İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ



Yüklə 354,47 Kb.
səhifə1/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
  1   2   3   4   5   6   7   8   9   ...   20

İmam Sadiqin (ə) bəyani ilə



YARANIŞİN SİRLƏRİ

BAĞİŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Ön söz


Bismillahir Rəhmanir Rəhim. Həmd və səna Aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı məxluqatı düz yola hidayət edənə (Muhəmməd və onun pak əhli beytinə) olsun. Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lə`nəti olsun.

Əziz oxucu! Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq, onda görərik ki, həqiqətən İslam barəsində deyilən sözlər indi də özünü doğruldur. Əgər Qur`anın və mə`sum İmamlarin (ə) buyurduqlarına nəzər salsaq, İslamda fəqət ibadət və itaət hökmləri yox, bəlkə də elmi mövzulara da geniş surətdə yer verilmişdir. Hal-hazırda bizim tərcümə etdiyimiz bu kitabda İslamın tovhid bölməsi yaradılışın e`cazkarlığı ilə isbat olunur. Bu kitab İmam Sadiqin (ə) ən yaxın səhabəsi olan Müfəzzəl ibni Ömər tərəfindən tərtib edilmişdir.

İslam dini İmam Sadiq (ə) dövründə böyük inkişafa malik olmuşdur. Ona görə də İmam Sadiqin (ə) dövründə dinimizin ibadət bölməsi ilə yanaşı elmi bölməsi də çox geniş surətdə inkişaf etmişdir. O dövrdə İmam (ə) və onun tələbələri olan ilahi hikməti və tədbiri inkar edən filosoflara yaranışın elmi dəlilləri ilə qət`i cavab veriblər.

Bu “Tövhidi-Müfəzzəl” kitabının xülasəsidir. Kitab dörd fəsldən ibarətdir. Birincisi, insanın yaranışında olan hikmətlər və tədbirlər haqda söhbət olunur. İkinci fəsl, heyvanların yaranışı, üçüncü fəsl, göy cisimləri və bitkilər, dördüncü fəsl isə dünyada baş verən xoşagəlməz hadisələrin fəlsəfəsindən bəhs edir.

Müfəzzəlin bu mətləbləri İmamdan (ə) öyrənməsininin əsas məqsədi bu idi ki, dinin əleyhinə deyilən fikirləri İmam Sadiq (ə) kimi elmi yollarla cavablandırsın.

Məni də maraqlandıran bir neçə suallardan sonra “Tovhidi Müfəzzəl” kitabını oxumalı oldum. Və bu kitabda məni maraqlandıran sualların cavabını tapdım. Bu nöqteyi-nəzərdən də özümə vacib bildim ki, bu kitabı öz doğma Azərbaycan dilinə tərcümə etdim.


Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa mə`lumat


Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olmuşdur. Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən hesab olunurdu. İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə tə`yin olunmuşdur. Bu hadisəni Şeyx Kuleyni (rəh.) “Üsuli-Kafi” kitabında nəql etmişdir.

Müfəzzəlin rəvayətlərdəki üstün məqamı


Bu şəxsin böyüklüyünə ən mühüm dəlil İmam Sadiqdən (ə) onun şərəfi və əzəməti haqqında bizə yetişən hədis və rəvayətlərdir. Hədislər o qədər çoxdur ki, onların hamısı bu müqəddiməyə sığışmaz. Amma istəyirik onların bir neçəsini burada qeyd edək.

1. Şeyx Mufid səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç vaxt onların arasında ixtilaf düşməzdi.

2. Muhəmməd ibni Sina deyir:

İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə) buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.

3. Şeyx Kuleyni (rizvanullahi əleyh) “Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.

4. Yunis ibni Yə`qub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu İsmayılın (ə) ölümü münasıbəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu: Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah taalanın əmrinə təslim olduq.

Mərhum Xoyi (rizv.) “Mücəmu-ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət səhihdir.

Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bə`zi vaxtlar şəkk edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.

Qeyd etdiyimiz rəvayətlərin biri bəsdir ki, böyük şəxsiyyətin əzəmətin və uca məqamın bizə nişan versin.

Müfəzzəl İslam alimləri baxımından


Elmi rical alimlərindən çoxu və Mühəddislər bu böyük şəxsiyyətin uca məqamını və əzəmətini öz kitablarında çox geniş surətdə şərh etmişdirlər. Nümunə üçün onların bir neçəsinin adını burada qeyd edirik: Şeyx Səduq (rh) öz kitablarının çoxunda hədis və rəvayətlərin çoxunu Müfəzzəldən nəql etmişdir. Xüsusilə Şeyx Səduq “Mən la yəhzuruhul Fəqih” kitabında mö`təbər və höccət bildiyi hədisləri Müfəzzəldən nəql etmişdir. Şeyx öz kitabında dəfələrlə Müfəzzəlin hədislərinə istinad etmişdir. Buradan belə nəticə alırıq ki, Şeyx Müfəzzəli ən e`tibarlı şəxslərdən hesab etmişdir.

Muhəmməd ibni Yə`qub Kuleyni də “Üsuli-Kafi” kitabında hədislərin çoxunu Müfəzzəlin dilindən nəql etmişdir.

Şeyx Tusi (rizv.) də Müfəzzəl ibni Öməri Co`fini İmam Sadiq (ə) və İmam Kazımın (ə) səhabələrindən hesab etmişdir.

Şeyx Tusi “Əlğeybət” kitabında bu barədə yazır:

O, Əimmənin (ə) həqiqi dostlarından və yaxın səhabələrindən olmuş və onların yanında e`timad olunmuş bir insan kimi tanınmış və həmişə onlara itaət etmişdir. Böyük İslam alimlərindən biri Şeyx Tusinin Müfəzzəldən nəql etdiyi hədisin izahında buyurur: Şeyx Tusinin bu sözü Müfəzzəlin şeyxin yanında e`timad olunmuş bir insan olmasına qəti bir dəlildir. Seyyid ibni Tavus (rəhmətullahi əleyh) Müfəzzəlin kitabı barəsində buyurur: “Tovhidi-Müfəzzəl” kitabı hikmətlərin tanınması və yaranışın gizli sirrləri haqqındadır. Və Müfəzzəl onu İmam Sadiqdən (ə) nəql etmişdir. Böyük şəxsiyyət, təfsirçi və fəqih Ayatullah Xoi Müfəzzəl barəsində buyurur: İmam Sadiqin (ə) lütf edib, Məşhur “Tovhidi-Müfəzzəl” kitabını ona öyrətməsi Müfəzzəlin böyüklüyünün və əzəmətinin bariz nümunəsidir. Bu həmin kitabdır ki, “Nəcaşi onu” “Fəkkir” (fikirləş) adlandırmışdır. Bu iş özü aşkar bir dəlildir ki, Müfəzzəl İmam Sadiq (ə) məxsusi səhabələrində olmuşdur.


Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə