İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

 
 
37 
37 
da  ona  ümumiyyətlə  toxunmamışlar.  Baxmayaraq 
ki,  əmr  be  məruf  və  nəhy  əz  münkər  onların  dini 
əsaslarından biri idi. 
İnsafla  desək,  bizim  kitablarda  bu  mövzu  çox 
qısa şəkildə bəyan edilmişdir. Şeyx Bəhainin Camei-
əbbas  kitabı  mən  gördüyüm  şəriət  hökmlərinin 
sonuncu əməliyyə risaləsirdir ki, onda əmr be məruf 
və  nəhy  əz  münkər  məsələsinə  yer  verilmişdir.  Bu 
kitab  dörd  əsr  bundan  əvvələ  aiddir.  Ondan  sonra 
bu 
mövzu 
bütün 
əməliyyə 
risalələrindən 
çıxarılmışdır.  Halbuki  o  «əbd»  və  «İma»  məsələsi 
kimi  öz  əhəmiyyətini  itirmiş  mövzulardan  deyil, 
oruc-namaz  kimi  həmişə  qüvvədə  olan  vacib 
hökmlərdəndir. Buna əsasən əmr be məruf və nəhy 
əz münkər məsələsi heç vaxt unudulmamalıdır. 
Burada bəzi şərqşünaslar dönə-dönə islama qarşı 
iftiralar  söyləyib,  öz  kitablarında  dəfələrlə  əsassız 
məsələlər  yazıblar.  Bütün  bunlarla  bağlı  gördüyüm 
şeyləri  “İnsan  və  sərneveşt”  (İnsan  və  tale)  adlı 
kitabımda qeydə almışam. Avropa şərqşünaslarının 
bəzisi islam haqqında belə ittihamlar söyləyirlər: 
“İslam  qəzavü-qədər  dini  olub  insan  qarşısında 
heç  bir  məsuliyyət  müəyyən  etməmişdir.  Bu  din 
insan  fəaliyyətinin  qarşısını  alır...  [İslamda  bütün 
işlər  Allahın  ixtiyarına  qoyulur  və  Onun  iradəsinə 


 
 
38 
38 
tapşırılır.]  İnsan  ixtiyar  sahibi  deyil,  elə  buna  görə 
də heç bir məsuliyyəti yoxdur...” 
Məncə bu sözlərin hamısı iftiradır. 
Allah,  Quranda  yəhudiləri  həzrət  Musaya  (ə) 
buna  bənzər  sözlər  dediklərinə  görə  məhkum 
etmişdir. Onlar Musaya (ə) deyirdilər: 
“Ey  Musa,  nə  qədər  ki,  onlar  oradadırlar,  biz 
oraya  girməyəcəyik,  sən  və  Rəbbin  gedib  onlarla 
vuruşun. Biz isə burada oturacağıq.” 
Peyğəmbəri-əkrəm  Bədr davasında öz  səhabələri 
ilə məşvərət edərkən buyurdu: 
“Sizin  nəzəriniz  nədir?  Biz  düşmənin  qarşısına 
çıxaq, ya Mədinəyə qayıdaq?” 
Miqdad dedi: 
“Ey Rəsulullah! Biz Bəni-israil kimi deyilik, bizim 
işimiz  yoxdur,  siz  əmr  edənə  əməl  edəcəyik,  əgər 
dəryaya  atılmağımızı  və  yaxud  oda  girməyəmizi 
əmr  etsəniz  biz  dərhal  sənin  sözünü  həyata 
keçirəcəyik.” 
Quran  insanın  azadlığı,  öz  taleyi  ilə  əlaqədar 
məsuliyyəti,  müstəqiliyyi  və  vəzifəsi  barədə  belə 
buyurur: 
“Biz 
ona 
haqq 
yolu 
göstərdik. 
İstər 
[nemətlərimizə]  minnətdar  olsun,  istər  nankor  [bu 
onun öz işidir+.” 


 
 
39 
39 
“Biz ona iki yol göstərmədikmi?! Lakin o, əqəbəni 
[sərt  yoxuşu,  maniəni]  keçə  bilmədi.  Bilirsənmi, 
əqəbə  nədir?!  O,  bir  kölə  azad  etmək,  yaxud  aclıq 
zamanı  yemək  vermək  və  ya  qohumluq  əlaqəsi 
çatan bir şəxsə baş vurmaqdır.” 
“Mömin  olub  axirəti  istəyən  və  onun  uğrunda 
çalışanların  zəhməti  [Allah  dərgahında]  qəbul 
olunur.” 
“Sizə  üz  verən  hər  bir  müsibət  öz  əllərinizlə 
qazandığınız günahların ucbatındandır!” 
“Vay o şəxslərin halına ki, öz əlləri ilə kitab yazıb, 
sonra  bir  az  pul  almaqdan  ötrü:  “Bu  Allah 
tərəfindəndir!”-deyirlər. 
öz 
əlləri 
ilə 
kitab 
yazdıqlarına görə vay onların halına! 
Qazandıqları şeylər üçün vay onların halına!” 
“İnsanlar  öz  əlləri  ilə  etdikləri  pis  əməllər 
üzündən suda və quruda fəsad və pozğunluq əmələ 
gələr  ki,  Allah  onlara  etdikləri  bəzi  günahların 
cəzasını  dadızdırsın,  bəlkə  onlar  qayıdalar.” 
Quranda insanın azadlığı və ixtiyarı ilə əlaqədar bir 
çox  ayələr  vardır.  Quranın  ayələrini  dəyişdirmək 
olmaz ki... 
Quran, bizə Allaha şər və fəsad işləri aid etməyək 
deyə, Tanrının bütün  nöqsanlardan  uzaq olduğunu 
bildirir: 


 
 
40 
40 
“Bədbəxt insanlara biz zül etməmişik, lakin onlar 
özləri özlərinə zülm etmişlər.” 
Bu sahədə Qurani-məciddə çoxlu ayələr vardır. 
Şərqşünasların  uydurduqları  yalanların  əksinə 
olaraq,  islam  insanı  təkcə  Allah  qarşısında  deyil, 
cəmiyyətin  qarşısında  da  cavabdeh  görür.  əmr  be 
məruf və nəhy əz münkər də elə budur. 
İndi  şərqşünasların  dediyi  kimi,  bu  dini  qəzavü-
qədər dini adlandıra bilərikmi? 
Quran onların dediyi qəzvaü-qədəri təsdiq etmir. 
Allah Quranın başqa bir yerində buyurur: 
Məşhur  bir  mənaya  görə,  bu  ayə,  həmişə 
Tanrının qeyri-adi bir yolla işləri sahmana salmasını 
gözləyənlərin ümidini boşa çıxarır. Bu ayədə tədqiq 
və  təkiddən  söz  getmişdir.  Yəni  bir  cəmiyyətin 
əhalisi  öz  vəziyyətələrinin  dəyişilməsi  uğrunda 
çalışmazsa,  Allah  da  onların  vəziyyətini  onların 
xeyrinə dəyişdirməz. 
Görəsən  bundan  da  ağır  bir  məsuliyyət 
tapılarmı?  özü  də  cəmiyyət  qarşısında  olan  bir 
məsuliyyət. 
Quran başaq iki şərif ayədə keçmiş ümmətlərdən 
birinin taleyini açıqlayaraq buyurur: 
“O  qövm  öz  vəziyyətini  dəyişdirmədiyinə  görə 
Allah da onların vəzyyətlərini dəyişdirmədi.”
 
 


 
 
41 
41 
“Bu  ayə  demək  istəyir  ki,  biz,  Peyğəmbər 
göndərməmiş [heç bir ümmətə] əzab vermərik!” 
Buna görə də insan öz fikri ilə qərara gəlməlidir. 
İnsan, ancaq müstəqil bir fikir, bacarıq və qabiliyyət 
sayəsində öz vəziyyətini sahmana sala bilər. 
Camaat  başqalarının  gəlib  onların  vəziyyətini 
sahmana  salmasını  gözləməməlidir.  Tədbir  və 
göstərişləri  xarici  məsləhətçilər  tərəfindən  verilən 
bir  cəmiyyət,  heç  vaxt  müvəffəq  ola  bilməyəcəkdir. 
İnsan  öz  düşüncə,  təşəbbüs  və  bacarığı  ilə  öz 
yaşayışına  bir  həyat  proqramı  hazırlamalıdır.  Bu 
şəraitə  malik  olan  bir  xalq  Allahın  rəhmət  və 
mərhəmətini  gözləyə  bilər.  Bihudə  yerə  intizar 
çəkmək  yaxşı  bir  iş  olsaydı,  bir  ümmətin  içində 
Hüseyn  ibni  əli  əleyhissəlam  Allahın  rəhmətinin 
intizarını  çəkmək  üçün  hamıdan  daha  ləyaqətli 
olardı. 
Hüseyn  əleyhissəlam  “İnnəllahə  la  yuğəyyiru 
ma  bi  qəvmin  hətta  yuğəyyuru  ma  bi  ənfusihim” 
ayəsinin dediyi kimi olmaq istəyirdi. İşlərin gedişini 
öz  nəzarəti  altına  alaraq,  cəddi  həzrət  Peyğəmbər 
kimi  öz  ictimaiyyətində  bir  islahat  yaratmaq 
istəyirdi. İmam özü demişkən: 
Asan  işlər  çoxlarına  asandır,  lakin  islam  həmişə 
bu  işlərlə  idarə  oluna  bilməz.  Bəzi  vaxtlar  iş  o  yerə 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə