62
62
əmr be məruf və nəhy əz münkərin
dərəcələri
əmr be məruf və nəhy əz münkər bir neçə hissə
və dərəcəyə bölünür:
1-Pislikdən çəkindirən və yaxşılığa dəvət edən
şəxs, ürəkdən və bütün varlığı ilə günahlara nifrət
bəsləməlidir. əmr be məruf və nəhy əz münkərin ən
birinci məsələsi hicr və erazdır (günahdan çəkinmək
və üz döndərmək). Siz birisinin pis və yaramaz
işlərlə məşğul olduğunu gördükdə, onun özü ilə
deyil, işləri ilə mübarizə etməlisiniz. Məsələn, ailəvi
get-gəliniz olan və hədiyyə verib-aldığınız səmimi
dostunuz aşkar bir günah etdiyini görən zaman, ona
qabaqkı səmimiyyətlə yox, əksinə olaraq çox
etinasız və soyuqqanlıqla yanaşsanız, bu özü bir
növ tənbeh olar.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, insan
əmr be məruf və nəhy əz münkər haqqında
məntiqlə addım atmalıdır, daha doğrusu onun
əməli məntiqə uyğun olmalıdır. əlbəttə, bu əks-əməl
o vaxt təsir göstərə bilər ki, əlaqənizi kəsdiyiniz şəxs
ruhi əzab-əziyyət çəkib öz işindən peşiman olsun.
əgər sizin təcrübəsiz gənc övladınız və ya dostunuz
çirkin bir əmələ qurşansa, sizin əlaqənizin kəsilməsi
onları günaha daha da rəğbətləndirər. Yəni onlar
63
63
tam sərbəstliklə öz günahlarını davam etdirərlər.
Məsələn, get-gəl etdiyiniz bir ailənin fəsad və
günaha qurşandığını gördükdə, öz abrınızdan
qorxub əlaqənizi kəsirsiniz, çünki insan özündən
asılı olmayaraq başqalarının təsirinə məruz qalır.
Bəzən, günaha qurşanmış bir dostumuzla əlaqəmizi
davam etdirmək onu günaha rəğbətləndirər və
ondan uzaqlaşmağımız isə onu tənbeh edər, belə bir
vəziyyətdə əlaqəmizi kəsməyimiz mütləq vacibdir.
İkinci mərhələ:
Alimlərin nəzərincə, dillə öyüd-nəsihət verərək
xalqı yaxşı işlərə doğru istiqamətləndirmək nəhy əz
münkərin ikinci mərhələsidir. Bir çox insanlar
vardır ki, cahillikləri üzündən düşmənin təbliğatına
uyub haqq yolundan azmışlar. Bu kimi şəxslər,
fəsadın eyb və zərərlərini onlar üçün açıqlayıb izah
edə bilən mehriban bir müəllim, tərbiyəçi və
yolgöstəriciyə möhtacdırlar. Bununla belə əgər biz
günahkar bir şəxsi moizə və məntiqlə doğru yola
yönəldə bilsək, onunla əlaqə saxlamağımız vacibdir.
Üçüncü mərhələ:
Bu mərhələ əməl mərhələsidir. Bəzən günahkar
şəxs elə bir mərhələdə olur ki, nə üz döndərib
uzaqlaşmaq təsir göstərir, nə də öyüd-nəsihət və
məntiq. Belə bir vəziyyətdə, əmələn günahkar
64
64
şəxsin qarşısını almalıyıq. Görəsən əməldən məqsəd
nədir?
Bəzi vaxtlar tənbeh etməyimizin lazım olduğuna
baxmayaraq, əməldən məqsəd hədələmək, döymək
və yaralamaq deyildir.
İslam həddi-hüdud dinidir, islam nəzərincə bəzi
vaxtlar günahkar şəxsə ancaq tənbeh təsir göstərə
bilər. əlbəttə insan belə zənn etməməlidir ki, bütün
yerdə düşmənçilik və kobudluq lazımdır.
Həzrət əli (ə) Peyğəmbərin davranışı barədə
buyurur:
“O, müalicə edən bir həkim idi. Həkim, dava-
dərmanla və lazım olduqda isə cərrahlıq və dağ
basmaqla yaraları sağaldar.”
Şair demişkən:
əzəldən yoğrulmuş sevinclə kədər,
Lazım gəlsə cərrah, əməl də edər.
əmr be mərufun mərhələləri də nəhy əz
münkərin mərhələləri kimidir.
əmr be məruf ya moizə və öyüd-nəsihət verməklə
və yaxud da əməllə icra olunmalıdır.
əməl mərhələsində təkcə sözlə kifayətlənmək
olmaz. Bizim ictimaiyyətin böyük eyiblərindən biri
65
65
də, sözə həddən artıq əhəmiyyət verməməyimizdir.
Söz öz yerində yüksək əhəmiyyətə malikdir,
həqiqəti danışıb, yazıb və izah etməyincə heç bir iş
görmək olmaz. Bəziləri isə hər bir şeyi ancaq sözlə
həyata keçirmək istəyirlər. Bizcə bu səhvdir. Söz
lazımi şərt olsa da kifayətedici deyil, əməl də
gərəkdir.
əmr be məruf və nəhy əz münkər iki hissəyə
bölünmüşdür: Müstəqim və qeyri-müstəqim. Bəzi
vaxtlar siz əmr be məruf və nəhy əz münkər etmək
üçün müstəqim surətdə müdaxilə edirsiniz, daha
doğrusu ayağa qalxıb “filan işi yerinə yetirməyinizi
xahiş edirəm” deyirsiniz. Amma bəzən də qeyri-
müstəqim yolla onu başa salırsınız. Məsələn, bir
şəxsin filan əməlini tərifləməklə ona bu işin yaxşı
olduğunu bildirmək istəyirsiniz. Bu üslubun təsir
dairəsi olduqca genişdir.
Bu məsələni aydınlaşdırmaq üçün bir rəvayət
nəql edirik:
İmam Həsən və imam Hüseyn əleyhiməssəlam
uşaq ikən qoca bir kişinin səhv dəstəmaz aldığını
görürlər.
İslam adət-ənənəsi və psixologiyasından agah
olan bu iki imam, ona dəstəmazının düz olmadığını
bildirmək istəyirlər. Digər dərəfdən qocanın
66
66
könlünə toxunmaq istəmirdilər. Çünki o kişi
acıqlanıb “xeyr! Mənim dəstəmazım düzdür”-deyə
bilərdi.
Onlar qabağa gedib dedilər: “Biz hər ikimiz sənin
hüzurunda dəstəmaz alırıq. Sən diqqətlə bax və
kimin dəstəmazının yaxşı olduğunu de!” Qoca kişi:
“Yaxşı, dəstəmaz alın, mən sizin aranızda münsiflik
edərəm.”
İmam Həsən (ə) və imam Hüseyn (ə) hər ikisi
düzgün və kamil bir dəstəmaz aldıqdan sonra o, öz
dəstəmazının batil olduğunu başa düşdü.
Qoca dönüb bu iki imama dedi: “Sizin hər
ikinizin dəstəmazı düzdür, mənim öz dəstəmazım
batil imiş.”
əgər onlar qəzəblə: “Qoca kişisən, heç utanıb
xəcalət
çəkmirsən!
Hələ
dəstəmaz
almağı
bacarmırsan?”-desəydilər, onda o kişidə namaza
qarşı daimi bir nifrət hissi oyana bilərdi.
Xətiblərin biri deyir:
Məşhəddə dinsiz bir şəxs var idi. Mən onunla
get-gəl edib çox danışıqdan sonra, yumşalıb həqiqi
bir mömin oldu, tamamilə dəyişdi, yüksək və həssas
vəzifə daşıdığına baxmayaraq həmişə namazını
camaatla qılmağa başladı. Günorta və şam namazını
Gövhərşad məscidində, mərhum Nəhavəndinin
Dostları ilə paylaş: |