ki,  islami  bağlılıqla  əlaqədar  nə  kimi  işlər 
görmüsən? 
Peyğəmbər (s) buyurmuşdur: 
“Yardım  istəyən  müsəlmanın  fəryadını  eşidib, 
onun  harayına  getməyən  şəxs  müsəlman  deyildir, 
mən onu müsəlman hesab etmirəm.” 
Onların  adına  bankda  bir  hesab  açıb,  gəlirimizin 
az  bir  miqdarını  onlara  həsr  etməyimizin  nə  eybi 
var?  Nə  üçün  bütün  dünya  yəhudiləri  İsrailə 
yardım  göstərirlər  və  bütün  dünya  ictimaiyyətləri 
də onların bu işini bəyənib özlərini də ayıq-sayıq bir 
millət  kimi  qiymətləndirdilər?  Nə  üçün  biz 
müsəlman fələstinlilərə yardım göstərməməliyik? 
Həqiqəti  başa  düşüb  öz  işini  vaxtlı-vaxtında 
görən  şəxslər  agahdırlar.  Mən  bu  məsələ  ilə 
əlaqədar  olan  öz  vəzifəmi  layiqincə  yerinə 
yetirirəm.  Bu  mövzunun  üzərində  dayanıb,  söz 
açmaq mən və bütün vaizlərin borcudur. 
Ayətullah  Həkim  kimi  böyük  və  görkəmli 
müctəhid  Fələstində  ölənlərin  şəhid  sayıldıqlarına 
fitva vermişdir. 
İndi  ki,  vəziyyət  belədir,  onda  gəlin  dünya 
ictimaiyyətləri  arasında  özümüzü,  fikirlərimizi  və 
işlərimizi dəyərləndirək. Dünyanın böyük dövlətləri 
müsəlmanları  qeyrətsiz  hesab  etdikləri  üçün  bizim 


 
 
119 
119 
taleyimiz 
haqda 
fikirləşmirlər. 
Amerikanı 
arxayınlığa  çıxardan  ilk  məsələ  budur  ki,  onlar 
müsəlmanları qeyrətsiz və laqeyid hesab edirlər. 
Pul yolunda canını qoyan və həyatları pula bağlı 
olan  yəhudilər  İsrailə  gündə  bir  milyard  dollar 
kömək  göndərirlər.  Amma  bir  milyard  müsəlman 
öz  din  qardaşlarına  azacıq  da  olsun  belə  kömək 
etmirlər.  Aşura  günü  Hüseyn  ibni  əli  (ə)-ın  merac 
günüdür. 
Biz  belə  bir  gündə  Hüseyn  (ə)-ın  qeyrət, 
müqavimət,  şücaət,  fədakarlıq,  uzaqgörənlik  və 
öngörənliyindən dərs almalıyıq. 
Məşhur  bir  yazıçı  olan  “əbbas  Məhmud  İqad” 
imam Hüseyn (ə)-ın barəsində belə yazmışdır: 
Aşura  günü  sanki  imam  Hüseyn  (ə)-ın  əxlaqi 
səciyyələri bir-biri ilə yarışmaq istəyirdi. Məsələn, O 
həzrətin  səbri  başqa  xüsusiyyətlərini  qabaqlamaq 
istəyirdi.  Allahın  rizası  olan  Hüseyn  (ə)-ın  rizası 
onun  səbrini  qabaqlamaq  istəyirdi,  şücaət  və 
fədakarlıq  isə  başqa  xüsusiyyətləri  qabaqlamaq 
istəyirdi.  Mən  Hüseyn  (ə)-ın  ixlası  barədə 
danışmağa  layiq  deyiləm,  amma  bu  qədər  deyə 
bilərəm  ki,  Aşura  günü  İmam  (ə)-ın  yəqinlik  və 
müqaviməti  diqqəti  daha  artıq  cəlb  edirdi.  Bu  söz 


 
 
120 
120 
mənim  yox,  yaxından  o  macəranın  müşahidəçisi 
olan bir ravinin sözüdür. O, belə deyir: 
Allaha  and  olsun,  indiyədək  qəlbisınıq,  gözləri 
önündə oğlu şəhid edilmiş, əhli-beyt və səhabəsinin 
başı  bədənindən  ayrılmış  və  hər  bir  əzab-əziyyətə 
qatlaşan  şəxsin  bu  qədər  güclü  olduğunu 
görməmişdim. 
Bu  macəra  çox  qəribədir!  Zarafat  deyil,  daha 
maraqlısı  budur  ki:  “Aşara  günü  İmam  (ə)  öz 
hərəkatının  işıqlı  gələcəyini  bilirmiş  kimi  çox 
təmkinlə qədəm götürürdü.” 
Görünür,  İmam  Hüseyn  (ə)  şəhadət  dərəcəsinə 
yüksəlməklə  qələbə  çaldı.  Onun  qiyamı,  qaranlığa 
qərq  olmuş  dünyanı  işıqlığa  çıxartdı.  Çünki  imam 
Hüseyn  (ə)  şəhid  olan  zaman  Bəni-Üməyyə 
hökumətinin 
əleyhinə 
hərəkatlar, 
qiyamlar, 
həmrəyliklər və yekdilliklər başlandı. 
İlk  dəfə  etiraz  edən  şəxs  kafir  bir  qadın  idi.  O, 
düşmənin  Hüseyn  ibni  əli  (ə)-ın  xeymələrinə 
axışdığını  görən  kimi,  bir  ağac  götürüb  xeymənin 
qabağında dayandı. Bəsr ibni Vail qəbiləsindən olan 
bu  qadın  fəryad  edib  dedi:  Ey  Bəsr  ibni  Vail 
övladları! Ey mənim qəbiləm! Hardasınız? İş o yerə 
gəlib çatıb ki, Peyğəmbərin balalarını soyundurmaq 
istəyirlər. 


 
 
121 
121 
Hüseyn  (ə)  səhabələr  şəhid  olduqdan  sonra, 
ikinci dəfə yenidən öz əhli-beytilə vidalaşmaq üçün 
xeymələrə  tərəf  gəldi.  İmamın 
ikinci  dəfə 
qayıtmasının 
səbəbi, 
tarixdə 
belə 
bəyan 
olunmuşdur: 
Hüseyn  (ə)  həmlə  edib,  düşməni  geri  oturtdu, 
“Fərat” çayına daxil olduqda bir nəfər fəryad edərək 
dedi: 
Düşmən sənin xeymələrinə tökülüşüb, sən isə su 
içmək istəyirsən. 
İmam  bu  sözü  eşidən  kimi  oradan  uzaqlaşıb 
xeymələrə  qayıtdı.  Mən  bu  macəranın  doğru  olub-
olmadığını 
bilmirəm. 
Hüseyn 
(ə) 
düşməni 
xeymələrə  yaxınlaşmağa  qoymadı.  O,  bir  daha  öz 
əhli-beytini öz başına yığdı... 
Burada  imam  Hüseyn  (ə)-ın  ruh  yüksəkliyini 
başa düşürük. İmam buyurdu: 
Mənim  ey  mənim  əhli-beytim!  özünüzü  hər  bir 
çətinliyə  qatlaşmağa  hazırlayın.  Bilin  ki,  Allah  sizi 
qoruyub  cəddinizin  hərəminə  qaytaracaqdır.  Bu 
saatdan 
etibarən 
düşmənin 
bədbəxtliyi 
başlanacaqdır. 
Yəqin 
bilin 
ki, 
Allah 
sizin 
düşmənlərinizi bu dünyada müxtəlif əzablara düçar 
edəcəkdir. 


 
 
122 
122 
Sanki  imam  Hüseyn  (ə)  vəziyyəti  əvvəlcədən 
müəyyənləşdirmişdi,  elə  buna  görə  də  bir  nöqtəni 
mərkəz  təyin  edib  orada  dayanmışdı.  Düşmən 
ordusundan  bir  dəstə  İmamı  dövrəyə  almaq 
isətyirdilər, amma qorxub geri çəkildilər. 
Bu vəziyyəti görən ömər Səd fəryad edərək dedi: 
Nə  edirsiniz,  kim  ilə  vuruşursunuz?  Bu,  ərəb 
pəhləvanlarını öldürən şəxsin oğludur. 
ömər  Səd  bu  sözlə  onların  ərəblik  qeyrət  və 
təəssübünə toxunmaq istədi. O, əlavə dedi: 
əgər  tək-tək  yaxına  getsəniz,  o,  hamınızı 
öldürəcəkdir.  Yalnız  hər  tərəfdən  həmlə  etməklə 
onu öldürmək olar. 
İmam (ə) hər tərəfdən hücum edib gələn düşməni 
yaxına 
buraxmırdı. 
İmamın 
qeyrəti 
onu 
xeymələrdən  uzaqlaşmağa  qoymurdu.  Hüseyn  ibni 
əli 
(ə) 
əhli-beytinə 
xeymələrdən 
bayıra 
çıxmamalarını  dönə-dönə  tapşırmışdı...  əhli-beyt 
atın  kişnəmək  səsəni  eşitdikdə  elə  xəyal  etdilər  ki, 
İmam  üçüncü  dəfə  yenidən  vidalaşmaq  üçün 
qayıtmışdır. Lakin bayıra çıxdıqda onların ürəyində 
parlayan  son  ümid  çırağı  da  sönməyə  başladı. 
İmamın  tərbiyə  olunmuş  atı,  onun  yıxıldığını 
gördükdə  İmam  yanaşıb  öz  yalını  onun  qanına 
boyayıb,  xeymələrə  doğru  qayıtdı.  Atı  dövrəyə 


 
 
123 
123 
almış  əhli-beyt,  nalə  etməyə  başladı.  İmam  Hüseyn 
(ə)-ın səsi eşidilirdi. O, fəryad edərək buyururdu: 
«(ərəbi)» 
İlahi!  Hüseynin  bütün  ruhi  və  cismi  gücü 
səndədir.  İmamın  səsini  eşidən  əhli-beyt  onun  hələ 
diri olduğunu bilib sevindilər. 
İmam bir az dincəlib yenə də həmlə edirdi... 
Bir  daha  xatırladıram  ki,  Aşura  günü  İmam  (ə) 
müharibənin  səhabələr  tərəfindən  başlanmasına 
dair  izn  vermədi.  Çünki  o,  atası  əli  (ə)-ın  adət-
ənənəsinə  əməl  etmək  istəyirdi.  İmam  Hüseyn  (ə) 
buyurdu: 
“Mən  heç  vaxt  müharibəni  başlamaram,  onlar 
başladıqda biz də cavab verməyə məcburuq.” 
ömər  Səd  Ubeydulla  ibni  Ziyadın  razılığını  əldə 
etsin deyə müharibəni belə başladı: 
Oxu  yaya  qoyub  xeymələrə  tərəf  atarkən  fəryad 
edib  dedi:  əmrin  hüzuranda  şəhadət  verin  ki, 
Hüseynin  xeymələrinə  tərəf  ilk  ox  atan  şəxs  mən 
idim. 
ömər  Səd  imam  Hüseyn  (ə)-ın  sinəsini  nişan 
aldığı  başqa  bir  oxla  da  müharibəyə  son  qoydu. 
Həmin o ox, İmam (ə)-ın sinəsinin dərinliyinə qədər 
nüfuz etmişdi. Elə  buna görə də İmam (ə) oxu sinə 


 
 
124 
124 
tərəfindən  yox,  arxadan  çəkib  çıxartdı.  İmam 
taqətsiz bir halda atdan yerə düşdü... 
Mötəbər  məqtəllərdə  yazmışlar  ki,  imam  Həsən 
(ə)-ın  oğlanları,  əmiləri  ilə  bərabər  Kərbəlaya 
gəlmişdilər.  Onların  biri  əmisinin  evində  böyümüş 
on  yaşlı  Abdullah  idi.  İmam  (ə)  ona  çox  məhəbbət 
göstərərdi.  Abdullah  da  imamı  çox  sevərdi.  İmam 
(ə),  qardaşı  uşaqlarını  bacısı  Zeynəbə  tapşırmışdı. 
Zeynəb  on  yaşlı  Abdullahın  meydana  doğru 
yüyürdüyünü gördükdə, arxasınca qaçıb onu tutub 
saxlamaq istədi. Uşaq fəryad edərək dedi: 
“Bibican,  Allaha  and  olsun,  mən  əmimdən 
ayrılmaram.” 
Uşaq  özünü  əmisinə  çatdırdı,  Zeynəb  də  qaçıb 
oraya  yetişdi.  İmam  buyurdu:  Sən  qayıt,  bu  uşaq 
mənim yanımda qalsın! 
Abdullah  əmisi  imam  Hüseynlə  qucaqlaşıb  qol-
boyun  oldu,  bu  dəmdə  düşmən  imamın  başına  bir 
zərbə  endirmək  istəyirdi.  Abdullah  fəryad  qoparıb 
dedi:  Ey  haramzadə!  Sən  mənim  əmimi  öldürmək 
istəyirsənmi?! O məlun qılıncını Abdullahın qoluna 
endirərək  onun  qolunu  üzüb  yerə  saldı.  Qolu 
üzülmüş  Abdullah  dedi:  “əmican  gördün  ki, 
mənimlə neylədilər.” 
«əla lənətullahi ələl-qövmiz-zalimin.» 


 
 
125 
125 
«əşhədu  ənnəkə  qəd  əmərtə  bil  mərufi  və 
nəhəytə  ənil  munkəri  və  cahədtə  fillahi  həqqə-
cihadihi hətta ətakəl yəqin.» 
«Vəla  hovlə  vəla  qüvvətə  illa  billahil  əliyyil 
əzim.» 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
126 
126 
 
 
 
ön söz ................................................................................................. 8
 
İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında mühüm amillər ........ 9 
Birinci amil beyət ........................................................................... 11 
İkinci amil dəvət ............................................................................. 23 
Üçüncü amil əmr be məruf ........................................................... 28 
əmr be məruf və nəhy əz münkərin şərtləri ............................... 51 
əmr be məruf və nəhy əz münkərin dərəcələri .......................... 62 
 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə