22
22
hökumət məmurları yol uzunu sizin hərəkətinizə
maneə törətməklə münaqişə yaratsınlar.!
Həzrət, igidlik və qəhrəmanlıq əhval-ruhiyyəsi
ilə buyurudu: “Mən qaçaqçılar, oğrular və fərarilər
kimi cığırlarla getmək istəmirəm. Mən mərkəzi
yolla gedəcəyəm, hər şey Allah istədiyi kimi
olacaqdır...”
Demək, Yezidin imam Hüseyn əleyhissəlamdan
beyət istəməsi bu qiyamın birinci amili idi. Yezid
xüsusi bir məktubda Mədinə hakiminə belə
yazmışdı:
Hüseyndən beyət almaq üçün onu yaxalayıb
saxlayın.”
İmam
Hüseyn
əleyhissəlam
tam
qətiyyətlə onların qarşısında dayanmış və heç bir
vəchlə Yezidə beyət etməyəcəyini bildirmişdi.
Kərbəlada ömrünün son anlarında da belə ömər Səd
gəlib danışıq yolu ilə imamı beyət etməyə razı
salmaq istədikdə, o həzrət yenə də razı olmayaraq
elə həmin ilk gündə söylədiyi sözləri bir daha təkrar
etdi:
“Yox! Allaha and olsun, heç vaxt sizlərə əl verib
beyət etməyəcəyəm. Bu gün belə bir vəziyyətdə - öz
ölümümü, əzizlərimin ölümünü və ailəmin əsir
düşməsini gördüyüm halda, yenə də Yezidə beyət
etməyə razı deyiləm.”
23
23
İkinci amil dəvət
Bəzilərinin dediklərinə əsasən, kufəlilərin dəvəti
bu hərəkatın əsas səbəbi imiş. Müaviyənin
ölmündən sonra kufəlilər Həzrəti İmam (ə)-ı Kufəyə
çağırıb, onu xəlifə təyin etmək istəyirdilər. Halbuki
məsələ belə deyilidi, çünki Rəcəb ayının sonu, Yezid
hökmdarlığının əvvəlində İmam (ə) beyətdən
imtina etdiyi üçün Məkkəyə getmişdi. Məkkə
təhlükəsiz məkan və Allahın toxunulmaz hərəmi
idi. Müsəlmanlar Məkkə şəhərini möhtərəm
bildikləri üçün hökumət də naçar qalıb bu
müqəddəs məkana hörmətlə yanaşmalı idi.
Müaviyə dünyadan getdikdən sonra hələ onun
ölüm xəbəri Kufəyə çatmamış İmam Məkkəyə
doğru yollandı. Çünki Məkkə təkcə təhlükəsiz bir
yer yox, həm də müsəlmanların ictimai mərkəzi idi.
Rəcəb və Şəban ayı həcci-ümrə mövsümü olduğuna
görə, camaat ətraf kənd və şəhərlərdən Məkkəyə
gəlirdilər. İmam əleyhissəlam isə camaata təbliğ
etmək üçün bu müqəddəs məkana gəldi. Bu
hadisədən bir-iki ay sonra kufəlilərin məktubu
İmama gəlib çatdı. İmam Hüseyn əleyhissəlam Kufə
camaatının
göndərdiyi
məktubları
nəzərə
almayaraq
öz
qiyamını
Mədinədən
başladı.
Məktublar İmamın əlinə çatmamış İmam beyətdən
24
24
imtina etmişdi. İmamın təbliğləri Yezidə böyük bir
təhlükə yaratmışdı.
Bununla belə Kufə camaatının dəvəti bu
hərəkatın əsas amillərindən deyil, onda cüzi bir təsir
yaradan səbəblərdən biri idi. Kufəlilərin bu işi
(məktubları) İmama münasib bir şərait yaratdığı
üçün təqdirə layiqdir. Çünki, əgər bu iş baş tutsaydı
islam ordusunun böyük mərkəzi olan bir əyalət
İmamın ixtiyarına verilirdi. Xatırladaq ki, Kufə
şəhəri islami ölkələrin müqəddəratında çox mühüm
rol ifa edirdi. əgər kufəlilər bağladıqları əhd-
peymana sadiq qalsaydılar, mütləq imam Hüseyn
əleyhissəlam müvəffəqiyyət qazanardı. O zaman
Kufəni Məkkə, Mədinə və Xorasanla müqayisə
etmək olmazdı. Şam Kufənin yeganə rəqibi idi. O
zaman islamın iki mühüm mərkəzi var idi - biri
Kufə, digəri isə Şam. Kufə əhalisinin dəvəti bu
hərəkatın formalaşmasında olduqca böyük təsir
göstərdi. İmam Hüseyn əleyhissəlam Məkkə
münaqişə mərkəzi olmasın deyə, oradan çıxdı.
Çünki belə bir şəraitdə oranı mərkəz seçmək heç cür
məsləhət deyildi. Kufəlilərin dəvəti ibni Abbasın
təklifinin rədd olmasına səbəb oldu. İbni Abbas “siz
Yəmən dağalarına gedib oranı özünüzə sığınacaq
edin!”-deyə İmama təklif etmişdi. İmam onun bu
25
25
təklifini qəbul etməyib cəddinin şəhəri Mədinədə
çıxıb Kufəyə doğru yollandı...
Bununla belə bu dəvət əsas məsələ sayılmırdı və
bu iş ancaq qiyamın İraqda baş verməsinə və
İmamın Kufəyə gəlməsinə səbəb oldu.
Çünki o Həzrət Kufə sərhəddində “Hürr” ordusu
ilə rastlaşdıqda kufəlilərə xitabən buyurdu:
“Siz məni çağırmısınız, istəmisiniz mən də
gəlmişəm, belə edirsinizsə qayıdıb gedərəm.” Bu o
demək deyil ki, İmam (ə) Yezidə beyət edib əmr be
məruf və nəhy əz münkər məsələsinə göz yumsun
və ya evdə oturub heç bir işlə məşğul olmasın.
İmam bütün bu çətinliklərə baxmayaraq qətiyyətlə
buyurdu:
“Məndən beyət istəyirlər, mən heç vaxt beyət
etmərəm. Mən bu hökuməti qanuni bilmədiyim
üçün Yezidə beyət etməkdən çəkinməyi özümə
vəzifə bilirəm. Siz məni himayə edəcəyinizə söz
vermisiniz, mən isə söz verənlərin sorağına
gəlmişəm! Yaxşı deyiblər ki, kufəlilər əhdə vəfa
etməzlər!!
Biz öz əsl mərkəzimiz olan Məkkə, Mədinə və
yaxud Hicaza qayıdırıq həyatımızı bu yolda itirsək
də belə beyət etməyəcəyik.”
26
26
İmamın Kufəyə çatana kimi iki-üç yerdə nitq
söyləməsini görürük:
“Siz mənə məktub yazmısınız! Nümayəndəmə
beyət etmisiniz! Siz dəvət etdiyiniz üçün mən
gəlmişəm, istəməsəydiniz gəlməzdim və...”
Bu sözlər o demək deyil ki, siz dəvət
etməsəydiniz mən də bu fikirdən daşınıb Yezidə
beyət edərdim. İmam bu sözlərlə demək istəyirdi ki,
əgər siz çağırmasaydınız mən Kufəyə yox, Bəsrəyə,
Xorasana, Yəmənə gedərdim və yaxud Məkkədən
çıxmayıb elə oradaca qalardım. Mən öləcəyimi
yəqin bilsəydim də beyətdən imtina edərək öz
etirazımı bildirərdim, cəddimin şəhəri Mədinəyə
gedib orada dostum, köməkçim olmasaydı da belə,
son nəfəsədək müqavimət göstərib beyət etməzdim!
İmam bu amilin təsirindən Məkkədən Kufəyə
gəldi. əlbəttə demək istəmirəm ki, əgər onlar imamı
dəvət etməsəydilər, o Həzrət mütləq Mədinədə
qalacaqdı. Tarix göstərir ki, İmam Mədinədə
qalmağa razı deyilmiş, Məkkənin də vəziyyəti
Kufədən yaxşı deyildi. Tarixdə mövcud olan bir çox
faktlara əsasən, onlar İmam beyət etmədiyi təqdirdə
onu öldürmək qərarına gəlmişdilər.
Kuleyni və başqaları rəvayət etmişlər:
Dostları ilə paylaş: |