İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
27 
27 
“Artıq İmam bu məsələdən xəbərdar oldu, əgər o 
Həzrət həcc mərasimində Məkkədə qalsaydı, ehram 
halında  ikən  Bəni-üməyyənin  silahlı  qüvvələri 
vasitəsilə  öz  qanına  qəltan  ola  bilərdi.  Belə  bir  iş 
Kəbə  evinə,  həcc  mərasiminə  və  islama  qarşı 
hörmətsizlik hesab edilərdi. Demək iki hörmətsizlik: 
1-Peyğəmbər  balasına  ibadətlə  məşğul  olduğu 
halda hörmətsizlik; 
2-Allah  evinə  hörmətsizlik;  Bundan  əlavə  onlar 
“Hüseyn  ibni  əli  (ə)  naməlum  bir  şəxs  tərəfindən 
öldürülüb,  qatil  isə  qaçıbdır”-deyə,  İmamın  qanını 
hədərə  verər  və  öz  cinayətlərinin  üstünü  ört-basdır 
edərdilər. 
İmam  (ə)  ona  “Məkkə  və  Mədinə  təhlükəsiz  yer 
idi,  nə  üçün  oradan  çıxıb  özünü  bəlaya  saldın?”-
deyə müarciət edənlərin  cavabında  buyurdu: “Mən 
heyvanların  yuvasında  da  gizlənsəm,  onlar  mənim 
qanımı  axıtmayınca  əl  çəkən  deyillər.  Mənimlə 
onların  arasındakı  ixtilaf  həll  olunası  deyil,  onlar 
məndən  heç  vaxt  qəbul  edə  bilməyəcəyim  bir  şeyi 
tələb  edirlər.  Onlar  da  heç  cür  mənim  istəkəlrimi 
yerinə yetirməyə hazır deyillər.” 


 
 
28 
28 
Üçüncü amil əmr be məruf 
Bu amil imamın öz tərəfindən açıq-aydın şəkildə 
təsdiq olunan bir məsələdir. 
Tarixi  qeydlərə  əsasən,  o  zaman  imamın  qardaşı 
Məhəmməd  Hənəfiyyə  əlil  olduğu  üçün  cihadda 
iştirak edə bilmədi və buna görə də  Həzrət yazdığı 
vəsiyyətnaməni  ona  tapşırdı.  İmam,  gələcəkdə 
cəddinin  dinindən  çıxmaqda  ittiham  olunacağını 
bildiyinə görə, vəsiyyətnamədə Allahın birliyinə və 
Peyğəmbərin  nübüvvətinə  şəhadət  verərək  öz 
qiyamının sirrini belə açıqlamışdır: 
Onlar  məndən  beyət  istəməsələr  də  belə, 
susmayacağam.
 
 
Bütün  dünya  bilməlidir  ki,  Hüseyn  ibni  əli  (ə) 
şöhrət  və  məqamı  öz  qarşısına  məqsəd  qoymamış, 
mal-dövlət  dalınca  gəzməmiş,  fasid,  zalım  və 
riyakar da olmamışdır. 
Bu ruhiyyə elə həmin ilk gündən  başlayaraq son 
anlara qədər onun vücudunda cilvələnmişdi. 
ömrünün axır dəqiqələrində görürük ki, o həzrət 
yenə  də  ayağa  qalxıb  qeyrət,  şücaət  və  igidlik 
göstərir, uca səslə fəryad qoparıb deyir: 
“Ey  əbi  Süfyan  sülaləsinə  tabe  olanlar,  əgər 
Allahı 
tanımayıb 
qiyamət 
gününə 
etiqad 
etmirsinizsə, heç olmasa dünyada azad yaşayın.” 


 
 
29 
29 
Bu  üç  amil  əhəmiyyət  etibari  ilə  eyni  dərəcədə 
olmasalar  da,  imamın  hərəkatında  hər  birinin 
müəyyən  rolu  vardır.  Kufəlilərin  dəvəti  elə  bir 
mühüm  məsələ  deyildi.  Çünki  hərbi  qüvvəsi  olan 
bir  vilayətin  öz  hazırlığını  elan  etməsi  zahiri 
baxımdan zəfər və tərəqqi üçün təsirlidir. Amma elə 
ilk  günlərdən  ortaya  çıxan  beyət  məsələsi  bu 
hərəkatın  formalaşmasında  mühüm  təsir  göstərdi. 
Yadda  saxlamaq  lazımdır  ki,  hərəkatdan  qabaq 
kimsə  onu  dəvət  etməmişdi  və  İmam  (ə)  bundan 
çox-çox  əvvəl  öz  əhdinə  sadiq  qalacağını  elan 
etmişdi.  O  dövrdə  zalım  və  silahlı  bir  hökumət  öz 
düşmənçilik  siyasəti  nəticəsində  elə  bir  vəziyyət 
yaratmışdı ki, Müaviyənin hakimiyyəti altında olan 
yerlərdə,  o  cümlədən  Məkkə  və  Mədinədə  xalq, 
cümə  günləri  (cümə  namazında)  əli  ibni  əbi  Talibə 
lənət deyir, bu işi savab bir iş kimi qiymətləndirir və 
müsəlmanların 
beytül-malını 
bu 
yolda 
xərcləyirdilər.  Müaviyə  Peyğəməbrin  hədislərini 
dəyişdirib  saxtalaşdırmaq  üçün  bir  çox  ruhanilərə 
xüsusi  maliyyə  yardımları  edirdi.  Elə  həmin 
ruhanilər  Peyğəmbərin  hədislərində  olan  adları 
dəyişib  əli  (ə)-ın  düşmənlərinin  tərifinə  dair  çoxlu 
saxta hədislər düzəltmişdilər. 


 
 
30 
30 
Tarixçilərin  yazdıqlarına  əsasən,  Səmrət  ibni 
Cəndəb səkkiz min misqal qızıl alıb əli ibni əbi Talib 
(ə)-ın əleyhinə bir hədis dəyişdirmişdi. 
Bununla yanaşı tarixi dəyişmək də onların əlində 
çox  çətin  iş  deyildi.  Söz  yox  ki,  sonralar  tarixin  bir 
hissəsi  olduğu  kimi  qaldı  və  demək  olar  ki,  bu  da 
Hüseyn əleyhissəlamın hərəkatı kimi fədakar işlərin 
sayəsində  idi.  əgər  imam  Hüseyn  əleyhissəlam 
sükut 
edib 
dinməsəydi, 
tarix 
bütünlükdə 
dəyişdiriləcəkdi! 
Beləliklə 
imam 
Hüseyn 
əleyhissəlamın  qiyamında  beyət  məsələsi  olduqca 
əhəmiyyətli idi. 
Üçüncü  amil  isə  əmr  be  məruf  və  nəhy  əz 
münkərdir. 
İmam 
beyət 
məsələsini 
nəzərə 
almayaraq,  Peyğəmbərin  bu  sahədəki  hədis  və 
məqsədlərini açıq-aşkar bəyan edir, dönə-dönə əmr 
be məruf və nəhy əz münkər məsələsinə toxunurdu. 
Demək bu amil başqa iki amildən daha əhəmiyyətli 
idi.  Məhz  bu  səbəbdən  də  bu  qiyam  indiyədək  öz 
etibarını  itirməyib  və  heç  vaxt  itirməyəcək  də.  Bu 
qiyamın bütün amilləri dərs olmalıdır, lakin üçüncü 
amilin təsiri olduqca dərindir. Çünki dəvət və beyət 
məsələsi olmasaydı da, İmam sükut etməyib əmr be 
məruf  və  nəhy  əz  münkər  hökmünü  yerinə 
yetirmək  üçün  qiyam  edərdi.  Burada  birinci  amil 


 
 
31 
31 
(dəvət)  ilə  üçüncü  amil  (əmr  be  məruf  və  nəhy  əz 
münkər) arasındakı fərqlər aydınlaşır. 
Beyət  məsələsində  imamdan  bir  şey  istəyirlər, 
İmam isə onların cavabında buyurur: 
“Sizin istədiyinizi yerinə yetirə bilmərəm. Demək 
bu  qiyamın  amili  təkcə  dəvət  və  ya  beyət  olsaydı, 
kufəlilər  dəvət  etməsəydilər  və  hökumət  o 
Həzrətdən 
beyət 
istəməsəydi 
Hüseyn 
əleyhissəlamın  onlarla  işi  olmazdı,  özü  isə  rahat 
olardı və bir hadisə də baş verməzdi. Amma üçüncü 
səbəbə görə imam Hüseyn əleyhissəlam etiraz edən, 
tənqidçi, qiyamçı, müsbət bir insan idi... 
Bununla  belə  qiyam  üçün  başqa  bir  amil  lazım 
deyildi.  Fəsad  hər  yerə  yayılmış,  Allahın  haramı 
halal,  halalı  isə  haram  edilmiş,  müsəlmanların 
beytül-malı  bir  tayfanın  əlinə  düşərək  qeyri-şəri 
yolla sərf edilirdi. 
Peyğəmbər  (s)  buyurmuşdu:  “Hər  kim  belə  bir 
vəziyyəti  görüb  etraz  etməsə,  şəraiti  dəyişməyə 
cəhd  göstərməzsə,  Allah  qanunu  üzrə  belə 
adamların  zalım,  sitəmkar  və  Allahın  dinini 
dəyişdirənlərə 
layiq 
olan 
yerə 
aparılmaları 
yaxşıdır.” 
İmam  cəddinin  buyurduğuna  əsaslanaraq  deyir: 
“Belə  bir  şəraitdə  vəziyyəti  başa  düşənlər  etiraz 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə